Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Apr
    Digər “Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat” üçün şərhlər bağlıdır

     

    Milli iqtisadiyyatımızın formalaşmasında Ulu Öndərin misilsiz rolu olub. Heydər Əliyev deyirdi: “İndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik. Bu formaların hamısı Azərbaycanda öz yerini tuta bilər. Biz bunların heç birinə mane olmayacağıq. Ancaq hansı formalar ümummilli mənafedən Azərbaycan gənclərinin təhsil səviyyəsini qaldıra biləcəksə, yaxşı nəticələr verəcəksə, biz bunlar haqqında düşünməliyik.”

    Ulu Öndər əminliklə bildirirdi ki, Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir. Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır.

    O hesab edirdi ki, başqa respublikalarla müqayisədə Azərbaycanın sənaye potensialı respublikanın müstəqil dövlət kimi inkişaf etməsinə böyük şərait yaradan bir potensialdır. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın.

    Neft sənayesinin imkanlarını yüksək qiymətləndirən Ümummilli Lider deyirdi: “Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.” Daha ətraflı »

  • 20Apr
    Digər Ölkəmiz dinamik şəkildə inkişaf edir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlətimizin başçısı bildirib ki,  2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir.

    Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir. Bəyan olunmuş bütün hədəflər – insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir.

    Prezident deyib ki,  Salyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Son 10 il ərzində 61 milyon müraciət olmuşdur. Bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsidir.

    Bildirilib ki, ölkəmiz dinamik şəkildə inkişaf edir. Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur.

    Bütün bərpa və quruculuq işləri plan üzrə gedir. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir.

    Otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz – bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal işə start verilmişdir. Daha ətraflı »

  • 19Apr
    Şəhidlər Tərtərin tarixində izi qalan insanlar üçün şərhlər bağlıdır

    BU TORPAĞI SEVƏ-SEVƏ QORUYURDU…

    30 ildən bir az çox vaxt ayırır bizi Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun şəhadətə qovuşduğu gündən. Amma elə bil dünən idi o şaxtalı 14 yanvar günü…
    Onun haqqında yazı hazırlamağı redaksiyada mənə tapşırmışdılar. Mən isə bütün tərtərlilər kimi çox həyəcanlıydım. Batalyon komandirinin şəhadətə yüksəlməsi xəbərinin ağırlığı təsirindən çıxa bilmirdik.
    Elman müəllimin iş həyatı gözlərimiz qarşısında keçmişdi. Çox ciddi, tələbkar və savadlı bu insan pillə-pillə ucalırdı tutduğu vəzifələrdə. Sevilirdi sadə insanlar tərəfindən. Rahat iş kreslosunu qoyub batalyon komandiri təyin edilməsi də heç kimi təəccübləndirmədi. Çünki vətənpərvər olduğunu, doğma torpağının hər qarışını necə sevdiyini də yaxşı bilirdik. Tərtərlilərə o da məlum idi ki, düşmən gülləsi ona şəhid olmuş batalyon üzvlərinin nəşini çıxarmağa gedərkən dəyib. Bütün bunları mən də bilirdim, ürəyim sözlərlə doluydu. Amma həyatımda ilk dəfə olaraq qələmim sözümə baxmadı. Onun haqqında yazını hazırlaya bilmədim. Məlumatları toplayıb, o zaman “Xalq qəzeti”nin redaktoru işləyən universitet müəllimim Tofiq Rüstəmova müraciət etdim. Elman Hü-seynov haqqında məqalə bu qəzetdə dərc olundu.
    O vaxtdan bəri dəfələrlə Elman müəllim haqqında qəzetimizdə müxtəlif materiallar verilib, onun döyüş yolu işıqlandırılıb. Daha ətraflı »

  • 19Apr
    Digər AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN 100 İLLİK YUBİLEYİ QEYD EDİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon Mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə rayon icra hakimiyyətinin akt zalında akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri, səhiyyə, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
    Əvvəlcə akademik Zərifə xanım Əliyevanın, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət himni səsləndirilib.
    Tədbir iştirakçıları öncə Zərifə xanım Əliyevaya həsr olunmuş videoçarx izləyiblər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyəti barədə çıxış edərək bildirib ki, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi. Daha ətraflı »

  • 19Apr
    Digər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tərtər rayonunda “Heydər Əliyev ili” çərçivəsində maarifləndirici sosial kampaniya keçirib üçün şərhlər bağlıdır

    “Heydər Əliyev İli” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC və Hədəf STEAM liseyinin tərəfdaşlığı ilə maarifləndirici sosial kampaniya keçirilib.
    Rayonumuzun Xoruzlu kənd tam orta məktəbində şagirdlər üçün təlimlər təşkil olunub. Təlimlər informasiya texnologiyalarının əsasları, sosial media marketinqi, mühəndislik və mexanika mövzularını əhatə edib.
    Təlimlərin keçirilməsində əsas məqsəd kənd yerlərində yaşayan şagirdlərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının, sosial media marketinqi üzrə məlumatlılıq səviyyəsinin artırılması, şəhər və kənd məktəbləri arasında rəqəmsal fərqliliyin aradan qaldırılmasıdır.
    Məktəblilərin böyük marağına səbəb olan maarifləndirici tədbirin sonunda onların təlim mövzuları üzrə sualları cavablandırılıb və sertifikatlar təqdim olunub.
    Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən məktəbə printer, şagirdlərə bel çantası və dərs ləvazimatları hədiyyə edilib.
    Tədbirdən sonra qonaqlar şagirdlərlə birlikdə ağacəkmə aksiyasında iştirak ediblər.

  • 19Apr
    Təhsil Müəllimlərimin Tərtərə gəlişi məni qürurlandırdı üçün şərhlər bağlıdır

    Bakı Dövlət Universitetinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mənim doğma Tərtərimdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsi hər bir tərtərli kimi məni də çox qürurlandırdı. Universitet müəllimlərinin, görkəmli alimlərin orta məktəblərdə, “Gənclər Mərkəzi”ndə şagirdlərlə, gənclərlə keçirdikləri görüşlər mənə orta məktəb illərimi xatırlatdı. O illərdə cəbhəyanı bir kəndin – Qapanlı kənd məktəbinin şagirdi olsam da, çox fəal idim və dəfələrlə müxtəlif bilik yarışmalarında, olimpiadalarda qalib olub mükafatlandırılmışdım. Bundan sonra Bakı Dövlət Universitetində bakalavr, sonra isə magistr pilləsini müvəffəqiyyətlə bitirdim.
    2018-2019-cu illərdə BDU-nun Fizika fakultəsində “Fizika müəllimliyi” ixtisası üzrə əlavə təhsil aldım.
    Həmin diplomu mənə BDU-nun indiki rektoru Elçin Babayev təqdim etmişdi.
    Hal-hazırda AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun “Üzvi birləşmələrin və neft məhsullarının spektral üsullarla tədqiqi” laboratoriyasında elmi işçi vəzifəsində çalışıram. 2021-ci ildə “Neft kimyası” ixtisası üzrə dissertanturaya qəbul olmuşam.
    Mənə elə gəlir ki, BDU-nun çoxhörmətli professor-müəllim heyətinin qəhrəman Tərtərdə keçirdikləri tədbir, Ümummilli Liderimizin həyat və fəaliyyəti ilə bağlı oxuduqları mühazirələr neçə-neçə gəncin qəlbində elmə maraq oyadacaq və mənim kimi onların yolu da bu elm məbədindən keçəcək.

    Nərgiz Orucova

  • 19Apr
    Digər Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet məsələsidir üçün şərhlər bağlıdır

    Korrupsiya və rüşvətxorluq müasir cəmiyyətin çox ciddi problemlərindəndir. Bütün dünyada körrupsiya və rüşvətxorluqla aparılan mübarizənin sərtliyinə baxmayaraq coğrafiyası genişlənməkdə davam edir. Vətəndaşlar bu növ cinayətkarlıqla, onun mütəşəkkil növləri ilə mübarizədə dövlət orqanlarına dəstək verməlidirlər.
    Azərbaycan xalqının və dövlətinin taleyində müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, müzəffər sərkərdə, yeni dövrün yeni lideri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlət, sosial-yönümlü iqtisadiyyat və yüksək rifah cəmiyyəti konsepsi-yasının inamla reallaşdırılması Şərqlə Qərbin qovşağı olan Azərbaycanın regional siyasi və iqtisadi gücə çevrilməsini təmin etmişdir. Məhz, dövlət başcısı cənab İlham Əliyevin bu istiqamətdə ötkəm və prinsipiallığı təqdirəlayiqdir.
    Vətəndaşların müəyyən hissəsi rüşvət verməkdə, təklif etməkdə və vasitəçilikdə maraqlı olur, korrupsiya cinayətlərinin iştirakçılarına cevrilirlər. Qanunvericiliyimiz korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsini təmin edir. Dünya təcrübəsindən belə qənaətə gəlmək olar ki, korrupsioner vəzifəli şəxslərin sayı və dairəsi çoxaldıqca, bu qəbildən olan faktların aşkar olunması məsələsi də çətinləşir. Bu baxımdan vətəndaşlar əldə etdikləri məlumatların ötürülməsində prinsipial və maraqlı olmalıdırlar. Daha ətraflı »

  • 19Apr
    Digər Məktəb həyatı üçün şərhlər bağlıdır

    TARİXİMİZİ ÖYRƏNİRƏM

    Mən şəhid Aslan Kərimov adına 3 saylı orta məktəbin VIII sinfində oxuyuram. Ən çox sevdiyim fənlər ədəbiyyat, Azərbaycan dili və tarixdir. Xüsusən də Azərbaycan tarixini öyrənməyə çalışıram. Həmçinin 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun qazandığı qələbələr, şəhidlərimizin həyatı və döyüş yolu haqqında materialları toplayıb oxuyuram, öyrənirəm.
    Şəhidlərimizin həyatı bizim üçün qəhrəmanlıq, vətənpərvərlik nümunəsidir. “Şəhidlər unudulmazdı” adlı şeirimi də mən onlara həsr etmişəm. Düzdür bilirəm ki, şeir yazmaq o qədər də asan deyil, lakin bu misralar mənim ürəyimdən gəldiyi üçün birinci bəndi məqalədə yazmaq istədim:
    Şəhidlər ölümsüzdür,
    Buna inanırıq biz.
    Qanları yerdə qalmaz,
    Şəhidlər unudulmaz.
    Rəsm çəkməyi də çox sevirəm. Xocalı faciəsinə həsr etdiyim rəsm rayonumuzda məktəblilər arasında keçirilən müsabiqədə yer tutdu və mən Fəxri fərmana layiq görüldüm.
    Arzu edirəm ki, gələcəkdə Azərbaycan Ordusunun əsgəri kimi mən də Vətənimizin keşiyində şərəflə dayanım.

    Anar MƏMMƏDOV

  • 19Apr
    Digər ELAN üçün şərhlər bağlıdır

    Müstəqil auditorun hesabatı

    “NƏRGİZ KREDİT İTTİFAQI” MMC-nin RƏHBƏRLİYİNƏ MÜSBƏT RƏY

    Mən, “NƏRGİZ KREDİT İTTİFAQI” Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini əks etdirən balans hesabatının və cari ilin mənfəət və zərərləri haqqında hesabatından ibarət, habelə pul vəsaitlərinin hərəkəti haqqında qeydlərdən ibarət maliyyə hesabatlarının auditini apardım.
    Maliyyə hesabatlarının hazırlanmasına görə
    rəhbərliyin məsuliyyəti
    Rəhbərlik bu Maliyyə Hesabatlarının Beynəlxalq Stan-dartlarına uyğun olaraq hazırlanmasına və ədalətli təqdimatına və daxili nəzarətin elə bir sisteminin düzgün təşkilinə məsuliyyət daşıyır ki, rəhbərliyin fikrincə, bu sistem dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərə yol verilmədən maliyyə hesabatlarının hazırlanması üçün zəruridir.
    Auditorun məsuliyyəti
    Mənim vəzifəm apardığım audit əsasında bu maliyyə hesabatına dair rəy verməkdən ibarətdir. Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Həmin standartlara uyğun olaraq etik normalara əməl edilməli və audit elə planlaşdırılıb aparılmalıdır ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olub-olmadığına dair tam əminlik əldə edilsin. Daha ətraflı »

  • 14Apr
    Digər Azərbaycan və Qazaxıstan arasında əlaqələr və müttəfiqlik münasibətləri möhkəmlənir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin cari ilin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı mətbuata bəyanat verib.

    Dövlət başçısı bildirib ki, Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçə. Küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.

    Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

    Prezident İlham Əliyev qeyd edib ki, keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.

    Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Daha ətraflı »