Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl
    Digər 23 İL ƏVVƏL TƏRTƏRDƏ YAP-ın RAYON TƏŞKİLATI YARADILIB üçün şərhlər bağlıdır

    Изображение 065Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının qərargahında rayon təşkilatının yaradılmasının 23-cü ildönümü ilə əlaqədar təşkilatın Şura üzvləri, Gənclər Birliyi, Qadınlar Şurası, Nəzarət-Təftiş Qrupunun üzvləri, ərazi ilk partiya təşkilatı sədrləri və yerli mətbuatın nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədovun təklifi ilə tədbir iştirakçıları Ulu Öndər, partiyanın yaradıcısı Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Məruzə ilə çıxış edən YAP rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov qeyd edib ki, tarixi zərurətdən doğan və Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin rəhbərliyi altında doğma Azərbaycanımızın dünya dövlətləri içərisində tutduğu layiqli mövqeyinin möhkəmləndirilməsi yolunda yorulmaz fəaliyyət göstərir.
    1993-cü il iyul ayının 25-də yaradılan YAP Tərtər Rayon Təşkilatının sıralarında hazırda 5860 nəfər partiya üzvü vardır.
    Bu gün rayon təşkilatının üzvlərinin 3047 nəfərini qadınlar, 1431 nəfərini isə gənclər təşkil edir. Cari ilin ötən dövründə partiya sıralarına 149 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən insanlar qəbul olunmuşdur ki, onların da 78 nəfəri və ya 51 faizi gənclər, 104 nəfəri isə qadınlardır. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Xəbərlər BİLİK FONDUNUN ƏMƏKDAŞLARI RAYONUMUZDA SƏFƏRDƏ OLUBLAR üçün şərhlər bağlıdır

    Изображение 270(1)Qonaqları əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayaraq, onlara rayonda görülən işlər barədə məlumat verib. Rayon rəhbəri bildirib ki, Bilik Fondu fəaliyyətə başladığı gündən qurumun həyata keçirdiyi layihələr daim diqqət mərkəzində olub. Cəmiyyətin maariflənməsi istiqamətində Bilik Fondunun gördüyü işlərin təqdirəlayiq olduğunu bildirən icra başçısı qurumun yerli nümayəndəsinin rayonda mütəmadi olaraq maraqlı tədbirlər hazırladığını diqqətə çatdırıb.
    Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rayonun təhsil, mədəniyyət obyektlərində, yeni tikilmiş şahmat məktəbində, Tərtər Cümə məscidində olub, ermənilərin Qarabağa köçməsinin 150 illiyi münasibəti ilə inşa etdikləri “Marağa-150” abidəsinin qalıqlarına baxış keçirib, ictimaiyyət nümayəndələri ilə görüşüb. Bölgələrdə hər sahədə geniş islahatlar aparıldığını xatırladan Oktay Səmədov Bilik Fondunun missiyasının ölkədə gedən sürətli inkişaf barədə həm yerli, həm də dünya ictimaiyyətinə dolğun məlumat çatdırmaq olduğunu deyib.
    Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə olub, əsgərlərlə görüşüb, hərbi hissəyə kitablar hədiyyə ediblər.

    Teqlər:

  • 28İyl
    Digər REDAKSİYADA BAYRAM TƏDBİRİ üçün şərhlər bağlıdır

    Изображение 143Изображение 093Azərbaycan Milli Mətbuatının yaranmasının 141 illiyi münasibəti ilə “Yeni Tərtər” qəzeti redaksiyasında tədbir keçirildi. Tədbiri qəzetin redaktoru Tofiq Yusif açaraq kollektivi və eləcə də qəzətimizin oxucularını əlamətdar gün münasibəti ilə təbrik etdi. Tofiq müəllim banisi Həsən bəy Zərdabi olduğu Azərbaycan mətbuatının cəmiyyətimizin həyatındakı mühüm yerindən danışdı, müstəqillik illərində mediaya dövlət qayğısını bir daha xatırlatdı.
    O bildirdi ki, redaksiya kollektivinin gərgin əməyi sayəsində “ Yeni Tərtər ” də respublikamızda sayılan-seçilən bölgə qəzetlərindən birinə çevrilmişdir. Bu, həm də Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində ölkədə medianın inkişafına, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin bəhrəsidir.
    Rayonumuzun həyatının aynasına çevrilən, öz səhifələrində onun tarixini yazan və yaşadan “Yeni Tərtər” in fəaliyyətinə rayon rəhbərliyi də daim həssas yanaşır, burada çalışan əməkdaşların maddi və mənəvi həvəsləndirilməsinə qayğı göstərir. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Sosial YENİ AÇILMIŞ İŞ YERLƏRİ üçün şərhlər bağlıdır

    Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanyar 2014-cu ildən 1 iyul 2016-cü il tarixinə qədər olan dövr ərzində rayonda ümumilikdə 3790 olmaqla 1880 daimi iş yerləri yaradılmışdır. 2016-cı ilin birinci yarısı ərzində rayonda 1360 yeni , o cümlədən 1008 daimi iş yerləri açılmışdır. Bu dövr ərzində açılmış iş yerlərinin 70,2 faizi qeyri-dövlət sektorunda açılmışdır. 2016-cı ilin 6 ayı ərzində açılmış daimi iş yerlərinin 21,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,8 faizi mövcud müəssisə və təşkilatlarda, 9,9 faizi fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 45,9 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır.
    Yanvar-iyun ayları ərzində iqtisadi fəaliyyət növlərinə görə 1008 daimi açılmış yeni iş yerləri tam olaraq qeyri-neft sektorunda, o cümlədən 45,9 faizi fiziki şəxslərdə, 26,1 faizi sənaye sahəsində, 19,0 faizi tikinti sahəsində, 4,3 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 3,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 1,2 faizi təhsil sahəsində, 0,1 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 0,1 faizi digər sahələrdə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılmışdir.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər:

  • 28İyl
    Sosial GÜNÜ-GÜNDƏN GÖZƏLLƏŞƏN ŞƏHƏRİM üçün şərhlər bağlıdır

    0306Tərtər cəbhə bölgəsində yerləşir, mənfur qonşularımız olan ermənilərlə üzbəüz yaşayırıq. Buna baxmayaraq, şəhərimiz günbəgün qurulur, gözəlləşir. Həyat oz axarı ilə davam edir. Bu gözəlliyi hamı görür. Hətta şəhərimizə gələn istər yerli, istərsə də xarici qonaqlar bu gözəllikdən zövq alırlar.
    Quruculuq-abadlıq işləri son illər daha da surərləndirilib. Belə ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzi meydan yenidən qurulmuş, meydanın 8200 kvm sahəsi yeni keyfiyyətli tamet daşı ilə üzlənmişdir. Yagış sularının axıdılması üçün 500 metr yeni kanalizasiya xətti çəkilmişdir. Heydər Əliyev prospektində və şəhərin digər yaşayış məhəllələrində 4 500 metrdən çox su xətti yenilənmişdir. Şəhərin Nizami küçəsində 100 yerlik körpələr evi-uşaq bagçası, Heydər Əliyev prospektində kənd təsərrüfatı idarəsi üçün inzibati laboratoriya binası, Şahmat məktəbi inşa olunmuşdur. Gənclər Mərkəzinin və təhsil şöbəsinin inzibati binalarının fasad hissələri aqlay daşı ilə üzlənmişdir. Mərkəzi meydanın yaxınlığında bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi uçmərtəbəli inzibati binanın əsaslı təmir işləri başa çatdırılmışdır. Şəhərin E. Səfərov küçəsində Qarabağ müharibəsi, əlillər və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış evi rayon icra hakimiyyətində mənzil növbəsində duran əlillərə və şəhid ailələrinə paylanmışdır. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Xəbərlər TARİX-DİYARŞÜNASLIQ MUZEYİ TİKİLİR üçün şərhlər bağlıdır

    02Bu günlərdə Tərtər şəhərindəki Heydər Əliyev prospektində tarix-diyarşünaslıq muzeyi binasının tikintisinə başlanmışdır. Binanın umumi sahəsi 1200 kvmetr olmaqla zirzəmili və ikimərtəbəli nəzərdə tutulmuşdur. Hazırda obyektin bünövrəsi qazılmış, beton işləri görülmüş, binaya lazım olan inşaat materiallarının bir hissəsi gətirilmişdir.
    Şəhərin mərkzindəki Yeni Azərbaycan Partiyasının, yaraşıqlı şahmat məktəbinin binaları ilə bir sırada ucaldılacaq tarix-diyarşünaslıq muzeyi binasının tikintisi şəhərimizin gözəlliyini daha da artıracaqdır. Ilk günlərdən başlayaraq inşaat işləri sürətlə davam etdirilir. Yeni obyektin tikintisinə xeyli işçi qüvvəsi və texnika cəlb olunmuşdur.

    Teqlər:

  • 28İyl
    Xəbərlər YENİ KÖRPÜ SALINIR üçün şərhlər bağlıdır

    04Tərtərdə tikinti-quruculuq, abadlıq işləri davam edir. Hər yenilik rayonumuzun gözəlliyini daha da artırır. Belə yeniliklərdən biri də Sarıcalı kəndi ilə Zolgörən kəndi istiqamətində Tərtər çayının üstündə inşasına yeni başlanmış mühüm strateji əhəmiyyətli körpünün tikintisidir.
    Körpünün sifarişçi təşkilatı “Azəravtoyol” ASC, podratcı təşkilat isə “Körpü-Bina-Tikinti” MMC-dir.
    Körpünün uzunluğu 112 metr, eni 12 metr olmaqla 4 tağlıdır.

    Mirzə Nəsir

    Teqlər:

  • 28İyl
    Sosial UĞURLU LAYİHƏ üçün şərhlər bağlıdır

    01Redaksiyamizin qonağı sabirabadlı Rüstəm Məmmədovdur. Sabirabadlı olsa da, şəhərimizdə Rüstəm müəllimi bəzi yerli sakinlərdən daha yaxşı taniyırlar. Adını hörmətlə çəkirlər. “Nəyə görə?” sualının cavabını isə onunla söhbətimiz zamanı aydınlaşdırdıq. Öyrəndik ki, Rüstəm Məmmədov 1963-cü ildə Sabirabad rayonunda doğulub. İnşaat Mühəndisləri İnstitutunun məzunudur. İlk iş yeri Muğan su Tikinti Trestində iş icraçısı olub. Hazırda Tərtər rayonunda su və kanalizasiya sistemlərinin yenidən qurulmasını həyata keçirən şirkətdə sahə rəisi vəzifəsində çalışır.
    Bu layihənin icrasına 2015-ci ilin iyun ayında başlanıb və cari ilin dekabrında işlər yekunlaşmalıdir.

    – Rüstəm müəllim, bir ildən çoxdur ki, rayonumuzdasınız. Tərtər və tərtərlilər haqqında fikrinizi bil-mək maraqlı olardı.
    – Bu rayona gələnədək respublikamızın müxtəlif regionlarında yeni su və kanalizasiya sistemlərinin çəkilişində çalışmışam. Azərbaycanın bütün bölgələri gözəldir, insanlar hər yerdə qonaqpərvərdilər. Amma, mən bunu səmimi deyirəm, Tərtərdəki kimi isti münasibəti heç yerdə görməmişik. Bu, birinci növbədə rayon rəhbərinə aiddir. İlk günlərdən rəhbərlik bu layihənin müvəffəqiyyətlə icra olunmasından ötrü bizə bütün lazımi şəraiti yaratdı. Bu gün də rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun diqqətini hiss edir və onun köməyinə arxalanırıq. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Digər MÜSTƏNTİQLƏRİN “DOSTLUĞU”, YOXSA DƏLƏDUZ QADININ FƏRASƏTİ? üçün şərhlər bağlıdır

    01Itnən pişik, pişiknən siçan, tülküynən xoruz “dostluq” edə bilirsə, bəs niyə polisnən oğru, müstəntiqlə cinayətkar “dostluq” etməsin? Əgər belə “dostluq” olmasaydı, əvvəllər iki dəfə məhkumluq həyatı yaşamış, sonralar dəfələrlə ağır cinayət əməlləri törətmiş Tərtər şəhərinin sakini Kərimova Sevinc Sultan qızı Tərtər Rayon Polis Şöbəsinin İstintaq Qrupunun müstəntiqi Firuz Nuriyevin və Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Rəhim Ağamalıyevin sayeyimərhəmətindən indi azadlıqda gəzib, öz dələduzluq cinayət əməllərini davam etdirməz, “qaz vurub qazan doldurmaz”, həbsxananın bir küncündə dizlərini qucaqlayıb oturardı, öz hərəkətlərinin peşimançılığını çəkərdi.
    Bu hadisə barədə dəfələrlə yazmışıq–mətbuatda çoxlu sayda məqalələr dərc olunub, Respublikanın Ədliyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Bərdə Rayon Prokurorluğuna yazılı müraciətlər olunub… Lakin dələduz Sevinc Kərimovanın “xətrinə heç kim dəyməyib”, ona “gözün üstə qaşın var” deyən olmayıb. Belə-belə “xiyar əyri bitib”, cinayətkara kömək olunub, ona münbit şərait yaradılıb. Cəzasızlıq mühitində isə, əlbəttə, cinayətkarlıq törəyib artır, kriminal durum həddindən çox gərginləşir. “Çanaq” bircə Tərtər Məhkəməsinin sabiq hakimi Həsən Qəniyevin “başında çatladı”–onun iş yerini Kəlbəcər Məhkəməsinə dəyişdilər.
    Sevinc Kərimova tərəfindən son zamanlar törədilmiş cinayət əməllərinin qısa məzmunu belədir: Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Kəndlərimiz QƏDİM ZOLGÖRƏN KƏNDİ üçün şərhlər bağlıdır

    Изображение 388Azərbaycanda Sovet hökuməti qurulmamışdan öncə Zolgörən kəndi Abbas bəyin mülkü olmuşdur. Ərazisinin mərkəzində üçmərtəbəli otuz mənzilli bina, iki kərpic zavodu, ərzaq və sənaye dükanları, kəhriz quyusu və s. tikinti obyektləri olmuşdur. Zolgörən sözü düz görmə mənasını verir. Zolgörən kəndində olan bina diqqəti cəlb edərək, burada elmi işlər aparılmasına işarə verir. 1993-cü ildə Tərtər rayonunun Zolgörən kəndində Moskvanın göstərişi ilə Azərbaycan Dövlət Seleksiya Stansiyası deyilən bir idarə yaradılır və idarəetmə Moskva tərəfindən aparılır. El arasında bu söz “seleksonnı” kimi işlədilirdi. Burada elmi müəssisənin yaradılmasından öncə rus dilində yeddiillik məktəb, körpələr evi-uşaq bağçası, səhiyyə məntəqəsi, radioqovşağı, gecələr elektrik işığı verilməsi üçün xüsusi bina, yaşayış üçün ictimai binalar tikilir. Bu işlər başa gəldikdən sonra Rusiyadan ziyalı ailələr Zolgörən həndinə köçürülür. 1933-1957-ci ilədək idarəetmə Moskva tərəfindən həyata keçirilirdi. 1957-ci ildən Azqosselekstansiya sözü ləğv olundu və əvəzində Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun təcrübə bazası yaradıldı.
    Tərtər BTS-də aparılan elmi işlər nəticəsində alınan yeni dənli bitkilər, buğda və arpa növləri təkcə Azərbaycanda deyil, SSRİ məkanında da öz şöhrətini tapmışdır.
    Eləcə də bura alimlərin yetişməsinə də öz töhfəsini vermişdir. Belə ki, bir çox alimlərin–Abdullla Abdullayev, Yolçu Bayramov, Bəyiş Mirzəyev, Valeh Paşayev, Əmir Quliyev, Vəli İbadov, Abdin Abdullayev, Şirin Sarıyev, Tofiq Məmmədov, Mehman Babayev, Fərman Qurbanov kimi insanların elmə yolu buradan keçmişdir. 1983-cü ildə Tərtər Bölgə Təcrübə Stansiyasının 50 illik elmi yubleyi dövlət tərəfindən ən yüksək səviyyədə Zolgörən kəndində qeyd olundu. Daha ətraflı »

    Teqlər: