Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Avq
    Təhsil KİMYA ELMİ SİRLƏR XƏZİNƏSİDİR üçün şərhlər bağlıdır

    ScanBuruc kənd tam orta məktəbinin məzunu Ceyhun Əliyevin attestatında fransız dilindən başqa bütün qiymətləri “əla”dır. Yanlız xarici dildən “4” alıb. Söz verir ki, tələbəlik illərində bu qiymətini də “əla”ya çevirəcək. Axı, hansı ixtisası seçirsən-seç, müasir dövrdə xarici dilə də mükəmməl yiyələnməlisən.
    Ceyhun 632 balla Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinə qəbul olub. O deyir ki, kimya fənni bəzilərinə çox çətin görünür. Amma həqiqətdə belə deyil. Kimyanı öyrəndikcə bu elmə maraq artır, onu incəliklərinə qədər bilmək istəyirsən.
    Ceyhunun anası Sevinc xanım ixtisasca kimya müəllimidir. Uşaqlıqdan özü oğlu ilə məşğul olub. İndi onun da sevincinin həddi-hüdudu yoxdur. Çünki həm müəllim kimi, həm də ana kimi zəhmətinin bəhrəsini görür.
    Müəllimləri də, məktəb yoldaşları da bildirirlər ki, Ceyhun olduqca zəhmət-keş və çalışqan olmaqla yanaşı, həm də sadə və təvazökardır. Yoldaşlarından ötrü əlindən gələni etməyə hazırdır.
    Aprel hadisələri Köçərli kəndinin həyatında silinməz izlər qoydu. Üç dəfə kəndə düşmən mərmisi düşdü. Ceyhunun və digər gənclərin uğuru o qaranlıq gecələrin işıqlı davamıdır. Gələcək yolunuz da həmişə işıqlı olsun, Ceyhun!

    Teqlər:

  • 29Avq
    Təhsil RƏFİQƏLƏRİN UĞURU üçün şərhlər bağlıdır

    DSC_3007DSC_3003Bu qızlar rayonumuzun 600-dən yuxarı bal toplayan abituriyentləri arasındadırlar. Nərmin və Pərvanə –hər ikisi Qaradağlı kənd tam orta məktəbinin məzunlarıdır, həm də eyni sinifdə təhsil alıblar. İkisi də sınaq imtahanlarında birgə yarışardılar, eyni müəllimlərin yanında hazırlaşardılar. Bu gün bu qızların arzuları reallaşıb, həyəcanlı günləri arxada qalıb. Hər biri II qrupda imtahan verərək yüksək bal–Nərmin 625 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının davamlı inkişafın idarə edilməsi fakültəsinə, Pərvanə isə 622 balla Azərbaycan Dövlət İqtisad Universi-tetinin iqtisadiyyat fakültəsinə qəbul olunub. Nərminin də, Pərvanənin də sevinci hədsizdir. Qızlar gələcək arzularından və uğur qazanmalarında zəhməti olan valideyn və müəllimlərindən ürəkdolusu danışdılar.
    Nərminin dediklərindən: – Böyük bacılarım Gülnar və Azadə ali məktəblərdə oxuyanda məndə bir həsəd hissi yaranmışdı, üzərimdə ciddi çalışırdım ki, mütləq mən də ali məktəb tələbəsi olmalıyam. Eşidəndə ki altıyüzdən yuxarı bal toplamışam, bir an gözlərimə və qulaqlarıma inanmadım. Indi isə qürur hissi keçirirəm. Üzərimdə zəhməti olan hər kəsə minnətdaram. Daha ətraflı »

    Teqlər:

  • 29Avq
    Təhsil NƏRMİNİN SEVİNCİ üçün şərhlər bağlıdır

    DSC_2893Nərmin Rzazadə Sarov kənd tam orta məktəbini bu il bitirib. Sənədlərini III qrup üzrə vermişdi, Xarici Dillər Universitetinə qəbul olundu. Bu çalışqan qız orta məktəb illərində olduğu kimi, ali məktəbə imtahan verdiyi zaman da yüksək bilik səviyyəsini nümayiş etdirdi. Tərtər rayonu üzrə 600-dən çox bal toplayan 7 nəfər şagirdin ikincisi oldu.
    O, bu uğurunda məktəbdə ona dərs deyən bütün müəllimlərinə, eləcə də təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən anası Almaz müəlliməyə minnətdarlığını bildirdi. Qeyd etdi ki, orta məktəb illərində olduğu kimi, ali məktəb həyatında da yaxşı oxuyacaq, universiteti əla qiymətlərlə başa vurub, vətənimizə layiqli övlad olmağa çalışacağam.
    Sənə uğurlar diləyirik, Nərmin! Ümidvarıq ki, bu qabaqcıllığı ali məktəb illərində də daim saxlayacaqsan.

    Teqlər:

  • 29Avq
    Təhsil 7 NƏFƏRDƏN BİRİ üçün şərhlər bağlıdır

    DSC_2891Sücayət Abbaslının ta uşaqlıqdan bir arzusu vardı: hüquqşünas olub, qanunların keşiyində durmaq, haqqı, ədaləti müdafiə etmək.
    Gülabatlı kənd tam orta məktəbinin adını yüksəldən müdavimlərdən biri də məhz Sücayət Abbaslıdı. O, bu il III qrup üzrə imtahan verərək 626 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Rayon üzrə 600-dən çox bal toplayan 7 nəfərin dördüncüsüdür Sücayət. O, bu uğurunda ona dərs deyən həm müəllimlərinin, həm də məktəbin dil-ədəbiyyat müəllimi–anası Vəfa Quliyevanın da adını iftixarla çəkdi. Dedi ki, biz ailədə 3 uşağıq. Iki qız, bir oğlan. Məndən böyük bacım Günel ötən il orta məktəbi bitirən kimi Tibb Universitetinə daxil olub. Indi ikinci kursdadır.
    Anam evdə bizimlə çox ciddi davranır, həmişə yaxşı oxumağımız, əlaçı olmağımız üçün var qüvvəsi ilə çalışır. Bu gün ailədə atamla anamın sevinci hədsizdir. Anam deyir ki, Sücayət, Günel, siz bu uğurunuzla həm məktəbimizin, həm də kəndimizin adını yüksəltmisiniz. Allah sizə yar olsun. Çalışın ki,hər ikiniz ali məktəb illərində də bu əlaçılığı, bu qabaqcıllığı əldə saxlayasınız.

    ­­­­­­­

    Teqlər:

  • 29Avq
    Təhsil GƏLƏCƏYİN HÜQUQŞÜNASI üçün şərhlər bağlıdır

    002622 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olan Sevinc Mürsəlli Xoruzlu kənd tam orta məktəbinin məzunudur. Humanitar fənnləri, xüsusən də ingilis dilini gözəl bildiyinə görə o, məhz bu fakültəni seçmişdir. Amma burada bir məqam da var. Tələbə qız deyir ki, vaxtilə bu peşəni seçmək onun atasının arzusu olub. Ancaq atası universitetin hüquq yox, tarix fakültəsini bitirib. Oğul və ya qız, fərqi yoxdur, uşaqlar bu həyatda valideynlərinin davamçıları olmalı, onların arzularını yerinə yetirməlidirlər.
    Buna görə Sevinc də məktəb illəri ərzində öz üzərində çox ciddi çalışıb, istirahət nə olduğunu bilməyib. İndi zəhmətinin bəhrəsini görür.
    Sevinc Mürsəlli onu da bildirdi ki, indi tələbə adını qazanan gənclər çox məsuliyyətli və çətin yolun başlanğıcındadırlar. Bundan sonra da yaxşı oxumaq lazımdır ki, onlara böyük ümid bəsləyən valideynlərin, müəllimlərin, ən əsası isə, cəmiyyətimizin etimadını doğrultsunlar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29Avq
    Digər AVQUSTUN 23-də AZƏRBAYCANIN FÜZULİ VƏ CƏBRAYIL, AVQUSTUN 31-də İSƏ QUBADLI RAYONLARININ ERMƏNİSTAN TƏRƏFİNDƏN İŞĞAL OLUNMASININ  23-cü İLİ  TAMAM OLDU üçün şərhlər bağlıdır

    fuzuli1993-cü il avqustun 23-də Füzuli rayonunun mərkəzi və 51 kənd işğal olunub.
    Rayonun ümumi sahəsi 1386 kv.kmdir.
    Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq həmin qəsəbələrdə yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

    Teqlər:

  • 29Avq

    Digər üçün şərhlər bağlıdır

    cebrail Həmin gün həm də Cəbrayıl rayonunun işğal olunduğu gündür. 105 min kv.kmə yaxın ərazisi olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.
    Rayon işğal olunarkən 250 nəfərə yaxın adam həlak olub, 91 nəfər itkin düşüb, 177 nəfər əlil olub.
    Ümumilikdə Azərbaycan torpaqlarının 20 faiz ərazisi işğal altındadır.

    Teqlər:

  • 29Avq

    Digər üçün şərhlər bağlıdır

    Qubadli31 avqust Qubadlı rayonunun işğal günüdür. 1993-cü ildə Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt olunub. İşğal nəticəsində rayonun 95 yaşayış məntəqəsi talan edilib və yandırılıb. Dağlıq əraziyə, əlverişli coğrafi şəraitə malik Gəyən və Yazı düzü, Həkəri, Bərgüşad çaylarının vadisində yerləşən Qubadlının sahəsi 826 kv.kmdir. Hazırda rayonun 50 minədək əhalisi dədə-baba yurdundan uzaqda, respublikanın 47 bölgəsində məcburi köçkün həyatı yaşayır.

    Teqlər:

  • 29Avq
    Digər NANKORLUQ üçün şərhlər bağlıdır

    7790riyakar-2119e6ab-araez“Nankor” sözü dilimizdə işlədilən ən ağır sözlərdən biridir. “Nankor”, yəni “yediyi çörəyə kor baxan” mənasını verir. Və əlbəttə, bizim içimizdə də nankorlar vardır və deyərdim ki, az deyil, çoxdur. Bunlardan ən dözülməzi Vətənə qarşı nankorluqdur ki, bu əməlin sahibini nə qanun, nə yer, nə göy, nə də Allah bağışlamır.
    Deyirlər ki, çörək Qurandan irəli gəlib. Yəni mentalitetimizdə çörəyə müqəddəs kitabımız Quran qədər uca mərtəbədə hörmət vardır.
    Yadımdadır, mən uşaq ikən yerə çörək qırığı düşəndə, valideynlərim onu götürüb öpərək gözlərinin üstünə toxun-durardılar və süfrəyə qoyardılar. Onlar bu hərəkətləri ilə sanki çörəkdən üzr istəyərdilər ki, onu yerə salıblar. Və çörəyi çox müqəddəs bilərdilər. Kimsə, lap yalandan da olsa belə, “Çörək haqqı” andını içdi, ona hamı inanardı. Biri ilə çörək kəsdinmi, bu əbədi yadda qalar, hörmət-izzət və dostluq rəmzinə çevrilərdi.
    Rəvayət: Bir kişi günorta vaxtı yaşıl bir ağacın kölgəsində oturub nahar edirmiş. Baxıb görür ki, yaxınlıqdan saç-saqqalı ağappaq bir qoca keçir. Onu çağırır və birlikdə nahar etməyi xahiş edir. Qoca əyləşib onunla çörək yeyir. Durub getmək istəyəndə kişi qocadan kim olduğunu soruşur. Demək istəməyəndə kişi onu anda verir:
    –Sən kəsdiyimiz bu çörək, de görüm sən kimsən?
    Qoca bu müqəddəs andın qarşısında aciz qalıb deyir: Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Xəbərlər AZƏRBAYCAN-RUSİYA-İRAN ÜÇTƏRƏFLİ GÖRÜŞÜ YENİ ƏMƏKDAŞLIQ FORMATININ ƏSASINI QOYDU üçün şərhlər bağlıdır

    6772f4c4fe57c499947b5db71ed14223Bu günlərdə Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda keçirilən zirvə görüşü bütün dünyanın diqqət mərkəzində olmuşdur. Bu görüş yeni əməkdaşlıq formatının əsasını qoymuşdur. Üç dövlətin prezidentlərinin imzaladıqları birgə Bəyannamədə qeyd olunmuşdur ki, tərəflər bərabər hüquqlu və qarşılıqlı əməkdaşlıqlarının hərtərəfli inkişafını, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlərin bütün sahələri üzrə müxtəlif səviyyələrdə siyasi dialoqu intensivləşdirməyi və genişləndirməyi davam etdirəcəklər.
    Bəyannamədə eyni zamanda regiondakı həll olunmamış münaqişələrə də diqqət yetirilmişdir. Bildirilmişdir ki, regiondakı həll olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir və bu xüsusda onların tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunması vacibdir.
    Həmçinin bəyan olunmuşdur ki, tərəflər bərabər hüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında iqtisadiyyatın müxtəlif sahələrində hərtərəfli əməkdaşlıqlarını intensivləşdirəcəklər.
    Prezident İlham Əliyev zirvə görüşündə çıxışı zamanı bildirib: “Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxaq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər. Münaqişə ilə bağlı mövcud olan statuskvo qəbuledilməzdir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. Daha ətraflı »

    Teqlər: