Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Avq
    Tərtər RİH-də KƏBİRLİ KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL üçün şərhlər bağlıdır

    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatla-rının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak edirdilər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri açaraq qəbula gələnləri salamladı və qeyd etdi ki, bu gün sizinlə görüşə gəlmişik ki, qayğı və problemlərinizi öyrənib, sizlərə köməklik göstərək. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Tərtər RİH-də TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN QURBAN BAYRAMI MÜNASİBƏTİ İLƏ T Ə B R İ K İ üçün şərhlər bağlıdır

    Əziz bacı və qardaşlarım!
    Hörmətli və qəhrəman tərtərlilər!
    Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərini qorumuş və nəsildən–nəsilə ötürmüşdür. Bunlardan biri də müqəddəs Qurban bayramıdır.
    Mən sizi və sizin timsalınızda bütün xalqımızı bu müqəddəs gün–Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxt həyat, bol ruzi-bərəkət arzulayıram! Vətənimizin səması həmişə aydın, sakit və işıqlı olsun! Ulu Tanrı Peyğəmbəri bir, Kitabı bir, Qıbləsi bir olan bütün müsəlmanları qorusun!
    Qurban sözünün lüğəti mənası yaxınlıq anlamını verir. Qoy bütün insanlar bir-birlərinə yaxın və mehriban olsunlar!
    Hamınız da bilirsiniz ki, Azərbaycanda dini etiqad azadlığı mövcuddur, İslamın müqəddəs dəyərlərinə xüsusi diqqət və qayğı göstərilir. Həmçinin bütün dinlərin nümayəndələri ölkəmizdə sərbəst və azad şəkildə öz inanclarını yerinə yetirə bilirlər. Buna görə də Azərbaycan bütöv dünyada tolerantlıq modellinin nümunəsi kimi tanınır. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Milli-mənəvi dəyərlər QURBAN BAYRAMI üçün şərhlər bağlıdır

    Bismilləhir–Rəhmənir–Rəhim.
    (Mehriban və Bağışlayan Allahın adı ilə!)
    “Və (yadına sal) o zaman ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə o, (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: “Həqiqətən, mən səni insanlara imam və rəhbər təyin etdim”. (Bəqərə surəsi, ayə 124).
    Bu ayədə qeyd olunan bəzi işlərlə imtahanın içərisində uzun illərdən sonra ona qismət olmuş oğul övladını (İsmaili) Allah yolunda qurban vermək də var idi! Bəşəriyyətin çox böyük toplumunun qaldıra bilməyəcəyi bir imtahan! Əlbəttə, Mərhəmətli Allah heç bir zaman bəni Adəmə durduğu yerdə kiminsə qanını tökün deyə bir göstəriş verməyib. (mütaiə işləri istisna), o ki, ola yaşlı bir ata! Öz əlləri ilə oğlunun boğazına bıçaq çəkə! Hz. İbrahim (ə) bu imtahandan, oğlu Hz. İsmail (ə) və xanımı Hz. Həcərlə üzüağ çıxdılar. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Səhiyyə QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər iştirak edib.
    Aksiyada 165 nəfər qan verib.
    Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara yardım etmək hər birimizin vətəndaşlıq borcudur. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Xəbərlər ŞƏHİD ASLAN KƏRİMOVUN ANIM MƏRASİMİ üçün şərhlər bağlıdır

    Vətən, torpaq, xalq uğrunda şəhid olanları fərəhlə yad etmək vacibdir. Onlar buna layiqdirlər. Canlarını qurban veriblər ki, sonra gələnlər xoşbəxt yaşasınlar.
    Həzrəti Əli
    Belə şəhidlərimizdən biri də Kərimov Aslan İsmayıl oğlu-dur. Aslan 1954-cü ildə Tərtər rayonunda ziyalı, sayılıb-seçilən bir ailədə–İsmayıl Kərimovun ailəsində dünyaya gəlmişdi. Orta təhsilini şəhər 1 saylı tam orta məktəbində almışdır. Bakı Kooperativ İnstitutunu bitirmişdi. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Sosial TƏRTƏRDƏ XALÇA İSTEHSALI MÜƏSSİSƏSİ TİKİLİR üçün şərhlər bağlıdır

    Tərtər rayonu günü-gündən abadlaşır, gözəlləşir və füsunkar bir məkana çevrilir. Yeni istehsal sahələri yaranır, obyektlər tikilir, yollar, küçələr asfaltlanır, yaşıllıqlar salınır. Tərtər son illərdə xeyli genişlənmiş, yeni yaşayış evləri və ictimai binalar inşa olunmuş, çoxmənzilli binalar təmir olunaraq müasir tələbləri uyğun hala salınmışdır.
    Məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş 1170 ailəlik yeni qəsəbə Tərtərdə ayrıca bir şəhər təsirini bağışlayır.
    Bütün bunlarla yanaşı rayonumuzda əhalinin məşğulluğu üçün müxtəlif tədbirlər görülür.
    Nizami küçəsində yeni xalça istehsalı müəssisənin tikintisi davam etdirilir. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Kənd təsərrüfatı 2018-ci İLDƏ TƏRTƏR RAYONUNDA TAXILÇILIĞIN İNKİŞAFI HAQQINDA üçün şərhlər bağlıdır

    Taxıl istehsalı üçün istifadə olunan yanacağın, motor yağlarının və mineral kübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalçılarının maddi marağının artırılması və bugda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün 40 manat yardımın verilməsi, toxum satışına görə hər kiloqrama 30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılması, məhsulun inkişafına müsbət təsir göstərmişdir. Belə ki, 2018-ci ildə 11 min 556,3 hektar taxıl sahəsindən 44 min 175,2 ton məhsul istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 38,2 sentner olmuşdur. 2017-ci illə müqayisədə məhsuldarlıq 1,8 sentner artmışdır. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Digər AZƏRBAYCAN PROKURORLUQ ORQANLARININ YARANMASININ 100 İLLİYİ MÜNASİBƏTİ İLƏ üçün şərhlər bağlıdır

    MÜSTƏQİL AZƏRBAYCANDA QANUNÇULUĞUN TƏMİN EDİLMƏSİNDƏ AZƏRBAYCAN PROKURORLUĞUNUN ROLU DANILMAZDIR

    “Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Heydər Əliyev.

    Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası XlV əsrin əvvəllərində Fransada kral lV Filipp tərəfindən qoyulmuşdur.
    Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri olduğunu bütün dünyaya sübut edən Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğunu qeyd etmişdir. Azərbaycan Prokurorluğunun tarixi də məhz Cümhuriyyət dövründə prokurorluğun yaranmasından götürülmüşdür.
    Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının yaradılması və fəaliyyətə başlaması nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidentinin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi qərara alınmışdır. 1 oktyabr 2018-ci ildə Azərbaycan Prokurorluğunun yaranmasının 100-cü ili tamam olur. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Digər “Yeni Tərtər”in 13 yaşı tamam olur üçün şərhlər bağlıdır

    ACILI-ŞİRİNLİ GÜNLƏR…

    Qəzetimizin əməkdaşı Elfuzə Vəliyeva baş redaktor Tofiq Yusifdən “Yeni Tərtər”in 13 illiyi ilə bağlı müsahibə almışdır.
    İlk sualımıza baş redaktoru olduğunuz “Yeni Tərtər”dən başlayaq. Məlumdur ki, rayon qəzeti 7 ildən artıq bir müddətdə susdu. Bildiyimizə görə Siz həmin vaxtlar ayrı sahədə çalışırdınız. Necə oldu ki, redaktorluğa məhz Siz namizəd göstərildiniz? Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Digər 13 İL NƏ TEZ KEÇDİ?! üçün şərhlər bağlıdır

    Qəzetçini qəzetsiz təsəvvür etmək, balığı susuz təsəvvür etmək kimi bir şeydir. Elə biz də 7 il beləcə susuz balıq kimi yaşadıq.
    2005-ci ilin isti avqust günləri kollektivimiz üçün çiçəkli bahara döndü. Rayon qəzetinin ikinci həyatı başladı, uzun fasilədən sonra onun çapı bərpa olundu. 13 il əvvəl o zamankı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin otağında kollektivi-miz bir yerə toplaşanda, hamı-mız həyəcanlıydıq. Bu, sevinclə yanaşı, həm də məsuliyyət hissindən doğan həyəcan idi.
    Artıq geriyə baxmaq, görülmüş işlərə qiymət vermək olar. Özümüzdən əvvəl işə, əlbəttə, bu qiyməti oxucular verir. Daha ətraflı »

    Teqlər: