Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Noy
    Digər BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI 72-ci İLDÖNÜMÜNÜ QEYD EDİR üçün şərhlər bağlıdır

    bmtbayraq.png.53edd133efcf366cfdd4c232634e0187Bu il Birləşmiş Millətlər Təşkilatı özünün 72-cı ildönümünü qeyd edir. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında Qanun qüvvəyə minib.
    Təşkilata “Birləşmiş Millətlər” adı Amerika prezidenti Franklin Ruzvelt tərəfindən təklif olunub. Bu ad Birləşmiş Millətlərin 1 yanvar 1942-ci il deklarasiyasında 26 ölkənin faşizmə qarşı mübarizəni davam etdirmək öhdəliyindən sonra qüvvəyə minib. 1948-ci ildən etibarən isə 24 oktyabr tarixi BMT günü kimi qeyd edilir.
    Azərbaycanla BMT arasında əməkdaşlıq ölkəmiz öz müstəqilliyini bərpa etdikdən dərhal sonra yaranıb, 2 mart 1992-ci il tarixdə BMT-nin üzvlüyünə qəbul edildikdən sonra həmin il mayın 6-da Azərbaycanın BMT-nin nəzdində Daimi Nümayəndəliyi açılıb.

    Teqlər:

  • 10Noy
    Digər ÜMUMDÜNYA İNFORMASİYA GÜNÜ üçün şərhlər bağlıdır

    telecom_cti_globeHər il noyabrın 26-da dünyada Ümumdünya İnformasiya Günü qeyd edilir.
    BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunan bu gün İKT sahəsində çalışanların peşə bayramıdır. Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib.
    Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informa-siyalaşdırma proseslərinin geniş vüsət alması, informasiya cəmiyyətinin formalaşması mühüm məsələlərdən biridir.
    I Beynəlxalq İnformasiyalaşdırma Forumunda dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak edib. Tədbirdə ənənəvi olaraq hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub.

    Teqlər:

  • 27Okt

    Digər üçün şərhlər bağlıdır

    484e993c33bf69c700e46e33dfd865ffBu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız hesab edirəm ki, 9 ayın ən uğurlu nəticələrindən biridir

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 27Okt
    Tərtər RİH-də DOQQUZ AYIN YEKUNLARI ÇƏKİLƏN ZƏHMƏTİN UĞURLU BƏHRƏSİDİR üçün şərhlər bağlıdır

    DSC_7096DSC_7055“2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Tərtər Rayon İcra Hakimiyyəti başçısının hesabatı olub. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyub və xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir Rayon Gənclər Mərkəzində davam etdirilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzəsində bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Tərtər rayonunda aparılan tikinti-abadlıq və quruculuq işləri 2017-ci ildə də uğurla davam etdirilib. İlin doqquz ayında 97 milyon 568,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 9 milyon 153,2 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Xəbərlər HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN QONAQLARI üçün şərhlər bağlıdır

    DSC_7242 (Копировать)(1)Tərtər rayon Heydər Əliyev Mərkəzində Bakı şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə birlikdə “Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqində Heydər Əliyev Mərkəzlərinin rolu” mövzusunda tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb və Tərtər rayonu haqqında qonaqlara məlumat verib.
    Bakı şəhər Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqi barədə məruzə ilə çıxış edib.
    Tədbirdə Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, qonaqlardan Könül Abdulova, Heydər Əliyev Mərkəzinin ekspozisiya və fondlarının zənginləşdirilməsi haqqında Departamentin Elmi araşdırmalar və təbliğat şöbəsinin aparıcı mütəxəssisi Günay Səfərova, Tərtər rayon Ağsaqqallar Şurasının üzvü Rauf Həsənzadə maraqlı çıxışlar ediblər. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Tərtər RİH-də ƏSKİPARA KƏNDİNDƏ QƏBUL üçün şərhlər bağlıdır

    MMNDSC_7830 (Копировать)Rayon icra hakimiyyəti başçısının bu dəfəki səyyar qəbul-görüşü Əskipara kəndində keçirildi.
    Tədbir iştirakçıları əvvəlcə kənddə Qarabağ müharibəsi şəhidlərinin və Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidələrin önünə gül-çiçək dəstələri qoyaraq, xatirələrini böyük ehtiramla yad etdilər.
    Kənd ağsaqqalı Fəxrəddin Babışov, məktəbin direktoru Sərxan Babayev rayonda, eləcə də kəndlərində görülən işlərdən razılıq hissi ilə danışdılar, kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıq ifadə ediblər. Daha ətraflı »

    Teqlər: ,

  • 27Okt
    Xəbərlər REDAKSİYADA YAP-ın 25 İLLİYİ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    DSC_7464“Yeni Tərtər” qəzeti ərazi ilk partiya təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş yığıncaq keçirildi.
    Ərazi ilk partiya təşkilatının sədri Elfuzə Vəliyeva məruzə etdi.
    Ərazi ilk partiya təşkilatının üzvləri Əvəz Nəsirov, Bəxtilə Əliyeva, Nigar Əmrahova, Aysel Hüseynova çıxış edərək YAP-ın 25 illiyi ilə bağlı fikirlərini söylədilər.
    Daha sonra YAP Tərtər Rayon Təşkilatının nümayəndəsi Zakir Bağırov və şura üzvü, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif çıxış edərək YAP üzvlərini təbrik etdilər və Yeni Azərbaycan Partiyasının yaradılma tarixindən, 25 ildə keçdiyi şərəfli yoldan, bu müddət ərzində ölkəmizdə aparılan möhtəşəm quruculuq yollarından söz açdılar. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası daim öz avanqard rolunu saxlamaqla gərgin siyasi mübarizələrdən keçib, cəmiyyətə layiqli töhfəsini verib və bundan sonra da verəcəkdir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Okt
    Xəbərlər BAŞ NAZİRİN MÜAVİNİ TƏRTƏRDƏ MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN SALINAN QƏSƏBƏDƏ OLUB üçün şərhlər bağlıdır

    DSC_7624w_161508503831830658226_1000x669(1)Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün inşa edilən yaşayış məhəlləsində aparılan son tamamlama işləri ilə tanış olub.
    Baş nazirin müavini Tərtər, Ağdam, Laçın və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin başçıları və yaşayış məhəlləsinin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tam orta məktəbə, musiqi məktəbinə və uşaq bağçasına baxış keçirib.
    Bildirilib ki, burada 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan yaşayış məhəlləsinin tikintisində son tamamlama işləri görülür. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub, icma mərkəzi, avtomat telefon stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dördotaqlıdır. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Digər BAYRAQ GÜNÜ üçün şərhlər bağlıdır

    baki3Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
    Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız–milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
    Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
    Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.
    9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Digər ÜMUMDÜNYA GƏNCLƏR GÜNÜ üçün şərhlər bağlıdır

    img-20171019-wa0005_()10 noyabr Ümumdünya Gənclər günüdür. Bu barədə qərar Ümumdünya Demokratik Gənclər Federasiyasının 1945-ci ilin 29 oktyabrından 10 noyabrınadək Londonda keçirilən konfransında qəbul edilib. Gənclər təşkilatlarının beynəlxalq birliyi özündə siyasi, dini baxışlarından, milli mənsubiyyətindən asılı olmayaraq bir çox müxtəlif gənclər təşkilatlarını birləşdirir. Federasiya bütün dünyada sülh, gənclərin hüquqları, xalqların müstəqilliyi, qabaqcıl gənclərin beynəlmiləl həmrəyliyi uğrunda mübarizə aparır. Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti mövcuddur və bu siyasət bu gün daha qətiyyətlə həyata keçirilir.Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Daha ətraflı »

    Teqlər: