Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Apr
    Təhsil “İNSAN ÖZ SƏADƏTİNİ ARZULARINDA YOX, POTENSİALINDA AXTARMALIDIR” üçün şərhlər bağlıdır

    Qədim yunan filosofu Aristotelin bu kəlamı sanki Fərqanə müəllim haqqında deyilib. Tədris etdiyi fənni ürəkdən sevən Fərqanə Kərimova müasir dövrün şagirdlərindən gileylənməyi xoşlamır. Çünki potensial imkanları o qədər çoxdur ki, kiminsə onun dərsinə laqeyd qalması mümkün deyil.
    O, keçmiş Ağdərə rayonunun İmarət-Qərvənd kəndində dünyaya göz açıb. Bu yerlərin təbiətinin füsünkarlığı bütün varlığına hoparaq, qələmindən damla-damla süzülür və gözəl cümlələrə, yazılara çevrilir. Ona görə də tanıyanların hamısı Fərqanə müəllimin pedaqoji məharəti ilə yanaşı, tamamilə fərqli, özünəməxsus qələm sahibi olduğunu söyləyirlər.
    Sadə, təvazökar, şəxsiyyətinə hörmətlə yanaşan, lakin elədikləri ilə heç zaman öyünməyən Fərqanə Kərimova çalışdığı 2 saylı məktəb-liseyin müəllim və şagird kollektivinin dərin hörmətini qazanıb.
    İş sahəsində olduğu kimi, ailəsində də Fərqanə müəllim əsl Azərbaycan qadınının müsbət keyfiyyətlərinin daşıyıcısıdır.
    Ona görə əmindir ki, öz səadətini övladları Elvin və Nərmində tapacaq.

    “Yeni Tərtər”

    Teqlər:

  • 09Apr
    Milli-mənəvi dəyərlər AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN DAŞIYICISIDIR üçün şərhlər bağlıdır

    Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Elə bu səbəbdən də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərin qoruyucusu olmaqla yanaşı, həm də genofondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayıb.
    Ailələrin sağlam və xoşbəxt yaşamaları üçün onun üzvləri arasında səmimiyyət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Yad, millətimizə xas olmayan ideyaların, davranış tərzlərinin təbliği böyüməkdə olan nəslə bəzən yanlış yol göstərir. Cəmiyyət bu yad meyillərin qarşısını qətiyyətlə almalı, milli dəyərlərin qorunması, itməməsi üçün güc sərf etməlidir.
    Lakin çox zaman ailənin milli-mənəvi dəyərlər sistemində oynadığı rol düzgün qiymətləndirilmir və buna görə də onun müqəddəsliyinə xələl gəlir, bununla da boşanmaların və dağılan ailələrin sayı azalmaq bilmir. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Digər AĞBİRÇƏKLƏRİMİZ üçün şərhlər bağlıdır

    SƏRİYYƏ XALA

    Səriyyə xalanı uzun illərdir tanıyıram. Lakin nə onun özü, nə də ailəsi haqqında heç bir məlumatım yox idi. Iş planındakı mövzu onu daha yaxından tanımağıma səbəb oldu. Görüşümüz onun ailəsində, böyüklük etdiyi ocağında alındı. Tanıdığım zəhmətkeş, bir az da baməzə qadın xeyli dəyişmiş, ağbirçəkləşmişdi.
    Səriyyə Məmmədova Qərbi Azərbaycanın Basarkeçər rayonunun Böyük Məzrə kəndindəndir. 1937-ci il sentyabr ayının 20-də doğulub. Ailədə 6 bacı, 1 qardaş olublar. Atası Tahir uzun müddət mühasib işləyib, anası Tərgül isə ev-dar qadın olub. Ata-ana övladlarının qayğısı ilə məşğul olsalar da, oradakı vəziyyət başqa həmkəndliləri kimi Tahir kişigili də yaşadıqları kənddən çıxmağa məcbur etmişdir. Onlar ailələri ilə birlikdə 1953-cü ilin may ayından Tərtər rayonunun Seydimli kəndində məskunlaşırlar.
    Demək olar ki, Seydimli kəndinə köçüb gələn Qərbi azərbaycanlılar və yerli sakinlər bir-birləri ilə münasibət quraraq doğmalaşırlar, bir-birlərinə qız verib qohum olublar. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Digər VETERANLARIMIZ üçün şərhlər bağlıdır

    MÜHARİBƏ ÖLÜMDÜR

    Nəsimi Yusibov 1974-cü ildə Tərtər rayonunun Səhlabad kəndində anadan olub. 1991-ci ildə yaşadığı kənddə tam orta məktəbi bitirib. 1992-ci ilin sentya-brında həqiqi hərbi xidmətə çağırılıb. O zaman arxa cəbhədə 5 ay hərbi təlimlər keçəndən sonra 1993-cü ilin fevralında Ağdərə, Ağdam istiqamətlərindəki döyüşlərdə iştirak edib.
    Nəsimi ilə redaksiyada söhbət edirik. Deyir ki, ilk vaxtlar “Tərtər-1” və “Tərtər-2” batalyonlarının tərkibində döyüşlərə qatılmışam. İlk dəfə məni batalyona rəhmətlik Vəzir Orucov qəbul etdi. Keçdiyim təlimlər zamanı avtomat, pulemyot və qumbaraatan silahlardan yaxşı istifadə etməyi öyrənmişdim. Lüləsaz istiqamətində gedən döyüşlərdə ermənilərin 4 tankını ələ keçirdik. Həmin tankların birini qumbaraatanla mən vurmuşam. O zaman indiki Azərbaycan Bayrağı ordenli Nizami Heydərovla, İnqilabla, Himayətlə birgə döyüşmüşəm. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Digər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    Əziz balalarımız Hilal və Duyğu! Dünyaya gəlişinizlə ocağımıza yeni təravət gətirdiniz, tükənməkdə olan gülüşümüzü qaytardınız. Dünyadan vaxtsız köçmüş babanızın arzusunu göyərtdiniz. Bizim yaz nəfəsli, bahar təravətli fidanlarımız, ad gününüz mübarək olsun! Ata-analı böyüyəsiniz! Elimizin, vətənimizin layiqli övladları olmağınızı, dərddən, qəm-qüssədən uzaq yaşamağınızı Ulu Tanrıdan diləyirik. Doğmalarınızın və Sizi sevənlərin fəxrinə, qüruruna çevriləsiniz!

     

    Sizi ürəkdən sevən Ebiniz və bütün doğmalarınız

    Teqlər:

  • 29Mar
    Milli-mənəvi dəyərlər TƏRTƏRDƏ NOVRUZ ŞƏNLİYİ üçün şərhlər bağlıdır

    Tərtərdə Novruz bayramı xoş bir ovqatla qarşılandı. Minlərlə tərtərlinin qatıldığı bayram şənliyi həmşəki kimi şəhərin Mərkəzi meydanında keçirildi. Meydan milli-mənəvi dəyərlərimizin, Novruz rəmzlərinin sərgiləndiyi füsunkar bir məkana çevrilmişdi. Bir tərəfdə nəhəng səməni bəzədilmiş, bir tərəfdə isə bayram tonqalı alovlanırdı. Meydanda nümayiş etdirilən qədim məişət əşyaları, kəndirbazların və pəhləvanların oyunları, Novruzun gəlişini özündə əks etdirən rituallar, rəqslər keçmişimizlə bugünümüz arasında körpü yaradaraq, bayram iştirakçılarına xoş ovqat bəxş edirdi. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Tərtər RİH-də SÖYLƏN KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Söylən kəndində keçirilib.
    Əvvəlcə Söylən kənd İƏD üzrə nümayəndə Mətləb Əsədov kəndin sosial-iqtisadi inkişafı barədə məlumat verib.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Söylən kənd tam orta məktəbin direktoru Akif Xəlilov, körpələr evi-uşaq bağçasının müdiri Esmira Məmmədova, kənd sakinlərindən Arzu Quluyev, Eldəniz Atayev görülən işlər və mövcud nöqsanlar barədə çıxış ediblər.
    Qəbulda sakinlərə bildirilib ki, respublika Prezidentinin 5 mart 2018-ci il tarixli Sərəncamı ilə onların kəndi ilə yanaşı təbii qaz olmayan rayonumuzun daha 7 kəndinə də yaxın günlərdə qaz çəkilişi işlərinə başlanılacaqdır. Bununla da rayonumuzun ərazisinin qazlaşması 100 %-ə çatacaqdır. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Xəbərlər “AÇIQ QAPI” GÜNÜ üçün şərhlər bağlıdır

    Martın 20-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Novruz bayramı münasibətilə “Açıq qapı” günü keçirilib.
    “Açıq qapı” günündə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
    Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar. Daha ətraflı »

  • 29Mar
    Xəbərlər YENİ QƏSƏBƏDƏ NOVRUZ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 1170 məcburi köçkün ailəsi üçün Şıxarx qəsəbəsi ərazisində yeni istifadəyə verilmiş yaşayış kompleksində Novruz şənliyi keçirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məcburi köçkünləri Növruz bayramı münasibətilə təbrik edərək, dövlətimizin başçısının daim diqqət mərkəzində olan bu insanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, heç bir şəraiti olmayan ictimai binalarda məskunlaşmış məcburi köçkünlər artıq ən müasir mənzillərlə təmin olunub.
    Sonra 2 saylı Şıxarx qəsəbə tam orta məktəbin direktoru Tofiq Hacıyev, Ağdərə şəhər İƏD üzrə nümayəndə Şura Əliyeva, “Tərtər Özünümüdafiə Batalyonu”nun sabiq komandiri Pənah Məmmədov, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıblar.
    Məcburi köçkünlər Novruz bayramı ərəfəsində onlara sevinc bəxş edən ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29Mar
    Xəbərlər HƏRBİ HİSSƏLƏRDƏ BAHAR OVQATI üçün şərhlər bağlıdır

    Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə “N” saylı hərbi hissədə bayram tədbiri keçirib.
    Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan Respublikasının himnini oxuyublar.
    Bayram tədbirini giriş sözü ilə açan hərbi hissə komandiri belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib.
    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş Sektorunun müdiri Əli Məmmədov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbçiləri təbrik ediblər. Daha ətraflı »

    Teqlər: