Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan
    Xəbərlər OBYEKTİV MÜZAKİRƏ üçün şərhlər bağlıdır

    Buruc kənd İƏD üzrə nümayəndəlikdə 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib, bu barədə icra nümayəndəsi Böyükkişi Məlikov məruzə edib.
    Məruzə ətrafında Buruc bələdiyyəsinin sədri Y.Əliyev, Buruc kənd tam orta məktəbin direktoru N. Aslanov, feldşer-mama məntəqəsinin həkimi M.Məhərrəmova, körpələr-evi uşaq bağçasının müdiri Ə.Rəhimova, kənd icmasının sədri F.Əliyev, ağsaqqal N.Həsənov, müəllim N.Misirova, şəhid atası L.Məmmədov çıxış ediblər. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Milli-mənəvi dəyərlər SUALLAR CAVABLANDIRILIB üçün şərhlər bağlıdır

    Tərtər rayon Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 30Yan
    Təhsil İNŞA YAZI MÜSABİQƏSİ üçün şərhlər bağlıdır

    Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar tarixin qan yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. 2 akademik saat vaxt ayrılan yekun turda 34 tam orta məktəbdən 48 şagird iştirak edib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov çıxış edib. Sonra şagirdlərə müsabiqənin şərtləri haqqında ətraflı məlumat verilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 30Yan
    Xəbərlər “TƏRTƏR -HİNDARX” YOLU YENİDƏN QURULUR üçün şərhlər bağlıdır

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulan “Tərtər-Hindarx” avtomobil yolu yenidən qurulur. Layihəyə uyğun olaraq, yol boyu diametri 500 və 700 millimetr olan 290 poqonometr metal, diametri 1000 və 1200 millimetr olan 152 poqonometr dəmir-beton suötürücü borular quraşdırılıb.
    Layihə çərçivəsində 12 avtobus dayanacağı inşa olunacaq. Yolboyu hərəkətin normal təşkili üçün nişan və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Tikintinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.

    “Yeni Tərtər”

    Teqlər:

  • 30Yan
    Sosial TƏRTƏR RAYONUNDA 4380 YENİ İŞ YERLƏRİ AÇILIB üçün şərhlər bağlıdır

    2018-ci il ərzində Tərtər rayonunda 4380 iş yerləri açılıb ki, onun 563-ü daimi iş yerləridir. Daimi iş yerlərinin 47-si və ya 8,3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 178-i və ya 31,7 faizi mövcud müəssisə və təşkilatlarda, 338-i və ya 60 faizi fiziki şəxslər tərəfindən yaradılıb. Bundan başqa 2018-ci il ərzində 3817 mövsümi iş yerləri açılıb.
    “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dövr ərzində rayonda 15296 iş yerləri açılıb ki, onun da 4715-i daimi iş yerləridir.

    Tərtər Rayon
    Statistika İdarəsi

    Teqlər:

  • 30Yan
    Digər TƏRTƏR QARABAĞ MÜHARİBƏSİ İLLƏRİNDƏ üçün şərhlər bağlıdır

    Tərtər rayonu Azərbaycanın Qarabağ bölgəsində yerləşir. Doğma şəhərim iqliminə və coğrafi mövqeyinə görə ölkəmizin ən səfalı guşələrindən biridir.
    Tale elə gətirib ki, xain ermənilər bu torpaqlarda bizimlə zaman-zaman birgə yaşayıblar. Ulu babalarımız yaşamaq üçün onlara torpaqlarımızda sığınacaq veriblər. Murdar ermənilər özlərinin yerlərini rahatlayandan sonra gözlərini bərəkətli torpaqlarımıza, yeraltı və yerüstü sərvətlərimizə dikiblər. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Digər KİÇİK ZƏHMƏTİNİN YÜKSƏK QİYMƏTİ üçün şərhlər bağlıdır

    Bəkir Ağayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
    Bu münasibətlə Bəkir müəllimlə həmsöhbət olub, bir neçə sualımızı cavablandırmasını xahiş etdim. Dedi:
    –Mən 1957-ci il may ayının 22-də keçmiş Ağdərə rayonunun Manikli kəndində anadan olmuşam. 1974-cü ildə 2-ci Bakı Quraşdırma İdarəsində elektrik quraşdırıcısı işlədim. Oradan məni hazırlıq kursuna göndərdilər. Burada oxuduğum zaman əsgərlik yaşım çatdığı üçün hərbi xidmətə getdim. 1979-cu ildə M.F.Axundov adına instituta qəbul oldum. 1983-cü ildə həmin institutu rus dili və ədəbiyyatı müəllimi kimi bitirib, kəndimizin məktəbində fəaliyyətə başladım. 1982-ci ildən 1992-ci ilin mart ayının 12-nə qədər Manikli kənd orta məktəbində çalışdım. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Təhsil FİDANIN RƏNGLƏR DÜNYASI üçün şərhlər bağlıdır

    Fidan Vəliyeva Uşaq Gənclər İnkişaf Mərkəzində rəsm dərnəyinin fəal üzvlərindən biridir. O, 1 saylı tam orta məktəbin səkkizinci sinfində oxuyur. Bizim dərnəyə çox kiçik yaşlarından üzv olub. İlk rəsm müəllimi Vahid Əsgərov olub. Bu gün də Fidanın cəkdiyi şəkillərdə Vahid müəllimin zəhməti hiss olunur.
    Fidan balamız çox bacarıqlı şagirdimizdir. O, 2017-ci tədris ilində bir çox müsabiqələrdə iştirak edərək, ön sıraları tutub. 2 fevral 2018-ci il tarixdə Gənclər Gününə həsr olunmuş tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin əl işləri və rəsmlərdən ibarət sərgisi olub. Həmin sərgidə Fidanın bir çox rəsmləri sərgiləndi. Bundan başqa 2 aprel 2018-ci il tarixdə Gəncə şəhərində AXC-nin 100 illiyinə həsr olunmuş müsabiqədə Fidanın “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda çəkdiyi rəsmlər 18 rayonun UGİM-nin 11-13 yaşlılar arasında 1-ci yerə layiq görülərək diplomla təltif olundu. İnanırıq ki, həmişə uğur bizim Fidanımızla olacaqdır. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Səhiyyə QƏLBLƏRDƏ YAŞAYAN HƏKİM YUSİF XUDİYEV üçün şərhlər bağlıdır

    “Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə–insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. Əhalinin sağlamlığının mühafizəsi və tibb xidmətinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir.”
    Heydər ƏLİYEV
    Mənim fikrimcə, müəllimlik qədər müqəddəs və ən məsuliyyətli peşə həkimlikdir. Onu da unutmaq lazım deyil ki, Hippokrat andı yalnız həkimlik sənətinə aiddir. Həkimlər insanın dostu, ailəsindən sonra problemini bölüşə biləcəyi ikinci insanlardır. Uşaqlıqdan çoxları həkim peşəsinə yiyələnməyi arzu edir. Tarixən ən dəyərli peşələrdən biri olan həkimlik ən çətin sənətdir. Hətta dahi şair Nizami Gəncəviyə hər bir elmi bildiyinə görə XII əsrin həkimi deyiblər. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Digər PREZİDENT TƏQAÜDÇÜSÜ üçün şərhlər bağlıdır

    Bayram İbrahimov Səhlabad kəndinin sakinidir. O, 1958-ci ildə bu kənddə doğulub, boya-başa çatıb. Orta təhsilini də böyüdüyü kənddə alıb. İndiki N.Tusi adına Pedaqoji Universitetin coğrafiya müəllimi fakültəsini bitirdikdən sonra 1985-ci ildə təyinatla Kəlbəcər rayonunun Susuzluq kəndinə göndərilib və orada müəlllim kimi fəaliyyətə başlayıb. 1985-ci ildən isə doğma Tərtərin Sarıcalı, Əskipara, Düyərli və Səhlabad kənd məktəblərində coğrafiya fənnini tədris edib.
    Başqa həmvətənlərimiz kimi Bayram müəllim də Qarabağ savaşında öndə gedənlərdən olub. O, 1993-cü ilin aprel ayından özünümüdafiə batalyonunun tərkibində mənfur ermənilərə qarşı mübarizəyə qoşulub. Bölük komandirinin müavini olub. Ağdərə ətrafı və Ağdam istiqamətində kəndlərin ermənilərdən təmizlənməsində iştirak edib. Döyüşlər zamanı yüksək fədakarlıq göstərib. Bayram müəllim döyüşlərdə fərqləndiyi üçün ulu öndər Heydər Əliyevin fərmanı ilə “Hərbi xidmətlərə görə” medalına layiq görülüb. Daha ətraflı »

    Teqlər: