Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev
    Tərtər RİH-də İCRA BAŞÇISININ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞLƏRİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Səhlabad kəndində oldu.
    Əvvəlcə Səhlabad kənd İƏD üzrə nümayəndə Cəbrayıl Yusibov görülən işlər barədə məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinləndi. Sakinlərdən İman Almuradov, Ziya Mahmudov, Camal Aslanov əsasən suvarma suyu üçün subartezian quyusunun qazılması, kənddə yerləşən inzibati binaların təmiri, internetin zəif olması, kəndə əlavə telefon nömrələrinin verilməsi və digər məsələlər barədə müraciət etdilər. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Xəbərlər ATƏŞKƏS REJİMİ TEZ-TEZ POZULUR üçün şərhlər bağlıdır

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tillerə Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Xəbərlər GƏNCLİK ÖMRÜN TƏRAVƏTİDİR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda “Gənclər Günü”nə həsr olunmuş ümümrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
    Tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
    Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq gəncləri bayram münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Xəbərlər ŞƏRƏFLİ YOL üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının yeddinci ildönümü münasibəti ilə tədbir keçirdi. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
    Sonra tədbir Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə təbrik etdi, onlara apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Tərtər RİH-də QONAQ SƏMİMİYYƏTLƏ QARŞILANIB üçün şərhlər bağlıdır

    Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Bərdə nümayəndəliyinin rəhbəri Gerardo Moloeznik Tərtər rayonunda səfərdə olub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşən Gerardo Moloeznik təşkilat tərəfindən 2018-ci il ərzində Tərtər rayonu ərazisində görülən işlər barədə məlumat verib, 2019-cu ildə nəzərdə tutulan tədbirləri rayon rəhbəri ilə müzakirə edib.
    Görüşdə rayon rəhbəri Tərtər rayonunun düşmənlə 48 kilometr təmas xətti olduğunu, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin tez-tez pozulması nəticəsində rayonun dinc sakinlərinin xəsarət aldığını, mülki əhalinin şəhid olduğunu, inzibati və yaşayış binalarına, əkin sahələrinə ciddi ziyan vurulduğunu bildirib. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Xəbərlər ŞƏHİD RAFİQ NURİYEVİN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Bu günlərdə şəhər 6 saylı tam orta məktəbdə şəhid Rafiq Nuriyevin anım günü qeyd olundu. Anım günündə şəhidin doğmaları, Qarabağ müharibəsi veteranları, məktəbin müəllim və şagirdləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edirdilər.
    Əvvəlcə məktəbin həyətində Rafiq Nuriyevin adına düzəldilmiş xatirə bulağının üstündəki şəklin önünə al qərənfillər düzüldü. Sonra tədbir məktəbin iclas otağında davam etdirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Azad Abbasov açdı və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Təhsil KÖVRƏK XATİRƏLƏR üçün şərhlər bağlıdır

    Şəhid Rövşən Səfərov adına Sarıcalı kənd tam orta məktəbində şəhidin anım günü qeyd olundu. Anım gününə şəhidin doğmaları, Qarabağ müharibəsi veteranları, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət və media nümayəndələri toplaşmışdılar.
    Öncə Sarıcalı kəndindəki “Şəhidlər abidə”si ziyarət olundu, önünə qərənfillər qoyularaq onların xatirələri ehtiramla yad edildi. Tədbir şəhidin adını daşıyan, oxuduğu məktəbdə davam etdirildi. Məktəbin təşkilatçı müavini–Gülnarə Muradova tədbiri açıq elan etdi, Dövlət himni səsləndirildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Digər Xocalı soyqırımından 27il ötür üçün şərhlər bağlıdır

    XOCALI HARAYI-ELİN HARAYI

    1813-cü il Gülüstan və 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması ilə əzəli yurd yerlərimizin bölünməsinin başlanğıcı qoyulmuşdur. 1828-1898-ci illərdə İrandan və Türkiyədən 1 milyon 200 min erməni köçürülərək İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır. Bu ərazilərdə məskunlaşdırılmış nankor ermənilər Rusiyanın havadarlığı və himayəsi nəticəsində “erməni vilayəti”ni yaratmağa nail oldular. Bu süni ərazi bölgüsünün yaradılması nəticəsində azərbaycanlıların doğma yurd yerlərindən qovulması və məhv edilməsi prosesi başlandı. Çox-saylı tarixi sənədlər sübut edir ki, erməni millətçiləri tərəfindən 1905-1906; 1918-1920; 1948-1953-cü illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı terrorlar və qanlı qətliamlar həyata keçirmişlər. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Digər GÖYƏ BÜLƏND OLUNMUŞ FƏRYAD üçün şərhlər bağlıdır

    “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-adi cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
    Heydər Əliyev
    Azərbaycan xalqına qarşı ən böyük ədalətsizlik, törədilmiş qətliyam hadisəsi “20 Yanvar” və Xocalı faciələridir. 1988-ci ildən quduz ermənilər azərbaycanlılarla elan olunmamış müharibəyə başladılar. Beləliklə onlar torpaqlarımıza soxulub şəhərlərimizi, kəndlərimizi zəbt etdilər. Torpaqlarımızın 20%-ni işğal edib, günahsız insanların qanını tökdülər. Bunların ən dəhşətlisi Qarabağ bölgəsində yerləşən, Azərbaycanın ən zəngin təbiətinə malik olan şəhərlərindən biri– Xocalıda baş verib. Millətimizə qarşı yönəldilmiş bu vəhşilik qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilikdir. Bu faciə tarixi bir cinayətdir. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Digər XOCALI YARASI üçün şərhlər bağlıdır

    Xocalı faciəsi tariximizin ən dəhşətli və qanlı səhifəsidir. Bu səhifəni andıqca dinc əhalinin çəkdiyi əzab-əziyyətin acısına dözmək olmur. Bir gecənin dəhşətli qırğını, ermənilərin insanlığa sığmayan qəddarlığı Xocalının yüzlərlə sakininin al-qanına boyanmasına, qətlə yetirilməsinə səbəb oldu.
    Əsli Kərimova da Xocalı qaçqınıdır. O, Laçın rayonundan öz əmisi oğlu Ələsgərlə ailə qurub Xocalıya gəlmişdi. Ailə xoşbəxt yaşayırdı. Ələsgər su idarəsində sürücü, Əsli isə kəndin fermasında sağıcı işləyirdi. Normal dolanışıqları vardı. 3 yaşında qızı Gülaba, 1 yaş 2 aylıq oğlu Ələkbər qayğısız böyüyürdülər.
    Əslinin dediklərindən
    –Aereport yolunda yaşayırdıq. Orada evimizi tikdirən zaman ermənilər “tikin axırda bizim olacaq”. –deyirdilər. Daha ətraflı »

    Teqlər: