Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev
    Xəbərlər YAP TƏRTƏR RAYON TƏŞKİLATINDA üçün şərhlər bağlıdır

    2 fevral257m samire 268Tədbirdə Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov məruzə ilə çıxış etdi. Bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, quruculuq siyasətində gənclərə xüsusi yer ayrılıb. Beynəlxalq miqyaslı kütləvi idman və elm yarışlarında Azərbaycanın Bayrağını yüksəklərə qaldıran da gənclərimizdir. Təbii ki, bu uğurların kökündə Azərbaycan gənclərinə dövlət səviyyəsində göstərilən xüsusi qayğı dayanır.
    1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. 1997-cı ildə Ümummilli Liderin sərəncamı ilə 2 fevral Gənclər Günü kimi Azərbaycanın tarixinə düşdü. Bu, Ulu Öndərin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Milli-mənəvi dəyərlər GƏNCLƏR ARASINDA DİNİ MAARİFLƏNDİRMƏNİN ROLU üçün şərhlər bağlıdır

    Mehriban və Bağışlayan Allahın adı ilə!
    AZZ_6884Изображение 104Sevimli Peyğəmbərimiz Hz. Muhəmməd (s) buyurur: “xəstələnməmiş sağlamlığın, qocalmamış cavanlığın, o dünyaya getməmiş bu dünyanın qədrini bilin!”
    Böyük yunan filosofu Platondan (Şərqdə Əflatun deyirlər) insanların əməlləri barədə soruşduqda belə cavab vermişdi: “İnsan uşaq olarkən tez böyüməyə can atar, böyüdükdən sonra isə uşaqlığı üçün darıxar. İnsan əvvəl pul qazanmaq üçün sağlamlığını qurban verər, sonra da sağlamlığı qazanmaq üçün pulunu. İnsan heç ölməyəcəkmiş kimi yaşayar, sonra da yaşamamış kimi ölər. Insan yaxşı həyat yaşamaq üçün o qədər vaxt sərf edər ki, yaşamağa vaxtı qalmaz. Insan sabahı o qədər düşünər ki, bu günün əlindən getdiyini hiss etməz. Halbuki həyat dünən və sabah deyil, bu gündür!”
    Bəli, həm Hz. Peyğəmbərin (s) və həm də bütün dahilərin tövsiyəsi budur ki, hər bir əməli, işi öz vaxtında etmək lazımdı, əsasən də gənclərimiz, cavanlarımız öz qüdrətli enerjilərindən elm, bilik öyrənməyə xərcləməlidirlər. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Digər UŞAQLARIMIZA NƏYİ AŞILAYIRIQ üçün şərhlər bağlıdır

    Bizə yazırlar

    DSC_1799Без названияSon illər şəhərimiz çox gözəlləşib. Yaşıllıqların sayı artıb.
    Bəs biz bu gözəl şəhərin sakinləri olaraq onun gözəlliyi üçün nəsə edirikmi? Təəssüf ki, yox. Əksinə, 1-2 gün küçələr təmizlənməsə, zibil əlindən tərpənmək olmaz. Ətrafa ən çox atılan isə siqaret qutularıdır.
    Bu hərəkətlərimizlə uşaqlara hansı nümunəni göstəririk? Buna görədir ki, bəzən şəhər parkına əylənməyə gələn uşaqlar əllərindəki konfet kağızlarını, su qablarını hara gəldi tullayır, bununla da təbiətin gözəlliyinə nə qədər ziyan vurduqları barədə düşünmürlər.
    Amma düşünmək lazımdır. Özü də böyüklü kiçikli. Çünki bu, öz xeyrimizədir.

    Səbuhi Kərimov,
    şəhər sakini

    Teqlər:

  • 10Fev
    Digər Xocalı faciəsinin 25-ci ildönümü üçün şərhlər bağlıdır

    RUHUMU GÖYNƏDƏN SƏS

    1456427673_yenisumqayit.az-05photo_312061992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə azərbaycanlılara qarşı törədilmiş qanlı faciə soyqırım aktı idi.
    Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

    Qar paklığın rəmzidir. Qışın gözəlliyidir. Qışın oğlan çağı həmişə qar yağanda hər yandan, hər tərəfdən uşaqların şad səsi eşidilir. Lakin o səslərlə yanaşı mən həmişə başqa bir səs duyuram. O səs məni incidir, ruhumu göynədir.
    Bu səs iyirmi beş il öncə fevralın iyirmi beşindən iyirmi altısına keçən gecə dəhşətə məruz qalan, ahı ərşə dayanan, namusu ayaqlanan, qüruru tapdalanan qızların, gəlinlərin, ağbirçək nənələrin, beşiyindən atılan süd-əmər körpələrin ahı, fəğan səsidir. Anaların “Balam, hey” anadan ayrı düşən balaların: “Ana, ana, ay ana!!!”– çığıran iniltisi, Çingizin hönkürtüsü, harayı, həşiridir. Dağı, daşı oynadan, dərələridə əks-səda doğuran o səs məni tərk etmir. Gözlərimin önündən o dəhşətli faciə, görünməmiş mənzərə bir an olsun çəkilmir. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Digər “BİRİ VARDI, BİRİ YOX…!” üçün şərhlər bağlıdır

    1456336004_xoc1imagesSizə bir nağıl danışacağam, qulaq asanda ayağınızın altından yer qaçacaq, nitqiniz quruyacaq, danışmağa söz tapmayacaqsınız, Düşünən beyniniz iflic olmaq dərəcəsinə gələcək. Mən öz nağılımı söyləməklə oxuyucularımı özləri ilə baş-başa qoymaq istəyirəm.
    Günlərin bir günündə,
    gözümüzün önündə,
    Tarixin yaddaşında,
    Yayında yox, qışında,
    Hər yana çiləndi qan,
    Dağlandı Azərbaycan!
    Biri vardı, biri yoxdu, Qoca Zaman adlı uzun-uzun illəri yola salmış ahıl bir kişi vardı. Bu kişinin dörd oğlu, hər oğlunun da üç balası vardı. Dünyanı yorub yola salmış baba öz övladları ilə çox mehriban yaşayardı. Xoş günlər də görmüşdülər, qəmə də düçar olmuşdular. Hamısından da üzüağ, alnıaçıq çıxaraq həyatlarını yaşamaqda, bir-birini yaşatmaqda davam edirdilər. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Digər BU İL AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ELMAN HÜSEYNOVUN 65 YAŞI TAMAM OLUR üçün şərhlər bağlıdır

    16176023_373478323011959_1334346301_n71_nAzərbaycanın Milli Qəhrəmanı, keçmiş “Tərtər Özünümüdafiə Batalyonu”nun unudulmaz komandiri, cəsur döyüşçü, Elman Hüseynovun anım günündə onun adını daşıyan küçədəki büstü önündə əziz xatirəsini yad edənlərin sırasında ailə üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının təmsilçiləri, döyüş dostları, gənclər və məktəblilər vardı.
    Al qərənfilləri böyük ehtiramla büstün önünə düzmüşdülər. Onu şəxsən tanıyanların da, tanımayanların da qəlbi sözlə dolu idi. Çünki Elman Hüseynov öz qəhrəmanlığı ilə Qarabağ müharibəsi tarixində elə bir iz qoyub ki, illər ötdükcə bu iz nəinki silinmir, əksinə, daha çox insanda fəxarət hissi oyadır.
    Qarabağ müharibəsi veteranları Suliddin Yusibov, İlham Paşayev və Rövşən Məmmədov öz çıxışlarında göstərdilər ki, Elman müəllim ömrünün ən qaynar çağında şəhidlik zirvəsinə yüksəldi. Onun vətənimizlə, ailəsi ilə bağlı çoxlu arzuları vardı. Əgər yaşasaydı, bu il Elman Hüseynovun 65 yaşı tamam olacaqdı. İndi onun bir çox arzuları yerinə yetib. Azərbaycanın çox güclü, düşməni məhv etməyə qadir olan ordusu var. Cari ilin aprel ayında torpaqlarımızın bir qismi işğaldan azad edildi. Daha ətraflı »

    Teqlər:

  • 26Yan

    Digər üçün şərhlər bağlıdır

    1484897603507056375_1000x669_8713619Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının
    Prezidenti

    Teqlər:

  • 26Yan
    Xəbərlər QANLI YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ TƏRTƏRDƏ DƏ ƏZİZ TUTULUR üçün şərhlər bağlıdır

    Изображение 025Изображение 05020 Yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir Tərtər şəhərində ucaldılmış abidənin önündən başlandı. İnsanlar şəhidlərin əziz xatirəsini yad edib abidənin önünə gül-çiçək dəstələri qoydular.
    Tədbir iştirakçıları əvvəlcə məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 27 il keçir. Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycanda həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Daha ətraflı »

    Teqlər:

  • 26Yan
    Milli-mənəvi dəyərlər 2017-ci il “İslam Həmrəyliyi ili”dir üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN İSLAM DƏYƏRLƏRİNƏ SADİQ ÖLKƏDİR

    5656565Hər bir xalqın özünəməxsus milli-mənəvi dəyərləri olur. Bunlara həm də ictimai dəyərlər aiddir. Çünki müxtəlif cəmiyyətləri bir-birindən fərqləndirən dil, din, adət-ənənələr, milli mentalitet, mədəniyyət və s. dəyərlərdir.
    Azərbaycanın coğrafi mövqeyi, onun Şərqlə Qərb arasında körpü rolunu oynaması xalqımızda xüsusi keyfiyyətlərin formalaşmasına təsir göstərmiş, tarixən Azərbaycanda müxtəlif dinlərin, millətlərin, konfessiyaların nümayəndələrinin mehriban və dinc yanaşı yaşamasına şərait yaratmışdır.
    Bu gün, XXI əsrin əvvəlində, dünyada baş verən müharibələr, toqquşmalar, dini zəmində qarşıdurmalar fonunda xalqımıza xas olan bu multikultural dəyərlərin nə qədər önəmli olması bir daha aydın olur. Din pərdəsi altında müxtəlif radikal dini təşkilatlar müsəlman aləmində çaxnaşma yaradır, İslam dünyasını zəiflətməyə çalışırlar. Əslində bu qarşıdurmaların dinlə heç bir əlaqəsi yoxdur və bunları törədənlərin yalnız bir məqsədi var–ayrı-ayrı dövlətləri, xalqları zəiflədərək dünyada hegemonluq etmək, təbii və digər sərvətlərə yiyələnmək. Nəticədə günahsız insanlar ölür, ev-eşiklərini tərk edərək qaçqınlıq həyatı yaşamağa məcbur olurlar. Daha ətraflı »

    Teqlər:

  • 26Yan
    Xəbərlər İnzibati Ərazi Dairələrində hesabat yığıncaqları üçün şərhlər bağlıdır

    İL İLDƏN UĞURLU GƏLİR

    Изображение 136 (Копировать)Изображение 108Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Hacıqərvənd kənd İƏD üzrə nümayəndəsi Vəli Əliyev ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağındakı məruzəsində bildirdi ki, bizim nümayəndəliyin ərazisi 1271 hektar, əhalisinin sayı 2891 nəfərdir. Ailə təsərrüfatlarının sayı 696-dır. Ərazidə 62 məcburi köçkün və qaçqın ailəsi məskunlaşıb və bu ailələr 247 nəfəri əhatə edir. Ərazidə 624 yerlik tam orta məktəb, 75 yerlik körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, mədəniyyət evi, klub, kitabxana, poçt-rabitə şöbəsi, müasir tipli elektron avtomat telefon stansiyası fəaliyyət göstərir.
    Ərazidə 960 hektar əkin sahəsi var. Bunun 480 hektarı payızlıq əkinlərdir. Daha ətraflı »

    Teqlər: