Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq
    Digər GƏNC ƏSGƏR üçün şərhlər bağlıdır

    Exif_JPEG_420

    Rayonumuzdakı Heydər Parkında gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilirdi. Mərasimdə Nurlan Ələkbərlinin valideynləri də iştirak edirdilər. Onların hər ikisi çıxış edərək hərbi xidmətə yola düşən bütün gənclərə Vətənə layiqincə xidmət etməyi tövsiyə etdilər. Nurlanın atası Azər Quliyev I Qarabağ və Əfqanıstan müharibələri veteranıdır. II qrup əlildir. Anası Mərziyə xanım Nurlana vətənimizi atası kimi sevməyi və qorumağı arzuladı.
    Artıq Nurlanın xidmət etdiyi hərbi hissədə andiçmə mərasimi keçirilib. Tədbirdə iştirak edən valideynlər rayonumuza sevinc hissi ilə qayıdıblar. Çünki komandirlər gənc əsgərin xidmətindən razıdırlar.
    Qeyd edək ki, Nurlan Ələkbərli rayonumuzdakı texniki peşə məktəbində sürücülük ixtisasına yiyələnib və Bakı Dövlət Sosial-İqtisad Kollecinin yol hərəkətinin təşkili fakültəsini bitirib. O, həm də bacarıqlı idmançıdır. Bütün bunlar hərbi xidmət zamanı onun köməyinə çatır.

    Kənan Hüseynzadə

    Teqlər:

  • 18Avq
    Digər “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ ŞAHLAR ALLAHVERDİYEV üçün şərhlər bağlıdır

    01Mənsim Allahverdiyevgilin ailəsi atası 1937-ci ildə sürgün edildikdən sonra Qubadlı rayonundan köçməli olur. Naçar qaldıqları bir zamanda naümid yollar onları bir neçə yeri dəyişdikdən sonra 1943-cü ildə Tərtər rayonuna gətirib çıxarır. Xeyirxah insanların qayğısı və köməkliyi ilə Sarov kəndində yerləşirlər. Günlər keçib illərlə əvəz olunur. Ailə kənd camaatı ilə qaynayıb-qarışır, xoşbəxt günlərin sayı artır. Oğul-qızın həyata gəlişi özləri ilə bərabər ailəyə bəxtəvərlik gətirir. Yurd həsrətinin yarası yavaş-yavaş qaysaqlamağa başlayır…
    Mənsim kişinin evində beş övlad dünyaya gəlmişdir. Dörd oğlan, bir qız. Suqra xala övladları böyüdükcə boylarına baxıb fərəhlənirdi. Ailəni gözləyən bədbəxtlikdən nə atanın, nə də ananın xəbəri yoxuydu. Bilmirdilər ki, qəfləti hadisələr onların xoşbəxt həyatına ağır zərbələr vuracaq, bəxtəvər yaşanan günləri kədərə,niskilə bürüyəcək, bir-birinin ardınca iki övladının həyatına son qoyacaq…
    Ailənin yeganə qızı Lalə tibb institutunun 4-cü kursunda təhsil alırdı. 1993-cü il avqust ayının 14-ü idi. Özünə geyim-kecim almağa Gəncə şəhərinə getmişdi. Bazarda alış-veriş edərkən o zamankı qardaş qırğınının tüğyan etdiyi bir vaxtda atılmış güllənin qurbanına çevrildi. Ailənin qara günləri də o vaxtdan başladı. Kaş belə olmayaydı!…
    Şahlar Allahverdiyev ailədə üçüncü oğlanıydı. 1964-cü il iyul ayının 19-da anadan olmuşdu. İlk təhsilini də elə yaşadığı Sarov kəndində almışdı. Hərbi xidmətini Sovet Ordusu sıralarında keçmişdi, özü də xaricdə–Almaniyada. Mina təmizləyən olmuşdu. Hərbidən qayıtdıqdan sonra doğma kəndlərində qalaraq orada kolxoz işlərində çalışmışdı. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində təhsil alırdı. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər “YENİ TƏRTƏR” QƏZETİNİN 11 YAŞI TAMAM OLDU üçün şərhlər bağlıdır

    02222CAVANLIQ BİR GÖYƏRÇİN İDİ…

    Ömrümüzün pöhrə çağıydı. Arzularımız təzə tumurcuqlanırdı. Hələ qışın qandonduran sazağını, yayın qorabişirən odunu-alovunu görməmişdik. Həyat bizə nağılıydı. Amma hələ “göydən üç alma düşməmişdi”, Məlikməmməd divin pusqusunda dayanmışdı…
    …O, yerimirdi, sanki qanad açıb uçurdu. Belə vaxtlar göyərçinə bənzəyirdi–saf, təmiz, günahsız bir göyərçinə. Hər onu görəndə gəncliyin insana necə təravət gətirdiyini, Tanrının hər kəsə qıymadığı necə gözəllik bəxş etdiyini duyub, sehirlənirdim. Gözləri Xəzər dənizinin rəngindəydi. Həyat eşqi ilə dolu idi bu qeyri-adi gözlər. Giləsində Göygöl ləpələnirdi. Payız ondan çox uzaqdaydı–bəlkə də 60-70 illik bir məsafədəydi…
    …Dedilər ki, Zahid İsmayılov işə bir gənc qız götürüb. Bu, 1968-ci il idi. Mən onda “Qızıl Bayraq” qəzetinin nəzdində yerli radio verilişlərinin təşkilatçı–müxbiri işləyirdim. Cəmi-cümlətanı 18 yaşım vardı. Redaksiyanın yerləşdiyi indiki binada bir balaca otaq vermişdilər mənə. Verilişlərin mətnlərini burada hazırlayırdım və onları köhnə poçt binasının birinci mərtəbəsindəki “studiya”da Sahibə Kərimpur həftənin üç günü 15 dəqiqə efirə oxuyurdu.
    Bundan əvvəl Aydın Məmmədxanov redaktor idi (Sonra onu Zahid İsmayılov əvəz etdi). Qədir Allahverdiyev məsul katib, rəhmətliklər Zülfüqar Fərəcov redaktorun müavini, Yəhya İbrahimov, Vahid Məmmədov, Abbas Fətəliyev şöbə müdirləri idilər. Həmçinin müxtəlif illərdə burada Oqtay Musayev, Ziyəddin Nəcəfov, rəhmətlik Əmiraslan Qurbanzadə, Təvəkkül Nəcəfov, Hilal Bayramov, Qafar İsayev və başqaları işləyirdilər… Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər YADDAŞIMDA QALAN İZLƏR… üçün şərhlər bağlıdır

    1998-ci ilin sonuna yaxın Tərtər qəzetinin vəsait çatışmazlığı ucbatından 7 il bağlanması mənim yaxşı yadımdadır.
    Bu tarixi ona görə yaxşı xatırlayıram ki, hələ ötən əsrin 70-ci illərindən rayon qəzetinin həm yaxın oxucusu, həm də pərəstişkarı olmuşam.
    Sovetlər dönəmində bizim dörd qonşu kənd birlikdə “Özbəkistan” kolxozu adlanırdı. Mən o zaman kolxozda pambıqçılıq briqadiri işləyirdim. Rayon qəzetində mənim başçılıq etdiyim kollektivin yaxşı işindən həmişə yazılar dərc olunardı. Ona görə də hamımız qəzetin hər yeni nömrəsini səbirsizliklə gözləyirdik. O zaman dəfələrlə qonşu təsərrüfatlar arasında gedən sosializm yarışının qalibi olurduq. Adımız həmişə qabaqcıllar sırasında çəkilirdi.
    Hətta yadımdadır ki, Ulu Öndər Heydər Əliyev Tərtərə gələndə qabaqcıl kolxoz kimi bizim təsərrüfatın pambıq tarlalarını gəzmiş, əməkçilərlə görüşüb söhbət etmiş, şəkil çəkdirmişdir. Bu bizə qol-qanad verər, işləmək həvəsi-mizi birəon qat artırardı. Onda hamı qəzeti əl-əl axtarar. Ulu Öndərlə çəkdirdikləri şəkillərə baxıb qürur hissi keçirərdilər. Rayon qəzetini bir də ona görə cox sevirik ki, onun səhifələrində rayonda görülən işlər işıqlandırılır, geridə qalanlar tənqid olunardı. O vaxtlar qəzetin hər bir tənqidi çıxışına rayon partiya komitəsində ciddi yanaşılar, həmin adamın məsələsinə rayon partiya komitəsinin büro iclasında baxılar, haqqında lazımi tədbir görülərdi.
    Başqa sözlə desək, qəzet rayon həyatının güzgüsü missiyasını yerinə yetirərdi. “Qızıl Bayraq” sonralar “Tərtər” adı altında dərc olunmağa başladı. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər DOĞMA QƏZETİM üçün şərhlər bağlıdır

    ScanREDAKSİYANIN ƏVVƏLKİ KOLLEKTİVİ

    2005-ci ildə rayon qəzeti “Yeni Tərtər” adı ilə yenidən nəşr olunmağa başlayanda, mən hələ tələbə idim. BDU-nun jurnalistika fakültəsinin qiyabi şöbəsində təhsil alırdım. Atam bu xəbəri evimizdə deyəndə, sevincimin həddi-hüdudu olmadı. Ona görə ki, redaksiyanın fəaliyyət göstərməsi universitetdə öyrəndiklərimi təcrübədə təsdiq etmək üçün gözəl fürsət yaradırdı.Qəzetin redaktoru Tofiq Yusifdən aldığım ilk tapşırığı heç zaman unutmaram. Yazını yazıb ürək çırpıntıları ilə redaktorun o zaman bələdiyyə binasındakı otağına daxil oldum. Digər əməkdaşlar–Svetlana Bağırova, Svetlana Əzizova, kompüterçi Türkan da burada idilər. Gözləyirdim ki, redaktor yazını oxuyub onların yanında məni danlayacaq. Amma belə olmadı. Əksinə, Tofiq müəllim xoş bir təbbəssümlə yazını Türkana uzadıb dedi:
    –Al, Şəlalə qızımızın yazısını çapa hazırla. Yaxşı qələmi, tamamilə yenl və fərqli üslubu var.
    Sonradan universiteti bitirdim və redaksiyada işə başladım.
    İndi mən bank işçisiyəm. Redaksiyada topladığım təcrübə, yiyələndiyim biliklər daim köməyimə çatır. “Yeni Tərtər” doğma qəzetim, “Yeni Tərtər”- cilər əziz adamlarımdır.

    Şəlalə,
    Qarağacı kəndi

    Teqlər:

  • 18Avq
    Digər UĞURLARIN ÖNƏMLİSİ SƏNİN OLSUN, “YENİ TƏRTƏR”! üçün şərhlər bağlıdır

    DSC_2088REDAKSİYANIN BUGÜNKÜ KOLLEKTİVİ

    Mən mətbuatla daim maraqlanan, daim ona bağlı olan insanlardanam. Demək olar ki, özümü mətbuatsız təsəvvür etmirəm. Hələ sovet dönəmində oxuduğum maraqlı qəzetlər– “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Kommunist”, “Bakı” və başqa qəzetlər arasında “Qızıl Bayraq” və “Tərtər” özünəməxsus yer tuturdu. Qəzetlərin ən birincisi rayonumuzun həyatını əks etdirən rayon qəzetimizdir. Yaxşı bilirəm ki, qəzet çox keşməkeşli yollardan keçərək bu günümüzə kimi gəlib çatmışdı.
    Mən deyərdim ki, qəzetin yaşamasında rayon rəhbərliyinin köməkliyi ilə yanaşı onun əməkdaşlarının, başda redaktoru olmaqla gərgin zəhmətləri durur. Mən əvvəllər qəzetlə sıx əlaqə saxlayırdım, tez-tez redaksiyanın qonağı olurdum. Şeirlərimin çap olunmasında şəxsən baş redaktor Tofiq Yusifin və başqa əməkdaşların zəhmətlərini heç zaman unuda bilmərəm.
    Xatirimdədir ki, uzun fasilədən sonra qəzet 2005-ci ildə yenidən “Yeni Tərtər” adı ilə fəaliyyətinə başladı və bu gün də üzərinə düşən missiyası –oxucu tələbinə və marağına səbəb olan yazıları ilə fərqlənir. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər MARAQLA OXUYURUQ üçün şərhlər bağlıdır

    IMG_0024Hamıya məlumdur ki, bu gün təhsilimizdə irəliyə doğru böyük addımlar atılmışdır. Atılmış addımlar həm müəllimlərimizin, həm də şagirdlərimizin uğurlarından xəbər verir. Bu uğurlarımızın xalqa çatdırılmasında rayonumuzun güzgüsü adlandırılan “Yeni Tərtər” qəzetinin çox böyük rolu vardir. Mən deyərdim ki, bu qəzet həm oxunaqllığı, həm də rayonumuzun gündəlik həyatından xəbərləri ilə diqqəti cəlb edir. “Yeni Tərtər” qəzeti oxucusunu maraqlandırmağı və düşündürməyi bacarır. Çalışdığım orta məktəbin kollektivində bunun şəxsən şahidi oluram. Onun hər bir nömrəsi maraqla oxunur. Bu da o deməkdir ki, qəzetdə çalışan əməkdaşlar başda redaktor Tofiq Yusif olmaqla üzərlərinə düşən işin məsuliyyətini dərindən dərk edirlər. Oxucu–mətbuat əlaqəsini yaşatmağa nail olublar. Bu gün sevimli qəzetimizin –“Yeni Tərtər”in yeniyetməlik çağıdır. Onun müdriklik yaşına qədər uzunömürlü olmasını arzulayıram.”Yeni Tərtər”in zəhmətkeş əməkdaşları, sizin hər birinizə tükənməz enerji, iti qələm arzulayıram. Yaşınız ulu, uğurunuz tükənməz olsun.

    Zülfiyyə Abdullayeva,
    müəllim, Tərtər şəhəri

    Teqlər:

  • 18Avq
    Digər “BALA KİRPİ”NİN YENİ SƏRGÜZƏŞTLƏRİ üçün şərhlər bağlıdır

    f4e41bae3eb7e47675e1629fe682fc92 (1)Apteklərdə eyni dərmanlar müxtəlif qiymətlərə satılır111255

    “Bala Kirpi” “Yeni Tərtər” qəzeti redaksiyasından müxbir Mirzə Nəsiri və fotomüxbir Kənanı götürüb, şəhərin apteklərini gəzməyə çıxdı ki, görsün bu “dərman evləri”ndə nə var, nə yox.
    Bəri başdan qeyd edim ki, Tərtər şəhərində 10 aptek ola, ya olmaya. Di gəl ki, bu apteklərdə satılan eyni adlı, eyni tərkibli dərmanların qiymətləri eyni deyildir. Respublika Tarif Şurası beş gündən bir dərmanların yeni qiymətlərini təsdiq etsə də, aptek sahibləri öz kefləri istəyən kimi camaata sırıyırlar. Elə də mümkün deyil ki, apteklərin hamısını gəzəsən, harada ucuzdur, oradan alasan. Satıcılarda isə insaf yox, mürvət yox. Xəstələr də ki, əlacsız və naçar. Onlar canlarının ağrısından borc da olsa tapıb, həkimlərin buyurduqları dava-dərmanı almalı-dırlar. Bəs aptekçilərin vicdanlarına nə gəlib? Qəribədir ki, vacib olan dərmanların bir çoxu qəhətə çəkilib, tapılmır. Ya piştaxta altından çox baha qiymətə satırlar, ya da güya “Depo”ya zəng edib, sifariş verməlidirlər ki, bu sifarişin də qiyməti gəlir dərmanın onsuz da baha olan qiymətinin üstünə. Satışı apteklərdə qadağan olunan dərmanlar satılır, lakin vacib olan bir çox dərmanlar tapılmıır. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Ədəbiyyat “AŞIQ PƏRİ” MƏCLİSİNİN YARADILMASI üçün şərhlər bağlıdır

    ac59fc4b1q-pc999riTanınmış jurnalist Səbuhiddin Rüstəmovun qeyd etdiyinə görə, 1980-ci illər ərəfəsi şair Nigar Rəfibəyli və tarixi romanlar ustadı professor Əzizə Cəfərzadə “Azərbaycanın qadın, aşıq şairləri” adlı qiymətli bir əsər yaratmışdılar.
    Bu kitabda “Ölülər”in Nazlısından başlamış, Ağabacı, Məshəti, Raziyəyə (Gəncəvi) qədər, Azərbaycanın aşıq qadınları və şair qadınların hamısı göstərilmişdir. Hazırda düşmən caynağından azad edilmiş “Lələtəpə”nin “Yaxşısı” (haqq aşığı Lələnin dəfn edildiyi Cocuq Mərcanlıda), haqq Aşığının sevgilisi Yaxşı ilə deyişmələri həmin kitaba salınmışdır.
    Bir sözlə, tariximizdə yaşanan Aşıq Pəri öz dövrünün çox görkəmli, mükəmməl yerini tutmuşdur. 1984-cü ilin əvvəllərində neftcalalı folklor bilicisi Narınc Xatın Əzizə Çəfərzadə ilə görüşür, XIX əsrin yarısında Şuşa mühitində təlim-tərbiyə almış Aşıq Pərinin adını əbədiləşdirmək qərara alınır. Beləliklə hər ikisinin səyi ilə Aşıqlar Birliyi Hüseyn Arif, Əzizə Cəfərzadə, Narınc Xatının imzası ilə sorağını eşitdikləri insanlara məktub yolladılar. Bir neçə çağırış da mənim arxivimdədir. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər VƏTƏNDAŞLIQ BORCU üçün şərhlər bağlıdır

    новый-2“Azərsu” ASC “Birləşmiş Su-Kanal” MMC-nin Tərtər Su-Kanal İdarəsində Nurəddin Əmirovun adı kollektivin qabaqcılları sırasında çəkilir. On ildən artıqdır ki, o, su kəməri təsərrüfatında nəzarətçi işləyir. Hər bir sahədə olduğu kimi, onun peşəsi də məsuliyyət və işgüzarlıq tələb edir. Tapşırılan işə məhz bu cür münasibətin nəticəsidir ki, Nurəddin Əmirov daim tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir.
    Kollektivdə olduğu kimi əhali arasında da hörmət qazanan qabaq-cıl su işcisi həm də Qarabağ müharibəsi veteranıdır. Torpaqlarımız uğrunda döyüşlərdə iştirak edib. Oğlu isə bu yaxınlarda əsgəri xidmət borcunu yerinə yetirərkən əlil olub.
    Nurəddin Əmirov deyir ki, müharibə zamanı da, dinc quruculuq işlərində də hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirməlidir.

    Kənan Hüseynzadə

    Teqlər: