Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Yan
    Kənd təsərrüfatı MƏQSƏDİMİZ CARİ İLDƏ DƏ ƏKİN SAHƏLƏRİNİ BOL SU İLƏ TƏMİN ETMƏKDİR üçün şərhlər bağlıdır

    artezan 22016-cı il artıq tarixə qovuşdu. Ötən il–bütün sahələrdə uğur qazanıldı. Ölkə Prezidentinin qeyri-neft sektorunu inkişaf etdirmək barədə verdiyi sərəncamlar– xüsusən kənd təsərrüfatında pambıqçılığın, baramaçılığın, üzümçülüyün inkişaf etdirilməsi barədəki göstərişləri bütün ölkədə olduğu kimi bizim Tərtər rayonunda da böyük həvəslə yerinə yetirilir.
    Ölkə Prezidenti möhtərəm İlham Əliyevin ötən il xanımı Mehriban Əliyeva ilə birlikdə 2 dəfə rayonumuza səfəri, burada görülən tikinti, quruculuq, abadlıq işlərindən razı qalması hər bir Tərtər sakini kimi bizim kollektivin də ürəyincə oldu. Bunlarla yanaşı erməni qəsbkarları tərəfindən Sərsəng Su Dəryaçasından gələn suyun qarşısını kəsmələri biz subartezian quyuları istismarı idarəsinin də işlərini xeyli artırır. Buna görə də daim çalışırıq ki, mövcud subartezian quyularının gücündən səmərəli istifadə edək. Rayonumuzun əhalisi əsasən bitkiçilik və heyvandarlıqla məşğul olur. Ümumiyyətlə, hər hansı sahə olursa olsun, onun inkişaf etdirilməsi üçün su vacib amildir.
    Kollektivimiz yola saldığımız 2016-cı ili yaddaqalan göstəricilərlə başa vurdu. İşçilərimiz rayon ərazisində yerləşən və idarənin balansında olan 469 ədəd subartezian quyusunun istismarı ilə məşğul olur. Bunlardan 462 ədədi hazırda saz və işlək vəziyyətdədir. Qalan 6 ədəd quyunun yenidən bərpaya ehtiyacı var. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Digər ÖZÜNÜ VƏTƏNDAŞ ZƏNN EDƏN BİR KƏS VƏTƏNİN DƏRDİNƏ YAD QALA BİLMƏZ! üçün şərhlər bağlıdır

    Saxalindən “Yeni Tərtər” qəzetinin redaksiyasına məktub

    VƏTƏNƏ SEVGİMİZİ ƏMƏLLƏRİMİZDƏ AXTARIN

    _1Hərbçi ruhuyla böyümək biz iki qardaşda uşaqlıqdan ən gözəl duyğu və valideynlərimiz tərəfindən verilən tərbiyədir, məncə. Bəli, özüm bu gün erməni separatçıları tərəfindən işğal altında olan Qarabağın Laçın rayonunda anadan olmuşam.
    1980 – cı ildə valideynlərim Laçın rayonundan köçərək Tərtər rayonunda məskunlaşmışlar. Tərtərdə yaşayarkən hər il biz ata-baba yurdumuz olan Laçın rayonunu ziyarətə gedərdik. Orta təhsilimi yeddinci sinifə kimi hal-hazırda təmas xəttində yerləşən və düşmən tərəfindən daim atəşə məruz qalan Tərtər rayonunun Qapanlı kənd orta məktəbində almışam. Özümü gələcəyin bir hərbçisi kimi görmək üçün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Hazırlıq Məktəbinə qəbul oldum. Orda təhsilimi başa vurduqdan sonra hərbi təhsilimi davam etdirmək, ali hərbi təhsilə yiyələnərək gələcəkdə Vətənə layiqli hərbçi kimi yetişmək üçün Rusiya Federasiya-sına gəldim.
    Təhsilimi bitirdikdən sonra 2012-ci ilə qədər Rusiyanın müxtəlif bölgələrində bir zabit kimi hərbi hissələrdə qulluq eləmişəm. Hərbi qulluq etdiyim müddətdə müxtəlif medallarla təltif olunmuşam. Rusiyanın müxtəlif bölgələrində hərbi qulluq keçərək sonda göndərişlə Saxalin vilayəti üzrə Hərbi Komissarlıqda xidmət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam.
    2012-ci ildə təqaüdə çıxaraq hərbi fəaliyyətimi dayandırmışam. Həmin il Saxalin vilayətində yaşayan azərbaycanlıların istəyi ilə Ulu Öndərimizin qurduğu demokratik, suveren Azərbaycan Respublikasını Saxalin vilayətində təmsil etmək üçün mənim təşəbbüsümlə ”Birlik” cəmiyyətinin yaradılmasına nail olmuşuq. Bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə rəsmi məlumat vermişik. Fəaliyətə başladığımız ilk günlərdən milli, mədəni, irsi dəyərlərimizin təbliği üzrə bir çox fəaliyyətlərimiz olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Xəbərlər TƏBİƏTƏ SEVGİ üçün şərhlər bağlıdır

    101_nHəbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbində şagirdlər “Həyat bilgisi” dərslərinə xüsusi həvəs göstərirlər. Buna səbəb həmin dərslərin əyani surətdə, çox zaman isə təbiətin qoynunda keçirilməsidir.
    Məktəbin müəllimi Səbuhi Kərimov böyüyən nəslə təbiəti sevdirmək üçün müxtəlif vasitələrdən istifadə edir. Belə ki, VII sinifdə “Meşələr planetimizin ağciyəridir” mövzusu məktəbin həyətində keçirilmişdir. Dərs zamanı uşaqlar burada müxtəlif meyvə ağacları əkmiş, ağaclara qulluq işini öyrənmişlər.
    Müəllim təbiətə sevgi hissini aşılamaqla, eyni zamanda vətənimizə, torpağımıza sevgi hissləri oyadır. Çünki öz məktəbini, kəndini sevən hər kəs böyük mənada vətənini də sevir.
    İllər keçəcək, bu gün əkilən ağaclar bar verəcək. Səbuhi müəllim əmindir ki, onun uşaqların qəlbinə səpdiyi məhəbbət toxumları da cücərəcək, indi parta arxasında əyləşib diqqətlə müəllimi dinləyən uşaqlar ölkəmizin layiqli vətəndaşları olacaqlar. Axı, təbiəti sevən insanlar həmişə xeyirxah və zəhmətkeş olurlar.
    Məktəbin müəllim və şagird kollektivi Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsünə qoşularaq hər mövsümdə ya-şıllaşdırma işlərində fəal iştirak edirlər.
    Təkcə məktəbin həyətində deyil, kəndin əra-zisində yaşıllıqlara qulluq edir, yeni ağaclar əkir, səliqə-səhman yaradırlar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 17Yan
    Digər Qarabağ müharibəsi veteranı üçün şərhlər bağlıdır

    DÖYÜŞ GÜNLƏRİNİN ACILI XATİRƏLƏRİ

    1454Tale onun qismətini çoxdan Tərtərə bağlamışdı. El dilincə desək, telli-toqqalı gənclik illərində tərtərli qızı sevib onunla ailə həyatı qurmuşdu. İşğaldan əvvəl Ağdam şəhərində yaşayırdılar. Xoşbəxt idilər. Bu xoşbəxtliyin qarşılığında Uca Allah ailəyə beş oğul veribdi. Bu bəxtəvərliyə bəlkə həsəd aparanlar da olub. Lakin Tərtərdə yaşamasının başqa səbəbi vardı. Səbəb mənfur ermənilərin onun doğma yurdunu–Ağdamı işğal etməsi idi…
    Fərzəliyev Qəzənfər İbiş oğlu Ağdam rayonunun Şotlanlı kəndindəndir. Şuşa şəhərindəki pedaqoji texnikumun bədən tərbiyəsi fakültəsini bitirib. İşğaldan əvvəl Ağdam şəhərindəki 1 saylı tam orta məktəbdə işləyib. Qarabağ savaşı başlayan zaman Qəzənfər müəllim də torpaqlarımızın müdafiəsinə qatılıb. N saylı hərbi hissədə kəşfiyyat komandiri olub. Ağdam, Ağdərə və Xocavənd rayonları ətrafında gedən döyüşlərdə iştirak edib. Döyüş günləri onun xatirəsində silinməz acılarla qalıb. O günləri həyəcansız yada salmaq mümkün deyil.
    Ermənilərin camaata vurduğu zərbələr hamı kimi Qəzənfər müəllimin də ürəyini göynədir. Söz düşəndə isə dedi:
    –Mən yoldaşlarımdan ayrılıb bir gün də evdə qala bilmirdim. Döyüşçü yoldaşlarımızın hamısı mənim kimi düşünürdü. Bir qarış torpağımızdan keçəsi deyildik. Hər əməliyyata var gücümüzlə qoşulurduq. Ilk dəfə Əsgəran rayonunun müdafiəsində minaya düşdüm. Başımdan, qolumdan ağır yaralanmışdım. Bərdədə qospitalda bir aya qədər müalicə aldım, yaralarım sağalmamış yenidən hərbi hissəyə qayıtdım. Ikinci dəfə isə Mərzili uğrunda gedən döyüşdə qolumdan, qılçımdan güllə yarası aldım. Bir müddət qospitalda müalicə olundum. Oradan çıxan kimi yenə də yoldaşlarımın yanına, hərbi hisssəyə qayıtdım. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Digər 20 YANVAR AZƏRBAYCAN XALQININ HÜZN GÜNÜDÜR üçün şərhlər bağlıdır

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
    Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda—yanvarın 25-də Neftçalada və yanvarın26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
    Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zəbə vurmaq məqsədi daşımışdır.

    Teqlər:

  • 17Yan
    Digər QÜRUR GÜNÜ üçün şərhlər bağlıdır

    740132369-195201990-cı ilin yanvarında xalqımız, daha bir faciəli tarixə şahidlik elədi. Qarlı qış günündə rus və erməni silahlı quldurları Bakıda qırğınlar törətdilər. Qadınlara, qocalara, uşaqlara, ümumiyyətlə dinc sakinlərə aman verilmədi.
    Əslində 20 Yanvar hadisələrinin tarixi bir qədər də əvvələ gedib çıxır. Hələ XVIII əsrdə Pyotrun dövründən Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilərin burada yerləşdirilməsi siyasi maraqlara hesablanmışdı. Belə ki, gələcəkdə burada “erməni dövləti” yaratmaq və onların əli ilə işğalçılıq planlarını həyata keçirmək, daha sonra isə həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları irəli sürmək nəzərdə tutulmuşdu. Bu proseslərin davamı olaraq 1905-ci il hadisələrini, 1918-ci il mart soyqırımını, 1948-53-cü il hadisələrini, 1988-ci ildən bəri baş verən qırğın və deportasiya proseslərini misal göstərmək olar.
    Bu faciələrin törədilməsi zamanı ümumilikdə 100 minlərlə soydaşmız qırğınların qurbanı oldu. Göründüyü kimi 20 Yanvar faciəsinin də törə-dilməsi planlı şəkildə həyata keçirilmişdi.
    Bu faciənin baş verməsi həm də siyasi amillərlə bağlı idi. SSRİ-nin dağılması ilə Rusiyanın Qafqazda mövqeyinin itirilməsi təhlükəsi yaranırdı. Ona görə də Rusiyanın bu çirkin əmələ əl atması təbii idi. Lakin bu hadisələr Azərbaycan xalqının müstəqillik ideyalarına zərbə vura bilmədi.
    Azərbaycanın müstəqil olmasını qəbul etməyən mənfur qonşularımız zaman-zaman xalqımızı qırğınlara məruz qoydular. Onlar ərazilərimizin iş-ğalını həyata keçirdilər. Azərbaycanın müstəqilliyi isə yaşadı. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Digər QANLI YANVAR DEYƏNDƏ… üçün şərhlər bağlıdır

    33video-1368-67414Həmin il mən 6-cı sinifdə oxuyurdum. Hamı kimi bizim ailədə də adi günlərdən biri idi. Şam yeməyindən sonra oturub televizora baxırdıq. Birdən bütün kanallarda yayım dayandı, işıqlar söndü. Nə baş verdiyini heç birimiz anlamadıq. Əlbəttə, həmin dövrdə mənim yaşım heç imkan vermirdi nə baş verdiyini anlayım. Amma atamla anamın təlaşı, bir-birinə qorxu, həyəcan dolu baxışları, heç də xeyirdən xəbər vermirdi.
    Onsuz da həmin dövrlərdə ölkədəki qeyri-sabit vəziyyət, xalq arasındakı ümidsizlik, çaşqınlıq artıq nədənsə xəbər verirdi, sanki təhlükə dalğası gəlirdi.
    Səhər anamın ağlamaq səsinə yuxudan oyandım. Xalamla nədənsə danışır və ağlayırdılar. Səssizcə onlara yaxınlaşdım. Anam hıçqırığını boğa-boğa–“gecə bütün Bakını qırıblar, tankın, avtomatın qabağına veriblər, qırıblar milləti. Qırıblar, hələ də qırırlar, qanını içirlər qaniçənlər” –deyirdi
    Televiziyanın enerji blokunun partladılması, meydanlara axışan xalq kütləsinin gülləbaran edilməsi xəbəri ildırım sürəti ilə yayıldı. Heç kim Bakıdakı vəziyyətdən tam xəbərdar deyildi, göz yaşı, təlaş, qorxu, nifrət və ən əsası–dərin bir sükut.
    Heç kim bir-biri ilə danışmırdı, ürəkləri suallar didib-parçalayırdı. Təkcə “Azadlıq” radiosunun verdiyi qısa xəbərlər və mübarizəyə, azadlığa çağıran üsyankar şeirlər… Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Xəbərlər YAP RAYON TƏŞKİLATININ YENİ İNZİBATİ BİNASINDA DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    dsc_2245-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8cdsc_2265-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8cYAP rayon təşkilatının yeni inzibati binasında 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə tədbir keçirildi.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin rayon təşkilatı qərargahının foyesində qoyulmuş büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini dərin ehtiramla yad etdilər.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edib, Ümummilli Liderimiz Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Gününün məhz Ulu Öndərin təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrından bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən fəxrlə qeyd edildiyini vurğuladı.
    Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Ramiz Şabanov yenicə istifadəyə verilmiş YAP rayon təşkilatının inzibati binasında ilk dəfə 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasını rayon təşkilatının qeydiyyatında olan 5903 nəfər YAP üzvləri üçün təbrik mesajı kimi qəbul olunduğunu qeyd etdi. Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Xəbərlər HƏRBİ HİSSƏLƏRDƏ “AÇIQ QAPI” GÜNÜ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-363%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-138Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı” günü keçirilib. Tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
    Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar. Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Ədəbiyyat BEYNƏLXALQ ANA DİLİ GÜNÜ üçün şərhlər bağlıdır

    13Ana dilim! Doğma Azərbaycan dilim. Anamın mənə layla dediyi, ahıl nənəmin nağıl söylədiyi dil! Vətənim Azərbaycan, anam Azərbaycan, dilim Azərbaycan.
    Haradır Azərbaycan?! Odlar ölkəsi Azərbaycan! Qoy bunu Səməd Vurğun desin:
    Min Qazaxdan köhlən ata
    Yalmanına yata-yata
    At qan tərə bata-bata
    Göy yaylaqlar belinə qalx
    Kəpəz dağdan Göy gölə bax.
    Ölkəni ölkə edən, yurdu yurd edən onun daxili zənginliyi, ən əsas isə onun dilidir. Dil fikrin, qəlbin ən incə, ən dərin hisslərini ifadə edir. Hər kəsin öz ölkəsinə olan məhəbbəti, öz doğma dilinə olan məhəbbətdən ayrılmazdır. Dilə ancaq onu dərindən öyrənməklə yiyələnmək olar. Buna görə də onu həyatımızın sonuna qədər fasiləsiz olaraq öyrənməliyik. İnsanın bütün həyatı dillə bağlıdır. Çünki dil insanın dünyaya gəldiyi ilk gündən insanın canına, qanına, beyninə və ürəyinə ana südü, ana laylası ilə daxil olur. Ona görə də təsadüfi deyil ki, uşaqların dil açarkən dediyi ilk söz “ana” sözüdür. Yer üzərində yaşayan hər bir insan ana ilə vətən sözlərini birgə işlədir.
    Ana dili həm də vətən rəmzidir. Daha ətraflı »

    Teqlər: