SAKİNLƏR BU İŞDƏN RAZIDIRLAR
Həmsöhbətim Ağdərə rayonunun Kərəmli kənd sakini, 1991-ci ildən ailəlikcə məcburi köçkün düşən Qarayeva Rəbiyyə Abbas qızıdır. Rəbiyyə bacının danışdığını həyəcansız dinləmək olmur. Deyir ki, bizim kəndimiz başıqarlı Murov dağının ətəyində yerləşirdi. Uşaqlıqdan valideynlərimiz burada yaşayıblar. Sonra elə mən özüm də ailə həyatı qurdum. Gözəl güzəranımız, hər cür şəraiti olan ev-eşiyimiz vardı. Sanki, qəflətən bu gözəllikdən əsər-əlamət qalmadı. 1991-ci ilin sentyabrında mənfur ermənilər kəndimizi iriçaplı silahlardan, “Alazan” tipli raketlərdən atəşə tutdular. Hətta evlərə od vurub yandırdılar. Neçə-neçə insan evinin içində yanıb kül oldu. Belə vəhşilik heç zaman görünməyib. Həmin vaxt kəndə vertolyot endi. Uşaqları, qocaları vertolyotla Tərtərə yola saldıq. Qalan kənd sakinləri isə Murov yolu ilə Tərtərə gəldilər. Tərtərin Hüləbətli kəndində köhnə tanışlarımız vardı. Bir müddət orada yaşadıq. Sonra böyük qızım Fəxrəndə indiki Fikrət Əmirov küçəsində 9 nömrəli həyəti aldı. Orada iki otaq və geniş seyvandan ibarət ev tikdirdi. Onun 3 uşağı var. Daha ətraflı »
Yeni ismarıclar