Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Okt
    Xəbərlər PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    DSC_6222 (Копировать)Prokurorluq işçilərinin peşə bayramı günü əvvəlcə rayonun mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirildi.
    Çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları günü münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzuladı. Qeyd etdi ki, çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunlarımızın aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Xəbərlər SƏHİYYƏ NAZİRİ OKTAY ŞİRƏLİYEV TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    1236548Səhiyyə naziri Oktay Şirəliyev Tərtər Mərkəzi Rayon Xəstəxanasında Tərtər, Bərdə, Ağdam və Ağcabədi rayon sakinlərini qəbul edib.
    Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
    Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin mü
    vafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.
    Bəzi məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 11Okt
    Xəbərlər “QƏHRƏMAN TƏRTƏR” FİLMİNİN TƏQDİMATI üçün şərhlər bağlıdır

    Q-tDSC_5996 (Копировать)“Dünya” Müstəqil Televiziya Şirkəti tərəfindən Tərtər oğullarının Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan bəhs edən “Qəhrəman Tərtər” filminin təqdimatı olub.
    Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra filmin rejissoru və ssenari müəllifi Elşən Qəniyev film haqqında məlumat verib.
    Filmin təqdimatından sonra ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, “Dünya” Müstəqil Televiziya şirkətinin prezidenti Ramiz Hüseynov, əməkdar artist Azad Şükürov çıxış edərək Tərtərli gənclərin vaxtı ilə Tərtər özünümüdafiə bataliyonunda vuruşmuş igidlərimizin qəhrəmanlıq və döyüş şücaətlərinə sadiq olduqlarını, bunu aprel döyüşlərində bir daha sübut etdiklərini bildirib, filmin çəkilişi üçün göstərdiyi dəstəyə görə rayon rəhbərinə öz minnətdarlıqlarını ifadə ediblər. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Xəbərlər ŞURA İCLASI üçün şərhlər bağlıdır

    IMG-20171002-WA0005YAP rayon təşkilatının Şura iclası oldu.
    İclasda YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov məruzə etdi. Göstərdi ki, bu il Azərbaycan dövlətçiliyinin və xalqının həyatında önəmli rol oynayan, müasir Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında, tarixi zərurətin tələblərindən irəli gələn bir siyasi təşkilatın – Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 ili tamam olur.
    Sonra Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının yarandığı ilk günlərdən bu günümüzədək göstərdiyi səmərəli fəaliyyətdən, müasir Azərbaycan dövlətinin inkişafında oynadığı əvəzolunmaz roldan, partiyanın sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin sürətli inkişafından danışdı.
    Sonra Ramiz Şabanov qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar 27 oktyabr 2017-ci il tarixdə təntənəli tədbir keçiriləcəkdir. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Xəbərlər CƏBHƏ BÖLGƏSİNİN NEFTÇALALI QONAQLARI üçün şərhlər bağlıdır

    21212)neftcala“Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin üzvləri yenidən cəbhə bölgəsi olan Tərtər torpağında rayonumuzun fəal qadınları ilə görüşüblər. Tədbir iştirakçıları öncə Ulu Öndərin xatirəsini yad edərək abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində “Dəyirmi masa” ətrafında söhbət ediblər.
    Tədbir iştirakçıları rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə şəhid Nicat İsgəndərovun valideynləri ilə də görüşüb, onlara hədiyyələr təqdim ediblər.
    Sonra isə “N” saylı hərbi hissədə olublar. Onlar hərbçilərlə çay süfrəsi arxasınada əyləşərək, hədiyyələr təqdim ediblər. Əsgərlərə Neftçala məktəblilərinin məktubları paylanıb, müəllim və şagirdlərin ifasında vətənpərvərliyə həsr olunmuş şeirlər dinlənilib. Görüş Tərtər məktəblisi Aytac Süleymanzadənin oxduğu “Qarabağ şikəstəsi” ilə başa çatıb.
    Neftçalalılar rayonumuzdan xoş təəssüratla ayrılıblar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 11Okt
    Xəbərlər GÖSTƏRİLƏN QAYĞIDAN DANIŞDILAR üçün şərhlər bağlıdır

    DSC_6147gosterilenAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “Müharibə veteranı və əlillərin sosial müdafiəsinə yardım” adlı layihə çərçivəsində Tərtər Rayon Gənclər Mərkəzində tədbir keçirib. Tədbirdə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, əlilləri və rayon gənclərininn nümayəndələri iştirak ediblər.
    Toplantını giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov açıb. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Digər Erməni vandalizmi üçün şərhlər bağlıdır

    VƏHŞİLİYİN SON HƏDDİ

    18Uşaqlar bu dünyanın ən pak, ən müqəddəs mələkləridir. Onlar hələ bu həyatda heç bir günah işləməyiblər. (Bəlkə də günahları bu sərsəm dünyaya gəlmələridir). Məsum körpələrə qıymaq, onları qanlarına qəltan eləmək vəhşiliyin son həddidir. Ermənilər bu qəddarlığa da əl atırlar. Onlar üçün öldürdükləri uşaqdır, böyükdür, fərqi yoxdur, taki azərbaycanlı olsun. Bu vəhşiliyə əl atan ermənilərin görən öz balaları, ata-anaları yoxdurmu? Onlar niyə fikirləşmirlər ki, bu gün elədikləri sabah öz başlarına gələ bilər? Tanrı heç nəyi əvəzsiz qoymur. Mən inanıram, ermənilərin Xocalıda törətdikləri ən qəddar vəhşiliyi, 613 nəfərin amansızcasına qətlə yetirilməsini ( bunların içində körpələr, ixtiyar qocalar, ağbirçək nənələr də çox idi) bəşər tarixinin ən qanlı cinayətlərindən biri kimi nə yer bağışlayacaq, nə göy və bu çanaq nə vaxtsa ermənilərin öz başında çatlayacaq. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Təhsil 5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür üçün şərhlər bağlıdır

    GƏNC TARİXÇİ

    IMG-20170925-WA0004Hər il oktyabrın 5-i bütün dünyada ümumxalq müəllimlər günü kimi qeyd olunur. Bu gün müəllimlərin peşə bayramıdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu gün böyük hörmət və ehtiramla yad edilir. Müqəddəs müəllim adını daşıyan hər kəs sevgi ilə xatırlanır. Təsadüfi deyil ki, bəzən müəllimi ikinci valideyn adlandırırlar. Elmə, təhsilə maraq, sevgi yaradan, çətin yolları keçməkdə, pisi yaxşıdan ayırmaqda bələdçilərimiz müəllimlərimiz olur.
    Müəllim peşəsini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?”
    Ulu Öndərin siyasi kursunun uğurlu davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşıb. Məhz bu qayğının nəticəsidir ki, ölkəmizdə müəllimin nüfuzu ilbəil artır. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Mədəniyyət Milli Musiqi Günü üçün şərhlər bağlıdır

    MUĞAMIN SEHRİ

    Изображение 077новый-1111Milli musiqimizin tacı sayılan muğamlar Azərbaycan musiqisinin özülünü təşkil edir. İnsanda ülvi hisslər oyadır, həyatda, mənəvi aləmimizdə nur çələnginə bənzəyir muğam. Muğamlarımıza qulaq asdıqca zənginləşirik, bəsit fikirlərdən uzaqlaşaraq büllurlaşıb, paklaşırıq, xeyir-xahlığa can atırıq, bu qarışıq həyatımızda qəhrəmanlıq salnaməsinə çevrilir muğam.
    Azərbaycan muğamları ifaçıdan–ifaçıya ötürülərək inkişaf etdirilmiş, bu günümüzə kimi gəlib çıxaraq milli sərvətimizə çevrilmişdir.
    Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov yeddi əsas muğamların psixoloji-emosional təsirindən bəhs edərək qeyd edir ki, “Rast” dinləyicilərdə mərdlik və gümrahlıq hissi, “Şur” şən, lirik əhval-ruhiyyə, “Segah” məhəbbət hissi, “Şüştər” dərin kədər, “Cahargah” həyacan və ehtiras, “Bayatı-Şiraz” qəmginlik, “Humayun” daha dərin bir kədər hissi oyadır. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Milli-mənəvi dəyərlər MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUYAQ VƏ YAŞADAQ üçün şərhlər bağlıdır

    0000Bu dəyərlər zaman-zaman yaşayaraq bizi başqa xalqlardan fərqləndirir. Bununla əlaqədar Qurani-Kərimdə deyilir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”. (Hücurat-13).
    Milli dəyərlərimizin qorunması bu gün daha çox aktualdır. Çünki bu dəyərlərin həm də milli dövlətçiliyimizin formalaşmasında xüsusi rolu var.
    Ümumiyyətlə, milli dəyərlərə nələri aid etmək olar? Bu, bizim ideologiyamız, tariximiz, dilimiz, dinimiz, musiqimiz, folklorumuzdur. Bir sözlə, milli olan nə varsa, hamısı milli-mənəvi dəyərlər sisteminə aiddir.
    Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini hər bir azərbaycanlının əsas vəzifəsi hesab edirdi: “Bizim hamımızın bir vətəni var–bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”. Daha ətraflı »

    Teqlər: