Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy
    Digər “HEYDƏR ƏLİYEV İLİ”–2023 üçün şərhlər bağlıdır

    HƏR BİR SAHƏDƏ ARTIM VƏ YÜKSƏLİŞ VAR

    2023-cü il “Heydər Əliyev ili”dir. Ancaq yalnız bu il deyil, yaşadığımız hər il, hər ay, hər gün Ulu Öndəri bizdən uzaqlaşdırmır, daha da yaxınlaşdırır. Ona görə ki, onun Azərbaycana qayıdışı nəticəsində ölkəmiz dünyaya Günəş kimi doğdu. Bir xalq olaraq inkişafımızın yeni mərhələsinə qədəm qoyduq. Çətin günlərimiz arxada qal-dı.
    Ümummilli Liderin ideyalarına sa-diq olan, onun arzularını gerçəkləşdirən Prezident İlham Əliyev Azərbaycanı daha da irəli apardı. Ona görə də bu gün Azərbaycana hansı istiqamətdən baxsaq, inkişaf, tərəqqi qaçılmazdır.
    Ən böyük uğurumuz isə əlbəttə ki, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfər və suverenliyi-mizin, ərazi bütövlüyümüzün tam bərpa olunmasıdır.
    Bu gün Azərbaycanda hər kəs sevinir və hər kəs çalışır ki, qalib bir ölkənin vətəndaşı olaraq öz sahəsində daha yaxşı çalışsın, Azərbaycanın uğurlu inkişafına öz töhfələrini versin.
    Ölkəmizin ümumi inkişafında Tərtər rayonunun da özünəməxsus yeri var. Rayonumuz həm iqtisadi göstəricilər, həm də abadlaşdırma, infrastrukturun yenilənməsi, sosial inkişaf sahəsində inamlı addımlar atır.
    Deyilənlər 2023-cü ilin 9 ayı ərzində rayonda görülmüş işləri əks etdirən rəqəmlərdən də aydın görü-nür. Belə ki, 2023-cü ilin 9 ayı ərzin-də rayonda ümumi məhsul buraxılı-şının həcmi 199 milyon 862.4 min manat olub. 2022-ci ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi 3 faiz artıb.
    Kənd təsərrüfatı istehsalı 11.4 faiz artaraq 96 milyon 275 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 5.1 faiz artaraq 706 min manat olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlər 11.9 faiz artaraq 23 milyon 231.5 min manat, ictimai iaşə xidmətləri 12.2 faiz artaraq 3 milyon 320.6 min manat olub. Nəqliyyat sektorunda yük daşınması 18.9 faiz artaraq 250 min ton, sərnişin daşınması 8.7 faiz artaraq 5 milyon 11 min nəfər təşkil etmişdir.
    Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə 9 ay ərzində 163 yeni iş yeri açılmışdır. Həmin yeni iş yerlərinin 40-ı yeni yaradılmış müəssisə və təşkilatlarda, 123-ü mövcud müəssisə və təşkilatlarda açılmış, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı 525 olmuşdur.
    2023-ci ilin 9 ayında rayon üzrə orta aylıq əmək haqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 66 manat və ya 13 faiz artaraq 575.5 manat təşkil etmişdir. Daha ətraflı »

  • 21Noy
    Digər Milli Dirçəliş Gününü xalqımız alnıaçıq, üzüağ qeyd etdi üçün şərhlər bağlıdır

    MİLLİ DİRÇƏLİŞDƏN MİLLİ TƏRƏQQİYƏ DOĞRU

    35 il əvvəl – noyabrın 17-də paytaxtımızın mərkəzi meydanında başlanan hərəkatın qığılcımları millətin birliyi sayəsində öz gözəl bəhrəsini verdi, ölkəmiz 70 illik buxovlardan azad oldu. Lakin o zaman müstəqilliyimiz çox kövrək idi və yalnız xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra möhkəmləndi və əbədi oldu.
    Meydanlara çıxıb müstəqilliyinin, ərazi bütövlüyünün təmin edilməsini tələb edən millət heç vaxt torpaqlarının işğalı ilə barışa bilməzdi və barışmadı.
    İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlətimizin siyasətinin əsas hədəfi olub.
    30 il ərzində Azərbaycan xalqı Ali Baş Komandanın əmrini gözləyirdi. Nəhayət, hər kəs bir nəfər kimi “dəmir yumruğ”un ətrafında birləşərək dünyaya iqtidar-xalq-ordu birliyinin gücünü nümayış etdirdi. Azərbaycan Silahlı Qüvvə-44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
    Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərkisilah edilərək ərazilərimizdən çıxarılması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başlanılmış və cəmi 24 saatdan da az bir vaxtda bu vəzifə yerinə yetirilmişdir.
    Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı 17 noyabr– Milli Dirçəliş Gününü alnıaçıq, üzüağ qeyd edib. Bayramla əlaqədar rayonumuzda da bir sıra tədbirlər keçirilib, ağacəkmə aksiyaları təşkil olunub.

    “YENİ TƏRTƏR”

  • 21Noy
    Tərtər RİH-də RAYON İCRA HAKİMİYYƏTİNİN VƏ YAP RAYON TƏŞKİLATININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, icra nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev çıxış edərək tədbir iştirakçılarını 17 noyabr–Milli Dirçəliş günü münasibəti ilə təbrik edib, onlara respublikamızın tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətlərində uğurlar diləyib.
    Bildirib ki, 1988-ci ilin ilk günlərində Ermənistanın Azər-baycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M. Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmurdular, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M. Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar. Daha ətraflı »

  • 21Noy
    Kənd Təsərufatı “OT KÖKÜ ÜSTƏ BİTƏR” üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə Əskipara kənd İƏD üzrə icra nümayəndəsi Pərviz Mustafayev ”Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
    Onun bu vəzifəyə gəlməsindən düz 22 il keçir. O zaman gənc mütəxəssisin kəndə rəhbər təyin olunması birmənalı qarşılanmadı. Bəziləri dedilər ki, əsgərlikdən yenicə qayıdıb, həyat təcrübəsi yoxdur, bizim qayğımızı necə çəkəcək?
    Yaxından tanıyanlar savadlı, həm də çox zəhmətkeş olduğunu söylədilər. Son sözü isə kəndin ağsaqqalları dedilər. Onların fikri beləydi ki, “ot kökü üstə bitər”. Yusif Mustafa-yevin ailəsindən camaata biganə qalan övlad çıxa bilməz.
    Pərviz müəllimin atası Yusif kişi ixtisasca feldşerdir. Bu ailədə 4 övlad böyüyüb. Yusif kişi Şahnabad xanımla halal zəhmətlərilə onların hamısına təhsil veriblər. Tərbiyələrinə də ki, söz ola bilməz.
    Gənc icra nümayəndəsi deyilənlərin hamısını eşidirdi və bilirdi ki, qarşıdakı imtahan indiyədək universitet auditoriyalarındakı sınaqlara bənzəmir, bu, həyat imtahanıdır. Elə işləmək lazımdır ki, camaatın, o cümlədən kənd ağsaqqallarının etimadını doğrultsun. Daha ətraflı »

  • 21Noy
    Qazilərimiz Qazilərimizin sağlamlığının bərpası günümüzün aktual mövzularındandır üçün şərhlər bağlıdır

    41 gündən sonra həyata yenidən göz açıb

    Məmişov Rəşad Ələsgər oğlu 1987-ci il sentyabr ayının 22-də Tərtər şəhərində anadan olub. Təhsilini 1 saylı tam orta məktəbdə alıb. 2005-ci ildə Tərtər hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Xidmət müddəti Naxçıvanın Culfa rayonunda keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra ürəyindən yenidən Vətənə xidmət hissi keçib. Nəhayət, 2014-cü ildə müddətdən artıq xidmətə yazılıb və Tərtər rayonu ərazisində müxtəlif hərbi hissələrdə xidmət etməyə başlayıb. Həmişə də verilən tapşırığın layiqincə yerinə yetirilməsinə çalışıb.
    Başqa hərbçilərimiz kimi Rəşad da torpaqlarımızın düşmən əlində olmasından, insanlarımızın qaçqın-köçkün vəziyyətində yaşamasından hiddətlənirdi. Bir gün mənfur qonşularımız olan ermənilərin cavabını vermək məqamının çatacağını yaxşı bilirdi. Bilirdi ki, insanlarımız 30 ilə yaxın bir vaxtda yurd-yuvalarına həsrət qalıblar, bu həsrətə son qoymaq zamanıdır. 2020-ci ilin 27 sentyabrı həmin günün başlanğıcı oldu. Erməni terrorunun qarşısını almaq üçün Ali Baş Komandanın bircə əmri lazım idi. İnsanlarımızın həmrəyliyi ilə Ordumuz mənfur qonşularımızı susdurmağa qalxdı. Yüzlərlə oğullarımız Vətən torpaqlarını işğaldan azad etmək, əra-zilərimizi bütövlətmək üçün ölüm-qalım savaşına qoşuldu. Daha ətraflı »

  • 21Noy
    Kənd Təsərufatı 2023-ci ilin yanvar-sentyabr aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 5.8 faiz artıb üçün şərhlər bağlıdır

    2023-cü ilin yanvar-sentyabr aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 204 milyon 544.4 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5.8 faiz çoxdur. Məhsul və xidmətlərin 75.8 faizi istehsal sa-hələrinin, 24.2 faizi xidmət sahələrinin payına düşmüşdür.
    2023-ci ilin yanvar-sentyabr aylarında 20983.5 min manatlıq və ya ümumi məhsulun 10.3 faizi qədər sənaye sektorunda, 96275 min manatlıq (47.1%) kənd təsərrüfatı sahəsində, 37739 min manatlıq (18.4%) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 47204.6 min manatlıq (23.1%) ticarət və xidmət sahəsində, 1636.3 min manatlıq (0.8%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 706 min manatlıq (0.3%) informasıya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.
    Kənd təsərrüfatı istehsalı 11.4 faiz, tikinti-quraşdırma işləri 10.7 faiz, informasiya və rabitə xidmətləri 5.1 faiz artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

     

  • 21Noy
    Kənd Təsərufatı Tərtər rayonunda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 11.4 faiz artıb üçün şərhlər bağlıdır

    2023-cü ilin yanvar-sentyabr ayları ərzində Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 96 milyon 275 min manat təşkil etmişdir. Məhsul buraxılışının 61 milyon 558.5 min manatı və ya 63.9 faizi bitkiçiliyin, 34 milyon 716.5 min manatı və ya 36.1 faizi heyvandarlığın hesabına formalaşmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 11.4 faiz artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

  • 21Noy
    Digər QARABAĞIN İNCİSİ, SƏRSƏNG VADİSİNİN ƏSRARƏNGİZ TARİXİ – UMUDLU KƏNDİ üçün şərhlər bağlıdır

                                                                    BAŞ VERƏNLƏRİ UNUTMAMALIYIQ
    Qafqaz regionu tarix boyu əsrarəngiz təbiəti, gözəl landşaftı, yeraltı və yerüstü sərvəti ilə zəngin, məhz bu səbəbdən təlatümlü, riskli, təhdidli olmuş, terror aktları kimi bəlalara məruz qalmışdır. Müəyyən müddətlər böýük güclərin mübarizə meydanı və mübahisə mövzusu olmuşdur. Qafqaz qlobal dövlətlərin tort qismində bölgü aspekti olduğu üçün şərti olaraq Cənubi Qafqaz, Şimali Qafqaz region ayrımcılığına uğramışdır. Analoji siyasət Koreya, Hindistan, Almaniya və s. dövlətlərin tarixində də öz əksini tapmışdır. Təbii ki, bu siyasət tarixi varisliyi özündə ehtiva edən “Parçala və hökm et!” kimi şüarın tərkib hissəsidir.
    Cənubi Qafqazın hər mənada lider dövləti olan Azərbaycanın tarixi çox şərəfli, şanlı və məğrurdur. Eyni zamanda Vətənimiz çox müsibətli tarixi dalğaların hər birindən müəyyən itkilərlə çıxmış, XXI əsrdə isə əzəli torpaqlarını işgaldan azad edən bir dövlət kimi, mübariz sərkərdəsi İlham Əliyevlə dünya dövlətlərinə nümunə olacaq tarix yazan ölkə kimi qızıl hərflərlə yaddaşlara əbədi həkk olunmuşdu.
    Azərbaycan tarixində isə ən böyük itki Qarabağ olmuşdur ki, artıq tarixi ədalət bərqərar olan bir dövrdə yaşayırıq. Qarabağın incilərindən biri də əsrarəngiz Umudlu kəndidir ki, əhalisi adı kimi ümidlidir, 7-dən 70-dək tarix boyunca hər biri ərazisini qorumaq üçün sinəsini sipər etmişdir.
    Beləliklə, tariximizdə baş verən bu faciəli hadisələri dərindən öyrənərək, onlara siyasi qiymət vermək lazımdır. Zaman-zaman davam edən bu məqsədyönlü və məkrli siyasət dövrümüzə qədər davam etməkdədir. Bütün bunları tətqiq edib xalqa çatdırmaq olduqca vacibdir. Etiraf etmək lazımdır ki, sovetlər dövründə baş verən bu hadisələrin öyrənilməməsi, xalqa çatdırılmaması, təbliğ olunmaması ucbatından uzun onilliklər ərzində başımıza gətirilən faciələrdən, onun səbəblərindən, mahiyyətindən yeni nəsillər az qala xəbərsizdir. Daha ətraflı »

  • 21Noy
    Ədəbiyyat Poeziya guşəsi üçün şərhlər bağlıdır

    Qarabağ

    Artıq azad olundun yad əllərdən sən,
    Sevinir hər qayan, hər daşın sənin.
    Yenidən qoynunda həyat var olur
    Qarabağ elində, obanda sənin.
    Başımız ucadır, alnımız açıq,
    Deyirik Qarabağ azaddır daha.
    Şəhidlərin qanı yerdə qalmadı,
    Deyirik qanınız alındı daha.
    Məğrur xalqım köçür öz obasına,
    Yenidən o yurdu qurur, yaradır.
    Ağlaya-ağlaya çıxan Qarabağ,
    İndi gülə-gülə geri qayıdır.

    Şəhriyar MƏMMƏDZADƏ,
    Əsəd Məmmədov adına
    şəhər 1 saylı tam orta
    məktəbin 11-ci sinif şagirdi

  • 21Noy
    Ədəbiyyat Zəfər nəğməsi üçün şərhlər bağlıdır

    Şükür sənə İlahi,
    Qovuşduq yurdumuza.
    Minnətdarıq, borcluyuq.
    Müzəffər Ordumuza.
    Bizim üçün canından
    Keçən şəhidlərimiz,
    Şəhadət şərbətini
    İçən şəhidlərimiz.
    Ey qəhrəman qazilər,
    Haqqınız ödənilməz.
    Sizintək oğulların
    Yurdu heç vaxt yenilməz
    Möhkəm sıx o yumruğu,
    Ali Baş Komandanım!
    O yumruqda birləşib,
    Vahid Azərbaycanım.
     

    Vətən dağı göynəmir,
    Bağrımızın başında.
    Zəfər marşı çalınır,
    Yurdun hər qarışında.

     

    Qanınızla yuyuldu,
    Paklandı torpağımız.
    Sayənizdə ucaldı,
    Enmədi bayrağımız

     

    Siz tarix kitabını
    Qanınızla yazdınız.
    Qarabağda düşmənin
    Məzarını qazdınız.

     

    O yumruqla düşmənin
    sındırmışıq belini,
    Qoyaq dəmir yumruğun
    Qızıldan heykəlini.
    Asif TALIBOĞLU,
    15 oktyabr 2023

    Xocalıdan meh əsdi.
    Məlhəm oldu yarama.
    Sərsəngim su çilədi,
    Yanan arzularıma.
    Müqəddəs ruhunuzun
    Önündə baş əyirəm
    .Bu şair ürəyimi,
    Sizə gurban deyirəm.
    Qaytardınız Vətənə,
    Bu millətin köçünü.
    Göstərdiniz dünyaya
    Ulu Türkün gücünü.