Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Noy
    Xəbərlər MONİTORİNQ İNSİDENTSİZ BAŞA ÇATIB üçün şərhlər bağlıdır

    m2m1ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
    Monitorinqdən əvvəl şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib.
    Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan ərazilərimizdə isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç aparıblar.
    Monitorinq insidentsiz başa çatıb.

     

    Teqlər:

  • 20Noy
    Xəbərlər TƏRTƏRLİ MƏKTƏBLİLƏRİN QUBA-QUSAR-XAÇMAZ İSTİQAMƏTİ ÜZRƏ TUR-AKSİYASI üçün şərhlər bağlıdır

    Tur-2TurAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici turak-siyaya Tərtər rayonunun məktəbliləri də qoşulublar. Rayonu təmsil edən 40 nəfər məktəbli noyabrın 11-14-də “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında olublar.
    Tərtər şəhərində rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə məktəblilərdən ibarət qrupun yola salınması mərasimi keçirilib.
    Əvvəlcə şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb, dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını bildirib. Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Xəbərlər “AZƏRBAYCANIN İNTELLEKTUAL BİRİNCİSİ” LAYİHƏSİNİN SONUNCU TURNİRİ üçün şərhlər bağlıdır

    xemsexemse2Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın İntellektual Birincisi” layihəsinin sonuncu regional turniri Tərtər rayonunda keçirilib. Turnirdə Tərtər, Ağdam, Füzuli rayonlarının gənc intellektuallarından ibarət komandalar iştirak edib.
    Açılış mərasimində Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Sonra 4 intellektual oyuna (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı”) start verilib. Tərtər rayonunda keçirilən regional seçim turunda “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” intellektual oyunlarında Tərtər, “Xəmsə”, “Axtar-tap” intellektual oyunlarında Füzuli rayonunun gənc intellektualları qalib olublar.
    Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

    Teqlər:

  • 20Noy
    Xəbərlər 2017-Cİ İLİN 9 AYINDA TƏRTƏR RAYONUNDA ÜMUMİ MƏHSUL BURAXILIŞI 99,8 FAİZ ARTIB üçün şərhlər bağlıdır

    2017-ci ilin 9 ayı ərzində Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışının həcmi 210 milyon 960,4 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 99,8 faiz artmışdır. Məhsul və xidmətlərin 77,6 faizi istehsal sahələrinin, 22,4 faizi xidmət sahələrinin payına düşmüşdür.
    2017-ci ilin 9 ayında ümumi məhsul buraxılışının 107 milyon 718,6 min manatı və ya 51,1 faizi tikinti-quraşdırma işlərinin, 52 milyon 117,5 min manatı və ya 24,7 faizi kənd təsərrüfatının, 44 milyon 810,1 min manatı və ya 21,2 faizi ticarət sektorunun, 3 milyon 911,5 min manatı və ya 1,9 faizi sənaye sektorunun,1 milyon 974,4 min manatı və ya 0,9 faizi nəqliyyat sektorunun, 428,3 min manatı və ya 0,2 faizi informasiya və rabitə sektorunun hesabına formalaşmışdır.

    TƏRTƏR RAYON
    STATİSTİKA İDARƏSİ

    Teqlər:

  • 20Noy
    Milli-mənəvi dəyərlər 28 noyabr Həsən bəy Zərdabinin anım günüdür üçün şərhlər bağlıdır

    MAARİFÇİ VƏTƏNPƏRVƏR

    Zerdabi1Böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuat və teatrımızın banisi, Vətənimizdə qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabi 1842-ci ildə Şamaxı quberniyası Göyçay qəzasının Zərdab kəndində ziyalı bəy ailəsində doğulmuşdu. Həsən bəy 7-8 yaşlarından mədrəsədə oxusa da ilahiyyata maraq göstərməmişdi. Atası Səlim bəy balaca Həsəni 1852-ci ildə Şamaxıdakı ibtidai rus məktəbinə qoyur. Həsən bəy burada öz bilik və bacarığı ilə hamının diqqətini cəlb edir. Buraxılış imtahanında öz istedadı ilə Qafqaz Təhsil idarəsi müdirini heyran qoyan Həsən bəy onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis gimnaziyasına qəbul edilir. 1861-ci ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Qısa vaxtda uğurlarına görə dövlət təqaüdçüsü statusuna yiyələnir. 1865-ci ildə oranı namizəd diplomu ilə bitirən ilk azərbaycanlı olur. Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Digər KƏLBƏCƏRƏ GEDƏN YOL… üçün şərhlər bağlıdır

    kenanİbtidai siniflərdə oxuyanda, müəllimimiz tez-tez bizi Kəlbəcərə gedən yolun kənarına gətirərdi. Yaz aylarında yolun hər iki tərəfində o qədər lalə bitərdi ki, biz bunların hansını dərəcəyimizi bilmirdik. Ora-bura qaçaraq, bu lalə dənizi ilə birlikdə uzaqda aydınca görünən Murova çatmaq, onun füsunkar gözəlliyinə qovuşmaq istəyirdik. Bir dəfə özümü unudub, möhkəmcə yıxıldım, dizlərim qanadı. Lalələrin üstünə qan töküldükcə, mən ağlayırdım. Birdən başımı qaldırıb Murova baxdım. Üfüqdən boylanan günəş onun ağ örpəyində bərq vururdu. Mənə elə gəldi ki, dağ sakitcə pıçıldayır: “Elə bilirsiniz bura çatmaq asandır? Bundan ötrü məni qorumaq, uğrumda qan tökmək lazımdır”.
    O vaxtdan uzun illər ötüb. Mən yenə Tərtərdən keçib Kəlbəcərə gedən yoldayam. Əlbəttə ki, indi burada lalələr bitmir. Müharibə gedən ərazidir. Hər qarışı şəhid qanına boyanıb. Amma cəmi bir il ərzində buralar necə də dəyişib! Müasir, gözəl şəhərcik salınıb. İnsanların rahatlığı üçün nələr yoxdur burada: tam orta məktəb, uşaq bağçası, musiqi məktəbi, bir sözlə, bütün lazımi infrastruktur. Payız girəndən isə həm şəhərciyin özündə, həm də yol kənarlarında o qədər yaşıllıq salınıb ki, insan baxdıqca bu mənzərədən doymur. Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Xəbərlər “Dəyirmi masa” keçirilib üçün şərhlər bağlıdır

    MƏQSƏD ƏHALİNİN SƏMƏRƏLİ MƏŞĞULLUĞUNU TƏMİN ETMƏKDİR

    DSC_0098 (Копировать)Bu günlərdə rayon Gənclər Mərkəzində “Müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da rayonda fəaliyyət göstərən 25-ə qədər idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
    Tədbiri rayon məşğulluq mərkəzinin direktoru Azər Ağayev açıb.
    “Dəyirmi masa”da əhalinin sosial müdafiəsini və səmərəli məşğulluğunu təmin etmək, işə götürənlərlə məşğulluq xidməti arasında əlaqələri yaxşıladırmaq, sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tədbiq edilməsi qaydaları barədə və digər sahələrdən söhbət gedib.
    Müzakirə şəklində keçən tədbirdə rayon subartezian quyuları istismarı idarəsinin nümayəndəsi Ruqiyyə Ağayeva, suvarma sistemləri idarəsinin nümayəndəsi Anaxanım Səfərova, rayon təhsil şöbəsinin işçisi Gülxar Abbasova, məşğulluq mərkəzinin işçiləri Tağı Məmmədov, Qədir Ələkbərov, Elxan Bağırov yaxından iştirak ediblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 20Noy
    Milli-mənəvi dəyərlər 2017-ci il “İslam həmrəyliyi ili”dir üçün şərhlər bağlıdır

    İSLAMDA QADINA MÜNASİBƏT

    azerbaycan_garabag_2_457Bəzi tarixi mənbələrdə göstərilir ki, İslamdan əvvəl qadınlara ikinci sinif varlıq kimi baxıldığı, hətta onların alınıb satıldığı dövrlər olub. Lakin İslam və İslamın nuru olan Peyğəmbərimizin (s) vəsiləsi ilə Allahın Quranda çiçəyə bənzətdiyi qadınlar ucaldılmışlar.
    Peyğəmbərimiz (s) qadınları Allahın əmanəti kimi dəyərləndirərək onları baş tacı etməyi məsləhət bilib. Rəsulullah (s) kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət edib və bu mövzuda buyurub: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun!” Başqa bir hədisdə isə deyilir: “Sizin ən xeyirliniz əhlinə
    (qadınına və övladlarına) ən xeyirli olanınızdır. Mən də əhlinə qarşı ən xeyirli olanınızam”.
    Bu günümüzə gəlib çıxmış hədislərdən birində isə deyilir: “Xanımının pis xasiyyətinə qatlaşan kişi, bəlalara səbr edən Hz. Əyyub kimi mükafata qovuşar. (İmam Qəzəli). Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Ədəbiyyat GƏLİN VƏ QAYNANA üçün şərhlər bağlıdır

    (Rəvayət)

    arshin_mal_alan_04_bigNəql edirlər ki, bir gəlin qaynanası ilə heç yola getmirmiş, təbii ki, qaynana da öz növbəsində gəlinə “borclu” qalmırmış. Beləcə günləri çox cansıxıcı və darıxdırıcı keçirmiş. Bütün bunlardan bezən gəlin, ata-sının əczaçı dostunun yanına gəlib ağlaya-ağlaya dərdini danışır və ondan zəhər istəyir ki, qaynanasının yeməyinə qatıb ondan canını qurtarsın. Dünya görmüş kişi ona dərman verir və deyir ki, a qızım, sən bu dərmanla onu öldürsən işin üstü açılar və səni də edam edərlər. Sən belə et, bundan onun yeməyinə az-az qat, dilini də şirin et ki, o öləndə səndən şübhələnməsinlər. Gəlin evə gəlib kişinin məsləhətinə əməl edir. Nə hikmətsə qaynana bütünlüklə dəyişir, bunlar elə mehribanlaşırlar ki, necə deyərlər, aralarından su da keçməz olur. Gəlin yenə ağsaqqal əczaçının yanına gəlir və ona deyir ki, mən böyük səhv etmişəm, bu vaxta qədər onun ölümünü istəmişəm. İndi mənə dərman ver, aparım onun bədənini zəhərdən təmizləyim. Kişi gülür və deyir ki, qızım, sənə verdiyim yeməyi dada gətirən ədviyyat idi, zəhər deyildi, zəhər sənin dilin idi ki, o da düzəldi, indi gedin mehriban yaşayın. Dünya güzəşt dünyasıdır, güzəştsiz dünya qaranlığa qərq olar.

    Saleh ƏDİLOV

    Teqlər:

  • 20Noy
    Digər Ahıllarımız üçün şərhlər bağlıdır

    “ÖMÜR ÜSTƏ ÖMÜR CALANAR, GƏLİNİN YAXŞI OLSA…”

    DSC_5919“Çox şükür ki, Allah mənim ailəmə, ocağımıza Şələlə kimi mehriban, qocaq bir gəlin qismət edib”. Bu sözlər elə-belə deyilmiş sözlər deyil. Ömrünü yaxşı yaşamış, gözəl günlər görmüş, hazırda ahıl yaşda olan el ağsaqqallarımızdan biri–İsrafil Quluyevin razılıq etdiyi qayğıdan, böyüyə hörmətdən irəli gələn fikirləridir. Axı, ahıl yaşdakı insanlar bir az kövrək olur, hamıdan, hər kəsdən diqqət, qayğı umurlar. Ən əsası da onu övladlarından, gəlinindən, nəvə-nəticəsindən görəndə daha çox duyğulanırlar. O zaman ömür üstə ömür calanır.
    İsrafil Quluyev o ahıllarımızdandır ki, həyatın ən gözəl anlarını zəhmətə bağlayıb. Harada olmasına baxmayaraq, çalışıb, qabaqçıllar sırasında olub. Bu iş-güzarlıq, məsuliyyət hissi onun qanına atası Rzaqulu kişinin, anası Güllər xalanın verdiyi tərbiyədən hopub. Ailədə tərbiyə alan 7 övladın hamısı eyni ruhda böyüyüb. Sadə bir kolxozçu ailəsinin övladlarından biridir, İsrafil müəllim. Əslən Laçın rayonundan olsalar da, uzun illərdir ki, Tərtər rayonunun Nərimaniya kəndində yaşayırlar. Bu kənddə doğulub, burada boya-başa çatıb İsrafil Quluyev. Daha ətraflı »

    Teqlər: