Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Yan
    Digər Müharibə veteranının xatirələri üçün şərhlər bağlıdır

    “VƏTƏN ELƏ EVİMİZDƏN BAŞLAYIR…”

    Изображение 008Qarabağ müharibəsi əlili Saleh Sultani əlillərə göstərilən qayğı ilə əlaqədar redaksiyaya dəvət olunmuşdu. Belə qərara gəldim ki, onun xatirələrini dinləyib bir yazı hazırlayım. Məlumdur ki, ötüb keçən hər gün ömrümüzün yaddaşı, tariximizin səhifəsidir. Elə bir insan yoxdur ki, onun ömür kitabına ağlı-qaralı sətirlər düşməmiş olsun. Saleh Sultani də belə insanlardandır. İkinci qrup Qarabağ müharibəsi əlilidir. Bütün müharibə iştirakçıları kimi o da qanlı-qadalı günləri həyəcansız xatırlamır. Saleh Sultaninin dediklərindən:
    –1992-ci il elə bir iliydi ki, ölkəmizin, eləcə də bizim rayonumuzun üzərində qara buludlar toplaşmışdı. Məlumdur ki, ermənilərin iki addımlığındaydı Tərtər. O günlərdə nəinki kişilər, hətta qadınlar, uşaqlar öz evlərini tərk etmirdilər. Tərtərin əli silah tutan kişiləri kimi mən də vətənin müdafiəsinə qoşulmuşdum. Kimin gücü nəyə çatırdısa onu edirdi ki, təki o murdarların ayağı bizim torpaqlarımıza dəyməsin. 1992-ci ilin mayından “Tərtər özünümüdafiə Batalyonuna” üzv yazıldım. Marquşevan, Madagiz, Çaylı, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etdim. 1992-ci il iyun ayının 21-də Madagiz uğrunda gedən döyüşlərdə sağ budumdan ilk güllə yarası aldım. Onbeşiyirmi gün müalicə götürdükdən sonra yenidən döyüşlərə qatıldım. Daha ətraflı »

    Teqlər:

  • 25Yan
    Digər VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ! üçün şərhlər bağlıdır

    Vergi-logoAzərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları silinmişdir.
    Qanunun 2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar za-manı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:
    -vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə–maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir;
    -vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə–maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir; Daha ətraflı »

    Teqlər:

  • 25Yan
    Digər “ZİNGER” TİKİŞ MAŞINLARININ SİRRİ üçün şərhlər bağlıdır

    27031502060775_mini1851-ci il avqustun 12-də amerikalı mühəndis-sahibkar İsaak Zinger tikiş maşınının istehsalı üçün patent hüququ əldə etdi. Bu tikiş maşınları tezliklə populyarlaşdı və dünya şöhrəti qazandı. Onun satışa çıxarılan ilk nümunəsi 100 dollar dəyərləndirildi, lakin o dövrdə çox az adam tikiş maşınını faydalı hesab edirdi, evdar qadınlar iynə və sapla keçinirdilər, dərzi evlərində isə ucuz əmək daha əlverişli idi.
    İsaak Zinger öz dövrü üçün radikal sistem kəşf etdi. O, tikiş maşınının ehtiyat hissələrini ayrılıqda satışa buraxdı. Bunun sayəsində tikiş maşını ev şəraitində təmir olunurdu.
    “Zinger” şirkəti və onun məhsulları haqqında çoxlu əfsanələr var. Bəziləri deyirlər ki, qədim “Zinger” tikiş maşınları qiymətli metallardan hazırlanıb. Ən məhşur əfsanə isə ilk tikiş maşınlarının tərkibində çox dəyərli metal polladium olması haqqındadır. Hətta bu əfsanələrə inanan “Zinger ovçuları” cinayət də törədiblər. Onlar üzərinə qapını açan qadını evindəcə qətlə yetirib, “Zinger” tikiş maşınını oğurlayıblar. Polislər görüblər ki, evdən yalnız tikiş maşını oğurlanıb.
    Digər əfsanəyə görə 1998-ci ildə “Zinger” kampaniyası əvvəlki əsrdə 1 rəqəmi ilə başlayan xüsusi seriyalı tikiş maşınlarının axtarışını elan edib. Guya, həmin seriyalı maşınlar keçmiş Sovet ölkələrindədir. Daha ətraflı »

    Teqlər:

  • 25Yan
    Kənd təsərrüfatı HÜSƏNLİ KƏNDİNDƏN XƏBƏRLƏR üçün şərhlər bağlıdır

    Hüsənli kəndinin fermer və ailə fermer təsərrüfatlarının üzvləri ötən il taxıl sahələrinin hər hektarından 40 sentner, arpa sahələrindən isə 28 sentner məhsul götürdülər.
    Fermerlər cari ilin məhsulu üçün ötən ilin payızında 276 hektar sahəyə buğda və 268 hektara arpa səpiblər. Keyfiyyətli suvarma aparıldığına görə sahələrdə normal bitiş alınıb.
    Əkinçilər taxıl və arpa sahələrində ziyanvericilərə qarşı dərmanlama işləri aparıblar.
    ***
    Ötən il Hüsənlidə 11 hektar sahədə pambıq əkilmişdi. Fermer Şirəli Qasımov pambıq əkini sahəsinin hər hektarından 38 sentner məhsul götürdü.
    Bu sahənin kəndli üçün yaxşı qazanc yeri, gəlir mənbəyi olduğunu bilən fermerlər bu il pambıq sahələrini 150 hektara çatdırmağı qarşılarına məqsəd qoyublar.
    Hazırda həmin sahələr arat olunur. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Digər Sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr üçün şərhlər bağlıdır

    2017-ci İL AZƏRBAYCANDA “İSLAM HƏMRƏYLİYİ İLİ”DİR

    14840371175355555285_1000x669Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
    Iclasda söylədiyi giriş nitqində Prezident İlham Əliyev deyib ki, 2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artmış, qanlı münaqişələr davam etmişdir. Azərbaycan isə öz yoluna sadiqdir.
    Iqtisadi sahədə əldə edilən uğurlardan danışan ölkə başçısı deyib: “Iqtisadi sahədə 2016-cı ildə önəmli ad-dımlar atılmışdır. 2016-ci il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu il ərzində qəbul edilmiş qə-rarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir”.
    Kənd təsərrüfatının inkişafını önəmli göstərici kimi diqqətə çatdıran cənab Prezident qeyd edib ki, bu sahədə görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilmiş və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artmışdır.
    Iclasda cənab Prezident bir daha bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu yalnız işğalçı qüvvələrin bizim torpaqlarımızdan çıxarılmasıdır. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Xəbərlər Azərbaycanın Milli Qəhrəmanları üçün şərhlər bağlıdır

    “BİTMƏYƏN MÜHARİBƏNİN QƏHRƏMANLARI” FİLMİNİN SONU TƏRTƏRDƏ ÇƏKİLDİ

    Изображение 025Изображение 017Rayonumuzdakı Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin və Ümümrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional Bölməsinin təşkilatçılığı ilə Azərbaycanın Mlli Qəhrəmanı Murad Mirzəverin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qəhrəmanın atası Telman Mirzəyev, Naxçıvancki adına hərbi liseydə onunla birlikdə təhsil almış dostları, döyüş yoldaşları, Tərtər rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları iştirak ediblər.
    Rayon icra hakimiyyəti aparatının mümayəndəsi Zabil Paşayev tədbiri açaraq Murad Mirzəyevin nəsillərə nümunə olan ömür yolundan, Vətənə sonsuz məhəbbətindən danışıb. Qeyd edib ki, hazırda igid döyüşçü haqqında “Bitməyən müharibənin qəhrəmanları” sənədli filmi çəkilir.
    Sonra tədbir iştirakçıları həyəcan və ehtiram hissi ilə qəhrəmanın atasını dinləyiblər. “Muradın qəlbində olan Vətən sevgisi onu xalqın övladına çevirib” deyən ata şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının heç zaman unudulmaması üçün görülən tədbirlərə görə Prezident İlham Əliyevə və xalqımıza, o cümlədən qəhrəman tərtərlilərə minnətdarlığını bildirib. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Kənd təsərrüfatı 2016-cı İLDƏ TƏRTƏR RAYONUNDA BİTKİÇİLİK MƏHSULLARI İSTEHSALININ YEKUNLARI üçün şərhlər bağlıdır

    Rayon üzrə 2016-cı ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 27 min 105,6 hektar olmuşdur. Əkin sahəsinin 12 min 565 hektarını və yaxud 46,3 faizini dənli və dənli paxlalı bitkilər, 3140,1 hektarını və yaxud 11,6 faizini texniki bitkilər, 1457,5 hektarını və yaxud 5,4 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9943 hektarını və yaxud 36,7 faizini yem bitkiləri təşkil etmişdir.
    2016-cı ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 1336,3 hektar və yaxud 11,9 faiz, o cümlədən buğda əkini 2322,3 hektar və yaxud 41,4 faiz artmış, qarğıdalı əkini 25 hektar və yaxud 14 faiz, digər dənli və dənli paxlalılar əkini 961 hektar və yaxud 17,7 faiz azalmışdır. Nəticədə 2016-cı ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 42 min 945,4 ton taxıl məhsulu toplanmışdır. Bu isə əvvəlki ilin müvafiq göstəricisindən 2187 ton və ya 5,4 faiz çoxdur.
    Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur. Belə ki, istehsal olunmuş taxıl məhsulunun 68,9 faizini və ya 29 min 586 tonunu buğda təşkil etmişdir. Taxılın 27,1 faizi və ya 11 min 647 tonu arpa, 1,7 faizi və ya 742 tonu qarğıdalının, 2,3 faizi və ya 970,4 tonu digər taxıl məhsullarının payına düşür. Taxıl istehsalının artımına əsasən əkin sahələrinin artması və onlara düzgün aqrotexniki qulluğun olunması, məhsuldar toxum sortlarına üstünlük verilməsi olmuşdur. Belə ki, 2016-cı ildə taxıl sahələrinin hər hektarından orta hesabla məhsuldarlığı 34,2 sentner, o cümlədən buğdanın məhsuldarlığı 37,3 sentner, arpanın məhsuldarlığı 27,2 sentner, qarğıdalının məhsuldarlığı 48,5 sentner olmuşdur. 2015-ci ilə nisbətən buğdanın məhsuldarlığı 0,2 sentner, qarğıdalının məhsuldarlığı 0,1 sentner artmışdır. 2016-cı ildə təkrar əkindən 290,8 ton taxıl istehsal olunmuşdur ki, onun 242,5 tonu dən üçün qarğıdalı, 47,9 tonu darı, 0,4 tonu sorqo olmuşdur.
    Kartof kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tutur. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Təhsil 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ İNŞA YAZI MÜSABİQƏSİ üçün şərhlər bağlıdır

    DSC_0074(1)DSC_0087(1)Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon təhsil şöbəsi, Gənclər və İdman İdarəsi şəhər 2 saylı məktəb-liseydə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximizin qara səhifəsi” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixi olduğunu, Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq üçün zaman-zaman mübarizə apardığını bildirdi.
    Çıxışlar bitdikdən sonra inşa yazı müsabiqəsi başlanıldı. Müsabiqədə rayonun 42 ümum-təhsil məktəbindən 42 şagird iştirak etdi.
    Müsabiqənin nəticələri yazılar komissiya üzvləri tərəfindən yoxlanıldıqdan sonra bəlli olacaq. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediləcəkdir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 17Yan
    Xəbərlər İcra nümayəndələri illik hesabat verirlər üçün şərhlər bağlıdır

    ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ

    Изображение 217Изображение 197Tərtər rayon İHB-nın Söylən kəndi üzrə nümayəndəliyinin 2016-cı ildə gördüyü işlər barədəki illik hesabat yığıncağında məruzə ilə çıxış edən kənd icra nümayəndəsi Mətləb Əsədov bildirdi ki nümayəndəliyimiz üç kəndi–Söylən, Alışarlı və Hacallı kəndlərini əhatə edir. Ərazi 400 hektardır. Bunun 350 hektarı əkinə yararlı torpaq sahəsi kimi kənd sakinlərinə paylanıb. Bələdiyyənin ehtiyat fondunda 6,5 hektar, inkişaf perspektiv fondunda 2 hektar torpaq sahəsi var.
    Ərazidə 47 qaçqın-köçkün ailəsi məskunlaşıb.
    Söylən kənd İƏD üzrə nümayəndəliyin Söylən Bələdiyyəsi ilə birlikdə tərtib etdikləri tədbirlər planında əsasən kəndarası yolların, qəbiristanlığa gedən yolun təmiri, kəndə gələn baş və köməkçi arxların təmiri, əhalinin elektrik enerjisinə tələbatının təmin edilməsi, yol kənarlarına ağac əkilməsi, 1 ədəd subartezian quyusunun qazılması və bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu.
    Bunların hamısı yerinə yetirilib. Alışarlı kəndində 1500 metr, Hacallı kəndində 1000 metr kəndarası yollara qum, çınqıl döşənmiş, kəndə gələn magistral yolun kənarına 250 ədəd ağac əkilmiş, arxların 3 min metri təmizlənmişdir. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Xəbərlər Ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları üçün şərhlər bağlıdır

    FƏALLIQ TƏMİN OLUNUB

    Изображение 122Изображение 010YAP Tərtər Rayon Təşkilatının IX konfransına hazırlıq çərçivəsində Seydimli ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.
    İclasın gündəliyinə uyğun olaraq Seydimli ərazi ilk partiya təşkilatının sədr müavini Nəsibə Əliyeva konfranslararası müddətdə görülən işlərə dair hesabat məruzəsi ilə çıxış etdi. Məruzədə qeyd olundu ki, ötən dövr ərzində ərazi ilk partiya təşkilatı iş və tədbirlər planlarına müvafiq olaraq öz işini qurmuş, ərazidə ideyasiyasi tərbiyə, təbliğat və təşviqat işlərinin yüksək səviyyədə həyata keçirilməsinə nail olmaq məqsədi ilə hər bir partiya üzvünün partiya tapşırıqları ilə əhatə olunmalarına diqqəti artırmış, təşkilatda partiyaya gənc, ziyalı, dövlətçiliyə sadiq insanların qəbulunu daim diqqət mərkəzində saxlamışdır. Partiya təşkilatı, bilavasitə cəbhə bölgəsində yerləşən kənddə əhalinin siyasi aktivliyinin artırılmasına önəm verməklə, düşmənlə təmas xəttində yaşamalarına baxmayaraq, təsərrüfat işlərinin vaxtında həyata keçirilməsinə insanların səfərbər olmalarını təmin etməyə çalışmışdır. Daha ətraflı »

    Teqlər: