Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar
    Digər GƏNCLƏRİN MƏŞĞULLUĞUNUN TƏMİN OLUNMASI PRİORİTET VƏZİFƏDİR üçün şərhlər bağlıdır

    DSC_02562016-ci ildə Tərtər Rayon Məşğulluq Mərkəzində gənclərin sosial müdafiəsinin
    gücləndirilməsi və məşğulluğunun təmin olunması sahəsində bir sıra məqsədyönlü
    işlər görülüb.
    İl ərzində mərkəzə 456 nəfər işaxtaran muraciət edib ki, bunlardan da 103
    nəfəri qadınlar olub.
    456 nəfər işaxtaran gənclərdən 163 nəfəri rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda öz peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunub. Bundan başqa işaxtaran gənclərdən 5 nəfərini kvota üzrə, yəni sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlar kateqoriyasına daxil olan 20 yaşadək gənclər təşkil edib. Dövr ərzində mərkəzdə qeydiyyatda olan işaxtaran gənclərdən 25 nəfərinə işsizlik statusu və işsizlik müavinəti təyin edilib.
    İşaxtaran gənclərdən 5 nəfəri müvəqqəti xarakterli haqqı ödənilən ictimai işlərə cəlb olunub.
    2016-cı ildə “Əmək Yarmarkası” vasitəsi ilə 3 nəfər gənc rayon ərazisində yerləşən idarə, muəssisə və təşkilatlarda öz peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunub. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər Satirik qələmlə üçün şərhlər bağlıdır

    DƏLƏDUZ QADIN HİMAYƏ OLUNUR

    sevincVallah, indiki zamanda düzü yazanda bəzi-bəzi ağzıgöyçəklər deyirlər ki, filankəs qudurub, cızığından çıxıb, ya da deyirlər ki, yazığın başı xarab olub. Amma düzü yazmamaq da olmur. Rəhmətlik Mirzə Ələkbər Sabir demişkən:
    Şairəm, çünki vəzifəm budur əşar yazım,
    Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
    Günü parlaq, günüzü ağ, gecəni tar yazım,
    Pisi pis, əyrini əyri, düzü həmvar yazım…
    Bizim hüquq-mühafizə orqanlarının bəzi işçilərindən baş açmaq olmur, bilmirsən onlar camaatı dələduzlardan mühafizə edirlər, yoxsa dələduzları camaatdan. Babalı söz gəzdirənlərin boynuna, deyirlər ki, bəzi polis işçiləri oğrular, dələduzlar və xuliqanlarla əlbirdirlər. Adamın inanmağı gəlmir. Hələ belə deyən də tapılar: “A kişi, nə hərzə-mərzə danışırsan?! Polis cinayətkarları yaxalamaq üçündür, onlarla əlbir, dilbir olmaq üçün yox. Hətərənpətərən danışma!”
    Yaxşı, əgər belədirsə, mənim başıma gətirilən oyunlara qulaq asın, görün siz də mənim kimi düşünəcəksiniz, yoxsa yox? Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər TALEYİN QİSMƏTİ üçün şərhlər bağlıdır

    Cavid11Tanrının dönə-dönə sınağa çəkdiyi insanlardan biri də Firudun kişi və onun ailəsidir. Bu ailə hazırda Seydimli kəndində yaşayır. Firudun kişi hələ Göyçədə yaşayarkən Böyük Vətən Müharibəsinin iştirakçısı olub. 1941-1945-ci illərin qanlı-qadalı günlərindən sağ-salamat qayıdıb gələn bütün həmvətənlərimiz kimi o da ailə qayğıları ilə yaşayıb. Döyüş yolu Mozdok, Leninqrad, Moskva, Kiyev, Orconekidze, Xarkov, Dnepropetrovsk şəhərlərindən keçən Firudun kişi doğma Göyçəyə qayıdanda şükür edib ki, nə yaxşı elobamdan, doğmalarımdan ayrı düşmədim. Lakin qarşıdakı illərin, ayların ayrılığından nəinki Firudun kişinin, heç kimin xəbəri yoxuydu.
    1953-cü ildə ermənilərin fitnəkarlığı ucbatından böyüyüb boya-başa çatdığı doğma Göyçədən köçəsi olan Firudun kişi Tərtər rayonunun Seydimli kəndində ailəsi ilə birgə məskunlaşır. Bu kəndin insanlarına qaynayıb-qarışır. Həyat yoldaşı Aqilə xanımla birlikdə on övlad böyüdüblər. Doqquz qız, bir oğlan. 1968-ci il fevral ayının 1-də Seydimli kəndində doğulmuş bu körpələrinə İmam Əlinin adını qoyurlar ki, Ulu Tanrı onu həmişə qoruyub saxlasın. Belə də olur, Əli doğulduğu gündən ailənin sevinci daha da artır. Ailənin yeganə oğlunu – Əlini naznemətlə böyüdürlər, üstündə əsim-əsim əsirlər. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Milli-mənəvi dəyərlər “QARA BAYRAM” VƏ ONDAN SUİ-İSTİFADƏ üçün şərhlər bağlıdır

    1401733892Bizim başqa xalqlardan fərqlənən gözəl, milli dəyərlərimizi əks etdirən adət və ənənələrimiz var. Novruz bu dəyərlərin ən önəmlisi və təbiətin oyanışını özündə əks etdirən bir bayramdır. Hər bir ailədə Novruzu qeyd etməmişdən əvvəl “Qara bayram” deyilən bir ənənə qeyd olunur ki, həmin vaxt dünyasını dəyişmiş yaxınlar və doğmalar yad edilir, adlarına ehsan süfrələri açılır, qəbirləri ziyarət olunaraq quran surələri oxunur. Gəlin görək “Qara bayram”ı necə qeyd edirik və bu işdə bizim savabımız nə olur? Elə bu fikirlə də Tərtər “Cümə” məscidinin axundu Sadiq Cəfərovu dinləyib onun “Qara bayram” la bağlı fikirlərini öyrəndik.
    Bu il martın 7-də və 9-da rəhmətə gedən doğmalarımızı ziyarət etməklə onları yada salacağıq. Bəzi insanlar ziyarətə gedərkən müxtəlif şirniyyatlar aparıb qəbirlərin üstünə tökürlər, qarşılarına çıxan “yalançı molla”lara dualar oxudur-lar. Belə hesab edirlər ki, bununla da dünyadan köçənləri yad etmiş olurlar. Həmin günü qəbiristanlıqlarda baş verənləri görəndə adamı narahatlıq bürüyür. Öz maraqlarını güdənlər doğmalarını itirmiş insanlara aman vermirlər ki, qəbirlərin yanına çatsınlar. Gah yalvararaq pul, gah da şirniyyat istəyirlər. Bu hal da istər-istəməz dərdli şəxslərin əsəbinə toxunur. Daha ətraflı »

    Teqlər:

  • 28Fev

    Digər üçün şərhlər bağlıdır

    1465322150_712004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan bu addımlar, infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır. Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərmiz abadlaşıb, gözəlləşib.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Statuskvo qəbuledil-məzdir, dəyişdirilməlidir.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 27Fev
    Tərtər RİH-də Rayon icra hakimiyyətinin başçısı hesabat verdi üçün şərhlər bağlıdır

    TƏRTƏR RAYONUNUN UĞURLU İNKİŞAFI TƏMİN OLUNUR

    Изображение 008Изображение 1072016-cı ildə Tərtər rayonunun sosi-aliqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib. Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin Mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül düzüblər.
    Sonra tədbir Mədəniyyət mərkəzində davam etdirilib. Rayonumuzun 2016-cı ildə qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub. Ötən ilin aprel hadisələri zamanı şəhid olanların və bütövlükdə torpaq uğrunda canlarından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “2016-cı ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” barədə geniş hesabat məruzəsi söyləyib. (Məruzənin mətni qəzetimizin 15 fevral 2017-ci il tarixli sayında dərc olunub). Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Tərtər RİH-də “2016-cı İLDƏ RAYONUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR BARƏDƏ” TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ HESABAT YIĞINCAĞI İŞTİRAKÇILARININ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ üçün şərhlər bağlıdır

    Hörmətli cənab Prezident!
    Azərbaycan dövlətinin xilaskarı, Ümummili Lider Heydər Əliyevin əbədiyaşar ideyalarına sadiqliyiniz, müdrik bir lider kimi apardığınız düşünülmüş, məqsədyönlü və ardıcıl siyasət nəticəsində 2016-cı ildə dünya ölkələrində tüğyan edən maliyyə və iqtisadi böhrana regional səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi prosseslərin mənfi təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının dayanıqlığının təmin edilməsi üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşmışdır ki, bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir. Məhz Sizin gərgin səyləriniz nəticəsində siyasi sabitlik və iqtisadi potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı edib, ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirib. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Xəbərlər AZTƏMİNATLI AİLƏLƏRİN ÖZÜNÜMƏŞĞULLUĞUNA HƏSR OLUNAN TƏDBİR KEÇ İRİLİB üçün şərhlər bağlıdır

    DSC_4468DSC_4526Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və materiallarla təmin olunmasına başlanılıb.
    Tərtər rayonunda mal və materialların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş təlimçisi Azad Rəhimov, Beynəlxalq Avrasiya Mətbuat Fon-dunun (BAMF) sədri Umud Rəhimoğlu, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Xəbərlər SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN YARADILMASININ BEŞİNCİ İLDÖNÜMÜ QEYD OLUNUB üçün şərhlər bağlıdır

    DSC_4563DSC_4594Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibəti ilə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini ehtiramla yad edərək onun abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
    Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 13 fevral–Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə onları təbrik etdi və səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Xəbərlər Ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları üçün şərhlər bağlıdır

    HESABAT DİNLƏNİLDİ

    Изображение 216Изображение 219Rayon Gənclər Mərkəzində keçirilən tədirdə təhsil işçiləri ərazi ilk partiya təşkilatının sədri Rahil Şəldiyev ötən il təşkilatın gördüyü işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.
    Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, təhsil şöbəsi yanında metotkabinetin direktoru İntiqam Nuriyev, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva çıxış edərək ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən və mövcud nöqsanlardan danışdılar.
    Yığıncaqda ərazi ilk partiya təşkilatının yeni tərkibi seçildi. İntiqam Nuriyev təşkilatın sədri, Rahil Şəldiyev sədrin müavini oldular. Təşkilatın qarşıdan gələn IX konfransa 26 nəfər nümayəndə seçildi.
    Təhsil ərazi ilk partiya təşkilatının 2017-ci ilə dair iş və tədbirlər planı təsdiqləndi.
    YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov yığıncaqda ətraflı çıxış etdi.

    “Yeni Tərtər”

    Teqlər: