Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Yan
    Xəbərlər ŞƏHİD AİLƏLƏRİNƏ VƏ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARINA 105 MEDAL VƏ 3 ORDEN TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Rayon icra hakimiyyətində keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri Müstəqim Məmmədov çıxış edərək 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Vətənə layiqli oğullar verdiklərinə görə şəhid ailələrinə, vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Daha ətraflı »

  • 07Yan
    Tərtər RİH-də ŞƏHİD VALİDEYNLƏRİ, MÜHARİBƏ VETERANLARI VƏ QAZİLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon rəhbəri Müstəqim Məmmədov qonaqları salamlayaraq 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən danışıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qar-şısında baş əyir, onlara Ulu Tanrıdan rəhmət diləyirik. Eyni zamanda, qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da vardır. Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinin və qazilərin yanındadır. Onların problemlərinin həlli istiqamətində böyük işlər görülür.
    Görüşdə çıxış edənlər şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi bir Zəfərin qazanıldığını və bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söyləyiblər. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Daha ətraflı »

  • 07Yan
    Xəbərlər ŞƏHİD VƏ QAZİ ÖVLADLARI ÜÇÜN BAYRAM ŞƏNLİYİ TƏŞKİL EDİLİB üçün şərhlər bağlıdır

    Rayon İcra Hakimiyyətinin və “Vəkiloğlu” MMC-nin birgə təşkilatçılığı ilə 44 günluk Vətən Müharibəsi şəhidləri və qazi övladlarının iştirakı ilə 31dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ilinin başlanması münasibətilə bayram şənliyi keçirilib.
    “Tərtər” istirahət mərkəzində keçirilən bayram tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları, qazilər və onların fidan balaları iştirak ediblər.
    Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi Daha ətraflı »

  • 07Yan
    Xəbərlər Seydimlidə bayram tədbiri üçün şərhlər bağlıdır

    Uşaqlar bayram tədbirinə xüsusi hazırlaşmışdılar. Əvvəlcə bağçanın müdiri Hicran Hüseynova uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni təqvim ilinin başlanması münasibəti ilə təbrik edib, onlara sülh, əmin-amanlıq, firavan həyat arzulayıb. Şaxta baba və Qar qızın şənliyə gəlməsi balacaları çox sevindirib. Onlar yolkanın başına toplaşaraq Şaxta babaya, Qar qıza öyrəndikləri şeirləri, mahnıları oxuyub, onlarla rəqs edərək əylənib, maraqlı kompozisiyalar nümayiş etdiriblər.
    Tədbirdə Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak edib. Rayon rəhbəri uşalqarı bayram münasibəti ilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycanda uşaqların vətənpərvərlik ruhunda böyüməsinə xüsusi diqqət göstərilir.
    Bayram şənliyində Seydimli kənd körpələr evi-uşaq bağçasının adını daşıdığı şəhid Əli Vəliyevin yeganə övladı olan Cavidin oğlu Əli Vəliyevin ad günü də qeyd olunub. Şəhid babasının adını daşıyan 5 yaşlı Əli Vəliyevi bağçanın kollektivi ad günü münasibəti ilə təbrik edərək balacalarla birgə onun ad günü tortunu kəsiblər.
    Bayram şənliyi maraqlı və yaddaqalan olub. Tədbirdə xatirə şəkilləri çəkilib.

     

  • 07Yan
    Xəbərlər ŞƏHİD BULAĞININ AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirdə ilk olaraq Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov onların ruhuna dua oxuyub.
    Çıxış edən rayon rəhbəri Müstəqim Məmmədov tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb.
    Tədbirdə İntiqam Mənsimlinin şərəfli döyüş yolundan qürur hissi ilə danışılıb. Bildirilib ki, Azərbaycan Ordusunun əsgəri İntiqam Mənsimli 1998-ci il iyunun 6-da rayonumuzun Kəngərli kəndində anadan olub. Oktyabrın 16-da Talış istiqamətində Daha ətraflı »

  • 07Yan
    Milli-mənəvi dəyərlər Bugünün uşaqları qalib ölkənin vətəndaşlarıdır üçün şərhlər bağlıdır

    Rayonun körpələr evi-uşaq bağçalarında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə şənliklər keçirilib. Balacalar yolkanın ətrafına toplaşaraq Şaxta babaya, Qar qıza şeirlər söyləyib, mahnı oxuyub, səhnəcik göstərib, onlarla birgə rəqs edib, şənləniblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov körpələr evi-uşaq bağçalarında keçirilən şənliklərdə iştirak edib. O, çıxış edərək körpə fidanları qarşıdan gələn bayram münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb.
    İcra başçısı qeyd edib ki, bugün uşaqlar daha xoş-bəxt, daha sevinclidirlər. Çünki onlar qalib ölkənin vətəndaşlarıdırlar.
    Sonra icra başçısı Azərbaycanda uşaq siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu, onun uşaqları sonsuz məhəbbətlə sevdiyini, uşaqlara böyük diqqət və qayğıyla yanaşdığını, “Uşaqlar bizim gələcəyimizdir”,-dediyini dilə gətirib. Daha ətraflı »

  • 07Yan
    Hərbi vətənpərvərlik ÖLMƏZLİYƏ QOVUŞAN İGİDLƏRİMİZ üçün şərhlər bağlıdır

                                                     “HƏR QAPIMIZI DÖYƏN BALAMIN QONAĞIDIR”

    Növbəti dəfə yollanıram o evə. Ömrünün 25-ci payızında şəhadətə qovuşan Mehdi Məmmədovun evinə. O evə hər gedişimdə yol boyu fikrimdə bir az sonra dərdli gözlərində gəlişimi sevinclə qarşılayan Laləzar ananı canlandırıram. İndi bir ziyarətgaha çevrilən evinin qapısını hər gələnə ürəklə, qəribə bir sevinclə açır. Onunla hər görüşümdə də hiss etdiyim məhz bu idi. Dərdli gözlərdəki o sevincin adı – təsəllidir. Bəli, o bundan sanki təsəlli alır. Bu evi ziyarət edənləri şəhid balasının, tək ciyərparəsi Mehdinin qonaqları sanır. Düşüncələrimdə gəldiyim qənaəti söhbətimiz əsnasında dilə gətirdi:
    – Mehdi qonaqpərvər bir uşaq idi, müəllimə. Onun mülayim xasiyyəti bütün qohum-qonşuları özünə cəlb edirdi. Bu ev bir gün qonaqsız olmayıb onun sağlığında. İndi də elə bilirəm ki, hər qapımızı döyən balamın qonağıdı və o günlərdi.
    Laləzar ana öz övladı ilə hər zaman qürur duyub. Mehdi Sarıcalı kəndinin ən yaxşı gənclərindən biri olub. Gənc olmasına baxmayaraq, bir ağsaqqal düşüncəsi, təmkini olub. Hər kəs ona hörmət edir və sevirdi.
    Ailədə bir bacı və bir qardaş olan Mehdi uşaqlıqdan çox çətinliklə böyümüşdü. Ailənin həm oğlu, həm kişisi idi. Ana və bacısının, evinin bütün ehtiyacları onun çiyinlərində idi. Ata qayğısı görməmişdi, atasız böyümüşdü Mehdi. O, anası və bacısına maddi ehtiyac hiss etdirməmək üçün gecə-gündüz işləyirdi. Halal zəhmətlə ailəsini keçindirirdi. Bir arzusu vardı. Anası yaxşı şəraitdə yaşasın deyə təzə bir ev tikmək istəyirdi. Daha ətraflı »

  • 07Yan
    Hərbi vətənpərvərlik “BOYKA” ADI İLƏ TANINAN ŞƏHİD üçün şərhlər bağlıdır

    Şəhid Abbasov Elvin Şamil oğlu əslən Umudlu kəndindəndir. Birinci Qarabağ müharibəsi zamanı ailəsi Ağdərə rayonunun Umudlu kəndindən məcburi köçkün düşüb. Bərdə rayonunun Hacılı kəndində yaşasalar da, Tərtər rayonu Umudlu kənd inzibati ərazi dairəsində qeydiyyata götürülüblər. Elvin Abbasov isə 1993-cü il mayın 6-da Tərtərdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidməti uğurla başa çatıb. Hərbidə olan nizam-intizam qulluq müddətində Elvini özünə cəlb edib, orduda xidmət etmək marağı yaradıb. Əsgəri borcunu verib qayıtdıqdan az sonra müddətdən artıq xidmətə yazılır. Daxili qoşunların “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstədə baş çavuş kimi fəaliyyət göstərir. Vətən müharibəsi başlayanda artıq 8 il idi ki, müddətdən artıq xidmət edirdi. Bu müddətdə hərbi işi daha mükəmməl mənimsəmişdi. Yarasalar adlandırılan bölükdə ona xüsusi ad verilmişdi –“Boyka” adı ilə tanınırdı. Döyüş hazırlığı və hərbi bacarığı ilə fərqlənirdi “Boyka”.
    Tarixə Vətən müharibəsinin ilk günü kimi yazılan 27 sentyabr 2020-ci il. Elvin Abbasov şiddətli döyüşlərin getdiyi əraziyə – Cəbrayıl istiqamətinə göndərilir. Onun döyüş yolu Cəbrayıldan, Xocavənddən, Zəngilandan, Daşaltıdan, Hadrutdan keçib. Bu ərazilərdə güclü döyüşlərdən öz şücaəti ilə çıxıb “Boyka”. Daha ətraflı »

  • 07Yan
    Hərbi vətənpərvərlik UNUTMAYAQ üçün şərhlər bağlıdır

                                                                         Yanvarda doğulan şəhidlərimiz

    Hüseynov Eşqin Cəsarət oğlu- 20 yanvar 1998-ci ildə Hüsənli kəndində doğulub.
    Hüseynov Anar Rəhim oğlu- 9 yanvar 1997-ci ildə Tərtər şəhərində doğulub.
    Məmmədov Taleh Arif oğlu- 1 yanvar 1999-cu ildə Hüsənlidə dünyaya göz açıb.
    İsmayıllı Şamil Kamil oğlu- 4 yanvar 1993-cü ildə Dəmirçilər kəndində doğulub.
    Əhmədzadə Mürşüd Müdahil oğlu- 4 yanvar 2000-ci ildə Evoğlu kəndində anadan olub

  • 07Yan
    Hərbi vətənpərvərlik QAZİLƏRİMİZ üçün şərhlər bağlıdır

                                                                                       DÖYÜŞÇÜ XƏYYAM

    Xəyyam Hüseyinli 1994-cü il iyun ayının 26-da Tərtərdə anadan olub. 1 saylı tam orta məktəbdə oxuyub. Əskəri xidmətini başa vurduqdan sonra bir müddət Rusiyada yaşayıb. Lakin doğma el-obadan ayrı qala bilməyib.Yenidən boya-başa çatdığı Tərtərə qayıdıb. Qərarlaşdırıb ki, müddətdən artıq xidmətə yazılsın. General Polad Həşimovun şəhid olması xəbəri Xəyyamın bu istəyini, mənfur erməniyə qarşı nifrət hissini birə-on artırıb. Odur ki, rayon hərbi komissarlığına müraciət edərək könüllü hərbi hissəyə müddətdən artıq xidmətə yazılır. 18 iyul 2020-ci il tarixdən qeydiyyata götürülür, lakin hərbi hissəyə təyin olunması biraz ləngidilmişdi. Bəlkə də ananın yeganə övladı olduğu üçün təyinatı gecikdirilirdi.
    27 sentyabr 2020-ci il. Qəddar ermənilər öz məkrli siyasətlərini yeritməyə başladılar.Ərazilərimizi iriçaplı silahlarla atəşə tutdular. Atılan top və raketlərin səsindən qulaq tutulurdu. Elə ilk anlardan dinc əhaliyə ziyanlıq vurulur, dağıntı və itkilər olurdu. Xəyyam isə hələ də hərbi hissədə deyildi. İki gün şəhərdən kənara çıxmayan sakinlərlə bərabər qalır. Könüllü olaraq yaralı və şəhid olmuş sakinlərin daşınmasına öz köməkliyini göstərir. 29 sentyabrda onu könüllü olaraq “N” saylı hərbi hissənin həmlə bölüyündə qumbaraatan komandiri təyin edirlər. Bir neçə gün təlim keçdikdən sonra oktyabrın 3-dən mənfur düşmənlə döyüşə qatılır. Talış, Suqovuşan və Ağdərə istiqamətində gedən qanlı döyüşlərin fəal iştirakçısına çevrilir. Ürəyindəki nifrətini düşmənə göstərməyin artıq vaxtı idi. Odur ki, döyüş yoldaşlarını tək qoymayaraq igidliklə vuruşurdu.
    Oktyabrın 7-də Ağdərə istiqamətində aparılan döyüş zamanı snayper gülləsindən yaralanan Xəyyamı hərbi hospitala çatdırırlar. Bir neçə gün müalicə götürdükdən sonra yarası sağalmamış 12 oktyabrdan hərbi hissəyə qayıdıb, döyüşünü davam etdirir. Özü bu barədə deyir: Daha ətraflı »