Buruc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik iki kəndi–Buruc və Hüləbətli kəndlərini əhatə edir. İcra nümayəndəsi Böyükkişi Məlikov, Buruc Bələdiyyəsinin sədri Sərdar Aslanov və icra nümayəndəsinin müavini Seymur Yusibovla birlikdə ərazidəki kəndlərdə olduq. Burada insanların məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ərazidə əhalinin sayı 1100 nəfərdir. Burada 15 subartezian quyusu işləyir. Bunların 9-u Burucda, 6-sı Hüləbətlidədir. Daha ətraflı »
-
29SenDigər BURUC KƏND İƏD-də NƏ VAR, NƏ YOX? üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
29SenKənd təsərrüfatı SON QOZASINADƏK TOPLAYACAĞIQ üçün şərhlər bağlıdır
Cari ildə digər kənd təsərrüfatı bitkiləri ilə yanaşı 20 hektar sahədə pambıq əkib becərmişik.
Fermer Elcin İbrahimov 2 hektar, mən isə 3 hektar sahədə pambıq əkmişəm. Becərmə, suvarma işlərində ailə üzvlərim, yaxın qohumlarım iştirak ediblər. Səpindən başlamış indiyədək pambıqçılıqda tələb olunan bütün aqrotexniki tədbirlər yüksək səviyyədə yerinə yetirildiyindən, tarlalarda yaxşı məhsul hasilə gəlib. İndi dümağ pambıq kolları göz oxşayır. Sahənin hər kvadratmetrindəki şaxlarda 80-100 qoza var. Bu da hər hektardan ən azı 35-40 sentner “ağ qızıl” deməkdir.
Məqsədim məhsulu pambıqyığan maşınla toplamaqdır. Buna görə bitkilərin yarpaqlarının tökülməsi üçün sahələrə dərman vurmuşuq. Yaxın günlərdə pambıqyığan maşını tarlaya çıxaracağıq. Məhsulun itkisiz toplanması üçün texnikanın sazlığı da təcrübəli mexanizatorlar tərəfindən yoxlanılıb. Bir sözlə, hər şey qaydasındadır. Çalışırıq ki, zəhmətlə becərdiyimiz məhsulu son qozasınadək toplayaq.Vüqar MAHMUDOV,
Bayandurlu kəndində fermerTeqlər: Kənd təsərrüfatı
-
29SenKənd təsərrüfatı ZƏHMƏT BƏHRƏ VERƏNDƏ üçün şərhlər bağlıdır
Əkinçiyə yaxşı gəlir gətirən kənd təsərrüfatı bitkilərindən biri də şəkər çuğundurudur. Ölkə Prezidenti İlham Əliyev qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini qarşıya qoyanda, taxılçılıqla yanaşı həm şəkər çuğunduru, həm də pambıqçılığın inkişafına xüsusi önəm verib. Bu il bizim İsmayılbəyli kəndində şəkər çuğunduru əkib-becərən fermerlərin sayı xeyli çoxalıb.
Mən özüm ailə üzvlərimlə yanaşı 1 hektar, qonşu fermer Elşad Məmmədov 2,5 hektar, Fəxrəddin Axundov isə 3 hektar sahədə şəkər çuğunduru becərib.
Artıq bir neçə gündür ki, sahələrdə çuğundur yığımını başa çatdırmışıq. Mən 1 hektardan 60 ton, Elşad 2,5 hektardan 160 ton, Fəxrəddin isə 3 hektar sahədən İmişli şəkər zavoduna 200 ton məhsul təhfil verdik. Onu da qeyd edim ki, zavod bizimlə bağladığı müqaviləyə əsasən, becərmə işlərində olduğu kimi, hazır məhsulun sahədən daşınmasında da bizlərə yaxından köməklik göstərdi. İmişli şəkər zavodunun xüsusi yük maşınları hazır məhsulu sahədən zavoda pulsuz daşıdı.İlqar ƏSƏDOV,
İsmayılbəyli Bələdiyyəsinin sədri, fermerTeqlər: Kənd təsərrüfatı
-
29SenKənd təsərrüfatı GÜNƏBAXAN YIĞIMI BAŞA ÇATDI üçün şərhlər bağlıdır
Indi kəndlinin yaxşı qazanc gətirən mənbələrindən biri də günəbaxandır.
Bu il Xoruzlu kəndində əməkçilər 405 hektar sahədə günəbaxan becərmişdilər. Bu il orta hesabla hər hektardan 24-25 sentner məhsul götürülüb. Bu da kənddə olan 16 ədəd subartezian quyusunun 13 ədədi ilə günəbaxan sahələri suvarılmasının nəticəsidir.
Fermerlərdən Qəzənfər Nəcəfov, Kamil Əbdüləzimov, Fazil İsmayılov, Elnur Mehdiyev və Mayıl Aslanov əvvəlki illərdə olduğu kimi bu il də sahələrdən yaxşı məhsul götürdülər.
Bir də bu bitkinin yaxşı cəhəti odur ki, bazar axtarmaq lazım gəlmir. Kənddəki “Patron” “Rekord” və “Oskar” şirkətlərinə təhvil verib, heç bir maniə ilə rastlaşmadan pulunu alırlar. Bir sözlə, bu məhsulun alıcısı kənarda yox, kənddədi. Elə buna görə də həm bizim Xoruzlu kəndində, həm də qonşu kəndlərdə günəbaxan əkən insanların sayı ilbəil çoxalır. Bu il qonşu Kəbirli kəndinin əməkçiləri 360 hektar sahədə günəbaxan əkmişdilər.Fazil Əbdüləzimov,
Xoruzlu kənd İƏD-i üzrə icra nümayəndəsiTeqlər: Kənd təsərrüfatı
-
29SenDigər ŞƏHİDLƏRİMİZ üçün şərhlər bağlıdır
DOSTUNUN TOYUNA GƏLƏ BİLMƏDİ…
Qarşımda bir albom var–şəhid albomu. Vərəqlədikcə heyrətdən donub qalıram. Necə olub ki, bu cür cəngavər oğlanlarımız düşmən gülləsindən yayına bilməyiblər?! Elə bu anda fikrimdən bir bayatı keçir:
Bu yolun xatası var,
Qanı var, qadası var,
İgidlər boyun əyməz,
Düşmənin bəlası var.
Bəli, düşmənin qurduğu hiylə neçə-neçə mərd, qorxmaz oğlumuzun həyatına son qoyub. Belə cəsarətli igidlərimizdən biri də Abbasov Elşən Raqub oğlu idi. O, həmin gün dostunun toyuna gəlməli idi. Söz vermişdi ki, postdan çıxan kimi icazə alıb gələcək və toyda iştirak edəcəkdir. Martın 25-i idi. Elşadın ata-anası, bacı-qardaşı toy evində idi. Təkcə o yoxuydu… Məlumdur ki, kənd toyları gecə yarısına kimi davam edir. Ailə üzvləri bu məclisdə ürəklə iştirak etsələr də nəisə, bir narahatçılıqları vardı. Elşad görəsən niyə gecikirdi. Yoxsa, icazə vermədilər, şübhələr, niyələr ən çox ata-ananı narahat edirdi. Özləri toyda olsalar da fikirləri Elşadın yanında qalmışdı. Daha ətraflı »Teqlər: Digər
-
29SenKənd təsərrüfatı PAMBIQ YÜKSƏK GƏLİR GƏTİRƏN KƏND TƏSƏRRÜFATI BİTKİSİDİR üçün şərhlər bağlıdır
Respublikamız dünyanın pambıqçılıq ölkələrindən biri hesab edilir. Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, onlar üçün münbit şəraitin yaradılması istiqamətində atılan addımlar, imzalanan fərman və sərəncamlar artıq öz bəhrəsini verməkdədir.
Tərtər rayonunda 2017-ci ildə 3123 hektar sahədə çiyid səpilib. Rayonda pambıq əkini və tədarükü ilə 2 məntəqə məşğul olur. “Qarabağ Regional” filialının Tərtər məntəqəsi və Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsi.
“Qarabağ Regional” filialının Tərtər məntəqəsində 2017-ci ilin pambıq mövsümündə 125 nəfər daimi işçi çalışır. Pambıq qəbulunda və emalında isə əlavə olaraq 120 nəfər işçi cəlb olunub. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
29SenDigər REPLİKALAR üçün şərhlər bağlıdır
(CAMAAT ARASINDAKI SÖZ-SÖHBƏTLƏRDƏN)
“İşsizliyin qarşısını alırıq”
–Kəndlərimizdəki mədəniyyət obyektlərinin aylarla bağlı qalan qapıları nə vaxt açılacaq?–deyə, Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin başbilənlərindən soruşsaq, deyəcəklər ki, regiona tabeyik, gedin onlardan soruşun.
–Bəs havayı yerə onlara verilən külli-miqdarda əmək haqqının axırı necə olacaq?
–Onları işdən çıxarıb, işsizliyin faizini yüksəldə bilmərik ki! Elə hesab edin ki, dövlət onlara yardım göstərir.
“Onda universitet olardı ki!…”
Əgər 96 saylı orta Texniki Peşə Məktəbinin rəhbərlərindən soruşsaq:
–Jurnallarda adları yazılmış şagirdlərin hamısı dərsə gəlirmi?
Deyəcəklər:
–Onda bura universitet olardı ki!… Daha ətraflı »Teqlər: Digər
-
20SenDigər üçün şərhlər bağlıdır
Son illər ərzində Azərbaycanda iki mindən artıq məktəb tikilib və əsaslı təmir olunub, avadanlıqla, kompüterlərlə təchiz edilib. Biz elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini artırsınlar.
İlham Əliyev,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
20SenTəhsil TƏHSİL İŞÇİLƏRİNİN SENTYABR KONFRANSI KEÇİRİLDİ üçün şərhlər bağlıdır
Təhsil işçiləri əvvəlcə mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.
Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev konfransı açıq elan edərək, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi. Surxay Mirzəyev “2016-2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi. Məruzəçi bildirdi ki, rayon məktəbliləri 2016-2017-ci tədris ilində müxtəlif fənn olimpiadalarında, yarış və müsabiqələrdə iştirak edərək qalib olmuşlar. Daha ətraflı »Teqlər: Təhsil
-
20SenTəhsil MƏKTƏBLƏRDƏ YENİ DƏRS İLİ BAŞLANDI üçün şərhlər bağlıdır
2017-2018-ci tədris ilində rayonumuzda 1035 uşaq 1-ci sinifə qəbul edilib. Ümumiyyətlə, çalınan ilk zəng 10 min 106 nəfər şagirdi yenidən sinif otaqlarına səslədi. Bunlardan 613-ü onbirincilərdir.
Cari tədris ilində Tərtərdə 34 tam orta, 10 ümumi orta və 3 ibtidai məktəbdə 1238 nəfər müəllim işləyəcək.
Cari tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı–tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olundu.Şəhər 5 saylı tam orta məktəbi. Bu il məktəbin məzunlarından 9 nəfəri yüksək ballarla ali təhsil ocaqlarına qəbul olunublar. Onlardan 2 nəfəri 600-dən yuxarı bal toplamış bacı-qardaş, 2 nəfəri 500-dən yuxarı bal toplayan məzunlardır.
Cari ildə bu təhsil ocağında 350 nəfər şagird təhsil alacaqdır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 42 nəfər müəllim məşğul olacaqdır. Daha ətraflı »Teqlər: Təhsil
Yeni ismarıclar