Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl
    Digər “XALTURŞİK”lərin özbaşınalığı üçün şərhlər bağlıdır

    Изображение 038“Bala Kirpi” özünü zorla bu təhlükədən xilas edib, üz tutdu şəhərin küçələrinə. Hara baxdısa, gördü ki, yollarda maşın əlindən tərpənmək mümkün deyil. Elə bil bu rayonda “yol polisi” deyilən heç kim yoxdur. Kim nə cür istəyir, harda istəyir, lap yolun ortasında belə, maşınını park edir, saxlayır, heç bir yol hərəkəti qaydasını vecinə almır. Bu barədə söz deyənləri isə biabır edib, hörmətdən salırlar. Nə adam maşını sayır, nə maşın adamı, nə də maşın maşını. Deyən də yoxdur ki, a lotu, lisenziyan yoxdur olmasın, maşınını harda lazımdır orda saxla da, niyə qaydaları pozursan? Niyə hər an qəza şəraiti yaradırsan? Adamların üstünə niyə maşın sürürsən? Utanmırsanmı?!
    Şəhərin bəzi küçələrində elə əvvəllər olduğu kimi, yenə də bir qarışıqlıq, bir basa-bas var ki, “it yiyəsini tanımır”. Marşrut mikro avtobusları və “1 manatlıq xalturşiklər” düz işıq-forun altında, döngənin üstündə dayanıb. “kliyent” gözləyirlər. Bunların ucbatından irəlidən, geridən gələn nə maşını görə bilirsən, nə də adamı. Kimdir işıqforu vecinə alan-–nə piyadalar, nə sürücülər, nə də “QAİ”şniklər.
    “Bala Kirpi” suya düşmüş siçovul kimi əsə-əsə geri qayıtdı. Neyləyəydi ki?

    Qələmə aldı: Tofiq Yusif

    Teqlər:

  • 20İyl
    Milli-mənəvi dəyərlər Beynəlxalq Muzeylər Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    RAYONUMUZUN TARİXİNİ ƏKS ETDİRƏN ZƏNGİN MƏKAN

    новый-1Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub. Ölkəmizdə neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərindən indiyə qədər erməni işğalçıları tərəfindən qarət olunur və dağıdılır.
    Tərtər rayon Tarix-Diyarşünaslıq Muzeyi ilk dəfə 1982-ci ildə şəhər mədəniyyət evinin 1 kiçik otağında işə başlayıb. Müdiri Allahyar Musayev, işçisi Zəminə Kazımova olub. Onlar kəndbəkənd gəzərək qədim əşyaları toplayıb yığırdılar. Bir neçə ildən sonra isə muzey oradan köçürülüb, Tərtər Cümə Məscidinin 1-ci mərtəbəsində, 3 ildən sonra isə 2-ci mərtəbəsində fəaliyyətini davam etdirib. Uzun müddətdən sonra Tərtər şəhər Uşaq Musiqi Məktəbinin 1-ci mərtəbəsində 2 darısqal otaqda yerləşdirilib. Daha ətraflı »

    Teqlər:

  • 10İyl

    Digər üçün şərhlər bağlıdır

    prezident_sechkilar_xalqa_muraciat_091013_1Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 10İyl
    Digər 2017-ci İL “İSLAM HƏMRƏYLİYİ İLİ”DİR üçün şərhlər bağlıdır

    DİNİ VƏ MƏDƏNİ MÜXTƏLİFLİYİN HARMONİYASI

    79FC9316-1F37-48C0-A6DB-7CD1DD03819E_w1023_r1_sHazırda İslam dünyası çox ağır bir dövrünü yaşayır. Ayrı-ayrı ölkələrdə baş verən qanlı münaqişələr, terror aktları çoxlu sayda günahsız insanların ölümünə səbəb olur. Bunlar azmış kimi, bəzi Avropa dövlətləri İslamı terrorla əlaqələndirməyə cəhd göstərirlər. Halbuki, bu fikirlər absurddur. Çünki İslam dininin əsasını humanizm, insanlara ümumbəşəri sevgi hisslərinin aşılanması təşkil edir.
    Belə bir vəziyyətdə müsəlman dövlətlərinin birləşməsi çox böyük əhəmiyyət kəsb edir. Təsadüfü deyil ki, Azərbaycan Respublikasının Prezidenti 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edib.
    Ölkəmiz müstəqil dövlət kimi gənc olsa da, tolerantlığın, dini dözümlüyün nümunəsi kimi onun təcrübəsi bütün dünyada geniş yayılır. İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində də Azərbaycanın xidmətləri böyükdür. Ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biri İslam aləmi ilə daha sıx münasibətlər yaratmaq, zülmə məruz qalan yüz milyonlarla müsəlmanın dərdinə şərik çıxmaqdır. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Kənd təsərrüfatı BARAMA TƏDARÜKÜ BAŞA ÇATDI üçün şərhlər bağlıdır

    539-barama-toxumlari-tut-tnglr-v-findiq-phrlr-mhsul-stehsalilarina-vz-dnlmdn-paylanilacaqBir neçə il bundan əvvəl unudulan sahələrdən biri olan baramaçılıq indi yenə də əvvəlki şöhrətinə qayıdır.
    Baramaçılıq barədə daha ətraflı məlumat almaq məqsədilə rayon kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayevlə əlaqə saxladıq. O bildirdi ki, rayonumuzun kümçüləri ötən il 20 qutu, bu il isə ondan 6 dəfə çox, yəni 120 qutu ipəkqurdu bəsləmişlər. Barama tədarükü başa çatıb. Hər bir kümçü dövlətə təhvil verdiyi baramanın bir kiloqramı üçün 9 manat pul alacaq. Onun 4 manatını Şəki İpək “ASC” verəcək, qalan 5 manat isə subsidiya şəklində dövlət tərəfindən ödəniləcəkdir.
    Rayon statistika idarəsinin məlumatına əsasən tərtərli kümçülər bu mövsümdə dövlətə 4601,6 kiloqram barama təhvil veriblər. Ötən il isə bu rəqəm 959 kiloqram olub. Bu il dövlətə 4,8 dəfə çox barama təhvil verilib. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Xəbərlər RESPUBLİKA XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır

    COCUQ MƏRCANLIDA ƏLAVƏ 100 EVİN TİKİNTİSİNƏ BAŞLANILIR

    Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsinə başlanılıb.
    Burada aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsinin, klub-icma mərkəzi, inzibati bina, poçt binası və digər zəruri sosial-infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulub.
    17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşıllıq salınacaq, yollar, səkilər və arxlar çəkiləcək. Tikinti işlərinin 3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

    Teqlər:

  • 10İyl
    Xəbərlər ANLAŞMA MEMORANDUMU İMZALANIB üçün şərhlər bağlıdır

    Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Beynəlxalq Ticarət Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.
    Memorandumu AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzales imzalayıblar.
    Anlaşma Memorandumunun imzalanması iyulun 5-də Bakıda keçirilən “Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol” layihəsinin açılış mərasimində baş tutub.

    Teqlər:

  • 10İyl
    Xəbərlər ÖTƏN İL AZƏRBAYCANDA 1,6 MİLYON TON BUĞDA İDXAL OLUNUB üçün şərhlər bağlıdır

    2016-cı ildə Azərbaycana 1,6 milyon ton buğda idxal olunub.
    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun rəisi Zülfüqar Məmmədov deyib.
    O bildirib ki, həmçinin bundan əlavə yerli istehsalçılar tərəfindən ümumilikdə 1 milyon 854 min ton buğda istehsal olunub.

    Teqlər:

  • 10İyl
    Xəbərlər 2,2 MİLYON TON AZƏRBAYCAN NEFTİ NƏQL OLUNUB üçün şərhlər bağlıdır

    2017-ci ilin iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 212 min 764 ton Azərbaycan nefti nəql olunub.
    Cari ilin yanvar-iyun aylarında bu kəmərlə 13 milyon 174 min 287 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il iyul ayının 1-ə qədər BTC-yə 334 milyon 712 min 349 ton neft vurulub.
    Bundan başqa, 2017-ci ilin iyun ayında BTC kəməri ilə 564 min 548 ton Türkmənistan nefti nəql olunub.

    Teqlər:

  • 10İyl
    Xəbərlər ERMƏNİSTAN IN TƏXRİBATÇI ƏMƏLLƏRİ İLƏ BAĞLI CİNAYƏT İŞİ BAŞLANIB üçün şərhlər bağlıdır

    Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
    Nəticədə Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
    Həmin faktlarla bağlı Füzuli rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

    Teqlər: