Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan
    Digər ŞƏHİD ANASI üçün şərhlər bağlıdır

    Zelimə Əsədova 4 oğul, 2 qız anası, 15 nəvə, 4 nəticə nənəsidir.
    Ailənin 5-ci övladı Mahir Tərtərimizin ən gənc şəhid döyüşçüsü olub. Elə cəbhəyə yolu da Bakıdakı Şəhidlər Xiyabanından başlayıb. Burada 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edərək, son damla qanınadək vuruşacağına and içib. Valideynlərinin, orta məktəb müəllimlərinin bütün etirazlarına baxmayaraq, məktəbli çantasını evə qoyub, cəbhəyə gedib, əlinə silah götürüb. Anası bu barədə belə danışır:
    –Mahir yeniyetmə olsa da, ötən əsrin 90-cı illərinin əvvəllərində ətrafımızda baş verən hadisələr onun vaxtından tez böyüməsinə səbəb olmuşdur. Torpaqlarımızın itirilməsinə, şəhidlərin müsibətinə dözə bilmirdi. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Digər ELEKTRİK TRAVMALARINDAN QORUNUN! üçün şərhlər bağlıdır

    Yaşadığımız dövrdə elektrik enerjisinin rolu danılmazdır. Lakin onun yarada biləcəyi təhlükələr də hamımıza yaxşı məlumdur. Bu səbəbdən elektrik cihazları, şəbəkələri və məftilləri ilə çox diqqətlə davranmaq gərəkdir.
    Təhlükə yaradan vasitələrdən biri yerə düşmüş elektrik məftilləridir. Diqqətli olmaq lazımdır ki, güclü küləklər və digər səbəblərdən yerə düşmüş naqilə toxunulmasın. Qırılıb düşmüş naqilləri təkbaşına təmir etməyə çalışmayın, çünki siz onun aşağı, orta və ya yüksək gərginlikli məftil olub-olmamasını dəqiq bilmirsiniz. Aşağı gərginlikli zədələnmiş xətlər torpaq və ya yer vasitəsilə insana təhlükə yaratmırlar. Ancaq onlara toxunmaq çox təhlükəli hesab edilir, bu sizə həyatınız bahasına başa gələ bilər. Məftilin şəbəkəyə qoşulu olub-olmamasını yoxlamaq üçün əlinizi ona toxundurmayın! Yüksək voltlu məftillərə toxunan zaman çox ağır elektrik zədəsi ala bilərsiniz. Əgər yüksək voltlu kabel qırılıb yerə düşübsə, o anda onun ətrafında 25 metrə qədər radiusda təhlükə zonası yaranır. Yerə düşmüş elektrik məftili gördünüzsə, özünüz bu maneəni aradan qaldırmağa cəhd etməyin! Xüsusən də ağacla kontaktda olan belə məftil gördükdə ağacı çəkməyə və aradan götürməyə səy göstərməyin–nəm ağac elektrik enerjisinin yaxşı keçiricisidir. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Digər 20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜDÜR üçün şərhlər bağlıdır

    20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

    İlham ƏLİYEV, Azərbaycan Respublikasının
    Prezidenti

    Teqlər:

  • 18Yan
    Digər QƏHRƏMANLIQ RƏMZİNƏ ÇEVRİLƏN GÜN üçün şərhlər bağlıdır

    20 Yanvar… Xalqımızın həyatında faciə və qəhrəmanlıq günü. Millətimizi bir yumruq kimi birləşdirən tarix. Öz qəddarlığı və vəhşiliyi ilə bütün dünyanı lərzəyə gətirən hadisə.
    Lakin çox təəssüf ki, həmin dövrdə hakimiyyət başında olanlar bu hadisəyə siyasi-hüquqi qiymət verilməsi üçün heç bir addım atmadılar.
    Həmin ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırım aktının törədildiyini ilk dəfə bütün dünyaya cəsarətlə bəyan edən Heydər Əliyev oldu. O, özünün və ailəsinin həyatını təhlükəyə ataraq, Moskvadakı Azərbaycan nümayəndəliyinin binasına gəldi və baş vermiş hadisəyə siyasi qiymət verilməsini tələb etdi. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Digər 20 YANVAR QIRĞININDA 147 NƏFƏR ŞƏHİD OLUB üçün şərhlər bağlıdır

    Azərbaycanda suveren, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun hərbi hissələri paytaxt Bakıya və respublikanın bir neçə rayonuna yeridilmişdir. Xalqın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış, qəddarcasına qətlə yetirilmiş və itkin düşmüşdür.
    Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş 137 nəfər Azərbaycan Respublikasının vətəndaşına “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Digər TARİXİN QANLI SƏHİFƏSİ üçün şərhlər bağlıdır

    Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi doqquz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Kənd Təsərufatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    YENİ İLƏ UĞURLARLA

    Dövlətin cəbhə bölgəsinə davamlı qayğısı, düşmənlə təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrində sosial problemlərin uğurlu həlli tərtərlilərdə də qələbə əzminin, yüksək əhvali-ruhiyyənin əsas şərtlərindəndir. Ölkə rəhbərinin Tərtərə hər səfəri də rayonun sosial-iqtisadi inkişafına güclü təsir edir. Bunun müqabilində tərtərlilər də böyük həvəslə, əllərinin hərarətini, ürəklərinin təpərini əsirgəmədən çalışır, tikib-qurur, abadlıq yaradırlar.
    Baxmayaraq ki, qarşı tərəf­­–ermənilər atəşkəs rejimini tez-tez pozurlar. Lakin sakinlər mərmi gurultusuna, güllə vıyıltısına adət etmişlər. Milli Ordumuzun gücünə, qüdrətinə güvənir, əkin-biçin işləri ilə məşğul olur, istehsal etdikləri kənd təsərrüfatı məhsulları sayəsində həm öz ailələrinin həyatını, xoş güzəranını təmin edir, həm də ölkə iqtisadiyyatına sanballı töhfələr verirlər. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Digər 20 Yanvar şahidlərin gözü ilə üçün şərhlər bağlıdır

    QALİB BİZ OLDUQ

    Mən özüm Tərtərdə doğulub, burada orta təhsil almışam. Bakıda o zamankı Politexnik İnstitutunu bitirəndən sonra ailə qurub, bu gözəl şəhərdə yaşadım. Evimiz “Salyanski kazarma” deyilən hərbi hissənin yaxınlığındaydı. Ona görə də ailəmiz o müdhiş gecədə baş verənlərin hamısının şahididir.
    Səs-küyü eşidib baş verənləri öyrənmək üçün ilk olaraq küçəyə çıxanlardan biri həyat yoldaşım Vaqif İbadov oldu. Həyətdəki digər kişilər də yuxudan oyanıb izdihama qoşulmuşdular. Heç kim nələr olduğunu anlamırdı. Bircə o məlum idi ki, heç nəyə baxmadan dinc əhalini, hətta evlərində olan sakinləri belə güllə-baran edirdilər. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Xəbərlər TƏRTƏRLİ GƏNCLƏR MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI üçün şərhlər bağlıdır

    Tərtər rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə təntənəli mərasim keçirildi.
    Çağırışçılar öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər. Sonra Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış oldular.
    Mərasim mərkəzi meydanda davam etdirildi.
    Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, ziyalıların, veteranların, şəhid ailələrinin, hərbiçilərin, valideynlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Elşən Abdullayev açdı. O, əsgəri xidmətə yola salınan gəncləri və onların valideynlərini təbrik edib, çağrışçılara xidmətdə uğurlar arzuladı. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Xəbərlər MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Zərərli vərdişlər sağlam həyata maneədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
    Tədbiri giriş sözü ilə Elvin Umudov açaraq bildirib ki, xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir. Daha ətraflı »

    Teqlər: