Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Dek
    Tərtər RİH-də BMT-nin İNKİŞAF PROQRAMININ GENDER MƏSƏLƏLƏRİ ÜZRƏ MÜŞAVİRİ REYÇEL UERHEM TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “Daha fəal iqtisadi və sosial iştirak yolunda maneələri aş-maq üçün Azərbaycanda həssas və münaqişənin təsirlərinə məruz qalmış qadınların səlahiyyətlərinin genişləndirilməsi və onlara bərabər imkanların yaradılması” adlı layihə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının gender məsələləri üzrə müşaviri xanım Reyçel Uerhem Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
    Qonaqları salamlayan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. Icra başçısı bildirib ki, həyata keçirilən layihələr, vaxtilə təmas xəttinə, indi işğaldan azad olunmuş ərazilərə yaxın bölgələrdə keçirilən tədbirlər çox vacibdir. Daha ətraflı »

  • 10Dek
    Xəbərlər VƏTƏNDAŞLARIN QƏBULU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib. Onların icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan problemləri həll olunub, digərlərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    Qəbulda vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq, həyətyanı sahə götürülməsi, işlə təmin olunma ilə bağlı müraciət ediblər.
    Həlli mümkün məsələlər operativ surətdə həll olunub, araşdırılması vaxt tələb edən məsələlər barədə aidiyyəti qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
    Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 10Dek
    Xəbərlər ŞƏHİDİN İL MƏRASİMİ üçün şərhlər bağlıdır

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
    Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Əhmədzadə Mürşüd Müdahil oğlu 2000-ci il aprelin 1-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Oktyabrın 6-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 27-də onun nəşi tapılaraq Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.
    Şəhid Əhmədzadə Mürşüd 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur dö-yüşçü” medalları ilə təltif olunub.
    Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

     

  • 10Dek
    Digər TARİXİ QƏLƏBƏMİZƏ HƏSR OLUNMUŞ AMNİSTİYA HUMANİST SİYASƏTİN DAHA BİR TƏZAHÜRÜDÜR! üçün şərhlər bağlıdır

    27 sentyabr 2020-ci il tarixdə başlanmış, əzəli Azərbaycan torpaqlarının yadelli tapdağından azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbənin birinci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında 5 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən minlərlə ailənin sevincinə səbəb olan amnistiya aktı qəbul edilmişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı əvvəlki illərdə qəbul edilmiş amnistiya aktlarından bir çox xüsusiyyətlərə görə fərqlənməklə, əhatə etdiyi institutların, eləcə də şamil olunacağı şəxslərin dairəsinə görə müstəqil Azərbaycan tarixinin indiyədək qəbul olunmuş ən böyük amnistiyası kimi tarixə düşmüşdür. Belə bir möhtəşəm amnistiyanın qəbul edilməsi Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun əzmi sayəsində haqq savaşımızda qazanmış olduğumuz qələbənin tarixi Daha ətraflı »

  • 10Dek
    Xəbərlər İGİD DÖYÜŞÇÜNÜN XATİRƏSİ ANILIB üçün şərhlər bağlıdır

    Şəhidin anım günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları onun məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
    Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Qasımov Azər Yaqub oğlu 1979-cu il dekabrın 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub. Oktyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 29-da Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.
    Şəhid Qasımov Azər 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları təltif ilə olunub.
    Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

  • 10Dek
    Hərbi vətənpərvərlik 44 günlük Vətən müharibəsi günlərində üçün şərhlər bağlıdır

                                              TƏRTƏR– AZƏRBAYCANIN “STALİNQRADI”

     

     

     

     

     

    Harada yaşadığımıza baxmayaraq, doğulduğumuz, böyüdüyümüz yer həm vətənimiz sayılır, həm də o yer bizim üçün çox əziz və doğma olur. Mənim üçün də Tərtər belə əzizdir Tərtər çox səfalı, barlı-bərəkətli torpağı, saf suyu, füsünkar təbiəti ilə başqa rayonlardan seçilir. Rayonumuzun içərisindən keçən Tərtər çayı isə ona başqa bir gözəllik verir. Əbəs deyildir ki, Aleksandr Düma Tərtər haqqında belə demişdi: “Yalnız Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər”. Rayonumuzun həm təbiəti, həm ərazisi, həm yerləşdiyi coğrafi mövqeyi mənfur qonşularımızı həmişə narahat edib. 30 ilə yaxın idi ki, Tərtər erməni quldurları ilə 48 km təmas xəttində yerləşirdi. Birinci və İkinci Qarabağ müharibəsi dövründə düşmənlərimiz nə qədər çalışsalar da, Tərtəri işğal edə bilmədilər. Əksinə, Tərtər bir çox yaşayış məntəqələrini ermənilərdən təmizlədi.
    Müharibə adı gələndə ilk ağıla gələn – dağıntı, günahsız insan ölümü, vəhşilik – bunlar olur. Müharibə yer üzərinə və insanlığa qarşı törədilən ən qəddar bir cinayətdir. Mənfur xislətli, daima gözləri bizim yurd yerlərimizdə olan qaniçən ermənilər illərdir ki, bizimlə düşmənçilik edirlər. Ancaq 27 sentyabr 2020-ci ildə törətdikləri təxribat onlara çox baha başa gəldi. Necə deyərlər, bizim ordumuz onların başına od ələdi, 44 günün içərisində bütün torpaqlarımızı azad etdilər. Onları torpaqlarımızdan qovdular, Preziden­­­timizin təbirincə desək, “iti qovan kimi”. Təbii ki, bu haqq savaşı itkisiz, dağıntısız başa gəlmədi. Daha ətraflı »

  • 10Dek
    Hərbi vətənpərvərlik Qazilərimiz üçün şərhlər bağlıdır

                                                         “QİSMƏTDƏN QAÇMAQ OLMAZ”

    Bu gəlimli-gedimli dünyada hər kəsin bir qismət payı var. Və bu qismət payının necəliyini əvvəlcədən bilmək mümkün deyil. Buna “alın yazısı” da deyirlər, tale də. Həyatda qismətin nədirsə, onu görəcəksən – acısını da, şirinini də.
    Bir məsəl də var: “İnsanın əvvəli gəlincə, axırı gəlsin”. Yəni ömrün əvvəlini şad-xürrəm keçirib, sonunu əzablar içində yaşamaqdansa, əvvəldə əziyyət çək, sonda firavan yaşa. Bir məsəl də var: “Qismətdən qaçmaq olmaz”. Xülasə, taleyin qisməti sirri-billahdır, yəni bizdən asılı deyil.
    Rəşad da bilmirdi ki, onu taleyi hara aparacaq, qisməti nə olacaq. Amma arzuları və istəkləri üçün həmişə mübarizə aparırdı. Daha ətraflı »

  • 10Dek
    Digər TOFİQ YUSİFİN ÖLÜMÜNƏ üçün şərhlər bağlıdır

    Bu səhər böyük şair Tofiq Yusifin ölüm xəbəri gəldi.
    Sarsıldım, dünya gözlərimdə qaraldı.
    Dəfnində iştirak etdim, son borc olaraq tabutuna çiyin verdim.
    Azərbaycan ədəbiyyatı Tofiq Yusifin timsalında ikinci Məmməd Arazını itirdi. “Yeni Tərtər” yetim qaldı.
    Çağdaş poeziyamızın Səməndər quşu idi.
    “Allah vergisiydi şair ilhamı”.
    Ömrünün payızını yaşayırdı. Elə payızın son günündə də (30.11.2021 saat 12-50 də) çox sevdiyi Ana torpağa üz qoydu.
    Böyük şair idi. İki oğul dağından manşırlanmış sinəsi poeziya vulkanlarına meydan,dərdlərdən sıralanmış Tanrı Dağlarına məkan idi.
    Bir-birindən gözəl əsərlər müəllifiydi. Amma təkcə elə “Ömrümun payızı” şeirlər kitabı ona Azərbaycan ədəbiyyatının klassikləri şəcərəsində layiqli Daha ətraflı »

  • 10Dek
    Digər SƏMİMİ VƏ İŞIQLI ÜRƏK SAHİBİ üçün şərhlər bağlıdır

    Mən 2018-ci ilin iyun ayının 6-da Tofiq Yusifin ən yaxın dostu Vaqif İsa oğlunun məsləhəti ilə yazılarımı götürüb Tərtər qəzetinin redaksiyasına getdim. Burada kollektivin çox isti münasibəti ilə rastlaşdım və adını tez-tez eşitdiyim Tərtərimizin tanınmış ziyalısı, eloğlu Tofiq Yusiflə tanış oldum. O, İrəvanlı kəndinin tarixi ilə bağlı yazım ilə tanış oldu və dedi: “Tərtərin kəndlərinin tarixi ilə bağlı bizə dəqiq məlumatlar lazımdır, əgər belə yazıların olsa gətir çap etdirək”. Tofiq müəllimin bu sözləri sanki mənə qol-qanad verdi və yenidən yaradıcılıqla məşğul olmağım üçün stimul oldu.
    Bu dərin hikmət sahibinin böyük yaradıcılığından yazmaq mənə düşməz. Lakin Tofiq müəllim kimi qayğıkeş insan haqqında qəlbimdən gələn səmimiyyəti qələmə almaya bilmərəm. Həqiqətin işığında özünü şam kimi əridən və həm də işinin məsuliyyətini çiynində daşıyan, qızıl qələmli Tofiq müəllim üçün mənim kimi xoş sözlər söyləmək istəyən çox insanlar tapmaq olar. Onu tanıdığım bu 4 il ərzində Tərtər qəzetinin redaksiyasına nə vaxt getsəm, Daha ətraflı »

  • 10Dek
    Digər TOFİQ YUSİF OĞLU HÜSEYNOV üçün şərhlər bağlıdır

    Tərtər Rayon içtimaiyyətinə və mətbuatına ağır itki üz verib. Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, “Tərəqqi” medallı dövlət mükafatçısı, “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatı, 8 kitabın, çoxlu sayda publisist və tənqidi məqalənin müəllifi, “Yeni Tərtər” qəzetinin baş redaktoru, Tərtər Bələdiyyəsinin üzvü, “Tərtərin səsi” ədəbi birliyinin sədri, Azərbaycan Jurnalistlərinin V və VI qurultaylarının nümayəndəsi, Yeni Azərbaycan Partiyası Tərtər Rayon təşkilatının üzvü Tofiq Yusif – (Hüseynov Tofiq Yusif oğlu) 2021-ci il noyabrın 29-da 71 yaşında vəfat edib.
    Tofiq Yusif 1950-ci il aprel ayının 5-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. O, 1957-1960-cı illərdə Xoruzlu kənd məktəbində ibtidai sinfi, Dərələyəz mahalının Qovuşuq kənd məktəbində isə orta məktəbi medalla bitirib. 1967-1974-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mühəndis-elektrik fakültəsini bitirib. 1981-1983-cü illərdə Marksizm-Leninizm Universitetinin fəlsəfə şöbəsində oxuyaraq siyasi ali təhsil alıb.
    Tofiq Yusif ilk əmək fəaliyyətinə 1967-ci ildə Tərtər rayonunun yerli radio verilişləri redaksiyasında təşkilatçı-muxbir vəzifəsi ilə başlayıb.1970-1975-ci illərdə müəllim işləyib. 1977-1985-ci illərdə hərbi sənayedə çalışıb. Sonralar partiya, sovet, xalq nəzarəti orqanlarında fəaliyyət göstərib. 1991-1993-cü illərdə respublikanın “Salam”, 1996-1997-ci illərdə “Fədai” qəzetində çalışıb. 1990-cı ildən “Əmək Veteranı”dır. Daha ətraflı »