Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Apr
    Digər Təşəkkür üçün şərhlər bağlıdır

    MÜALİCƏLƏRLƏ YANAŞI MƏNƏVİ QAYĞI SƏHHƏTİMİZİ YAXŞILAŞDIRDI

    Hər bir ana övlad böyüdür, bəhrəsini görmək üçün. Vətən də anadır. Biz şəhid analarının övladları ana Vətən yolunda canlarını fəda etdilər. İndi onların yeri evimizdə deyil, milyonların ürəyindədir. Biz bunu göstərilən qaygıdan, münasibətdən hiss edirik.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində Tərtər rayonundan olan biz şəhid anaları akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçdik.
    Otuzdan çox şəhid anası kardioloji, endokrinoloji, şüadiaqnostika və nevroloji müayinələrdən keçdi. Bizə EKQ, ExoKQ və USM müayinələri və müasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparıldı.
    Müayinələrin nəticələrinə əsasən müvafiq müalicələr təyin edildi, digər patologiya aşkar olunanlar isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirildi. Daha ətraflı »

  • 28Apr
    Xəbərlər TALIŞDA İLK TOY SEVİNCİ üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin hər bir sözünün arxasında konkret, real işlər dayanır. Torpaqlarımız işğaldan azad ediləndən sonra onun xalqa verdiyi növbəti vədi bu yerlərə tezliklə Böyük Qayıdışın başlanması olmuşdu. İndi budur, erməni vandallarının viran qoyduqları doğma yurdlara qayıdış başlayıb. Bu torpaqlarda irimiqyaslı layihələr həyata keçirilir, evlər tikilir, vətəndaşlarımızın rahat yaşaması üçün infrastruktur yaradılır. Belə yaşayış məntəqələrindən biri də rayonumuzun Talış kəndidir.
    Doğma ocaqlarına köçən ailələrə gözəl şərait yaradılıb və həyat getdikcə öz axarına düşür. Bu yaxınlarda isə Talışda ilk toy sevinci yaşanıb.
    Kənd sakini Anar Camalov deyir:
    –Çox istəyirdik ki, övladlarımızın kiçik toy məclisini məcburi köçkün kimi deyil, öz ocağımızda, öz evimizdə qeyd edək. İndi arzumuza çatmışıq. Məclisimizdə hörmətli qonaqların – Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Milli Məclisin deputatı Sahib Alıyevin iştirak etmələri sevincimizi daha da artırdı.
    Bu toy Talışda ilk xeyir iş oldu. Ancaq gələcəkdə belə toyların sa-yı çox olacaq. Çünki insanlar öz torpaqlarına qayıdıblar. Bu qayıdışı təmin edən, bizə sevincli günləri yaşadan isə müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevdir. Daha ətraflı »

  • 28Apr
    Digər ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və “Qızıl Aypara” Cəmiyyətinin Tərtər rayon bölməsinin təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və humanitar diplomatiya” mövzusunda “dəyirmi masa” keçirilib.
    “Dəyirmi masa” da Tərtər rayon İcra Hakimiyyəti Başçısı aparatının, YAP rayon təşkilatının əməkdaşları, “Qızıl Aypara” cəmiyyətinin rayon bölməsnin sədri Etibar Heydərov və könüllülər, cəmiyyətin Bərdə rayon bölməsinin sədri Rəfael Vəliyev iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
    Sonra “dəyirmi masa” ətrafında Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova tədbiri açaraq rayonda Ulu Öndərin 100 illiyi münasibəti ilə keçirilən tədbirlər haqqında iştirakçılara məlumat verib, müstəqillik dövründə AzQAC-ın itirilmiş hüquqi bazasının formalaşdırılmasında və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının bərabərhüquqlu üzvlüyünə qəbul edilməsində Ulu Öndərin xüsusi rolunu vurğulayıb. Daha ətraflı »

  • 28Apr
    Digər BİR ŞƏHİD ANASI TANIYIRDIM… üçün şərhlər bağlıdır

    Birinci Qarabağ müharibəsi şəhidi Xəlil Əzimovun
    anım günü münasibəti ilə

    20 il öncə Qaynaq kəndindən bir şəhid anası ilə tanış olmuşdum.İndi Tanrı dərgahında haqq dünyasına qovuşub.
    “Bir vaxt körpə idi, qucağımda gəzdirirdim, indi də şəklini qoynumda gəzdirirəm,”- deyib, oğlunun şəklini çıxarıb göstərmişdi, kövrələ-kövrələ:”Mənim 7 oğlum, 1 qızım var. Oğlanlarımı elə tərbiyə etmişəm ki, düşmənin qarşısına ürəklə çıxıblar.
    Xəlil mənim böyük oğlum idi. Erməni “dığa”ları “Qarabağ bizimdir,”- deyəndə könüllü cəbhəyə getdi, kişi kimi döyüşdü, Şıxarx kəndi uğrunda gedən döyüşlərdə kişi kimi də həlak oldu. ”- demişdi.
    O vaxt bir yazı yazmışdım, onun şəhid oğlundan…
    …Xəlil Əzimov 1958-ci ildə Qaynaq kəndində dünyaya göz açmışdı. Doğulduğu kənddə 8-ci sinfi bitirdikdən sonra Sumqayıtda 35 saylı orta texniki peşə məktəbini bitirmiş, sonra hərbi xidmətə yola düşmüşdür.
    Xəlil hərbi xidmətdən qayıtdıqdan sonra kolxozda işləyir, ailəsinə kömək edirdi…
    …Torpaq uğrunda canından keçdi, şəhidlik zirvəsinə ucaldı, elə doğulduğu kənddə də torpağa tapşırıldı.
    Ondan sonra əkiz qardaşları İlham və İlqar cəbhəyə getdilər, vuruşdular, düşməndən qardaşlarının qisasını aldılar. Müharibədən hər ikisinin bədənində güllə, qəlpə yarası yadigar qaldı.
    Mayın 11-i Xəlil Əzimovun şəhid olduğu gündür. Dünyasını dəyişənə kimi Pakizə xala ürəyində bu dərdi daşıdı, təskinliyi tək onda tapırdı ki, oğlu vətən yolunda şəhid olub. Vaxtilə Xəlilin oxuduğu Qaynaq kənd ümumi orta məktəbi indi onun adını daşıyır. Daha ətraflı »

  • 28Apr
    Digər Dövlət Rəmzləri Muzeyinə ekskursiya üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, N. saylı hərbi hissənin və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N. saylı hərbi hissənin hərbçiləri Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə “Dövlət Rəmzləri Muzeyi”nə ekskursiya ediblər.
    Ekskursiya çərçivəsində hərbçilərə muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, istənilən dövləti onun mövcudluğunu, çoxəsrlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında onların xüsusi əhəmiyyəti var.
    Hərbçilər muzeydə Azərbaycanda xanlıqlar dövrü-nün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövründə qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərindən fotolarla tanış olublar. Onlara “Heydər Əliyev” ordeni ilə bağlı ətraflı məlumat verilib.

     

  • 28Apr
    Digər TƏRTƏR QADINLARI üçün şərhlər bağlıdır

    ONU YAŞADAN EL MƏHƏBBƏTİDİR

    Məhəbbət Paşayeva rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsinə Tərtər üçün unudulmaz olan 1992-ci ildə təyin olunmuşdu. Həmin vaxt Tərtər od içində yanırdı. Belə dəhşətli günlərdə nəinki qadın, hətta ən cəsarətli kişi belə rayonun baş həkimi kimi ağır bir yükü öz çiyinlərinə götürməyə cürət etməzdi. Axı, o zaman Tərtər düşmənlə üz-üzə dayansa da, burada hələ hərbi hospital formalaşmamışdı. Odur ki, bütün ağırlıq xəstəxananın üzərinə düşürdü. Xəstəxana isə ermənilərin ən çox atəş altında saxladığı nöqtələrdən biri idi. Həm də ixtisaslı həkimlər, cərrahlar çatışmırdı. Amma buna baxmayaraq, hər gün onlarca yaralı və şəhid qəbul olunurdu. Texniki işçilərdən tutmuş həkimlərədək hər bir işçi yaralılara kömək edirdi.
    Düzü, bu yükü Məhəbbət həkim vəzifə ilə bərabər qəbul etmirdi. Rayonumuza ilk top mərmisi atılan gündən o, bu işlə məşğul olur, nə qorxu bilir, nə də çətinliklərdən qaçırdı. Yeni vəzifə isə onun mövqeyini daha da möhkəmləndirirdi.
    1992-ci ilin ağır günlərindən biri idi. Məhəbbət həkim azacıq dincəlmək üçün evə gəlmişdi. Qəfil atılan top səsindən diksindi. Tez həyat yoldaşının üzünə baxdı. Akif onu sözsüz başa düşdü.Partlayış səsi xəstəxana tərəfdən gəlirdi. O, heç bir söz demədən həyətdəki maşına yaxınlaşdı. Məhəbbət də artıq hazır idi. Küçəyə çıxanda onlar vahimə içində qaçan qadınları,uşaqları gördülər. Hamı Tərtər çayı üzərindəki körpüdən o tərəfə keçməyə can atırdı. Təkcə Məhəbbətgilin maşını əks istiqamətə, xəstəxanaya tələsirdi. Onlar yaxınlaşanda gördülər ki, yanılmayıblar. Düşmən mərmisi xəstəxananın lap yaxınlığında partlamışdı, çoxlu dağıntılar vardı. Məhəbbət həkim ən əvvəl doğum evinə tələsdi. Bir az əvvəl bura xəstə qadın gətirmişdilər. İndi növbətçi həkim nə qədər çalışsa da, qadın qorxudan özünə gələ bilmirdi. Məhəbbət həkimin gəlişi lap yerinə düşdü. Onun təmkinli hərəkətləri, daxildən gələn möhkəm iradəsi, mehriban sözləri əzab çəkən qadını sanki yenidən həyata qaytardı. Bir azdan partlayış səslərinə dünyaya yeni gəlmiş körpənin səsi qarışdı. Daha ətraflı »

  • 28Apr
    Digər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    Qəzetin tarixi Tərtərin tarixidir

    Əziz tərtərlilər, hörmətli oxucularımız!
    Bildiyiniz kimi, ayrı-ayrı illərdə müxtəlif adlarla –“Kolxozçuların varlanması yolunda”, “Qızıl bayraq”, “Tərtər” və hazırda “Yeni Tərtər” adı ilə nəşr olunan bizim rayon qəzetinin bu ilin aprelində 89 yaşı tamam oldu.
    90 illik yubileyimizə cəmi bir il qaldı. Qəzetin tarixi Tərtərin tarixidir. Yubileyə hazırlıq ilində biz bu tarixi vərəqləməyə çalışacağıq.
    Bu işdə oxucularımızın köməyinə ehtiyacımız var. Məsələn, bilirik ki, 1934-cü ildə “Kolxozçuların varlanması yolunda” adı ilə çap olunan qəzet Tərtər rayon MTS-in siyasi şöbəsinin orqanı idi. Şöbənin rəisi Nazim Məmmədovun imzası ilə çıxırdı. 1934-cü ildən 1937-ci ilin sentyabrınadək qəzetin redaktoru Xəlil Şəfizadə, 1937-ci ildən 1939-cu ilədək Qənbər Nəbiyev olub. Sonrakı illərdə Əli Ağayev, Aydın Məmmədxanov, Əmiraslan Qurbanzadə, Zöhrab Məmmədov, Hilal Bayramov, Təvəkkül Nəcəfov və Tofiq Yusif redaksiyaya rəhbərlik ediblər.İlk redaktorla bağlı məlumatımız çox azdır. Nazim Məmmədov, Xəlil Şəfizadə barədə bilgiləriniz varmı? Yəqin ki, onların qohumlarından kimlərsə indi də rayonumuzda yaşayır. Daha ətraflı »

  • 28Apr
    Digər Şagirdlərin fəallığı şəraitində keçən “açıq dərs” üçün şərhlər bağlıdır

    Bu günlərdə Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbində coğrafiya fənni üzrə “açıq dərs” keçirilib. Fənn müəllimi Səbuhi Kərimovun “Bitki və heyvanlar aləminin müxtəlifliyi” mövzusunda hazırladığı “açıq dərs”də şagirdlər böyük fəallıq göstəriblər.
    Dəvət edilən qonaqlar–rayon təhsil sektorunun metodisti Gülxar Abbasova, alim-aqronom Məhəmməd Şirinov, Ələsgərli kənd tam orta məktəbinin direktor müavini Bahar Hüseynova, şəhid bacısı, təqaüddə olan müəllim Havva İbrahimova, məktəbin rəhbərliyi və müəllimlər dərsin gedişini maraqla izləyiblər.
    Dərsdən sonra qonaqlar “Təbiətə qayğı” və “Ekoklub” dərnəyinin üzvləri ilə görüşüblər. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar məktəbin həyətində ağac və gül kolları əkilib. Məhəmməd Şirinov şagirdlərə akademik Həsən Əli-yevin “Təbiətə zülm edənin yaşamağa haqqı yoxdur” sözlərini xatırladıb. Deyib ki, məktəbi himayəyə götürəcək, onları dekorativ ağaclarla təmin edəcək və bu ağacların becərilməsində uşaqlara öz köməkliyini göstərəcəkdir.
    Həmin gün həmçinin məktəbin 2005–ci il məzunu Gündüz Səfərovun uşaqlara göndərdiyi hədiyyələr təqdim olunub.
    Şagirdlər maraqlı görüş üçün öz təşəkkürlərini bildiriblər.

    “YENİ TƏRTƏR”

  • 28Apr

    Mədəniyyət üçün şərhlər bağlıdır

     

    “Ana tarla” tamaşasının premyerası keçirildi

    Aprelin 26-da Bakı Bələdiyyə Teatrının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə səhnələşdirdiyi “Ana tarla” tamaşasının premyerası keçirildi.

    Azərbaycanın siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində baş tutan tamaşa, Türk dünyasının tanınmış yazıçısı Çingiz Aytmatovun “Ana Torpaq” əsərinin motivləri əsasında səhnələşdirilib.

    Ümummilli lideri Heydər Əliyev böyük yazıçı və ictimai xadim, türkçülüyün təbliğatçısı Çingiz Aytmatovun şəxsiyyətinə, yaradıcılığına və xidmətlərinə zamanında yüksək qiymət verərək demişdir: “Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir”.

    Çingiz Aytmatovun “Ana tarla” povesti, doğma yurda və torpağa sadiq olan sadə insanlar haqqındadır.

    Əsərdə dövrün əsas bəlası kimi II Dünya Müharibəsi və bu müharibənin timsalında insanların yarımçıq qalmış taleləri, məhv olmuş arzu və istəkləri, eyni zamanda insanlığa, gələcəyə olan ümidləri göstərilir. Daha ətraflı »

  • 28Apr
    Digər Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndər Heydər Əliyevin xidmətidir üçün şərhlər bağlıdır

    70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.

    Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

    Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.

    1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Daha ətraflı »