Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq
    Digər Böyük Qayıdış üçün şərhlər bağlıdır

    Sakinlər işlə təmin olunurlar

    Bu kəndə qayıdış 16 mart 2023-cü ildə baş tutub. Bu zaman Talışa 20 ailə, 90 nəfər köçürülüb. Kənd sakinləri yeni evlərlə təmin olunublar, həmçinin onlar üçün rahat infrastruktur yaradılıb, məktəb, uşaq bağçası, ictimai icma mərkəzi tikilib, tibb mərkəzi müasir avadanlıqlarla təmin olunub. Yeniliklərdən biri də müasir üslubda salınmış parklar və burada günəş enerjisindən istifadə olunmasıdır, həmçinin kənd yolları da rahatdır.
    Kəndin ilk qonağının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olması sakinlər arasında yüksək əhval-ruhiyyə yaradıb.
    Talış kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 7 ailəyə – hər ailəyə 3 heyvan və 1 ton yem verilib. Bundan əlavə, 1 ailəyə arıçılıqla məşğul olmaq üçün hər cür avadanlıq və arı ailələri çatdırılıb. Daha ətraflı »

  • 31Avq
    Tərtər RİH-də “Humanitar Tədqiqatlar” İctimai Birliyi Tərtər rayonunda ictimai müzakirə təşkil edib üçün şərhlər bağlıdır

    “Regionlarda sülh quruculuğu və birgəyaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində YAP Tərtər Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirə 25 nəfər Tərtər rayon sakini qatılıb.
    Tədbirdə çıxış edən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı iştirakçılara məlumat verib.
    Layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirildiyini bildirən Mehriban xanım layihənin məqsədinin cəbhəyanı regionda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili ilə ictimai rəyin öyrənilməsi olduğunu qeyd edib.
    Daha sonra çıxış edən layihənin eksperti Rafiq Muradov bildirib ki, Azərbaycan ən ali səviyyədə sülhə hazır olduğunu, Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən ermənilərin bütün hüquqlarının tanınacağını bəyan edib. Daha ətraflı »

  • 31Avq
    Ədəbiyyat UŞAQLAR ÜÇÜN üçün şərhlər bağlıdır

    GÖRÜŞ

    Bir axşam qonaq getdim,
    Dostum İxtiyargilə.
    Təbəssümlə qapını,
    Açdı ana Nargilə.
    Hal-xoş edib soruşdu,
    Dərsimi-əhvalımı.
    Üz-gözümü oxşayıb
    Tumarladı saçımı. Daha ətraflı »

  • 31Avq
    Ədəbiyyat İLK HEKAYƏ üçün şərhlər bağlıdır

    DUYĞULAR ADASI

    Nuruzadə Həvva 2005-ci il sentyabrın 7-si Tərtər rayonunun Qazyan kəndində anadan olub. 2012-ci ildə İntiqam Həsənov adına Qazyan kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olub, 2020-ci ildə isə Ağdam rayonu 106 saylı məktəbində təhsilini davam etdirib. 2022-ci ildə Bakı Slavyan Universitetinin ingilis dili müəllimliyi ixtisasına qəbul olub. Hal-hazırda isə həmin universitetin 2-ci kurs tələbəsidir.
    Baxmayaraq ki, Həvva ingilis dli müəllimliyi ixtisasında təhsil alır, amma uşaqlıqdan jurnalist olmaq istəyirdi, ümumiyyətlə, onun ədəbiyyata çox böyük marağı var və buna görə də 14 yaşı olanda ilk hekayəsini yazmışdı. Bu gün isə həmin hekayəni sizə təqdim edirik.

    Duyğular adasında yaşayan duyğular birlikdə çox gözəl vaxt keçirərdilər. Həmişə birlikdə oynayıb əylənər, birlikdə sevinər, birlikdə kədərlənərdilər, bir sözlə, bütün hisslərini birlikdə paylaşardılar. Lakin bu xoşbəxtlik çox çəkmədi. Bu xoşbəxtliyin çox çəkməməsinə səbəb qarşı adada yaşayan kədərli duyğular idi. Onlar heç vaxt oynamaz, əylənməz, birlikdə vaxt keçirməzdilər. Kədərli duyğuların adı həmişə məyus, kədərli olmaları ilə bağlı idi. Lakin digər adada yaşayan duyğular kədərli duyğulardan fərqli olaraq çox sevincli olduqları üçün onların adları Sevincli duyğular idi.
    Kədərli duyğular həmişə Sevincli duyğulara hücum etmişdilər. Onlar istəyirdilər ki, Sevincli duyğuları da özləri kimi Kədərli etsinlər. Bu çox asan idi. Əgər onların bir damcı göz yaşı Sevinclilərə dəysə, o zaman onlar da Kədərli duyğu olardılar. Bu asan olsa da bunu həyata keçirmək çətin və riskli idi, çünki Sevinclilər də Kədərliləri asanlıqla məhv edə bilərdilər. Əgər onlar bir dəfə ucadan gülərsə, onda Kədərlilər həmişəlik Sevincli duyğular olardılar. Daha ətraflı »

  • 31Avq
    Digər Yeni dərs ili qarşısında üçün şərhlər bağlıdır

    TƏMİR İŞLƏRİ YEKUNLAŞIR

     

     

     

     

     

     

    “Bilik Günü”nə sayılı günlər qalıb. İndi hər bir məktəbdə son hazırlıq işləri yekunlaşmaq üzrədir.
    Mehman Hətəmov adına Köçərli kənd tam orta məktəbində də şagirdləri səliqə-səhmanlı sinif otaqları gözləyir.
    Məktəbin direktoru Elnur Ələkbərov deyir:
    –Məktəbimiz 1970-ci ildə ibtidai təhsil ocağı kimi fəaliyyətə başlayıb. 2002-ci ildən tam orta məktəbdir. Yeni dərs ilində burada 245 şagird təhsil alacaq. Onu da qeyd etmək istəyirəm ki, builki məzunlarımızdan 2 nəfər yüksək bal toplayaraq universitetlərə qəbul olub.
    Məktəb binasının təmiri ilə “Elnur-2” tikinti şirkəti məşğul olur. Belə ki, burada cari təmir işləri aparılıb. Döşəmə və tavan dəyişdirilib, qapı və pəncərələr yenisi ilə əvəz olunub, elektrik sistemi qismən bərpa edilib. Sinif otaqları rənglənərək səliqəyə salınıb. Binanın dam örtüyündə də müəyyən bərpa işləri aparılıb. Daha ətraflı »

  • 29Avq
    Digər Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edib. Dövlət başçısı həmin tədbirdə çıxış edib.

    Prezident İlham Əliyev deyib ki, İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi.

    Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq.

    Bildirilib ki, Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.

    Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Daha ətraflı »

  • 28Avq
    Hərbi vətənpərvərlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış hərbi-siyasi qələbə üçün şərhlər bağlıdır

    İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.

    Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.

    Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.

    “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir.

    Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Daha ətraflı »

  • 25Avq
    Digər Azərbaycanla Özbəkistan arasında münasibətlər yüksək səviyyədədir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib.

    Dövlət başçısı bildirib ki, Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun göstəricisidir.

    Səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə – beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.

    Artıq əldə edilən nəticələr bizim gələcəklə bağlı düzgün yolda olduğumuzu göstərir.

    Səfər çərçivəsində imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.

    Enerji sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər var. Enerji şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir.

    Nəqliyyat-logistika sahəsində yük axınının artmasını və bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik. Daha ətraflı »

  • 24Avq
    Digər 2023-cü il “Heydər Əliyev İli”di üçün şərhlər bağlıdır

    “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi”

    22 sentyabr 1993-cü il tarixdə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdəki çıxışında Ulu Öndər deyib: “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq.”

    Eyni zamanda, o, gənclər qarşısında da məsul vəzifələr dayandığını diqqətə çatdırırdı: “Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin, gələcəyə daha da uğurla gedə bilsin, dünya millətləri, xalqları arasında aşağı səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun.”

    Heydər Əliyev tövsiyə edirdi: “Həm elm sahəsində, həm təhsil sahəsində, ədəbiyyat, mədəniyyət sahəsində və bizim mənəvi mənbəyimiz olan din sahəsində, İslam dini sahəsində tarixi ənənələrimizdən istifadə edərək gənclərimiz üçün bütün dünyaya geniş yol açmaq lazımdır.”

    O bildirirdi: “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır.”

    “Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur.” Daha ətraflı »

  • 22Avq
    Digər ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN MƏTBUATI üçün şərhlər bağlıdır

    Respublikamızda hər bir sahədə olduğu kimi mətbuatın inkişafında da Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Bu dahi şəxsiyyət hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycan mətbuatının inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərə qayğı göstərilməsi istiqamətində mühüm addımlar atıb. Sovetlər dönəmində onun rəhbərliyi altında Azərbaycan mətbuatı böyük tərəqqi yoluna qədəm qoyub.
    Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan mətbuatında yeni səhifələr açılıb. Həmin vaxt respublikada söz və mətbuat azadlığının, demokratiyanın təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkan yaradılması üçün ciddi tədbirlər həyata keçirilib.
    Heydər Əliyevin başçılığı altında müstəqil Azərbaycan Respublikası Konstitusiyası qəbul edildikən sonra ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət elan edilməsi bu sahədə mühüm əhəmiyyət kəsb edib. Azərbaycan Konstitusiyasının 50-ci maddəsinə əsasən ölkədə məlumat azadlığının tətbiq edilməsi jurnalistikanın fəaliyyətinin genişləndirilməsinə, jurnalistlərə dövlət diqqət və qayğısının gücləndirilməsinə ciddi təkan verib. Belə bir şərait respublikamızda ənənəvi media orqanları ilə yanaşı, ilk internet-media nümunəsi yaradılmasına da geniş imkanlar açıb. Daha ətraflı »