Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Sen
    Şəhidlər Tərtərdə yaşayan şəhid ailələri Şuşaya səfər ediblər üçün şərhlər bağlıdır

    “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu, Tərtər Rayon İcra Hakimiyyəti və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Tərtərdə yaşayan şəhid ailələrinin Şuşaya səfəri reallaşdırılıb.
    Şəhid ailələrinin yolasalma mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak edib. Rayon rəhbəri 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı zəfər tarixini yazan oğullarından, onların canları-qanları bahasına xalqımıza yaşatdıqları qələbə sevincindən, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, respublika Prezidentinin şəhid ailələri və qazilərin problemlərinin həllinin bütün qurumların, eləcə də cəmiyyətimizin borcu olduğunu bildirib. Qeyd edib ki, ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə göstərdikləri nümunə hər kəsə örnəkdir. Daha ətraflı »

  • 08Sen
    Təhsil TƏLƏBƏ ADINIZ MÜBARƏK! üçün şərhlər bağlıdır

    2022-2023-cü tədris ilində Tərtər rayonunda 11-ci sinfi 662 məzun bitirib. Onlardan 362 nəfər ali məktəblərə sənəd verib, 255 nəfəri tələbə adını qazanıb. Rayon üzrə 2 nəfər 600-dən yuxarı, 8 nəfər isə 500-dən yuxarı bal toplayıb.
    Ali məktəblərə qəbul olan bütün gəncləri, onların valideynlərini və təhsil aldıqları məktəblərin kollektivlərini ürəkdən təbrik edirik!
    Tələbəlik illəriniz uğurlu və faydalı keçsin. Yüksək zirvələrə aparan yolda hər birinizə cansağlığı, səbr və iradə arzulayırıq.

    Qarabağ qazisinin qızı ADA universitetinin tələbəsidir

    Bu günlərdə I Qarabağ müharibəsi veteranı Qurban Əhmədovun ailəsində böyük sevinc yaşandı. Ailənin ikinci övladı, şəhər 2 saylı məktəb-liseyin məzunu Aysel Əhmədli 621 bal toplayaraq, ADA Universitetinin Hüquqşünaslıq fakültəsinin tələbəsi oldu. Ayselin böyük qardaşı Kənan Atatürk Universitetinin İqtisadiyyat fakültəsinin III kurs tələbəsidir. Kiçik qardaşı isə hələ məktəblidir.
    Redaksiyada olarkən Aysel bildirdi ki, bu uğuruna görə həm valideynlərinə, həm də müəllimlərinə çox minnətdardır. Tələbə qız elmin çətin yollarında onun əlindən tutub aparan müəllimlərinə möhkəm cansağlığı arzuladı. O dedi:
    – Biz gənclər çəkilən zəhmətin əvəzini yalnız ölkəmizin layiqli vətəndaşı olmağımızla qaytara bilərik. Bundan ötrü var qüvvəmlə çalışacağam.
    Aysel onu da bildirdi ki, ali məktəbə qəbul barədə xəbəri anbaan gözləyirdi, ancaq yenə də rəfiqəsi Dilarə Ağazadə ondan irəli düşdü və hər ikisinin tələbə adını qazandığını ona Dilarə söylədi. Rəfiqəsi də yüksək balla Azərbaycan Tibb Universitetinə daxil oldu. Daha ətraflı »

  • 08Sen
    Təhsil Şəhid atanın arzusu həyata keçib üçün şərhlər bağlıdır

    II Qarabağ müharibəsinin başlanmasından üç ilə yaxın vaxt ötür. Üç ildir ki, xalqımız başıuca yaşayır. Zaman keçdikcə, əldə etdiyimiz Qələbənin sevinci daha da artır. İşğaldan azad edilən torpaqlar abadlaşdıqca, bu yerlərə qan tökən oğulların qəhrəmanlığı əbədiləşir.
    Üç ildə şəhidlərimizin ailələrində nələr baş verib? Necə yaşayıblar, necə böyüyüblər igidlərimizin yadigarları olan şəhid övladları? Qürur hissi ilə deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin, Azər-baycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı və dəstəyi, xalqın sevgisi ilə əhatə olunmuş bu uşaqlar qəhrəman atalarının yolunu şərəflə davam etdirirlər. Onlar hər zaman öndədirlər – Vətənə sədaqətdə, təhsildə, ictimai işlərdə. Ali məktəblərə builki qəbul zamanı Azərbaycanda iyirmiyə yaxın şəhid övladının tələbə adını qazanması bunu bir daha təsdiq edir. Daha ətraflı »

  • 08Sen
    Təhsil GƏNCLƏR ÖLKƏMİZİN GƏLƏCƏYİDİR üçün şərhlər bağlıdır

    6 nömrəli tam orta məktəbin məzunu Aysun Vəliyeva 605,3 balla Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub.
    Ötən il biz redaksiyamızda Aysunun 2 bacısını – Nərgiz və Əfruzu tələbə olmaları münasibətilə təbrik etmişdik İndi isə 3-cü bacı müəllimlərini, valideynlərini və bütün rayon ictimaiyyətini öz uğuru ilə sevindirib.
    Ulu Öndər Heydər Əliyev deyirdi: “ Azərbaycan gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir”.
    Biz də tərtərli olaraq ümid edirik ki, Aysun kimi gənclər ölkəmizin gələcəyinə layiqli töhfələr verəcəklər.

  • 08Sen
    Təhsil Möhtəşəm addımlar üçün şərhlər bağlıdır

    2022-2023- cü tədris ilində Sabir Paşayev adına Umudlu kənd tam orta məktəbin 11-ci sinfini 8 nəfər şagird bitirmişdir. Hər biri ali məktəbə sənəd vermiş, onlardan 6 nəfəri ali məktəblərə daxil olaraq tələbə adını qazanmışdır. Bu da ümumilikdə məktəbi bitirən şagirdlərin 75 % i deməkdir.

    Məmmədli Bəhram Mahir oğlu gənclərin inkişafında aktiv rol oynayan və xaricdə təhsil almağı arzulayan Azərbaycan gəncidir. 2006-cı ilin 25-iyununda Tərtər şəhərində doğulmuş Bəhram, S. Paşayev adına Umudlu kənd tam orta məktəbinin məzunudur. İndi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Marketinq ixtisasında təhsil alacaqdır.
    Bəhram, könüllü fəaliyyət sahəsində çox böyük nailiyyətlərə imza atıb. O, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Regional İnkişaf İctimai Birliyinin və ASAN Xidmət könüllülük proqramında fəaliyyət göstərib. Bu qurumlar tərəfindən aktiv iştirakına görə müxtəlif sertifikatlarla mükafatlandırılmışdır.

  • 08Sen
    Təhsil Tərtəri layiqincə təmsil edəcəklər üçün şərhlər bağlıdır

    Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbin 11-ci sinfini 93 nəfər şagird bitirib. Onlardan 51 nəfəri ali məktəbə sənəd verib, 44 nəfəri qəbul olub.

    Məktəbin məzunlarından ən yüksək bal toplayan Əlastan Xəlillidir. Əlastan 566 balla Polis Akademiyasına daxil olub. Əlastan onun və yoldaşlarının uğurunda böyük zəhməti olan müəllimlərinə, valideynlərinə sonsuztəşəkkürlərini bildirdi. Tələbə adını qazanmış bütün məzunları təbrik etdiyini söylədi.
    O bildirdi ki, məktəb illəri ilə təkrarsız uşaqlıq həyatı başa çatır. Qarşıda onların hər birini daha məsuliyyətli günlər, çətin sınaqlar gözləyir.
    Hansı sahəni təmsil etdiklərindən asılı olmayaraq, əmink ki, bu gənclər qəhrəman Tərtərin sakinləri olduqlarını heç zaman unutmayacaqlar.

    Materialları hazırladı:
    Svetlana BAĞIROVA

     

  • 08Sen
    Digər TƏRTƏR RAYON QƏZETİNİN 90 İLLİYİ QARŞISINDA üçün şərhlər bağlıdır

    34 il əvvəl yazmışdıq…

    Fəal müxbirimiz

    Səbuhi Rəhimovun adı oxucularımıza yaxşı tanışdır. O, altı ilə yaxındır ki, qəzetimizin səhifələrində maraqlı məqalələri ilə çıxış edir. Hazırda Səbuhi hərbi xidmətdədir. Ancaq yenə də qəzetlə əlaqəni üzmür, vaxtaşırı olaraq əsgər həyatından bəhs edən yazılarla bizi yada salır.
    Mətbuat Günü ərəfəsində ştatdankənar müxbirimizdən yenə də məktub almışıq. O, kollektivimizin üzvlərini peşə bayramı münasibətilə təbrik edir. Doğma rayonumuzdan çox-çox uzaqlarda öz əsgəri borcunu yerinə yetirən Səbuhi bizi unutmadığı üçün ona öz təşəkkürümüzü bildirir, fəal müxbirimizi ürəkdən təbrik edirik.

    Yəhya İBRAHİMOV,
    “Qızıl Bayraq” qəzeti,
    4 may 1989-cu il

  • 08Sen
    Digər Bu gün bizə yazırlar… üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” mənim üçün bir məktəbdir, jurnalistlik fəaliyyətimin ilk cığırı, media yaradıcılığımın təməl beşiyidir

    Sovet dönəmində “Qızıl Bayraq” adlandırılan bu qəzetdə ilk məqaləm 1983-cü ildə dərc olunmuşdu. Məktəbdəki bir tədbirdən bəhs etmişdim. Açığı, ağlıma gəlməzdi ki, dərc olunsun. Amma iki gün sonra yazımı səhifədə görəndə sevincim bir dünya oldu. Bu, mənə böyük həvəs, hədsiz stimul verdi. Az sonra daha bir məqalə yazdım və… Bir də gördüm ki, həftədə 3 dəfə dərc olunan qəzetdə hər həftə azı bir məqaləm işıq üzü görür.
    Adətən məqalələri məktub vasitəsilə göndərirdim. Amma bir gün daha tez dərc olunması üçün redaksiyaya özüm təqdim etmək qərarına gəldim. Məktublar şöbəsinə girəndə ilk rastlaşdığım Svetlana Əzizova oldu. Məni çox xoş qarşıladı və məqaləmi gözdən keçirdi. İlk dəfə məqalə üzərində əyani redaktə prosesini, başlığın daha cəlbedici seçilməsi praktikasına şahidlik etdim. O gündən Svetlana xanımla müntəzəm görüşüb söhbət edirdik. Həmişə, hər yerdə, hətta efirdə də vurğulamışam ki, jurnalistlik yaradıcılığımın ilk müəllimi Svetlana Əzizova olub. Əgər o, məni həvəsləndirməsəydi, özünəinam hissimi gücləndirməsəydi, bəlkə bu yolu yarımçıq buraxardım. Daha ətraflı »

  • 08Sen
    Təhsil Soykökünün layiqli davamçısı üçün şərhlər bağlıdır

    Nərgiz müəllimin arzuları

    Mürşüd Məmmədov rayonumuzun sayılıb-seçilən ziyalılarından olub. Uzun müddət böyük tikinti təşkilatına rəhbərlik edib. Həm camaat arasında, həm də rəhbər orqanlar arasında xüsusi nüfuza malik insanlardan biri idi. Rayon iqtisadiyyatının inkişafında öz yeri olan bir ziyalıydı. Bu gün onun ailəsində böyüyən nəvəsi Nərgiz Məmmədzadə babasının ziyalılığından bəhrələnərək ona layiq olmağa çalışır. O, öz üzərində daim çalışan və tələbkar gənc müəllimdir. Onun çoxlu arzuları var. Ən əsası gələcəkdə babası kimi dürüst, xətir-hörmətli, xalqın etimadını qazanmış, vətənpərvər bir şəxsiyyət olmaq arzusundadır.
    İstərdim ki, Nərgizin tərcümeyi-halına nəzər yetirək. O, 1998-ci il avqust ayının 25-də Tərtər rayonunda anadan olub. Orta təhsilini 2017-ci ildə Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbdə bitirib. Elə həmin il Sumqayıt Dövlət Universitetinin “Filologiya” fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına daxil olub. 2021-ci ildə universitetin bakalavr səviyyəsini müvəffəqiyyətlə başa vurub. Təhsil aldığı illərdə bir çox təhsil forumlarında və Beynəlxalq konfranslarda iştirak edərək müxtəlif dərəcəli sertifikatlar alıb. Daha ətraflı »

  • 08Sen
    Digər Oxucu məktubu üçün şərhlər bağlıdır

    Kişilər küçəsi

    (Xatirələr)

    Tərtər çayının sahilində bir küçə var idi. Sahil küçəsi.
    Tərtərin tarixlərə şahid gözəl körpüsündən – Bərdədən, Gəncədən gələnlər körpüdən solda yerləşən bu küçəni yaxşı tanıyırdılar. İkinci dünya müharibəsinin vurduğu yaraları sağaltmağa çalışaraq yaşayan, quran insanlardan bir hissəsi də bu küçənin sakinləri idilər. Küçə avtobus vağzalından başlayaraq meşədə bitirdi. Evlərin pəncərələri, aynabəndləri Tərtərin sularına baxırdı.
    Gündüzlər günəşin, gecələr ayın şəklini çəkən Tərtərim. Bu çay və Tərtərdəki 7 Mamoy arxları həyatımızın mənbəyi idi.
    Çayın şırıltısı körpələrə bir ana laylası kimi şirin, ata nəvazişi qədər əziz idi.
    Bu küçənin insanları tikəsini bir-biri ilə bölməyi, xeyirdə-şərdə bir olmağı özlərinə həyat amalı seçmişdilər. Dadaş əmi, Yəhya müəllim, Allahverdi müəllim, Bəhram əmi, Qurban əmi, Fərman əmi, Nəriman əmi, Bulud əmi, Salman əmi, Murtuza əmi, Müseyib əmi və s.
    Toyları bir, vayları bir olan Sahil küçəsinin sakinləri elə qaynayıb-qarışmışdılar ki, bu kişilərə həm həyat yoldaşları, həm balaları, həm də qonaq-qaraları böyük ehtiramla yanaşırdılar. Küçənin birinci döngəsindəki 5 nömrəli evdə bizim ailəmiz yaşayırdı. Atam Yaqub Əsgərov Sahil küçəsinin saf insanlarından biri idi. Sözübütöv, cəld, sözünü deməkdən çəkinməyən, qızdan, gəlindən həyalı atam.
    Uşaqlar Tərtər sularında çimər, bir gülər, bir oynayardılar. Bu kişilər uşaqlar və qadınlar arasında söz-sohbətə qarışmaz, ayrıseçkilik qoymazdılar. Təndir çörəyi Sahil küçəsi balalarının ən sevdiyi çörək idi. Bu çörəyin ətrini indi də unutmamışam. Hansı evdə bişməsindən asılı olmayaraq hamı ondan, çay boyunca yüyürən, yıxılıb-duran balalar atalarının işdən dönməsini səbirsizliklə gözləyərdilər.
    Su İdarəsində mühəndis olan atamın “Moskviç” markalı maşını döngəyə dönəndə hamı maşının arxasınca yüyürər, sürücü Əvəzin qəzəbinə düçar olardı. Daha ətraflı »