Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl
    Xəbərlər VƏTƏNPƏRVƏRLİK ALİ HİSSDİR üçün şərhlər bağlıdır

    “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə “Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili” adlı layihə çərçivəsində tədbir keçirib.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Elvin Umudov açaraq mövzunun aktuallığından danışıb.
    “Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə “Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsi barədə geniş məlumat verib.
    Tədbirdə layihənin eksperti Seymur Verdizadə, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, ”Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin nümayəndəsi Həcər Xeyri çıxış edərək belə tədbirlərin təşkilinin davamlılığının vacibliyini bildiriblər.

    Teqlər:

  • 30İyl
    Kənd təsərrüfatı Kənd təsərrüfatının inkişafı vacib məsələdir üçün şərhlər bağlıdır

    “PAMBIQÇILIĞIN İNKİŞAFINA DAİR  2017-2022-ci İLLƏR ÜÇÜN DÖVLƏT PROQRAMI” YERİNƏ YETİRİLİR

    Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına darir 2017-2022-ci illər üçün Dövlət Proqramı” pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsinə və bu sahədə problemlərin həllinə yönəldilmişdir.
    Dövlət Proqramında qeyd olunur ki, Azərbaycanda pambıqçılığın kompleks inkişafı XX əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin respubli-kaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticə-sində pambıqçılıq çox sürətlə inkişaf etmiş, bu sahədə böyük sənaye potensialı yaradılmışdır. Təkcə 1981-ci ildə respublika üzrə pambıq istehsalı rekord həddə – 1 milyon 15 min tona çatdırılmışdır. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Kənd təsərrüfatı FERMERLƏRİMİZ ÖLKƏNİN ƏRZAQ TƏHLÜKƏSİZLİYİNƏ ÖZ TÖHFƏLƏRİNİ VERİRLƏR üçün şərhlər bağlıdır

    Kənd təsərrüfatı qeyri-neft sektorunun ən iri sahəsidir. Aqrar sektor həm də ölkənin ərzaq təhlükəsizliyində önəmli rol oynayır. Hər bir ölkənin kifayət qədər daxili ərzaq məhsulları ilə təmin edilməsi onun üçün prioritet vəzifədir.
    Azərbaycanda aqrar sektorun inkişafı ölkə rəhbərinin daimi diqqət məzkəzindədir və dövlətimiz tərəfindən dəstəklənir. Belə ki, keçmiş MDB dövlətləri arasında torpaq islahatı ilk növbədə Azərbaycanda keçirildi və torpaq özünün əsl sahibinə–kəndliyə qaytarıldı.
    Bu, birinci mərhələ idi. İkinci mərhələdə aqrar sektor maliyyə vəsaitləri və texnika ilə təchiz olundu. Belə ki, kəndlilərə güzəştli şərtlərlə kredit, texnika verildi, fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azad edildilər. Həmçinin onlara istifadə etdikləri yanacağa və sürtkü yağlarına görə subsidiyalar ödənildi. Gübrə, toxum, damazlıq heyvanlar da istehsalçılara dəyərindən aşağı qiymətlərlə satıldı. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Kənd təsərrüfatı SAHİBKAR QADINLARIN SAYI ARTIR üçün şərhlər bağlıdır

    Məlum olduğu kimi, sahibkarlığın inkişafına dəstəyin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun rəhbərliyi ilə ölkəmizdə aqrar islahat həyata keçirilib, torpaq öz sahiblərinə–kəndlilərə qaytarılıb. Ulu Öndər öz çıxışlarında torpaqlardan səmərəli istifadə etməyi, onun məhsuldarlığını daim artırmağı tövsiyə edirdi.
    Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev də ölkədə sahibkarlığın inkişafını bazar iqtisadiyyatından irəli gələn mühüm bir vəzifə kimi qarşıya qoyub. Həmişə olduğu kimi, bu işdə də əhalinin yarıdan çoxunu təşkil edən qadınlar fəallıq göstərirlər.
    Onların fəaliyyətini elmi əsaslarla genişləndirmək, problemlərinin həllinə dəstək vermək məqsədilə 2001-ci ildə Azərbaycanda Sahibkar Qadınlar İctimai Birliyi yaranıb. Bu birliyin vasitəsilə regionlarda da qadın sahibkarların fəaliyyəti dəstəklənir, onlara lazımi istiqamət verilir və köməklik göstərilir. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Kənd təsərrüfatı İŞLƏRİN MƏSULİYYƏTLİ DÖVRÜDÜR üçün şərhlər bağlıdır

    Rayonumuzun bütün təsərrüfatlarında olduğu kimi, bizim İsmayılbəyli kəndində də təsərrüfat işləri sürətlə davam etdirilir. Ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunu inkişaf etdirmək barədəki tapşırığından ruhlanan fermer və ailə–fermer təsərrüfatlarının üzvləri çoxdan unudulan sahəyə çevrilmiş baramaçılığı, pambıqçılığı, şəkər çuğunduru və digər kənd təsərrüfatı bitkilərinin əkin sahələrini ilbəil genişləndirirlər.
    Ötən il təsərrüfatımızda 11 qutu ipəkqurdu becərilmişdi. Dövlətə nəzərdə tutulandan xeyli çox məhsul təhvil verildi. Bu sahədən yaxşı gəlir götürən kümçülərimiz bu il 19 qutu ipəkqurdu bəslədilər. Az vaxt–cəmi 40 gün ərzində yaxşı məhsul əldə olundu. Şəki İpək Kombinatına nəzərdə tutulan 800 kiloqram əvəzinə 962 kiloqram keyfiyyətli barama təhvil verilib. Kümçülərimizdən Tofiq Səfiyev 1 qutudan 63 kiloqram, Sabir Əsgərov 2 qutudan 123,9 kiloqram, Aqil Novruzov 2 qutudan 117 kiloqram keyfiyyətli məhsul təhvil vermişlər. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Digər “İLAN OCAĞI” üçün şərhlər bağlıdır

    Bu dünyanın Dərələyəz adlı bir mahalı vardı. Azərbaycan adlarının soyqırımında onun da adı dəyişdirildi, yurdları-yuvaları param-parça oldu insanlarının ürəyi kimi. Yuğmalandı dağları, dərələri, təpələri, düzləri, çayları, bulaqları, gölləri, meşələri. Soyları və soyadları qondarma, xislətləri vəhşiliyə və qəddarlığa yuva olan, qan içməyə həris, içləri zığla-zımrığla dolu, varlıqları bəşər övladına nifrət və kindən yoğrulmuş bu naqis canlılar neçə dəfə darmadağın etdi o doğma yerlərimizi, o tarixi diyarımızı! Qocaya, cavana, uşağa rəhm etmədən tikə-tikə doğradılar, diri-diri yandırdılar, basdırdılar, zülüm-zillət verdilər insanlara, gözlər çıxarıldı, başlar kəsildi, bədənlər qol-bud olundu, sağ-sağ sümüklər şaqqıltıyla qırıqlandı, əzalar kəsildi, damarlara neft yeridildi… Bu məşəqqətlərə sanki Allah da göz yumdu, onların layiq olduqları cəzanı vermədi. Qudurmuş itlər bu cəzasızlıqdan daha da qızışdılar, namuslar ləkələndi, ismətlər ayaqlar altında tapdalandı, qeyrətlər boynuburuq qaldı, dillər lal, qulaqlarsa kar oldu. Çünki dillənənin dilini, eşidənin qulaqlarını kəsdilər. Çoxları özlərini lallığa və karlığa qoydu. “İt itin ayağını basmaz”–deyib ərənlər. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Digər BİLMƏK MARAQLIDIR üçün şərhlər bağlıdır

    Müqəddəs tellər
    Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin talelərində, sənət yollarında qəribə oxşarlıqlar var. Onlar nəinki bir ildə, hətta bir gündə anadan olmuş, Qori Müəllimlər Seminariyasında təhsil almış, sonradan həyatlarını musiqiyə həsr etmək qərarına gəlmişlər. Hər ikisi Azərbaycan musiqisinin tərəqqisi naminə var gücləri ilə çalışmışlar. Üzeyir Hacıbəyovu Müslüm Maqomayevlə sıx yaradıcılıq əməkdaşlığından başqa, səmimi dostluq münasibətləri də bağlamışdır. Nəhayət, tale onları qohumluq telləri ilə də birləşdirmişdir. Hər iki bəstəkar Terequlova bacıları ilə–Üzeyir bəy Məleykə xanımla, Müslüm bəy isə Bağdagülcamal xanımla ailə həyatı qurmuşlar.
    * * *
    Məhkəmənin qərarı ilə toy şənliyi (1810-1856)
    Görkəmli alman bəstəkarı Robert Şuman uzun müddət sevgilisi Klaranın atasından evlənmələrinə razılıq ala bilmirmiş. Artıq ümidini itirmiş Şuman məhkəməyə müraciət edir. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Digər REAL FAKTLAR üçün şərhlər bağlıdır

    İnsan gün ərzində orta hesabla 20 min, il ərzində 7 milyon, 70 il ərzində təxminən 500 milyon addım atır. Bu, o deməkdir ki, insan öz həyatı boyu yer kürəsindən Aya qədər olan məsafə qət edir və ya yer kürəsini ekvator boyu 9 dəfə dolanır.
    * * *
    1922-ci il 13 sentyabr tarixində dünyada ən yüksək temperatur +57,8 dərəcə selsi Əl-Əziyiyyə bölgəsində (Liviyada) qeydə alınmışdır. 2003-cü ildə hava praqnozları üzrə ekspert Kristofer Bertə görə dünyada ən yüksək temperatur +71 dərəcə selsi Səudiyyə Ərəbistanında qeydə alınmışdır.
    * * *
    ABŞ-da hər 26 dəqiqə-dən bir adam öldürmə, hər 6 dəqiqədən bir zorakılıq, 6 saniyədən bir isə oğurluq hadisəsi baş verir.
    * * *
    Avropa ərazisində XVII əsrdə 44, XVIII əsrdə 37, XIX əsrdə 36, XX əsrdə isə 7 müharibə baş vermişdir. Daha ətraflı »

    Teqlər:

  • 20İyl

    Digər üçün şərhlər bağlıdır

    …Bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardım alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 20İyl
    Tərtər RİH-də Rayon rəhbərinin ilin birinci yarısı üzrə hesabatı üçün şərhlər bağlıdır

    UĞURLAR DAVAM EDİR

    Tərtər rayonunda tikinti-quruculuq və abadlıq işləri 2018-ci ilin birinci yarısında davam etdirilib. Bu dövrdə 15 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 935,9 min manat dəyərində əsas fondlar istifadəyə verilib.
    Bu barədə Tərtər rayonunda 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdiril-məsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Daha ətraflı »

    Teqlər: