Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Mar
    Milli-mənəvi dəyərlər YURDUMUZA BAHAR GƏLİR üçün şərhlər bağlıdır

    NOVRUZ BAYRAMINDA ÖMRÜMDƏN ÖTƏNLƏRİ XATIRLAYIRAM

    imagesNovruz gəlir yurduma! Səmənili, güllü-çiçəkli, şəkərbura-paxlavalı, noğul-nabatlı, tonqallı Novruz! Bayramların ən qədimi, həm də gənci! Başqa bayramlardan ona görə daha çox fərqlənir ki, o günləri hamı həsrətlə, həm də böyük həvəslə gözləyir. Novruzun gəlişi ilə könüllərdə bir sevinc yaranır, qəmdən-kədərdən uzaq düşürsən. Novruz, sən bizləri ətrinlə, dadınla, təravətinlə yaşadırsan! Bəs görək, biz səni bu günümüzə kimi hansı adətlərinlə gətirib çıxarmışıq?
    Novruz bayramı deyəndə 45-50 il əvvəli xatırlayıram. Günəşli, bir az da küləkli günləri yada salıram. Toxunma xarallarda saxlanılmış sap-sarı dənəvər buğda çadırların üstünə tökülüb, havaya verilərdi, gün əyilən vaxt xəlbirlərdən keçirilib sovrulardı. Beş çərşənbə qeyd edərdik. Birinci çərşənbəni “yalançı çərşənbə” adlandırırdılar. Yaxşı yadımdadır, nənəm və qonşuda olan yaşlı qadınlar sovrulmuş buğdanın bir hissəsindən mis məcməyilərdə səməni göyərtmək üçün buğda isladırdılar. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Milli-mənəvi dəyərlər ƏNƏNƏLƏRİMİZİ ÖZÜNDƏ YAŞADAN NOVRUZ üçün şərhlər bağlıdır

    0201Azərbaycan xalqının milli-mənəvi dəyərlərini ta qədimdən indiyədək insanların yaddaşına həkk edən, adət-ənənələrimizi özündə yaşadan bayramlardan biri–ən əzizi Novruzdur.
    Novruzun gəlişilə fəsil dəyişir, qış öz yerini yaza verir. Havalar isinir, torpaq oyanır, təbiət cana gəlir. Bu pərvəriş insanların qəlbində də yüksək əhval-ruhiyyə yaradır. Novruzun gəlişini bildirən əlamətlərin ən başlıcası sıralanıb bir-birini əvəz edən çərşənbələrdir. Bunların birincisi su, ikincisi od, üçün-cüsü yel, dördüncüsü torpaq çərşənbəsidir ki, bunlar bayramın gəlişini bildirir.
    Novruzun gözəl adətlərindən biri də son çərşənbədə axşam “qulaq falı”na çıxmaq adətidir. İnsanlar həmin axşam niyyət tutaraq qonşusunun, qhumunun, həmkəndlisinin qapısına xəlvətcə gedər, içəridən kiminsə xoş söz danışdığını gözləyər. Hətta həmin axşam yaşlı ev sahibləri cavanlara deyərlər ki, yaxşı söz danışın ha, qapını pusan olar. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Milli-mənəvi dəyərlər NOVRUZ YURDUMA SEVİNC GƏTİRİR üçün şərhlər bağlıdır

    30trend_develer_novruz_170315_02Novruz duyğuların, xoş arzuların, diləklərin, zəngin mənəviyyatın bayramıdır. Əsrlərin, qərinələrin süzgəcindən keçərək min illərdir xalqımızın adət-ənənələrini, məişətini, zəngin mədəni irsini özündə əks etdirərək yaşayır.
    Yadımdadır, ağlımın hələ təzə-təzə kəsdiyi vaxtlarda babam evin arxasında axşamtərəfi kiçik bir ocaq qalayar, ailə üzvlərinin hamısını onun ətrafına toplayardı. Bu zaman onun üzündə sevincqarışıq bir həyəcan və təşviş də hiss olunardı. Mən ondan ocağı nə üçün qaladığını və bizi ətrafına nə üçün topladığını soruşduqda o, saçlarımı oxşayaraq: “Bu gün çərşənbədir, bala”– deyərdi.
    Bu əziz bayrama vurulan siyasi damğa 1988-ci ildən eti-barən aradan qaldırıldı. Bununla da xalq öz əziz bayramını bütün təmtərağı ilə qeyd etməyə başladı.
    Novruz yeni gün deməkdir. Novruzun gəlişi ilə öz oxu ətrafında fırlanan dünyada sanki həyat yenidən başlayır. Baharın gözəlliyi insanların ruhunu oxşayaraq onlarda gözəl duyğular, qurubyaratmaq həvəsi yaradaraq həyat eşqini alovlandırır. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Milli-mənəvi dəyərlər NOVRUZUN BƏZƏYİ OLAN “YALLI” üçün şərhlər bağlıdır

    DSC_9350 (Копировать)Novruz şənliklərində ən çox ifa olunan rəqslərdən biri də “Yallı”dır. Yallı (Halay) türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Həyatın enerjisini, həmrəyliyi, hərəkəti və ritmi özündə ehtiva edən bir oyundur.
    Qədim zamanlarda heç bir biliyə malik olmayan, odun gücünə inanan insanlar ov zamanı hansısa bir vəhşi heyvanın ovlanması sevincini və ya müxtəlif tapıntıları, əldə etdikləri yeni nailiyyətlərini qeyd etmək üçün tonqallar qalayar, əl-ələ verib cərgə-cərgə, qrup halında odun ətrafında dövrə vuraraq müxtəlif rəqslər oynayardılar. Qədim dövrün bu adət-ənənələrindəki bəzi elementlər əsrlərin süzgəcindən keçə-keçə bu günü-müzədək gəlib çatmış və indi də “yallı”larımızın ifası zamanı istifadə olunmaqdadır.
    Belə ki, keçmişdə günəşi, ayı, küləyi, odu və suyu müqəddəs sayan insanlar indi də baharın (Novruzun) gəlişini təntənə ilə qeyd edərək, bayram gününə kimi dörd çərşənbənin hər birində tonqallar yandırır, odun üstündən tullanır, əl-ələ verərək tonqal ətrafında “yallı” gedirlər. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Milli-mənəvi dəyərlər AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN DAŞIYICISIDIR üçün şərhlər bağlıdır

    ERKƏN NİKAH VƏ ONUN FƏSADLARI

    1472723796_1448441856_hqdefault1Hər ailə özlüyündə bir cəmiyyətdir. Bu cəmiyyətin yazılmış və yazılmamış qanunları var. Bu qanunlar isə ailənin formalaşmasını və birgəyaşayış tərzinin davamlı, rahat olmasını şərtləndirən əsas meyarları özündə əks etdirir. Ailənin fərdləri bir-birini başa düşməli, bağışlamağı və güzəştə getməyi bacarmalıdırlar. Ailənin möhkəm təməli məhz bu dayaqlar üzərində qurulur. Həm də ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Əgər bir evdə mental dəyərlərə, adət-ənənələrimizə dərin hörmət yoxdursa, orada qarşılıqlı anlaşma, mehribanlıq və səmimiyyət gözləməyə dəyməz. Çünki bu meyarlar məhz milli-mənəvi dəyərlərə əsaslanır.
    Ağıllı kəs müasirliyin və yeni dünya düzəninin əleyhinə gedə bilməz və getsə də özünü pis, gülünc bir vəziyyətdə qoymuş olar. Bu isə, əlbəttə, arzuolunmazdır. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Milli-mənəvi dəyərlər REDAKSİYAMIZA MƏKTUB GƏLİB üçün şərhlər bağlıdır

    NOVRUZ BİZİM MİLLİ BAYRAMIMIZDIR

    image5Azərbaycan xalqının dərin köklərə əsaslanan milli bayramı Novruz artıq xalqımızın əhval-ruhiyyəsində duyulmaqdadır.
    Uşaqlığım keçən İrəvanlı kəndində gördüyüm Novruz bayramını xatırlamaq istəyirəm. Martın 20-21-i əsas bayram olsa da, bizim kənddə ilin axır çərşənbəsi daha təmtəraqla qeyd olunurdu. Yumurtalar soğan qabığında boyanırdı, buğda təmizlənirdi, sacda qovrulurdu, içinə də küncüt vurulurdu.
    Nənələrimizin “baca-baca” dediyi, bizim isə “torbaatma” dediyimiz ilin axır gecəsi olurdu. “Torbaatma” gecəsi hamı çalı-şırdı ki, bişirdiyi daha gözəl şirniyyatı torbaya qoysun. Çünki bilirdilər ki, bu şirniyyatlar evdən-evə gedir. Bu gün də axır çərşənbədə bu adətlərə əməl olunur. Lakin “torbaatma” deyil, “papaqatma” deyilir. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Digər NOVRUZ BAYRAMINDA YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARINA CİDDİ ƏMƏL OLUNMALIDIR üçün şərhlər bağlıdır

    Azerbaycan_Resp_FHN_emblemaAparılan təhlillər zamanı aydın olur ki, Novruz bayramı şənliklərinin və tədbirlərinin kecirilməsi zamanı vətəndaşların adi ehtiyatsızlığı səbəbindən yanğınlar baş verir. Bir cox hallarda vətəndaşlar tərəfindən tonqal yandırılarkən onun yerinin düzgün secilməməsi və yandırılmış tonqalın nəzarətsiz qalması nəticəsində xoşagəlməz hadisələrlə nəticələnən yanğınlar baş verir. Belə ki, pərakəndə halda tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xət-lərindən, elektrik və rabitə xətləri cəkilmiş dirəklərdən, binalardan, evlərdən, yardımcı tikili-lərdən, ot-saman tayalarından, tezalışan maye və materiallar saxlanılan yerlərdən kənarda yandırılmalıdır.
    Güclü külək zamanı tonqal yandırmaq düzgün deyil. Bayram şənlikləri zamanı tonqallar tam sondürülənədək nəzarətdə saxlanılmalıdır. Novruz şənliklərində yanar mayelərlə hopdurulmuş məşəllərin, qığılcım sacanların və fişənglərin azyaşlı uşaqlar tərəfindən istifadə olunmasına yol vermək olmaz. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər M.A.Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    01Azərbaycan Respublikası Konstitusiyasının 103.1-ci maddəsinin I hissəsini rəhbər tutaraq qərara alıram:
    Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının
    Birinci vitse-prezidenti təyin edilsin.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 21 fevral 2017-ci il

    Teqlər:

  • 07Mar
    Tərtər RİH-də Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə TƏBRİKİ üçün şərhlər bağlıdır

    Hörmətli qadınlar!
    Əziz ana və bacılar!
    Təsadüfi deyil ki, baharın gəlişi duyulduğu bu günlərdə – təbiətin oyanaraq yenidən günəşə boylandığı bir zamanda qeyd etdiyimiz ilk bayram məhz zəriflik və gözəllik timsalı olan qadınların bayramıdır.
    Qadın özünün həyatverici missiyası ilə yanaşı həm də incəliyin, nəcibliyin və xeyirxahlığın rəmzidir. Ana və bacılara hörmət və məhəbbət xalqımızın mentalitetinə xas olan və qədim əsrlərdən bugünədək qorunub saxlanılan adət-lərdəndir.
    Müasir cəmiyyətimizdə qadınlara kişilərlə bərabər hüquqlar verilib. Dövlət quruculuğundan tutmuş biznes sahələrinədək hər yerdə zərif cinsin nümayəndələri layiqincə təmsil olunurlar.
    Cəmiyyətdə fəal vətəndaş, ailədə fədakar ana olan qadınlar həm də gələcəyimiz olan nəslin təlim-tərbiyəsində, onların əsl vətənpərvər kimi böyümələrində əvəzsiz rol oynayırlar. Bu gözəl məziyyətləri bu gün Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında aydın görürük. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər RAYONUMUZUN İNKİŞAFINDA TƏRTƏRLİ QADINLARIN ƏMƏYİ BÖYÜKDÜR üçün şərhlər bağlıdır

    5422dae605c53f6e86bad9013cebcf25a2a2Azərbaycan qadınları tarix boyu fədakarlıqları, zəhmətsevərlikləri, ailə ocağına bağlılıqları ilə seçiliblər. Ölkəmiz müstəqillik əldə etdikdən sonra zərif cinsin nümayəndələri öz istedad və bacarıqlarından daha geniş şə- kildə istifadə etmək imkanı qazanıblar. Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmışdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”. Daha ətraflı »

    Teqlər: