Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Noy
    Digər GÜNÜMÜZÜN HƏYATİ REALLIQLARINI ƏKS ETDİRƏN SİSTEM üçün şərhlər bağlıdır

    669Xalqımızın özünəməxsus adət-ənənələri, qanunları var. Bunlar nəsillər tərəfindən qorunub saxlandığı kimi, qanunlarımızın da həyata keçirilməsində dövlət orqanları öz səlahiyyətlərindən səmərəli istifadə etməyə çalışırlar. Belə dövlət orqanlarından biri rayon qeydiyyat şöbəsidir. Doğum tarixi, ad, soyad, valideynlik hüququ, ailə nikah, sağlam ailə hüquqları və nəhayətdə ölümün sənədləşməsi prosesləri əsasən qeydiyyat şöbələrində aparılır. Redaksiyanın iş planındakı mövzuyla bağlı rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən Elşən Quliyevdən və aparıcı mütəxəssis Ayna Niftalıyevadan bəzi məlumatlar aldım.
    Bildirdilər ki, 2017-ci ilin doqquz ayı ərzində şəhərdə və kəndlərimizdə birlikdə 152 nikah qeydə alınmış, 461 nəfər uşaq doğulmuşdur. Əlbəttə, 152 nikah yeni xoşbəxt ailənin təməlindən xəbər verir, 461 nəfər uşağın doğulması ailələrdəki sevincin, isti hərarətin, məhəbbətin artdığını göstərir. Bəzi ailələrimiz var ki, övlad arzusu ilə yaşayırlar. Belə ailələr müxtəlif tibb ocaqlarına üz tuturlar. Nəticə alınmayanda isə hansısa uşaq evindən və ya qohum-əqrabadan övladlığa uşaq götürülür. Bu proses də qeydiyyat şöbəsində qeydə alınır və oradan bildirildi ki, bu il rayonumuzda iki nəfər övladlığa verilib. Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Digər NARKOMAN CƏMİYYƏTİN ÇIXDAŞ MƏHSULUDUR üçün şərhlər bağlıdır

    images (1)Lakin bu “çıxdaş məhsul” yenidən yararlı ola bilər və normal həyata qayıda bilər. Əlbəttə, bunun üçün ona əsl kişi iradəsi lazımdır! Bu iradəni özündə tapa bilməyənlər ciddi müalicə yolu ilə yenidən insana dönmək xoşbəxtliyini yaşaya bilərlər. Narkomanlıqdan insanlığa dönən adamlar az deyil.
    Şübhəsiz, hamı bilir ki, narkomaniya nədir və onun faciəvi nəticələri nələrdən ibarətdir. Ən çox gənclər arasında yayılan bu bəla bir millətin gələcək bədbəxtliyinə zəmin yaratmış olur. Nəhayətdə, bəşərin bəlası kimi bütöv insanlığı məhv edər. Buna görə də dünya ölkələri bu “ağ ölüm”ə qarşı “üsyan” qaldırıblar.
    Bəzi mənbələrə görə Azərbaycanda çox ciddi mübarizə aparılsa da, narkomaniya cavanlaşaraq hətta 13-14 yaşa keçib, lakin 20-25 yaş arasında yayılma daha çoxdur. Narkomanlığın kütləviləşməsinin bir səbəbi qonşu ölkələrdə həm narkotik maddələrin ticarətindən əldə olunan gəlirlərin “yuyulması”, həm də başqa maliyyə cinayətlərinin həyata keçirilməsidir. Digər səbəb də həmin ölkələrdə narkotik maddələrin istehsalının çoxalmasıdır. Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Digər OXUCU MƏKTUBLARI üçün şərhlər bağlıdır

    BİZİM SEVİMLİ MƏHİYƏDDİN BABAMIZ

    656232Biz babamızı çox sevirik. O, ailəmizin böyüyüdür. Babam bizi də, o biri nəvələrini də çox istəyir. Hər babamgilə gedəndə o bizə pay alır, bağlarından dadlı meyvələr yığıb verir. Ən əsası faydalı məsləhətlər verir. Məhiyyəddin babamızla fəxr edirik. Babam çox mehriban, gülərüz, gözəl xasiyyətli və qayğıkeşdir.
    Nəvələrilə çox mehriban davranır. İstəyir ki, heç kimin xətrinə dəyməsin, hər şeyin sülh yolu ilə həll olmasına çalışır. Ailəmizdə də hər kəs babama böyük hörmət edir. Bacımla mən istəyirik ki, Məhiyyəddin babamız hər zaman yanımızda olsun. Babamgilə gedəndə babam tarixdən, riyaziyyatdan suallar verir, bilmədiklərimizi öyrədir, tapmacalar, atalar sözləri söyləyir. Və hər zaman, hər dəfə başa salır ki, insan namuslu və şərəfli olmalıdır, Məsələn, belə atalar sözü deyir: “Abır harda, çörək orda”.
    Babam tez-tez milli-mənəvi dəyərlərimizdən söhbət açır. Məsələn, deyir ki, keçmişdə nənəmiz şirniyyatı, çörəyi təndirdə, kürədə bişirərdi, Qovurğanı sacda qovurardı. Bizim vaxtımızda başlarına örtmək üçün hər bir qadının kəlağayısı olurdu, O, Əfruz nənəmizin kəlağayısını da bizə dəfələrlə göstərib. Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Digər MÜSTƏQİLLİK İLLƏRİNİN BƏHRƏSİ üçün şərhlər bağlıdır

    Image_2Azərbaycan Respublikası özünün ikinci müstəqilliyini bərpa etməsindən 25 il keçir. Bu illər ərzində ölkə başdan-başa dəyişib, tanınmaz olub. Ölkə vətəndaşları həm yeraltı, həm də yerüstü
    sərvətlərinə sahib olublar. Torpaq islahatı keçirilib. Kənd əməkçiləri pay torpaqlarında istədiklərini əkib-becərirlər. Bu dediklərimi öz kəndimiz və eləcə də qonşu kəndlərin timsalında görmək olar.
    Elə vaxtlar vardı ki, hər ailəyə 1 inək və 5 qoyun saxlamağa icazə verilirdi. Indi bizim Ağkənddə elə insanlar var ki, 100-150 baş qoyun-quzusu, 15-20 baş iribuynuzlu malı var.
    Elə mən özüm xeyli sayda mal-qara bəsləyirəm.
    Ailəmiz ötən əsrin 28-30-cu illərində bu kəndə Dərələyəz mahalından gəlib. Elə o zamandan bu kənddə yaşayırıq.
    Kəndlərimizin yolu çox bərbad idi, rayon mərkəzinə gedib çıxana kimi saatlarla vaxt itirirdik. Amma 2013-cü ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 5 kəndi birləşdirən 13 km uzunluqda gözəl asfalt salınıb. Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Digər 23 YAŞINDA ŞƏHİD OLUB üçün şərhlər bağlıdır

    новый-11111111111Vətən torpaq uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan yüzlərlə oğullarımızdan biri də Zeynalov Elşən Allahverən oğludur.
    Elşən 1970-ci il sentyabr ayının 26-da Ağdam rayonunun Təzəkənd kəndində anadan olub. Uşaq yaşlarından anası rəhmətə gedəndən sonra Tərtərin Hüsənli kəndində yaşayan nənəsi Məleykənin himayəsində böyüyüb 1977-1987-ci illərdə Hüsənli kənd tam orta məktəbində təhsil alıb. Bir-birini əvəz edən illər Elşənin də həyatında silinməz izlər qoyub. O, orta təhsilini başa vurandan sonra, 1989-1991-ci illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmət keçib.
    1992-ci ildə milli ordumuzun sıralarına yenidən hərbi xidmətə çağrılıb. Bu elə bir zaman idi ki, mənfur ermənilər. Azərbaycan torpaqlarıni işğal etməyə ciddi cəhd göstərirdilər. Elşən Drambon kəndi ətrafında gedən döyüşlərdə artilleriya mərmisinin qəlpəsindən ağır yaralanır. Daha ətraflı »

    Teqlər:

  • 10Noy

    Digər üçün şərhlər bağlıdır

    435E99CB-CCC2-49B8-A300-4D7DF4E8E574_cx0_cy3_cw0_w1023_r1_sYeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır.

    Heydər ƏLİYEV,
    Ümummilli Lider

    Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir. 2003-cü ildən sonra Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bu inkişafın təmin edilməsində bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının çox böyük rolu vardır. Çünki 2003-cü il bir sınaq ili idi. Həm dövlətçiliyimizin əsaslarının nə qədər güclü olduğunu elə bil ki, tarix sınayırdı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 10Noy
    Xəbərlər 25 İLLİK ŞƏRƏFLİ YOL üçün şərhlər bağlıdır

    DSC_8364 (Копировать)9e14d094e3d0fc79b54f976bbb0d1500Tərtər Rayon İcra Hakimiyyəti və YAP Tərtər Rayon Təşkilatı birgə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirdilər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu.
    Yubiley tədbiri Tərtər rayon Mədəniyyət və Turizm şöbəsinin iclas zalında davam etdirildi, YAP rayon təşkilatının sədri Ramiz Şabanov yubiley tədbirini açdı. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Tədbirdə partiya fəalları, ərazi ilk partiya təşkilat sədrləri, idarə, müəssisə rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
    Azərbaycanın dövlət himni səsləndikdən sonra YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibəti ilə təbriklərini çatdırdı və geniş məruzə ilə çıxış etdi. Daha ətraflı »

    Teqlər:

  • 10Noy
    Xəbərlər UNUDULMAZ AD GÜNÜ üçün şərhlər bağlıdır

    DSC_8755 (Копировать)DSC_8788 (Копировать)Tərtər Rayon İcra Hakimiyyəti hörmətli ziyalı, tədqiqatçı, folklorşünas, şairə-publisist, uzun illər rayon qəzetinin ştatdankənar müxbiri kimi səmərəli fəaliyyət göstərən Nubar Mədətlinin anadan olmasının 84 illiyi münasibətilə redaksiyada tədbir keçirib.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Svetlana Əzizova, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Tərtər rayonu üzrə nümayəndə Gündüz Mürsəlov, Qaraqoyunlu kənd İƏD üzrə icra nümayəndəsi Nazim Xəlilov və “Yeni Tərtər” qəzeti redaksiyasının kollektivi iştirak ediblər.
    Nubar müəllimi ad günü münasibəti ilə ürəkdən təbrik edən rayon rəhbəri Müstəqim Məmmədov qeyd edib ki, insanı cəmiyyətdə ucaldan, nüfuz sahibi edən onun vətənpərvərliyi və zəhmətsevərliyidir. Bu baxımdan Nubar Mədətli qibtə olunası insanlardan biridir. Daha ətraflı »

    Teqlər:

  • 10Noy
    Xəbərlər ZƏRƏRLİ VƏRDİŞLƏRƏ QARŞI BİRGƏ TƏDBİRLƏR GÖRƏK üçün şərhlər bağlıdır

    DSC_6125 (Копировать)DSC_6126 (Копировать)Dünyaya gələn hər bir körpə çiçək kimi gözəldir. Amma təəssüf ki, bəzən biz valideynlər, müəllimlər, bütövlükdə cəmiyyət bu zərif çiçəkləri lazımınca qoruya bilmirik. Buna görə də onlar hələ açılmamış solurlar. Bəs, nədir bunun səbəbi? Hansı bəlalardır balalarımızı uçuruma aparan? Elə bir yol ki, ordan qayıtmaq ya mümkün deyil, ya da olduqca çətindir.
    Bütün bunlar barədə bu günlərdə rayon Gənclər Mərkəzində təşkil olunan geniş tədbirdə söhbət getdi. Tədbirdə hüquq-mühafizə orqanlarının nümayəndələri, səhiyyə işçiləri, müəllimlər, şagirdlər, rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
    Rayon polis şöbəsinin rəisi Rauf Məcidov narkomaniyanın cəmiyyətimizə vurduğu ağır zərbələrdən, erkən nikahın zərərindən, dini radikalizmin təhlükəsindən bəhs edən geniş və dolğun məruzə söylədi və sonda belə bir fikir ifadə etdi ki, bu bəlaların aradan qaldırılması üçün cəmiyyət üzvlərinin vətənpərvərlik ruhu yüksəldilməlidir. Daha ətraflı »

    Teqlər:

  • 10Noy
    Digər ERMƏNİLƏRİN AZƏRBAYCANA QARŞI ƏRAZİ İDDİALARINI İFŞA EDƏN ABİDƏ: “MARAĞA–150” üçün şərhlər bağlıdır

    332086DSC_7755 (Копировать)Ermənilərin Qarabağa köçürülməsini sübut edən tarixi mənbələrdən biri “Marağa–150” abidəsidir. Tərtər rayonunun Şıxarx qəsəbəsindəki “Marağa–150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın torpaqlarımıza qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi.
    Həmyerlimiz tarixçi Türkan Qasımova bildirib ki, ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərində, o cümlədən Qarabağda yerləşdirilməsi Rusiya-İran və Rusiya-Türkiyə müharibələri nəticəsində XIX əsrin 20-30-cu illərindən başlayıb. 1828-ci ilin fevralın 10-da Təbriz yaxınlığında yerləşən Türkmənçay kəndində Rusiya və İran arasında imzalanan müqavilədən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlandı. Daha ətraflı »

    Teqlər: