Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan
    Milli-mənəvi dəyərlər VƏTƏN ÜÇÜN CANLARINDAN KEÇƏNLƏR UNUDULMUR üçün şərhlər bağlıdır

    20 Yanvar hadisələri baş verəndə, biz paytaxtdan uzaqdaydıq. Ancaq Bakının küçələrində şütüyən tankların səsi, atılan güllələr, insanların fəryadı ürəklərimizdə əks-səda doğururdu. Düzdü, Bakı ilə əlaqəmiz yox idi. Qəzetlər çıxmırdı. Radio və televizya işləmirdi.
    İnsanlar rabitə qovşağına axışaraq orada baş verən hadisələr, Bakıda yaşayan qohumları haqqında telefonla xəbər almağa çalışırdılar. Telefon əlaqəsi yaratmaq da çox çətin idi.
    Həmin günləri həm də milli şüurumuzun oyanışı kimi qəbul etmək lazımdır. Çünki məhz “Qara Yanvar”da vətəndaşlar Sovet hökumətinin azərbaycanlılara qarşı apardığı ayrıseçkilik siyasətinə qarşı etiraz səslərini qaldırdılar. Nə tanklar, nə də Bakı küçələrində atılan yandırıcı güllələr millətin haqq səsini boğa bilmədi. Daha ətraflı »

  • 19Yan
    Hərbi vətənpərvərlik Birlik və həmrəyliyimizlə tarix yazdıq üçün şərhlər bağlıdır

    Mehriban və Bağışlayan Allahın Adı ilə!
    Sevimli Peyğəmbərimiz Hz. Muhəmməd (s) buyurur: “Rəhman Allah qəlbi rəhmli insanlara rəhm edər. Yer üzündə onlara rəhm edin ki, Səmada olanda sizə rəhm etsin”. Biz bu hədisin canlanmasının və həyatımızda yaşamasının 2020-ci ilin 27 sentyabrında baş vermiş Vətənimizin bütövlüyü uğrunda gedən azadlıq döyüşlərində şahidi olduq. Həqiqətən də Azərbaycan xalqı mərd, sınmaz, fədakar, yeri gələndə son tikəsini paylaşmağı bacaran əzəmətli bir xalqdır! Mənfur düşmənin əlində olan nə qədər irili-xırdalı raket-mərmi, silah-sursatların törətdiyi itkilərə, faciələrə baxmayaraq, rəşadətli Ordumuzun irəli, ancaq irəli hücumundan tutmuş, təqaüdlə dolanan yaşlı bir kişinin öz təqaüdünü Ordumuza kömək üçün göndərməsinin və kiçik uşaqların balaca əlləri ilə bir neçə kartof qaynadaraq, yanına da su əlavə edib Ordumuza hədiyyə etməsinin şahidi oldu tarix! Nə gizlədək ki? Yaralı döyüşçülərimizi öz mülki maşınlarında xəstəxanaya qaçırdan insanlarımızı gördük, nəinki hərbçi, hətta mülki yaralıların da əksəriyyəti həyatda sağ qalmaları üçün Allahdan sonra həmin ürəyi özlərindən dəfələrlə böyük olan sürücü qardaşlara borcludur. Həmin gərgin, ağır sınaq zamanında musiqi məktəbimizin müəllimi Emin Vaqif oğlu neçə-neçə dinc sakinləri, təmənnasız və öz həyatını təhlükədə qoyaraq mərmi, raket atəşinin altından kənara çıxartdı. Daha ətraflı »

  • 19Yan
    Hərbi vətənpərvərlik Qazilərimiz üçün şərhlər bağlıdır

                                                                YARALANSA DA, DÖYÜŞÜ DAYANDIRMAYIB

    Bu yaxınlarda bir ailənin çay süfrəsinin qonağı oldum. Rayonumuzda yaşayan Axundovlar ailəsinin. Vətən müharibəsi iştirakçısı olmasam da, bu ailənin övladı Misir Axundov haqqında məqalə yazmağı özümə borc bilib, qürur sandım.
    Onlar şəhərimizin Əli İsmayılov küçəsində yaşayırlar. Ailə başçısı Hilal Axundov 1979-cu ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. Mətanət Ələkbərova 1978-ci ildə Tərtərdə doğulub. Ailənin 3 oğlan və 1 qız övladı var: Misir, İsmayıl, Nurlan və Fidan. Misir orta məktəbi bitirdikdən sonra 2018-ci ildə Gəncə Dövlət Regional Kollecinə daxil olub.
    2019-cu ilin 5 iyulunda həqiqi hərbi xidmətə çağrılıb. O, “Həmlə əməliyyatı” taborunda kəşfiyyatçı məsafə ölçən vəzifəsində şərəflə xidmət edib. Həmin tabor Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. Misir Axundov bir kəşfiyyatçı kimi düşmənin texnikası barədə məlumatları, postlarının koordinatlarını rabitə vasitəsi ilə komandirlərinə məruzə edirdi.
    Oktyabrın 2-də Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə o, bud nahiyəsindən yaralanıb. Yoldaşı onun yarasını sarıyıb, qanaxmanın qarşısını alandan sonra yaralı olmasına baxmayaraq, düşmənin koordinatlarının komandirə ötürülməsinə nail olub. Məlumatları ötürəndən sonra düşmənin atdığı top mərmisinin onların yaxınlığına düşməsi nəticəsində Misir başından ağır qəlpə yarası alıb. Daha ətraflı »

  • 19Yan
    Ədəbiyyat Poeziya guşəsi üçün şərhlər bağlıdır

                                                        16 yaşlı şəhid Orxanın xatirəsinə

                                                                         Şəhid bulağı

    Bir şəhid bulağı var kəndimizdə,
    Suyu göz yaşı tək duru, təmizdir.
    Bir Orxan balamız yatır cənnətdə,
    Ona ucaldılan abidəmizdir
    Bir şəhid bulağı var kəndimizdə,
    Bir şəhid körpənin adın daşıyır.
    Orxanın yeri var ürəyimizdə
    Bax beləcə, ürəklərdə yaşayır
    On altı yaş nədir, bir körpə yaşı.
    Ürəkləri yandıracaq, yaxacaq.
    Bax bir abidədir bu məzar daşı
    Orxandan yadigar bizə qalacaq.
     

    Kor olsun düşmənin görən gözləri
    Orxan bir gül idi, saraldı soldu.
    Deyə bilmədiyi ürək sözləri,
    Məktəbli arzusu yarımçıq qaldı.

     

    Bulağın suyundan içək, a dostlar.
    Orxanın şərbəti, şirin çayıdır.
    İçib rəhmət deyib keçək, a dostlar,
    Balaca Orxanın ehsan payıdır.

     

    Bu şəhid bulağından için doyunca
    Ürəklərə qədər getsin, dayansın
    Vətən haray çəkib “qalxın”deyincə
    Ürəkdə Vətənə sevgi oyansın.
                               

                               Rəhman Mürsəlov,
                                        Xoruzlu kəndi

  • 19Yan
    Ədəbiyyat Ulu söz, başın sağ olsun! üçün şərhlər bağlıdır

    Əsil ziyalı ömrü yaşamış Tofiq Yusifin doğmalarına, əzizlərinə, bu ayrılıqdan üzgünlük çəkən hər kəsə başsalığı verərək, Allahdan səbr diləməklə yanaşı, bir havadarını da itirmiş İlahi sözə, Müqəddəs sözə, Ulu və Uca sözə də “başın sağ olsun” deyirəm.

    Qədər yenə səni seçdi,
    İtirdiyim birdi, üçdü?
    Bir havadarın da köçdü,
    Ulu söz, başın sağ olsun.
    Sözü pir tək öyən getdi,
    Sözlə şəri döyən getdi.
    Tofiq kimi yiyən getdi,
    Ulu söz, başın sağ olsun.

     

    Əsrlər gəlib ötəcək,
    Sözü çox dillər ötəcək.
    Solan çətin ki, bitəcək.
    Ulu söz, başın sağ olsun.
    Düşdün daha gen, itirdin.
    Doğmasıyla tən itirdin.
    Həm bəşər, həm sən itirdin,
    Ulu söz, başın sağ olsun.
    Ruha söz əkəniydi o,
    Haqq sözə təkanıydı o.
    Söz qəhri çəkəniydi o,
    Ulu söz, başın sağ olsun.
    Dost itkisi elə əyir,
    Matəmə qərq olur şeir.
    Talıb bu ağıyla deyir:
    Ulu söz, başın sağ olsun.
                                      Talıb Məmmədli
  • 18Yan
    Digər Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb üçün şərhlər bağlıdır

    Yanvarın 13-də ölkəmizin həyatında çox önəmli hadisə, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

    Mərasimdə çıxış edən dövlətimizin başçısı bu münasibətlə bütün Azərfbaycan xalqını təbrik edərək deyib: “Bu, çox gözəl hadisədir, Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. İnşa olunacaq stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır.” Daha ətraflı »

  • 18Yan
    Digər Azərbaycan yüksək iqtisadi inkişaf göstəricilərinə malikdir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 12 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın yüksək iqtisadi göstəriciləri, valyuta ehtiyatlarımız, manatın sabitliyi, ölkəmizdə icra edilən sosial layihələr, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət, şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması, qazilərimizin ən müasir protezlərlə təmin olunması, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər və digər mühüm məsələlər barədə danışdı, cəmiyyəti düşündürən bir sıra məsələlərə aydınlıq gətirdi.

    Azərbaycanın yüksək iqtisadi inkişaf göstəricilərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə iqtisadi artım 5 faizdən çoxdur. Bu, həm özlüyündə, həm də xüsusilə müharibədən çıxmış ölkə üçün çöx gözəl göstəricidir. Daha ətraflı »

  • 17Yan
    Digər 20 Yanvar faciəsindən 32 il ötür üçün şərhlər bağlıdır

    30 il bundan əvvəl törədilən 20 Yanvar faciəsi Azərbaycan tarixinin qanlı səhifələrindəndir. Qaniçən ermənilərdən, peşəkar döyüşçülərdən təşkil olunmuş “xilaskar qızıl ordu”nun hərbi maşınları, tankları sovetlərin buxovundan, əsarətindən qurtarmaq üçün haqq səsini ucaldan dinc əhalinin üstünə yeridildi. Heç bir xəbərdarlıq edilmədən Bakıya daxil olan “paqonlular” qanlı qırğınlar törətdilər. 20 Yanvar faciəsi bu saxta ideologiyanın iç üzünü açdı, imperiyanın qanlar üzərində qurulduğu bütün dünyaya bəyan edildi. Həmin gün silahsız insanlar tankların qarşısına çıxaraq qanları ilə “biz varıq, olmuşuq, həmişə olacağıq” deməklə tarix yazdılar. Müstəqillik uğrunda həlak olan ilk mücahidlər şəhidlik zirvəsinə ucalmaqla ölümləri ilə də əbədi yaşadılar. O dövrdə Azərbaycana rəhbərlik edən kəmsavad, başıpozuq rəhbərlər kimi, bütün dünya ictimaiyyəti də 20 Yanvar faciəsini susmaqla izlədi, öldürülən insanların haqqını tələb edən tapılmadı. Daha ətraflı »

  • 07Yan
    Milli-mənəvi dəyərlər 2022-ci il “ŞUŞA İLİ”DİR üçün şərhlər bağlıdır

                                                           QARŞIDA BİZİ ŞUŞALI GÜNLƏR GÖZLƏYİR

    Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsi nəinki Azərbaycan xalqını, bütün türk dünyasını sevindirdi. Bu xəbər yeni il gecəsinə xüsusi bir əhval-ruhiyyə, Şuşa abu-havası gətirdi.
    Ulu Öndər Heydər Əliyev Şuşa haqqında demişdir: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının da-im qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
    Ümummilli Liderimizin ən layiqli siyasi varisi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin, yorulmaz fəaliyyətinin bəhrəsi olaraq, nəhayət, 28 ildən sonra Şuşa şəhəri işğaldan azad edildi. Ata vəsiyyətini şərəflə yerinə yetirən Qalib Sərkərdə sonsuz qürur hissi ilə bu xəbəri xalqa çatdırdı: “Şuşa indi azaddır. Biz Şuşaya qayıtmışıq. Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim Şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
    Mənfur düşmən Azərbaycanın incisi olan Şuşa şəhərini tanınmaz hala salmışdır. Qələbəmizdən ötən bir ildən artıq müddətdə burada bərpa işlərinə başlanılmış, bir sıra mədəni tədbirlər keçirilmiş, qədim şəhər yenidən öz qoynunda minlərlə qonağı, o cümlədən xarici qonaqları qarşılamışdır.
    2021-ci ilin iyun ayının 15-də Şuşa şəhərində Azərbaycan ilə Türkiyə arasında tarixi Bəyannamə imzalanmışdır. Şuşa Bəyannaməsi geniş geosiyasi məkanda sabitliyin, təhlükəsizliyin, sosial-mədəni və iqtisadi tərəqqinin yeni mərhələyə keçməsini təmin edə biləcək sənəddir.
    Beləliklə də, 2022-ci ildə 270 illiyini qeyd edəcəyimiz Şuşa şəhərinin bərpasının sürətləndirilməsi üçün bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi də daim diqqət mərkəzində olan məsələlərdən biridir və bu da tarixi Şuşa Bəyannaməsində öz əksini tapıb.
    Şuşa haqqıında danışmaqla mövzu bitmir. Nə yaxşı ki, bundan sonra biz daim Şuşalı günlər yaşayacaq, bunun gözəlliyindən zövq alacağıq.

    Svetlana Bağırova

  • 07Yan
    Tərtər RİH-də Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət olunub üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ilinin başlanması münasibəti ilə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edərək, abidələrin önünə gül-çiçək dəstələri düzmüş, əziz xatirələrini ehtiramla anmışlar.