Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl
    Digər ÖMRÜN AHIL ÇAĞINDA üçün şərhlər bağlıdır

    İllərin uca zirvəsi

    Изображение 003 Mənfur ermənilərin zaman-zaman yeritdiyi iyrənc siyasət soydaşlarımızı öz  yurd-yuvalarından didərgin salmışdır. Insanlar deportasiyalara məruz qalmış,  min cür əzab-əziyyətlə tikdikləri ev-eşiklərini qoyub getmişlər. Belə insanlardan  biri də 1945-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Əzizbəyov (Söylən)  rayonundakı Herher kəndində yaşayan İman Almuradovdur.
    Onların ailəsi 1949-cu ildə deportasiya olunaraq Yevlax rayonunun Malbinəsi  kəndinə gəliblər. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Digər SUSUZ HƏYAT YOXDUR üçün şərhlər bağlıdır

    Изображение 261 Mənbəyini indi əsarətdə qalan Kəlbəcər dağlarından götürən Tərtər çayı rayonumuzu  iki hissəyə bölür. Ta qədimdən Tərtər rayonunun və ona yaxın olan bir sıra rayonların  əhalisi bu çayın suyundan həm içməli su kimi, həm də əkin sahələrini suvarmaq üçün  istifadə edərdi. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Kənd təsərrüfatı Dövlətin qayğısına əməli işləri ilə cavab verirlər üçün şərhlər bağlıdır

     

    Qəzetin baş redaktorunun müavini Svetlana Bağırova Tərtər Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Əli Əliyevdən müsahibə götürmüşdür. Aşağıda həmin müsahibəni təqdim edirik.

     

    Изображение 121–Məlumdur ki, Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlansa da, onun genişmiqyaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
    –Bəli, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiy- yatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında xüsusi yüksəliş dövrü başlandı. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Digər SÖZ VƏ MƏTBUAT AZADLIĞI üçün şərhlər bağlıdır

    millimetbuatgunu Dünyada söz, fikir və mətbuat azadlığı sivil dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb  edir. Bəşəriyyətin mövcudluq tarixi söz, fikir və mətbuat azadlıqları uğrunda mübarizə  səhifələri ilə zəngindir. Sivil cəmiyyət daim azad fikir, sərbəst düşüncə ifadə etməyə, eyni  zamanda dəqiq, obyektiv informasiya almağa ehtiyac duyub. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Digər ELİNƏ BAĞLI İNSAN üçün şərhlər bağlıdır

    Yaxşı ki, varsan!…

    1368257946_qarabag-7Bilirəm, qanınla, canınla bağlandığın elində, obanda sən adi fəhlə də ola bilərsən, müəllim də, həkim də, alim də, şair də… Dünyanın hansı tərəfində yaşasan da elinə bağlılığın özünü göstərəcəkdir.
    Sən başqa cür düşünmürsən. Gözəllik, xeyirxahlıq, qayğı, uğurlar, irəliləyişdir sənin amalın. Qurub-yaratmaq istəyirsən, bu gün üçün, sabah üçün, gələcək üşün. Xalqının, vətəninin rifahını, güzaranını düşünürsən, elinə bağlı insan. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Sosial Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi üçün şərhlər bağlıdır

    TƏRƏQQİ YOLU

    YAXIN KEÇMİŞDƏ

    loqo_kivdf Tərtər rayonunun bugünkü yüksəlişini daha aydın görmək üçün, yaxın keçmişimizə  nəzər salmaq kifayətdir. Ötən  əsrin 70-ci illərinə qədər təbii gözəlliyi, iqlimi ilə fərqlənən,  yeraltı və yerüstü sərvətləri, məhsuldar torpaqları ilə  zəngin olan Azərbaycanın bu  dilbər guşəsi nədənsə sosial-iqtisadi inkişaf, insanların yaşayış səviyyəsi baxımından  respublikamızın digər bölgələrindən kəskin surətdə seçilirdi. Nəinki kəndlərdə, elə rayon mərkəzinin özündə də  əhali əsasən kərpicdən tikilmiş sadə evlərdə yaşayırdı. Hətta  yeraltı damlara da rast gəlinirdi. Kolxoz və sovxozların  iqtisadi göstəriciləri zəif  olduğundan, ailələrin dolanışığı da aşağı səviyyədəydi.  Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Milli-mənəvi dəyərlər ERKƏN NİGAHLAR VƏ BUNA QARŞI MÜBARİZƏ üçün şərhlər bağlıdır

    erken Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun dünyada analoqu  olmayan ailə modelinə sahib olmasıdır. Dünyanın heç bir yerində bizdəki kimi ailə  münasibətləri istər valideyn-övlad, istərsə də ər-arvad münasibətləri yoxdur.
    Ailə kiçik dövlətdir. Azərbaycanda qədim dövrlərdən bu günə qədər bu kiçik  dövlətdə münasibətlər qarşılıqlı hörmət əsasında qurulmuş, böyüyə-kiçiyə  məhəbbət və ehtiram göstərilmişdir. Lakin təəssüf ki, hər sahədə olduğu kimi, bu  gün müasirlik, qloballaşma, dünyaya inteqrasiya ailə münasibətlərindən də yan  keçməmişdir. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Digər Ziyalılarımız üçün şərhlər bağlıdır

    MƏNƏVİ PAKLIQ  NÜMUNƏSİ

    DSC_1197Rayonumuzun hörmətli ziyalısı, YAP Tərtər Rayon Təşkilatının yaradıcılarından biri olan Zakir Bağırovun həyat kitabını vərəqlədikcə, ən çox diqqətimi cəlb edən bu insandakı vəzifə məsuliyyəti, işgüzarlıq və mənəvi paklıq oldu.
    Zakir müəllimin ailəsi 1949-cu ilin deportasiyası nəticəsində Qərbi Azərbaycandan didərgin düşənlərdəndir. Həmin vaxt onun cəmi 2 yaşı vardı. Lakin böyüklərin söhbətlərindən bu məcburi köçürülmənin ailəni hansı çətinliklərlə üz-üzə qoyduğunu yaxşı bilir. O deyir: Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Milli-mənəvi dəyərlər Mübarək Ramazan ayı üçün şərhlər bağlıdır

    Orucun mənəvi savabı

    Новое изображение Mehriban və bağışlayan Allahın adı ilə!
    “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz”.
    Uca Yaradanın sevimli Peyğəmbəri (s) vasitəsilə bəşəriyyətə hədiyyə etdiyi hikmətlərlə dolu olan ayinlərdən biri də Hicri-qəməri təqviminin 9-cu ayına təsadüf edən ramazan orucudur. Hz. Peyğəmbər (s) buyurur ki, “Ramazanın 70 hikməti var!” Doğrudan da, bu müqəddəs ay başdan ayağa rəhmət, yaxşılıq, imkanlı-imkansız arasında bir körpü, dolayısı ilə toxun acdan xəbəri olan bir aydır. Daha ətraflı »

    Teqlər:

  • 20İyn
    Digər Bacarıqlı dərzi üçün şərhlər bağlıdır

    kisiDərzilik elə peşədir ki, ona həmişə ehtiyac duyulur. Müasir həyatımızda hər kəs səliqəli görünməyə, dəblə ayaqlaşmağa çalışır. Bəzən hazır alınmış paltarlarda, kostyum və paltolarda bacarıqlı dərzinin əl gəzdirməsi lazım gəlir. Belə olan halda təcrübəli, işini bilən, səliqəli dərzi axtarılır. Mehman Sadıqov həmin dərzilərdəndir. Daha ətraflı »

    Teqlər: