Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek
    Digər “Heydər Əliyev ili – 2023” tarixə qovuşur üçün şərhlər bağlıdır

    “Heydər Əliyev ili” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri mükafatlandırılıb

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılması münasibəti ilə tədbir keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
    Tədbir rayon icra hakimiyyətinin inzibati binasında davam etdirilib.
    Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb. Rayon rəhbəri öz çıxışında bildirib ki, 2023-cü il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” elan olundu və ölkə rəhbərinin 28 noyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı, həmin tədbirlər planı əsasında isə rayon icra hakimiyyəti tərəfindən keçiriləcək tədbirlərin təqvim planı təsdiq edildi. Həmin təqvim planına əsasən bu günədək rayonumuzda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş onlarla tədbirlər – elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər keçirildi, rayonumuzda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini minlərlə tərtərli və rayonumuzun qonaqları ziyarət etdi. Daha ətraflı »

  • 29Dek
    Digər Ağbirçək sözü üçün şərhlər bağlıdır

    Biz ailəlikcə sevimli Prezidentimizə səs verəcəyik

    2023-cü il ölkəmiz üçün çox düşərli oldu. 2020-də qazandığımız Böyük Zəfərimiz “Heydər Əliyev” ilində daha da böyük qələbə ilə nəticələndi–sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları nəticəsində torpaqlarımızın işğalına tamamilə son qoyuldu, suverenliyimiz bərpa edildi. Bu döyüşlərdə mənim yaxınlarımdan 4 gənc iştirak edib. Onlardan biri – qardaşımın nəvəsi Fuad Məhərrəmli şəhidlik zirvəsinə ucaldı, qalanları isə düşmənlə mübarizədə qəh-rəmanlıq nümunələri göstərərək qazi kimi ailələrinə döndülər. Dövlətimiz, Prezidentimiz tərəfindən onların igidliyi yüksək qiymətləndirilib, müxtəlif medallara və digər mükafatlara layiq görülüblər.
    2023 bizim üçün həm də ona görə qiymətlidir ki, dünya siya-sətçilərinin birincisi Heydər Əliyev ilidir. Mən özümü xoş-bəxt sanıram ki, Ulu Öndərin rəhbərlik etdiyi ölkədə oxuyub işləmişəm. O dahi insan gənclərin oxuması üçün çox gözəl şərait yatarmışdı. Mən özüm gündüz işləyərək, texnikumun axşam şöbəsində oxumuşam. Sonra Gəncə Dövlət Universi-tetini bitirmişəm. 40 il Tərtər şəhər 1 saylı tam orta məktəbində müəllim işləmişəm. Dərs dediyim müddətdə çalışmışam ki, uşaqlara bilik verməklə yanaşı, onların vətənpərvər ruhda böyümələrinə kömək edim. Daha ətraflı »

  • 29Dek
    Digər MAARİFLƏNDİRİCİ TƏDBİR üçün şərhlər bağlıdır

    Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbində keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis leytenantı Sirac Əlizadə, Vətən müharibəsi qazisi Təhmuraz Muradov, Tərtər Təhsil Sektorunun metodisti, psixoloq Gülxar Abbasova, Tərtər rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı Sənan Kazımov, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Təranə Əmiraslanlı, Tərtər şəhər 1 saylı tam orta məktəbinin direktoru Amil Hüseynov və şagirdlər iştirak ediblər.
    Vətən müharibəsi qazisi gənclər arasında vətənpərvərliyin mahiyyəti, vətənə məhəbbət mövzusunda şagirdlərlə öz dü-şüncələrini bölüşmüşdür. Daha ətraflı »

  • 29Dek
    Digər “Heydər Əliyev ili – 2023” tarixə qovuşur üçün şərhlər bağlıdır

    Allah birliyimizi qorusun

    Möhtəşəm bir ili –2023-ü, “Heydər Əliyev ili”ni yola salırıq. Xalqımız çox qürürlu, çox sevinclidir. Hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi var. Bu il yeni təqvim ilinin gəlişi Azərbaycanın bütün ərazilərində, işğaldan azad olunmuş şəhərlərdə, kəndlərdə qeyd olunacaq. Artıq Prezident İlham Əliyevin qayğısı və həyata keçirdiyi tədbirlər nəticəsində bu yerlərə Böyük Qayıdış başlayıb. Keçmiş məcburi köçkünlərin bir hissəsi öz doğma torpaqlarına ayaq basıb, uzun illərin həsrətinə son qoyublar. Kəndlər, obalar erməni vandalizminin vurduğu yaralardan xilas olaraq, yenidən tikilir, qurulur.
    Bu evlərdə yaşayan insanlar sanki yenidən həyata doğulublar. Hər kəsin dilindən dualar, alqışlar eşidilir: “Allah şəhidlərimizə rəhmət eləsin! Allah Prezidentimizi qorusun, Allah ona cansağlığı versin”. Ata vəsiyyətinə şərəflə əməl edən dövlətimizin başçısı 30 ildən artıq bir zamanda milyonların ürəyində yalnız arzu, istək kimi yaşayan fikirləri reallaşdırdı, həqiqətə çevirdi və bununla da xalqımızın əbədi sevgisini qazandı.
    Məhz Ulu Öndərin ötən əsrin 90-cı illərinin əvvəlində başladığı ordu quruculuğu siyasəti 2020-ci ildə möhtəşəm nəticələri ilə bütün dünyanı, nəhəng ölkələri heyran qoydu. Bu siyasət nəticəsində Ordumuz həm güclü, müasir texnika ilə təchiz olundu, həm də vətənpərvər, doğma torpağa, xalqa bağlı gənclər yetişdi. Bu gənclər üçün öndə Vətən, torpaq sevgisi oldu, onlar bu yolda qəhrəmancasına döyüşdülər, düşməni ildırım sürəti ilə məhv etdilər, şəhid oldular, yaralandılar. Xalqımız bütöv Azərbaycan uğrunda şəhidlik zirvəsinə ucalan övladlarını unutmur və heç zaman unutmayacaq. Şəhid ailələri, qazilər Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, bütün xalqın qayğı və məhəbbəti ilə əhatə olunublar. Daha ətraflı »

  • 29Dek
    Digər “Qayıdacağımıza inanırdıq, çünki Prezidentimizə inanırıq” üçün şərhlər bağlıdır

    Yeniilqabağı günlərdə Tərtərdən Laçının Zabux kəndinə daha bir köç yola düşdü. Düyərli kəndində məskunlaşan İlhamə Qədirova ilə elə əşyalarını maşına yükləyərkən görüşdük. Çox sevincliydi. Köməyə gələn qonşuların da əhval-ruhiyyəsi yüksək idi. Axı, söhbət Vətənə qayıdışdan gedir. Bundan gözəl nə ola bilər?
    İlhamə Quliyeva özü bu barədə belə dedi:
    –Zabuxdan çıxanda 18 yaşım vardı. Atam, anam, 6 uşaq böyüyüb boya-başa çatdığımız kəndi göz yaşları içində tərk etdik. Ayrılığın nə qədər çəkəcəyini heç kim bilmirdi. Buna baxmayaraq, hər birimizin ürəyində bir ümid qığılcımları közərirdi. Bu ümidi yaşadan Ümummilli Lider Heydər Əliyevin “Biz o yerlərə qayıdacağıq” söz-ləri və sevimli Prezidentimiz İlham Əliyevə olan inam idi.
    İlhamə xanım daha sonra bildirdi ki, məcburi didərginlik dövründə onların ailə üzvləri Azərbaycanın müxtəlif şəhər və rayonlarında məskunlaşmışdılar. Çox çətin şəraitdə yaşayırdılar. Bu günü görmək isə atasına nəsib olmadı. O, dünyasını dəyişdi. Tərtər qəbiristanlığında dəfn olunub. İndi onun da ruhu şaddır. Çünki balaları, nəvələri cənnəti xatırladan Laçına dönürlər. Daha ətraflı »

  • 29Dek
    Digər Doğma ocaqda bayram sevinci üçün şərhlər bağlıdır

    Balaca Zəhra Böyük Qayıdışdan sonra Talış kəndində dünyaya gələn ilk uşaqdır. Atası Anar Camalov bu barədə belə deyir:
    –Uzun illər ailəmiz məcburi köçkün həyatı yaşayıb. İndi şükürlər olsun ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində doğma torpaqlarımıza qayıtmışıq. Burada üçotaqlı rahat mənzillə təmin olunmuşuq. Novruz bayramı günlərində dövlət başçısı özü kəndimizin qonağı olub, bizə xeyir-dua verdi.
    Talış kəndində ailələrin rahat yaşaması üçün lazımi infrastruktur yaradılıb. Camalovlar ailəsinin daha 2 övladı – Yusif və Tuncay, biri məktəblidir, biri isə kənddəki uşaq bağçasına gedir.
    Qarşıdan gələn Yeni ili ailə yüksək əhval-ruhiyyə ilə qarşılayır. Artıq yeni mənzildə şam ağacı da bəzədilib.
    ANAMA-nın əməkdaşı olan ata deyir ki, işimiz çətin və məsuliyyətli olsa da, böyük həvəslə işləyirik. Axı, torpaqlarımız düşmənin hər addımda basdırdığı minalardan nə qədər tez təmizlənsə, bizim kimi digər məcburi köçkünlər də öz doğma ocaqlarına qovuşa biləcəklər. Yeni ildə hər bir ailəyə sülh, əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulayırıq.

    “YENİ TƏRTƏR”

  • 29Dek
    Digər Qayğı üçün şərhlər bağlıdır

    Babalar, nənələr sağlam və xoşbəxt olsunlar

    Əfruz Abışova vaxtilə bizim məktəbdə işləyib. İndi təqaüddədir, ancaq yenə də məktəbimizin işlərilə maraqlanır, yeri düşəndə bizə dəyərli məsləhətlər verir. O, məktəbimizin yaxınlığında, Əli İsmayılov küçəsində yaşayır.
    Yeniilqabağı günlərdə məktəbimizin müəllimi Kifayət Kərimova və şagird yoldaşlarımla Əfruz nənənin qonağı olduq, səhhəti ilə maraqlandıq. Həyətində təmizlik işləri aparmaqda kömək etdik. Əfruz nənə dedi:
    – Uşaqlar, yadda saxlayın ki, yaşlı insanları həyata bağlayan sizlərin qayğı və diqqətidir. Harada olur-olsun – ailədə, ictimai yerlərdə, qocalara hörmətlə yanaşın. Həm də onların təcrübəsindən faydalanın. Çünki onların hər birinin həyatı oxunmamış kitabdır.
    Mən arzu edirəm ki, yeni 2024-cü ildə babalar, nənələr sağlam və xoşbəxt olsunlar!

    Məhəmməd KƏRİMLİ,
    Aslan Kərimov adına
    şəhər 3 saylı orta məktəbin şagirdi

  • 29Dek
    Ədəbiyyat Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    XALQ MAHNILARIMIZI YAŞADAQ!

    Azərbaycanın Xalq Artisti Əbülfət Əliyevlə müsahibə

    –İnsan həyatında elə əlamətdar günlər olur ki, o, yaddaşlara əbədi həkk olunur, illər keçsə də unudulmur. Hər dəfə xatırlananda o günlər xəyalən yenidən yaşanır. Əbülfət müəllim, yəqin ki, Sizin də səhnəyə ilk gəlişiniz xatirənizə beləcə həkk olunub. Xahiş edirik, bu barədə danışasınız.
    –Mən Ağdamda böyümüşəm. Uşaq vaxtlarımdan musiqiyə böyük həvəsim var idi. Məktəbimizdə başqa dərnəklərlə yanaşı Qumru müəllimin rəhbərlik etdiyi özfəaliyyət dərnəyi də fəaliyyət göstərirdi. Mən də həmin dərnəyin üzvü idim. 1944-cü ildə respublikamızda ilk uşaq olimpiadası keçirilirdi. Dərnəyimizin bir qrup üzvü ilə mən də olimpiadada çıxış edirdim. İfamı bəyəndilər və Bakıda filarmoniyada keçirilən yekun konsertdə mən də iştirak etdim. Mənə bir-neçə həmyaşıdlarımla birgə Azərbaycan LKGİ MK tərəfindən mükafat olaraq bir dəst paltar verdilər. Mənim səhnəyə ilk gəlişim belə oldu.
    –Səhnəyə ilk gəlişinizdən artıq 30 il keçib.Bu illər ərzində Siz uzun və şərəfli sənət yolu keçmisiniz. İndi səhnəyə çıxanda hansı hissləri keçirirsiniz?
    –İlk gənclik illərimdə çox gərgin həyacan kecirirdim. İllər ötdükcə bu gərginlik azaldı. Ancaq indi də hər dəfə tamaşaçılar qarçısına çıxanda həyacanlanıram. Mənə elə gəlir ki, öz sənətini ürəkdən sevən müğənni tamaşaçı qarşısında həmişə həyacan keçirir. Bu həyacan da onun xalqa olan sevgisindən, bir də sənətinə olan məsuliyyətindən irəli gəlir. İfa etdiyim mahnılarla çalışıram ki, həmişə xalqımın məhəbbətini qazanım.
    –Sizin ifa etdiyiniz bütün mahnılar bizim üçün sevimlidir. Bəs Siz özünüz bu mahnılardan hansını daha çox sevirsiniz? Onlardan hansı sizə daha doğmadır? Daha ətraflı »

  • 29Dek
    Digər 31dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür üçün şərhlər bağlıdır

    Azərbaycanla qürur duyuruq!

    Mən qəhrəman Tərtərdə doğulub, boya-başa çatmışam. Şəhər 1 saylı tam orta məktəbin rus bölməsini bitirmişəm.
    Bundan sonra təhsilimi Ukraynanın paytaxtı Kiyev şəhərində davam etdirmişəm. T. Sevçenko adına Kiyev Dövlət Universitetinin məzunuyam. Bakalavr, maqistr və doktorantura təhsili almışam.
    Uzun müddət Ukraynada yaşayıb, işləmişəm, hal-hazıtda isə Almaniyadayam. Berlin Şəhər Departamentində çalışıram.
    Almaniyada həmyerlilərimiz çoxdur. Biz hamımız doğma Azərbaycanımızla, onun əldə etdiyi nailiyyətlərlə qürur duyuruq. Xüsusilə son illər qazanılan qələbələr, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün bərpa edilməsi qəlbimizi fərəh hissi ilə doldurur.
    Yaxşı bilirik ki, biz xarici ölkədə Azərbaycanın bir parçasıyıq, onun adət-ənənələrini, mədəniyyətini təmsil edirik. Odur ki, atdığımız hər bir addım buna uyğun olmalıdır.
    İmkan olduqca Azərbaycana gəlir, valideynlərimi, qohumlarımı, dostlarımı ziyarət edirəm. Tərtərimiz çox dəyişib, gözəlləşib. Bu da təbiidir. Axı, hal-hazırda Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada quruculuq-abadlıq işləri aparılmasın.
    Həmvətənlərimi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il və qazanılan Böyük Zəfər münasibətilə ürəkdən təbrik edirəm! Hər kəsə cansağlığı və ruzi-bərəkət arzulayıram. Həmişə arzularımızda söyləyirdik ki, gün o gün olsun Qarabağa gedək. İndi o gün gəlib.
    Odur ki, böyük qürur hissi ilə deyirəm: “Qarabağ Azərbaycandır”!

    Vüsal ƏHMƏDOV,
    Almaniya, Berlin

  • 29Dek

    Digər üçün şərhlər bağlıdır