Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen
    Xəbərlər YENİ TİKİNTİ OBYEKTLƏRİ üçün şərhlər bağlıdır

    XALÇA EMALATXANASI

    Şəhərimizin Nizami küçəsində xalça istehsalı emalatxanasının tikintisi davam edir. Burada iş “Azərxalça” ASC tərəfindən aparılır. Emalatxananın ümumi sahəsi 4 min kvadratmetrdir. Hər gün tikintidə 30 nəfərə yaxın işçi çalışır. Emalatxana çari ilin noyabr ayının sonunadək istifadəyə veriləcəkdir. Bina istifadəyə veriləndən sonra burada 180 nəfər işçi işlə təmin olunacaqdır.

    Teqlər:

  • 10Sen
    Xəbərlər OLİMPİYA İDMAN KOMPLEKSİ üçün şərhlər bağlıdır

    Şəhərimizdə yeni olimpiya idman kompleksi də inşa olunur. Burada işlər sürətlə və keyfiyyətlə aparılır. Kompleks 3 mərtəbəli olacaqdır. Birinci və ikinci mərtəbədə işlərin çox hissəsi görülüb.
    Tikintidə hər gün 60 nəfərdən çox müxtəlif ixtisaslı peşə sahibləri çalışır.
    Olimpiya idman kompleksinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

    Teqlər:

  • 10Sen
    Xəbərlər KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI üçün şərhlər bağlıdır

    Şəhərimizin Elman Səfərov küçəsində inşası sürətlə və keyfiyyətlə davam edən 100 yerlik körpələr evi-usaq bağçasında işlər başa çatmaq üzrədir. Hər gün tikintidə 14-15 nəfər işçi çalışır. Tikintinin sifarişli təşkilatı Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Agentliyi, podratçı təşkilat isə “Qarabağ-ER” MMC-dir. Layihənin rəhbəri həmyerlimiz, respublikanın “Əməkdar mühəndis”i Vəli Albəndov, iş icraçısı Ziya Bağırovdur.

    Teqlər:

  • 10Sen
    Ədəbiyyat AZƏRBAYCAN DİLİNDƏ YAD ÜNSÜRLƏR üçün şərhlər bağlıdır

    Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Eramızdan əvvəl I minillikdə meydana gəlmiş və eramızın I minilliyində bir dil kimi formalaşmış, XVI əsrdə Şah İsmayıl Xətainin hökmdarlığı dövründə dövlət səviyyəsinə çatmış və dövlət dili elan edilmişdi. Dilimiz neçə əsr bundan əvvəl indiki kimi səlis və rəvan deyildi. Bu gün isə Azərbaycan dili kamil quruluşa, zəngin söz ehtiyatına, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Müstəqillik qazanandan bəri Azərbaycan dili dünya dilləri səviyyəsinə qədər yüksəlib, yüksək tribunalardan səslənən bir dil olub, dövlətlərlə sazişlər bu dildə imzalanır, əsrin müqavilələri bu dildə bağlanır. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Daha ətraflı »

    Teqlər:

  • 10Sen
    Təhsil RAYONUMUZUN 600-DƏN YUXARI BAL TOPLAYAN MƏZUNLARI üçün şərhlər bağlıdır

    Tərtər rayonunun ümumtəhsil məktəbləri üzrə 2017-2018-ci tədris ilində 602 nəfər XI sinfi bitirib. Onların 191 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Abituriyent adı qazananlardan 10 nəfəri 600-dən, 17 nəfəri 500-dən yuxarı bal toplayanlardır. Şəhər 1 saylı tam orta məktəbindən 31 nəfər, 2 saylı məktəb-liseydən 26 nəfər məzun ali ixtisas məktəblərinə qəbul olunub ki, bunlardan da rayon üzrə ən yüksək bal toplayanı 1 saylı tam orta məktəbin məzunu Laçın Əliyeva 687, 2 saylı məktəb-liseydən Elgiz Muxtarlı 685 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunublar. Builki məzun buraxılışında orta məktəbi 2 nəfər “Qızıl medal”la bitirib: 2 saylı məktəb-liseydən Nuranə Kərimova və Dəmirçilər kənd tam orta məktəbindən Kubra Bayramova. Abituriyentlərin yüksək nəticələr əldə etməsində təkcə təhsil aldıqları orta məktəblərin deyil, həm də təhsil hazırlıq kurslarının və fərdi müəllimlərin böyük zəhmətləri olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 10Sen
    Digər Rauf Həsənzadə Unutsaq unudularıq… üçün şərhlər bağlıdır

    Satqınlığın anatomiyası

    Hələ də öz doğma adlarına qayıtmayan ərazilərimiz var.
    1935-ci ildən bu yana nəzər salsaq görərik ki, Aykakan Sovetakan Sosialistakan Anrapetutyun Ali Sovetinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə nə qədər kəndin adı tarixdən silinmiş, erməniləşdirilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Digər TƏRTƏRİN SİMASINI DƏYİŞDİRƏN SƏFƏRLƏR üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin Tərtərə hər səfəri yeniliklərlə yadda qalır. 2006-cı il martın 1-də Tərtərə ilk dəfə Prezident kimi səfər edən cənab İlham Əliyev deyib: “Bu, mənim Tərtərə ilk gəlişimdir. Mən Tərtər rayonunda olmamışdım. Bu gün çox şadam ki, buradayam. Əminəm ki, bundan sonra tez-tez gələcəyəm. Həmişə sizinlə birlikdə olacağam”.
    Məhz bu səfərdən sonra Tərtərin tarixində yeni dövr başlandı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayon mərkəzində və kəndlərdə geniş tikinti-quruculuq işləri vüsət aldı. Bu dövrdə ilk növbədə infrastruktur layihələrin icrasına diqqət yetirildi. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Tərtər RİH-də NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun bu günlərdə keçirilən növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində oldu. Toplantıda rayon icra hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin təmsilçiləri, kənd sakinləri iştirak edirdilər.
    Tədbiri icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı. Sonra İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov kənd haqqında və sakinlərin əsas məşğuliyyəti barədə məlumat verdi.
    Qəbul-görüşdə çıxış edən kənd sakinləri rayonun mərkəzində və kəndlərimizdə aparılan quruculuq, abadlıq işlərindən danışmaqla yanaşı yaşadıqları ərazidə mövcud olan problemlərdən də söz açdılar. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Xəbərlər TƏRTƏRDƏ QURBAN BAYRAMI üçün şərhlər bağlıdır

    Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da böyük təntənə ilə qeyd edildi. Əvvəlcədən müəyyən edilmiş kəsim məntəqələrində qurban kəsiləcək dini ənənələrə uyğun qurban mərasimi başladı.
    Tədbirdə şəhid ailələrinə, əlillərə, ağsaqqallara, Böyük Vətən Müharibəsi Veteranlarına, Çernobıl əlillərinə, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, Şıxarx qəsəbəsində yaşayan məcburi köçkünlərə qurban payı verildi.
    Rayon ərazisində yerləşən hərbi hissələrə də qurban payı göndərildi.
    Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

    Teqlər:

  • 30Avq
    Xəbərlər KÜÇƏYƏ ŞƏHİDİN BARALYEFİ VURULACAQ üçün şərhlər bağlıdır

    Şəhid adlarının əbədiləşdirilməsi rayonumuzda ənənə halını alıb. Küçələrə, təhsil müəssisələrinə, bulaqlara şəhidlərin adları verilir, şəhərimizdə və kəndlərimizdə onların heykəlləri və büstləri ucaldılır, baralyefləri qoyulur. Son bir neçə ildə bu xeyirxah iş daha geniş vüsət alıb. Vəzir Orucov, Mübariz İbrahimov, Mehrac Mahmudov, Nicat İsgəndərov, İlqar Həsənov kimi şəhidlərimizin adları məhz son zamanlarda əbədiləşdirilib və həmin küçələrin girişində onların baralyefləri vurulub.
    Bu günlərdə şəhid Ədalət Paşayevin adını daşıyan küçə də tam əsaslı təmir olunub və asfaltlanıb. Həmin küçədə Ədalət Paşayevin baralyefinin vurulması üçün son hazırlıq işləri görülür.

    “Yeni Tərtər”

    Teqlər: