Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek
    Hərbi vətənpərvərlik VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ AYSƏNAN ABBASOVUN İL MƏRASİMİ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Mərasimdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
    Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Aysənan Abbasov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüv-vələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aysənan Abbasov 30 sentyabr 2020-ci ildə Suqovuşan döyüşləri zamanı şəhid olmuşdur. Tərtər rayonunun Seydimli kəndində dəfn olunub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Aysənan Abbasov Daha ətraflı »

  • 20Dek
    Təhsil QLOBAL PROBLEMLƏRİN HƏLLİNƏ UŞAQLARIN TÖHFƏSİ üçün şərhlər bağlıdır

    Məlum olduğu kimi, cari ilin noyabr ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, Regional İnkişaf İçtimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib. Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin liderlik keyfiyyətlərinə məxsus 350-ə yaxın uşaq iştirak edib.
    Həmin forumda rayonumuzu şəhər 1 saylı tam orta məktəbin VIII sinif şagirdi Aişə Bayramlı, 2 saylı məktəb liseyin XI sinif şagirdi Əfşanə Əlizadə və Umudlu kənd tam orta məktəbin IX sinif şagirdi Nilufər Zeynalzadə təmsil ediblər. Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu məktəbliləri qəbul edərək, Forumda rayonumuzu layiqincə təmsil etdikləri üçün onlara öz minnətdarlığını bildirib, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən göndərilmiş sertifikatları məktəblilərə təqdim edib.
    Rayon rəhbəri ilə görüşdən sonra qızlar redaksiyamızın qonağı oldular. Onların hər üçünün ürək sözlərini dinlədik, arzularını öyrəndik.

    Aişə Bayramlı: İngilis dilində sərbəst danışa bildiyim üçün respublika üzrə və beynəlxalq miqyaslı müxtəlif müsabiqələrdə iştirak edirəm.Azərbaycan üzrə hər iki polyup müsabiqəsinin qalibi olmuşam, yaz müsabiqəsində respublika üzrə II yerə çıxmışam.
    Bu günə qədər bir çox müsabiqə və təlimlərə qatılaraq, 100-dən çox sertifikat qazanmışam.
    Mən həm də Startup lideriyəm. Startupun adı “Technologial Futuri”, yəni “Texnoloji Gələcək”dir. Startupumda 15-dən çox şagird var, onlar dünyanın müxtəlif ölkələrindəndirlər. Biz qlobal problemlərlə öz uşaq dünyamızdan baxaraq, bunların həllinə töhfəmizi verməyə çalışırıq. Hətta qlobal istiləşməni dayandırmaq üçün hazırladığım layihə Polyup tərəfindən seçilib və Elon Muskun “Xprizel” müsabiqəsinə göndərilib. Daha ətraflı »

  • 20Dek
    Xəbərlər QAZİLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbdə Azərbaycan Res-publikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak etmiş qazilərlə görüş keçirildi. Əvvəlcə dövlət himni səsləndirildi və hər iki müharibədə canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı.
    Görüşə Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şücaət göstərərək əlil olmuş qazilərdən Vəkil Vəliyev, Mətləb Əliyev, İlqar Salmanov, Misir Axundov və mətbuat nümayəndələri dəvət olunmuşdular. Tədbir məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirildi.
    Məktəbin şagirdləri hər iki müharibədə iştirak etmiş qazilərə müharibənin dəhşətləri barədə müxtəlif suallar verdilər. Qazilər bu cür tədbirlərin tez-tez keçirilməsindən razılıqlarını bildirərək, Daha ətraflı »

  • 20Dek
    Xəbərlər Qürur duyuruq üçün şərhlər bağlıdır

    KÜÇƏMİZƏ İGİD DÖYÜŞÇÜNÜN ADI VERİLİB

    Bu yaxınlarda küçəmizə Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Aslan Hüseynovun adı verilib. Cəsur döyüşçü haq-qında daha çox məlumat toplamaq qərarına gəldim. Öyrəndim ki, Aslan Hüseynov 1985-ci il oktyabrn 6-da Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Ailəli idi. Bir oğlu, bir qızı atasız böyüsələr də, onlar bütöv bir xalqın sevgisi ilə əhatə olunublar. Ataları ilə həmişə qürur duyurlar. Daha ətraflı »

  • 20Dek
    İdman “XƏMSƏ” MİLLİ İNTELLEKTUAL OYUNU üçün şərhlər bağlıdır

    Rayon təhsil şöbəsi və gənclər və idman idarəsinin təşkilatçılığı ilə, rayonun ümüumtəhsil məktəbləri arasında, Ümummilli Lider Heydər Əlyevin anım gününə həsr olunmuş “Xəmsə” milli intellektual oyunu keçirilib.
    Yarışda rayonun 16 ümumtəhsil məktəbinin komandası iştirak edib. Şagirdlər öz fəallıqları ilə dahi şəxsiyyətin əbədiyaşar ideyalarına sadiq olduqlarını nümayiş etdiriblər.
    I yerə Qaradağlı, II yerə Seydimli, III yerə Hacıqərvənd kənd tam orta məktəbin komandaları layiq görülüb. Qaliblər rayon gənclər və idman idarəsinin fərqləndirici diplomları ilə tətif ediliblər.
    Umudlu kənd tam orta məktəbinin komandası isə final mərhələsində iştiraka görə həvəsləndirici mükafat alıb.

    “Yeni Tərtər”

  • 20Dek
    İqtisadiyyat TƏRTƏR RAYONUNDA 2022-ci İLİN MƏHSULU ÜÇÜN 6069 HEKTAR PAYIZLIQ BİTKİLƏR SƏPİLMİŞDİR üçün şərhlər bağlıdır

    Bu günədək Tərtər rayonunda bütün təsərrüfat kateqoriyaları üzrə 10496 hektar sahədə payızlıq şum aparılmışdır. 2022-ci ilin məhsulu üçün 6069 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Onun 2870,5 hektarı payızlıq buğda, 3046,5 hektarı dən üçün payızlıq arpa və 152 hektarı yaşıl yem üçün xəsil arpadır. Payızlıq bitkilərin səpini davam edir.
    Bundan başqa gələn ilin məhsulu üçün 5 hektar sa-hədə baş soğan, 3,5 hektar sahədə sarımsaq, 686 hektar sahədə təzə yonca əkilmişdir.

    Tərtər Rayon
    Statistika İdarəsi

     

     

     

     

  • 18Dek
    Digər AZƏRBAYCAN SÜLHƏ VƏ SABİTLİYƏ SADİQ, NÖVBƏTİ ADDIMLARI PROQNOZLAŞDIRAN ÖLKƏDİR üçün şərhlər bağlıdır

    Dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib. İclasda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bir sıra mühüm məsələlərə toxunub. Bildirib ki, Azərbaycan Alyansın dəyərli tərəfdaşıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahına 2004-cü ildən bu günə qədər yeddi dəfə işgüzar səfərlərdə olması əməkdaşlığın dinamizmini göstərir. Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında iştirakı böyük əhəmiyyət kəsb edir. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair NATO-ya üzv dövlətləri tərəfindən bir daha dəstək ifadə olunub. Daha ətraflı »

  • 15Dek
    Sosial MEDİA İSLAHATLARI VƏ ONUN ƏSAS TƏRKİB HİSSƏSİ OLAN “MEDİA HAQQINDA” QANUN LAYİHƏSİNİN HAZIRLANMASI DÖVLƏTİN SİYASİ İRADƏSİNİ TƏCƏSSÜM ETDİRİR üçün şərhlər bağlıdır

    Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.

    “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Qanun layihəsinin mahiyyəti və həssaslığı nəzərə alınmaqla, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılmış, 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunmuşdur. Daha ətraflı »

  • 13Dek
    Digər AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ, MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN QURUCUSU HEYDƏR ƏLİYEV AZƏRBAYCAN TARİXİNİN YETİRDİYİ ƏN BÖYÜK ŞƏXSİYYƏTLƏRDƏN BİRİDİR üçün şərhlər bağlıdır

    Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi. Onun böyük qürur hissi ilə söylədiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” ifadəsi bütün həyat ideologiyasını, amalını əks etdirir.

    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişdir. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Daha ətraflı »

  • 11Dek
    Digər AZƏRBAYCAN XALQININ TARİXİ YADDAŞINDA QIZIL HƏRFLƏRLƏ YAZILMIŞ ZƏFƏR üçün şərhlər bağlıdır

    Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.

    İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Daha ətraflı »