Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar
    Xəbərlər Amansız soyqırım günü üçün şərhlər bağlıdır

    Изображение 073Tədbiri giriş sözü ilə YAP Tərtər Rayon Təşkilatı Aparatının rəhbəri Kamil Məmmədov açdı. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra YAP gənclər təşkilatının sədri Emin Pənahov məruzə ilə çıxış etdi. Göstərdi ki, bəşər tarixində kütləvi qətliamı ilə tarixə yazılan faciələr çox olub. Bunların sırasında ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır. Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bu soyqırımı törətməkdə məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən o faciəni törətsə də, öz niyyətinə çata bilmədi. Xocalılar amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmışlar.
    Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində həmin gecə 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin– qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərinə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Xəbərlər “SİZİ ÖLDÜRMƏYƏN HƏR ŞEY DAHA GÜCLÜ EDİR” üçün şərhlər bağlıdır

    1422963363Görəndə ki, kimsə yaxın adamını itirib, düşunməyə başlayırsan ki, ömür gödəkdir və hər şeyi etmək uçün tələsmək lazımdır. Hər bir insanın öz ağrısı, enmələri və yüksəlişi olur. Sənə əziz olan adamı bir daha görməməkdən, eşitməməkdən dəhşətli nə ola bilər. Hər gün o qədər xəbər eşidirsən ki! Niyə həyat bəzən belə qəddar olur? Uşagın gunahı nədir ki, o, ana qayğısı və məhəbbəti olmadan böyüməlidir? Bununla belə insanların qəddarlığı, laqeydliyi günu – gündən çoxalır. Bir-birinə yaxın olmaq, başa düşmək, bir çoxlarının ehtiyac duyduğu mənəvi köməkliyi etmək əvəzinə, müxtəlif mənasız münaqişələr baş verir ki, bunlardan da xeyir yox, ziyan gəlir.
    Bir insanın, bir qadının, ananın ölümü elə pis nəticələrə gətirib çıxarır ki, bunlar da onun doğmalarının sonrakı həyatına təsir göstərir. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Xəbərlər Regional müşavirə üçün şərhlər bağlıdır

    Изображение 059Изображение 055Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti  tərəfindən Tərtər şəhərində Xidmətin yerli qurumlarının rayon bitki mühafizəsi mərkəzləri və bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyə təmsilçilərinin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə “Sərhədyanı ərazilərdə fitosanitar vəziyyət” mövzusunda regional müşavirə keçirilmişdir.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsi müdirinin müavini Xatirə Məmmədova açmışdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dovlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev respublika Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini qeyd etmişdir.. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Xəbərlər Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla Tərtər rayon ictimaiyyətinin görüşü üçün şərhlər bağlıdır


    Изображение 029Изображение 074Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Tərtər rayonu ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb.
    Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli İider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Sonra görüşdə qeyri-neft sektorunun inkişafında Tərtər rayonunun potensial imkanları müzakirə edilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov regionların sosial-iqtisadi inki-şafı Dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Xəbərlər Səyyar görüş-qəbullar üçün şərhlər bağlıdır

    Изображение 028Изображение 449Tərətr Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Seydimli kəndində keçirildi. Toplantıda rayon icra hakimiyyəti aparatının işçiləri, hüqüqmühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, kənd sakinləri iştirak edirdilər.
    Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı.
    Sonra Seydimli kənd İƏD üzrə nümayəndə Güloğlan Kərimov məlumat verdi. Bildirdi ki, burada 683 təsərrüfatda 2720 nəfər əhali yaşayır. Ərazidə tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, 3 məişət xidməti, 4 iaşə obyekti, poçtamt , 304 nömrəlik ATS və s. fəaliyyət göstərir. Həmçinin ərazidə 86 məcburi köçkün ailəsi məskunlaşıb. Onların sayı 311 nəfərdir. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Xəbərlər “Sərsəng harayı” AŞPA-da eşidildi üçün şərhlər bağlıdır

    00359276-30CD-410C-A158-328180925060_mw1024_s_nAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yar-dım Assosiasiyası (AVCİYA) 25 may 2013-cü ildə “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirməyə başlamışdı. Layihənin məqsədi Sərsəng Su Anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə Azərbaycan cəmiyyəti ilə yanaşı, dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda, əsasən də AŞPA-da müvafiq sənəd və qətnamələrin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaq və s. məsələlər idi. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Xəbərlər Multikulturalizm Azərbaycan cəmiyyətində normal həyat tərzidir üçün şərhlər bağlıdır

    2016-cı il “Multikulturalizm ili”dir

    Изображение 220Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm” ili elan edilməsi ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
    Mərkəzin direktoru Səlimə Yusibova mövzu ilə bağlı ətraflı məruzə edib. O bildirib ki, multikulturalizm termini düşüncəmizə yeni daxil olub. Azərbaycanda 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış və akademik Kamil Abdulla Mərkəzin rəhbəri təyin edilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 11Fev
    Xəbərlər 2 FEVRAL GƏNCLƏR GÜNÜDÜR: “ORDU GƏNCLƏRİ BÖYÜK QÜVVƏDİR” üçün şərhlər bağlıdır

    Изображение 110Изображение 275Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhərindəki Heydər Əliyev adına parkda 2 Fevral – Gənclər Günü münasibətilə “Ordu gəncləri böyük qüvvədir” adlı gənclik və vətənpərvərlik bayramı keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika və silahlarla tanış olublar. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Xəbərlər GÖRÜLƏN İŞLƏR TƏHLİL OLUNDU üçün şərhlər bağlıdır

    Изображение 006Изображение 025Bu günlərdə Sarov kənd İƏD üzrə nümayəndəlikdə 2015-ci ildə görülən işlər barədə hesabat məruzəsi dinlənildi. Tədbirə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə müəssisələrin rəhbərləri və nümayəndəliyi əhatə edən Sarov, Rəcəbli, Kovdadıq, Umudlu, Bildirçinli kəndlərinin sakinləri iştirak edirdilər Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Xəbərlər SƏMİMİ MİNNƏTDARLIQ üçün şərhlər bağlıdır

    Копия Изображение 052Изображение 045Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Sarov kəndində keçirilib. Nümayəndəliyi əhatə edən kəndlərin sakinləri icra başçısı ilə görüşə gəlmişdilər. Onlardan Elbrus Hüseynov, Əli Şirinov, Rəfayıl Səfərov, Şahlar Çuğuyev, İsa Əhmədov, Əkrəm Rzayev, Elman Kərimov və başqaları çıxış edərək kəndlərdə görülən işlərdən danışdılar. Daha ətraflı »

    Teqlər: