Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq
    Digər BUNLARI BİLMƏK MARAQLIDİR üçün şərhlər bağlıdır

    Hər gün hava yollarından ortalama 10 milyon adam istifadə edir.
    Pirat disklər orijinal disklərin gəlirlərini 52% azaldır.
    Son 3 ildə Azərbaycanda ən çox satılan maşın “Mercedes”dir
    İndiyənə qədər 1 aprel zarafatlarından 1000-ə qədər adam dün-yasını dəyişib.
    Yaponiyada küçələrin adları olmur.
    Kosmosda astronavtlar qışqıra bilmir, çünki orda cazibə qüvvəsi yoxdu, həmçinin onların gözlərindən yaş da gəlmir
    Indoneziyada bazarlıq edərkən satıcı pulu yerə atsa, son qiymət mənasına gəlir, yəni artıq razılaşıb.
    Hərbi salamı sol əllə vermək bütün dünyada qadağandır.
    İlk metro stansiya 1860-ci ildə Londonda acılıb.
    İlanlar eşitmir.
    Qarışqalar yatmır.
    Kirpilər suda batmır.
    Qütb ayıları solaxaydır.

    Teqlər:

  • 08Avq
    Digər YÜKSƏLİŞ STRATEGİYASININ TƏMƏLİNDƏ DÜŞÜNÜLMÜŞ SİYASƏT DAYANIR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı demişdir: “Ötən altı ayın nəticələri göstərir ki, Azər-baycan 2016-cı ili də uğurla başa vuracaq” . Prezident giriş nitqində bildirmişdir ki, aprel aylnda təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısı ordumuz tərəfindən igidliklə alınmış, əks hücum əməliyyatı nəticəsində 2000 hektar ərazi, eləcə də strateji əhəmiyyətli bir neçə yüksəklik düşməndən azad edilmişdir. Azərbaycan Ordusu azad edilən ərazilərdə öz hərbi mövqelərini möhkəmləndirmişdir.
    Ölkə rəhbəri nitqində Dağlıq-Qarabağ münaqişəsinin beynalxalq hüququn norma və prinsipləri, həm-çinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulamışdır: “Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır,“ – deyən dövlətimizin başçısı buna nail olmaq üçün həmsədr ölkələrin və ATƏT-in Ermənistana ciddi təzyiq göstərmələrinin vacibliyini diqqətə çatdırmışdır. Daha ətraflı »

    Teqlər:

  • 08Avq
    Digər ƏSAS QANUNUN İSLAHATLARI ZAMANIN TƏLƏBİDİR üçün şərhlər bağlıdır

    Cəmiyyət inkişaf etdikcə, təkmilləşdikcə, bu dəyişikliklərin əsas Qanunumuz olan Konstitusiyamızda da öz ək-sini tapması zərurəti meydana çıxır. Dövlət quruluşunun təməl prinsiplərini müəy-yənləşdirən Konstitusiya həm də cəmiyyət həyatının başlıca sahələrinə dövlətin müdaxiləsinin meyarlarını, bu sahədəki dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edir.
    Azərbaycan Respublikası-nın Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı sonuncu referendum 2009-cu il martın 18-də keçirilib. Ötən 7 ildə ölkəmizin həyatında böyük dəyişikliklər baş vermişdir.
    Məhz bunlar nəzərə alınaraq Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi məqsədi ilə növbəti ümumxalq səs-verməsi keçiriləcək. Dəyi-şikliklərin böyük qismi sırf insan hüquq və azadlıqları ilə bağlıdır və bunlar mütərəqqi xarakter daşıyır.
    İnanıram ki, həmişə olduğu kimi, sentyabrın 26-da keçi-riləcək referendumda da tər-tərlilər fəal iştirak edəcəklər. Biz Azərbaycanın gələcək yüksəlişinə, daha firavan həyatımıza səs verəcəyik.Ona görə ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin demokratik və sivil yolla inkişafına ən başlıca təminatdır.

    Səlimə Yusibova,
    Heydər Əliyev Mərkəzinin direktoru

    Teqlər:

  • 08Avq
    Digər GƏNCLƏR HƏRƏKATINA TÖHFƏ üçün şərhlər bağlıdır

    Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri və, mən hesab edirəm ki, ən mütərəqqi-si, gənclərin dövlət quruculuğunun bütün sahələrində fəal iştirakına şərait yaradılmasıdır. Belə ki, artıq hakimlikdən deputatlığa, nazir postundan Prezidentliyə qədər heç bir vəzifəyə yaş senzi olmayacaq. Yəni, seçkilərdə iştirak hüququ olan hər bir şəxs, xüsusən də 18 yaşından etibarən gənclər seçkili orqanlarda öz şanslarını sınaya biləcək, yaxud da fərasətli, bacarıqlı, istedadlı ali təhsilli gənclər yüksək vəzi-fələrə təyinat alacaqlar. Bu təklif gənclər hərəkatına yeni töhfə olacaq .

    Zabil Süleymanoğlu,
    Umudlu kənd tam orta
    məktəbinin direktoru

    Teqlər:

  • 08Avq
    Digər KONSTİTUSİYAYA TƏKLİF OLUNAN DƏYİŞİKLİKLƏR MİLLİ MARAQLARIMIZA XİDMƏT EDƏCƏK üçün şərhlər bağlıdır

    unnamedAzərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər dövlətimizin bundan sonra daha da güclənməsinə, xalqımızın mil-li maraqlarına xidmət edəcək. Ona görə də inanıram ki, xalqımız bu dəfə də Prezidentimizlə həmrəy olduğunu və onu dəstəklədiyini nümayiş etdirəcək.
    Bir təhsil işçisi kimi düşünürəm ki, Konstitusiyaya edilən dəyişikliklər Azərbaycan gənc- liyinə daha geniş imkanlar yaradacaq. Bu gün gəncləri-miz olduqca fəaldırlar.Onların yaxşı təhsil almaları, cəmiy-yətin fəal üzvlərinə çevril-mələri üçün ölkəmizdə hər cür şərait yaradılıb. Təklif olunan dəyişikliklər onların özlərini həyatda daha yaxşı doğrultmalarına şərait yaradacaq.
    Fitat Əliyeva, Qapanlı kənd tam orta mək

    Teqlər:

  • 08Avq
    Xəbərlər 26 sentyabr ümumxalq səsverməsi günüdür üçün şərhlər bağlıdır

    REFERENDUM ÜZRƏ TƏŞƏBBÜS QRUPU YARADILIB

    downloadYAP Tərtər Rayon Təşkilatının Qərargahında Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı öl-kəmizdə cari ilin sentyabr ayının 26-da keçiriləcək referendumda iştirakla əlaqədar ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi məqsədilə yığıncaq keçirilib.
    Yığıncaqda çıxış edən YAP rayon təşkilatının sədri Ramiz Şabanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitu-siyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respub-likasının Referendum Aktının layihəsinin Konstitusiya məhkəməsinə göndərilməsi barədə sərəncamı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Daha ətraflı »

    Teqlər:

  • 08Avq
    Kənd təsərrüfatı BARAMAÇILIQ BƏRPA OLUNUR üçün şərhlər bağlıdır

    baramaBu ildən rayonumuzda baramaçılıq yenidən bərpa olundu. Rayon üzrə 20 qutu baramaqurdu bəslənildi. Rayon statistika idarəsinin məlumatına əsasən, qəbul məntəqəsinə bir tona yaxın–959 kiloqram keyfiyyətli barama məhsulu təhvil verildi. Daha ətraflı »

    Teqlər:

  • 08Avq
    Kənd təsərrüfatı PAMBIQÇILIQ TƏSƏRRÜFATIN GƏLİRLİ SAHƏSİDİR üçün şərhlər bağlıdır

    Pambiq qozasi_0Rayon statistika idarəsinin məlumatına əsasən, ötən il rayonumuzun təsərrüfatlarında fermer və ailə fermer təsərrüfatlarının üzvləri 550 hektar sahədə pambıq becərdilər. Tədarük məntəqəsinə 893 ton məhsul təhvil verildi. Hektarın orta məhsuldarlığı 16,2 sentner oldu.
    Ötən ildən fərqli olaraq bu il rayonumuzda 1035 hektar sahədə pambıq becərilir. Bəyimsarov kəndində 106 hektar, Zona Təcrübə Stansiyasında 92 hektar, Qaynaq kəndində 84 hektar, Əksi-parada 65 hektar, Yuxarı Qapanlıda 60 hektar, Ələsgərlidə 56 hektar sahədə pambıq əkilib. Daha ətraflı »

    Teqlər:

  • 08Avq
    İqtisadiyyat 2016-cı İLİN BİRİNCİ YARISINDA TƏRTƏR RAYONUNUN SOSİAL-İQTİSADİ GÖSTƏRİCİLƏRİ üçün şərhlər bağlıdır

    Optimized-kend-teserrufati-masini-kombaynKənd təsərrüfatı. Bu ilin birinci yarısında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 34 milyon 275 min manat təşkil et-mişdir. Onun 21 milyon 323 min manatı bitkiçilik məhsullarının həc-mi, 12 milyon 952 min manatı heyvandarlıq məhsullarının həcmi olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 1,7 faiz artmışdır.
    46ffc929c931cc86d2cc612c01672a2bBitkiçilik. İyulun 1-i vəziyyətinə olan məlumatlara görə 5965,6 hektar sahə-də yazlıq bitkilər əkilmişdir. İyulun 1-i vəziyyətinə 12 min 99 hektar taxıl sahəsndən 40 min 825 ton taxıl məhsulları toplanmışdır. Hər hektardan orta hesabla 33,7 sentner məhsul götürülmüşdür. Biçilmiş 7817 hektar buğda sahəsindən 29 min 178 ton buğda, 4282 hektar arpa sahəsindən 11 min 647 ton arpa məhsulu toplanmışdır. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 37,3 sentner, arpa üzrə 27,2 sentner olmuşdur.
    Mövsümün əvvəlindən bəri 627,1 ton lobya, 339,8 ton qarğıdalı, 5375 ton kartof, 10646 ton tərəvəz, 627,1 ton lobya, 1535 ton meyvə istehsal edilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 08Avq
    Kənd təsərrüfatı QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    KƏND TƏSƏRRÜFATI İŞLƏRİNİN GEDİŞİ VƏ AQRAR SEKTORUN İNKİŞAF PERSPEKTİVLƏRİNƏ HƏSR OLUNAN MÜŞAVİRƏ KEÇİRİLİB

    TARTAR-1(2)TARTAR-7(2)Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupunun üzvləri Tərtər rayonunda olublar. Daha ətraflı »

    Teqlər: