Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,456
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar

    Digər, Hərbi vətənpərvərlik üçün şərhlər bağlıdır

                                                                   Sahibə İsmayılova, tibb bacısı, əsgər

    Sahibə İsmayılova Göygöl rayonunun Balçılı kəndində anadan olub. Ailədə 4 uşaq idilər – iki qardaş, iki bacı. Atası Müzəffər kişi qızı Sahibəni tibb işçisi kimi görmək istəyib və ona bu sahə üzrə təhsil verib.
    Söhbət düşəndə ata deyirdi:
    – Sahibə sanki bu peşə üçün yaranıb. Çünki həddən artıq qayğıkeşdir, həm də səbirlidir, dözümlüdür.
    Müzəffər kişinin böyük inamla dediyi bu sözlər Sahibənin gələcək həyatında özünü doğrultdu.
    Bir müddət dəmir yolunda tibb məntəqəsinin müdiri işləyən Sahibə İsmayılova 2014-cü ildən Azərbaycan Ordusunda xidmət edir. O, Aprel döyüşlərinin və 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır.
    Bu barədə özü belə deyir:
    –Müharibə zamanı mən də, mənimlə çiyin-çiyinə çalışan digər tibb heyəti də özümüz barədə düşünmürdük. Ətrafımızda mərmilər partlayırdı, biz isə sanki bunları eşitmirdik. Əvvəl yaralılar gələndə, şəhidləri görəndə ağlayırdıq. Tezliklə anladıq ki, buna yol vermək olmaz. Çünki itirilən hər dəqiqə hansısa bir döyüşçünün itirilməsi olardı. Özümüzü ələ alıb, hisslərimizi cilovlayıb, yaralılara yardım göstərirdik. Daha ətraflı »

  • 05Mar

    Milli-mənəvi dəyərlər üçün şərhlər bağlıdır

    Züleyxa Mustafayeva, Tərtər rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən

    Hüquqşünas olmaq Züleyxa xanımın uşaqlıq arzusu idi. İstəyinə çatmaq üçün ciddi çalışaraq, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib.
    2011-2018-ci illərdə Go-ranboy rayon məhkəməsində hakim köməkçisi işləyib.
    2018-ci ildən rayonumuzda qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edir. Öz işini ürəkdən sevən Züleyxa xanım az müddətdə tərtərlilərin hörmətini qazanıb.
    Özü bu barədə belə deyir:
    – Vətəndaşların sənədlərinin qeydiyyatı çox məsuliyyətli və vacib bir sahədir. Bəzən insanlar bunu unudurlar və uzun illər keçəndən sonra lazımi sənədlərin axtarışına başlayırlar. Yaxud erkən yaşda qızların nikaha daxil olması ilə bağlı müraciət edirlər. Yeni doğulmuş uşaqlara ad seçimində də müxtəlif düz olmayan yanaşmalar var. “Hüquqi yardım” vasitəsilə biz vətəndaşlarla maarifləndirmə işləri aparırıq.
    Xüsusən də 18 yaşı tamam olmayan qızların ailə qurması ilə bağlı valideynlərlə izahat işləri aparılır. Bu cür ailələrin əksəriyyəti sonda dağılır. Çünki hələ özləri də uşaq olan qızlar ailə həyatının çətinliklərinə tab gətirə bilmirlər. Daha ətraflı »

  • 05Mar

    Səhiyyə üçün şərhlər bağlıdır

                     Fəxriyyə Allahverdiyeva endokrinoloji kabinetin tibb bacıları ilə birlikdə

    Fəxriyyə Allahverdiyeva 1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra doğma rayonuna təyinatla qayıdıb və rayon mərkəzi xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb.
    1994-cü ildən isə endokrinoloq həkim təyin edilib.
    Şəkərli diabet xəstələri ilə işləməyin olduqca məsuliyyətli olduğunu söyləyən Fəxriyyə həkim bildirdi ki, hazırda rayonumuzda 2500-dən çox belə xəstə vardır.
    Şəkərli diabet dövrümüzdə ən çox rast gəlinən xəstəliklərdən hesab olunur. Məlumdur ki, qanda qlükozanın çox olması bu xəstəliyin əsas əlamətlərindən sayılır. Fəxriyyə həkim bildirdi ki, bu xəstələrin 70 faizi xəstəxana tərəfindən dərmanla təmin olunur. İnsulin, şəkərölçən aparat (qlükometr) və bəzi həblər hər ay xəstəxanadan verilir. Bu dərmanlar paylanan vaxt iş daha çox olur. Endokrinoloji kabinetdə çalışan qadınlardan Hicran Mehdiyeva, Daha ətraflı »

  • 05Mar

    Digər üçün şərhlər bağlıdır

                                          Tünzalə Vəliyeva, Tərtər Bələdiyyəsinin sədri

    Daim pozitiv enerjisi ilə ətrafdakıların hörmətini qazanan bu xanım 2020-ci ilin yanvar ayından Tərtər Bələdiyyəsinin sədri kimi fəaliyyət göstərir.
    Vəzifəsi də Tünzalə xanıma çox yaraşır. Səbəbi sadədir: o, öz işini sevir. Ona görə də hər səhər böyük həvəslə evindən işə, axşamlar isə evinə tələsir. Gündəlik qayğılar onu yormur, əksinə, hansısa bir işin öhdəsindən gələndə, kiminsə probleminin həllinə yardımcı olanda, sanki yüngülləşir. Tünzalə xanım özü deyir ki, çətin bir iş yoxdur, sadəcə gərək ona nikbin yanaşasan, o zaman mütləq öhdəsindən gələcəksən.
    Tünzalə Vəliyeva yetirmələri ilə daim fəxr edən şəhər 1 saylı məktəbin məzunudur. 1993-cü ildə isə Gəncə Dövlət Texnologiya Universitetini bitirib. İlk iş yeri su-kanal idarəsində olub. Sonralar rayon suğorta idarəsində mühasib kimi fəaliyyətini davam etdirib.
    Tünzalə xanım hesab edir ki, onun bir müddət əmək fəaliyyətindən ayrılması heç də cəmiyyətdən ayrı düşməsi olmayıb. Çünki məhz bu dövrdə o, bir ana kimi iki oğul , iki vətəndaş böyüdüb, onlara sağlam təlim-tərbiyə verib.
    Söhbət zamanıTünzalə xanım dedi: Daha ətraflı »

  • 05Mar
    Hərbi vətənpərvərlik Unutmayaq! üçün şərhlər bağlıdır

                                    Mart ayında doğulmuş tərtərli Vətən Müharibəsi şəhidləri

    Ağayev İntiqam Hüseyn oğlu
    İntiqam Ağayev 1998-ci il mart ayının 1-də Tərtər rayonunun Səhlabad kəndində anadan olub. O, oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İntiqam Ağayev ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
                                                   Aslanov Xəyal Qüdrət oğlu
    Xəyal Aslanov 1994-cü il martın 5-də Tərtər rayonunun Çardaqlı kəndində anadan olub.
    O, sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Sarıcalı kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Xəyal Aslanov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
                                                                      Rüstəmov Vasif Bahadur oğlu
    Vasif Rüstəmov 1960-cı ilin mart ayının 7-də Tərtər şəhərində anadan olub.
    Vasif Rüstəmov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 15 oktyabr tarixində Tərtər şəhər qəbristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub.
    Ailəli idi. 2 övladı yadigar qalıb.

                                                                         Məmmədli Tural Aqil oğlu
    Tural Məmmədli 1998-ci il mart ayının 22-də Tərtər rayonunun Bəyimsarov kəndində dünyaya gəlib. O, noyabrın 4-də, Ordumuz Talış kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olub. Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub.
    Tural Məmmədli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

  • 05Mar
    Hərbi vətənpərvərlik HƏRBÇİ PEŞƏSİ ATADAN OĞULLARA KEÇDİ üçün şərhlər bağlıdır

    Birinci Qarabağ müharibəsi veteranı və əlili Fazil Əsədzadənin qismətinə tərtərli Aytən adlı qızla ailə həyatı qurmaq düşmüşdü. İndi onun zəhmətkeş, öz alın təri ilə yaşayan xoşbəxt ailəsi var. Ailənin 2 oğlu -Nicat və Elsevər ata-ananın zəhmətlə qazandığı halallıq içərisində böyüyüblər. Nicat ailənin böyük oğludur. Bir az səhhətində nasazlığı varıydı. Orta məktəbi bitirdikdən sonra kompüter kursu bitirdiyi üçün, bu işlə məşğul olurdu.
    2020-ci ilin iyul ayında Nicat həqiqi hərbi xidmətə çağrılır. Gədəbəy rayonunda hərbi hissələrin birində əsgərlik çəkir. Sentyabrın 23-də Nicatın hərbi hissəsi dəyişdirilir və onu Kəlbəcər istiqamətinə göndərirlər. Motoatıcı briqadanın 120 millimetrlik minaatan bölməsinin baş tuşlayıcısı vəzifəsinə təyin olunur.
    Tarixə Vətən Müharibəsinin başlanğıc günü olaraq düşən 27 sentyabr 2020-ci ildə Daşkəsən-Kəlbəcər istiqamətində ordumuzun əsgəri kimi döyüşlərə qatılır. Güclü döyüşlər gedirdi. Nicat da Vətənin əsgəri kimi düşmənə qarşı ürəklə vuruşurdu. 4 oktyabr tarixdə onun xidmət etdiyi hərbi bölüyə əmr verilir ki, ermənilərin 3857 metr yüksəklikdə yerləşən “Göbələk” postunu dağıtmaq lazımdır. Bölmə əmri yerinə yetirmək üçün əməliyyata başladı, az bir zamanda motoatıcılar postu dağıdaraq həmlə taboruna yol açdılar. Həmin postda ermənilərin 3 ədəd ”D-44” topu, xeyli sayda iriçaplı pulemyotu məhv edilmişdi. Amma bölükdə heç kim zədə almamışdı. Buna görə çox sevinmişdilər. Daha ətraflı »

  • 05Mar
    Təhsil Şagird sözü üçün şərhlər bağlıdır

                                                                        Müəllim kimdir?

    Gəlin sizə ən şərəfli peşələrdən olan, müəllimlik sənəti haqqında söz açım. Bəli, müəllimlik müqəddəs və şərəfli peşədir. Çünki, vətən üçün övlad, cəmiyyət üçün şəxsiyyət yetişdirirlər. Həyatı anlayıb başa düşmək üçün bizə dəstək olurlar. Müəllim valideynlərimizdən sonra bizə ən doğma şəxsdir. O, bizə oxumağı, gələcəkdə ali savadlı bir şəxsiyyət kimi ayaqda durmağı, valideynlərimizin üzünə ağ olmamağı, həyatda hər zaman yardımsevər və tərbiyəli olmağı öyrədir. Buna görə də hər bir insan onları böyük ehtiram və hörmətlə xatırlayır.
    Bu peşə sahibləri cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmirik. Danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında təhsil işçilərinin əvəzsiz xidmətləri vardır. Valideynlə bərabər, bəlkə də, onlardan daha çox uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
    Keçmişini bilməyən gələcəyə addım ata bilməz. Məktəbdə bizə keçmişimizi öyrədirlər. Dərsə gəldiyimiz ilk günlərdən himnimiz, bayrağımız haqqında məlumat verir, keçmişdə olan hadisələrin mahiyyətini öyrətməyə başlayırlar. Azərbaycanın igid oğulları, Qarabağda canından keçmiş şəhidlər haqqında söhbətlər edirlər. Daha ətraflı »

  • 05Mar
    Digər UKRAYNA XALQINA SÜLH ARZULAYIRIQ! üçün şərhlər bağlıdır

    Keçən həftə od çərşənbəsini qeyd etdik. Təəssüf ki, həmişəki kimi tonqallar qalansa da, baharın gəlişinin sevincinə bir kədər də qatılmışdı. Axı, yenə də dünya çalxalanır, Ukraynada günahsız insanlar, körpələr qətlə yetirilir. Yer kürəsinin gözəl şəhərlərindən olan Kiyev, Xarkov, Odessada dəhşətli hadisələr yaşanır, nəninki hərbi, eləcə də mülki yaşayış binaları, xəstəxanalar aviasiya tərəfindən bombalanır.
    İnsanlar sığınacaqlarda, metrolarda körpə uşaqlarla birlikdə bu dəhşətlərin nə zaman bitəcəyini gözləyirlər. Hamilə qadınlar öz körpələrini sığınacaqlarda dünyaya gətirirlər. Təhlükəsiz yerə çıxmaq imkanı olmayan, yeriyə bilməyən qocalar, xəstələr həyəcan siqnallarının səsindən huşunu itirirlər.
    Müharibə haqqında çoxdan söhbət getsə də, heç kim belə bir qardaş qırğınına yol veriləcəyinə inanmırdı. Ona görə də evlərdəki ərzaq ehtiyatı tükənir, küçələrə isə çıxmaq mümkün deyil. İnsanların isə yadına heç nə düşmür, yalnız sülh və əmin-amanlıq istəyirlər. Daha ətraflı »

  • 01Mar
    Digər Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir üçün şərhlər bağlıdır

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak edib.

    Müxtəlif ekstremist, separatçı və dini-fundamentalist silahlı birləşmələr və qruplar tərəfindən təhlükələrin güclənməsi, habelə sərhədlərdə silahlanmanın səviyyəsinin aşağı salınması və Mərkəzi Asiyada nüvəsiz zonanın yaradılması cəhdləri bu qeyri-stabil regionun dövlət başçılarının birgə görüşünün əsasını qoydu. Çinlə sərhəd problemlərinin həlli məqsədi ilə 1996-ci ildə Çinin Şanxay şəhərində keçirilən bu qəbildən olan ilk birgə görüşdə Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın liderləri tərəfindən «Şanxay beşliyi» adlanan birlik yaradıldı. Bu görüşdə müntəzəm olaraq sammitlərin keçirilməsinə dair razılıq əldə edildi və sərhəd bölgəsində hərbi sahədə etimad tədbirlərinin güclənməsi haqqında saziş imzalandi. 1997-ci ildə Moskvada ümumi sərhəd bölgəsində olan hərbi qüvvələrin qarşılıqlı olaraq ixtisarı barədə birgə saziş imzalandı. Sənədlər sərhəd rayonlarında qoşunların sayının artırılmaması öhdəliyinə əməl olunmasına ciddi nəzarət mexanizmini müəyyən etdi və Mərkəzi Asiya regionunda siyasi həmrəylik və hərbsizləşdirmə yolunda ilk real addım oldu. Daha ətraflı »

  • 01Mar
    Digər Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir üçün şərhlər bağlıdır

     

    Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsi istiqamətində qlobal liderliyini davam etdirir.

    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda yüksəksəviyyəli tematik müzakirələrdə iştirak edib.

    Toplantı dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf edir.

    Bu gün COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolu danılmazdır və Ümumdünya Səhiyyə Təşkilatının səyləri əvəzolunmazdır.

    BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının və Hərəkatın sədri kimi cənab Prezident İlham Əliyevin şəxsən bu məsələlərlə bağlı irəli sürdüyü çoxsaylı təşəbbüslər Pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük önəm kəsb edir. Daha ətraflı »