Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Apr
    Ədəbiyyat Köhnə yazılarımızdan üçün şərhlər bağlıdır

    MOLLA PƏNAH VAQİF TƏRTƏRDƏ YAŞAMIŞDIR

    983D3DF9-E4EC-4A9D-B674-5E4D737F53C9_w640_sXVIII əsrin görkiəmli Azarbaycan sairi Molla Pənah Vaqif 1717-ci ildə Qazax rayonunun Qıraqsalahlı kəndində anadan olmuşdur. O, mükəmməl təhsil almış astronomiya ilə maraqlanıb, bacarıqlı memar olmuşdur. Molla Pənah Vaqif fars, ərəb dillərini gözəl öyrənmişdir. 1750-ci ilin axırlarında öz ailəsi ilə birlikdə Qarabağın Tərtər mahalına köçüb gələn şair bir müddət burada yaşayıb-yaradır.
    Mənbələrdə göstərilir ki, Molla Pənah Vaqif Tərtərbasarın Sarıcalı kəndində məktəb açaraq orada müəllimlik etmişdir.
    Bir neçə il bundan əvvəl bu məsələ ilə əlaqədar Sarıcalı kəndinə getdim. Nəsillərin yaddaşında qalanlar budur ki. Vaqif tez-tez Tərtər çayına tamaşa edərmiş. Haylı-haraylı çayı seyr etməkdən çox xoşlanarmış. Görünür, şair Tərtərin sahillərində yazıb-yaradırmış. Məni çox maraqlandıran bir sual vardı qarşımda. Görəsən Molla Pənah Vaqif Tərtərdə neçə il yaşamışdır. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Sosial ƏSAS PRİNSİP İNSANSEVƏRLİKDİR üçün şərhlər bağlıdır

    скачанные файлы1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti keçmiş SSR-i Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyi daxilində fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsi zamanı cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını xüsusi qeyd etmək lazımdır. O zaman bu kursları bitirənlər döyüş bölgələrində minlərlə insanın həyatını xilas etmişlər. Şəfqət bacılarından 2 nəfəri xüsusi fədakarlıqlarına görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yüksək mükafatı- “Florens Naytingel” medalı ilə təltif edilmişlər.
    1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Respublikada nümayəndəliyi açılmışdır.
    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 7 fundamental prinsipləri var. Bunlar-İnsansevərlik, qərəzsizlik , neytrallıq, müstəqillik könüllülük, birlik, universallıqdır. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Digər Təbiət və biz üçün şərhlər bağlıdır

    YAŞAMAQ ÜÇÜN TƏBİƏTİ QORUMALIYIQ

    imagesAiləmiz Zeynəb Əhmədova küçəsində yaşayır. Buranı Axundov küçəsinin kiçik qolu da hesab etmək olar. Vaxtilə küçəmizdən üç arx keçirdi. İndi bunların ikisində su olmur. Yalnız Təley arxı gecə-gündüz öz gur, bərəkətli sularını məhsul əkib-becərən kənd əməkçilərinə çatdırmağa tələsir.
    Ermənilər sərsəngdən gələn suyun qarşısını kəsəndən, alternativ su mənbələri axtarmağa başlamışıq və indi rayonumuzda subarterian quyularının sayı gündən-günə çoxalır. Əlbəttə, bu, vəziyyətdən çıxış yoludur. Amma ağsaqqallar deyirlər ki, yerin təkindən çıxan su başlanğıcını uca dağlardan götürərək, minbir minerallarla zənginləşən suyun yerini heç zaman verməz. Ona görə də insanlar arx sularının qədrini daha çox bilməlidirlər. Bəs biz nə edirik? Əlimizə keçən zibili arxlara töküb bunları bərbad vəziyyətə salırıq.
    Hər səhər Təley arxının yanından keçib nəvəmi məktəbə aparıram. O da sualı-sual ardınca yağdırır: Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Milli-mənəvi dəyərlər Dövlət müşaviri Kamal Abdullayev Nevada Ştat Assambleyasının sədri ilə görüşüb üçün şərhlər bağlıdır

    Foto amerikalı senatorFoto amerikalı senator 4 (1)Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Nevada Ştat Assambleyasının spikeri Con Həmbrik (John Hambrick) ilə görüşüb. Qeyd edək ki, 29 aprel 2015-ci ildə Con Həmbrikin birbaşa dəstəyi ilə Nevada Ştat Assambleyası (Parlamenti) tərəfindən Azərbaycanda mövcud olan multikultural durum və tolerantlıq ənənələrinin təqdir olunduğu  sənəd qəbul edilib.

    Dövlət müşaviri Kamal Abdullayev qonağı salamlayıb, Azərbaycanla bağlı xeyirxah fəaliyyətinə görə Con Həmbrikə minnətdarlığını bildirib: “Azərbaycanda sizi yaxşı tanıyırlar. Ədalətin tərəfində olduğunuz üçün sizə təşəkkür edirik. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə deyir ki, Dağlıq Qarabağ problemində həmişə dünya ictimaiyyətinin dəstəyinə arxalanırıq. Siz də dünya ictimaiyyətinin dəyərli nümayəndələrindən birisiniz. Xalqımız  Azərbaycanla bağlı gördüyünüz işlərə görə sizə ən xoş arzularını çatdırır”. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Xəbərlər PREZİDENT İLHAM ƏLİYEV: BİZ BÖYÜK HƏRBİ QƏLƏBƏNİ QAZANDIQ üçün şərhlər bağlıdır

    14596784613092358506_1000x669Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda çıxış edib.
    Prezident İlham Əliyev deyib:
    – Bu gün Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir. Təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuşdur.
    Bu silahlı təxribat nəticəsində itkilərimiz olmuşdur. Hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar.
    Həlak olanların xatirəsi iclasda bir dəqiqəlik sükutla yad edilmişdir.
    Fikrini davam etdirən ölkə başçısı bildirib ki, “bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır”. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Xəbərlər CƏBHƏDƏ VƏZİYYƏT GƏRGİNLƏŞDİ: ERMƏNİLƏR HÜCUMA KEÇDİ; ÖLƏN VƏ YARALANANLAR VAR . AZƏRBAYCAN ORDUSU LAYİQLİ CAVAB VERDİ üçün şərhlər bağlıdır

    Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
    Bildirilib ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib: “Qısa müddətdə həyata keçirilən sürətli əkshəmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
    Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib”. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Xəbərlər TƏRTƏRİN DAHA BİR QƏHRƏMAN OĞLU ŞƏHİD OLDU üçün şərhlər bağlıdır

    nİCATAprelin 2-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə şəhid olan Tərtərin daha bir qəhrəman oğlu- “N” saylı hərbi hissənin giziri İsgəndərov Nicat Bəhruz oğlu aprelin 3-də doğulduğu Tərtər şəhərində torpağa tapşırıldı.
    Dəfn mərasimində şəhidin doğmaları ilə birgə Tərtər Rayon İcra Hakimiyyətinin, “N” saylı hərbi hissənin, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və Milli Məclisin deputatı Sahib Alıyev iştirak etdilər.
    Şəhidlə vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Vətən Müharibəsi Veteranları İctimai Birliyi rayon şöbəsinin sədri Nizami Heydərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Suliddin Yusibov və digərləri çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdilər, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Nicat İsgəndərovun xatirəsinin tərtərlilərin qəlbində həmişə yaşayacağını bildirdilər.
    Dəfn mərasimində şəhidin atası Bəhruz İsgəndərov Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirdi.

    Teqlər:

  • 07Apr
    Xəbərlər ŞƏHİD ELŞAD ABBASZADƏNİN ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİYİ “HƏRBİ XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” MEDALI AİLƏSİNƏ TƏQDİM OLUNUB üçün şərhlər bağlıdır

    Изображение 052Tərtər rayonunun Kəngərli kəndində martın 25-də qoşunların təmas xəttinin Tərtər rayonu istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, kiçik çavuş Abbaszadə Elşad Raquf oğlunun ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın təqdim edilməsi mərasimi keçirilib.
    Müdafiə Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ müharibəsi veteranları və əlillərinin, kənd sakinlərinin, məktəblilərin və hərbi qulluqçuların iştirak etdiyi mərasimdə şəhid əsgərlərimizin şücaətindən bəhs olunub, ruhlarına dualar oxunub.
    Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani şəhidin ailəsinə başsağlığı verib. Bildirib ki, martın 25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonu ərazisində qoşunların təmas xəttində təxribat törətməyə cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilərək, qarşısı alınıb. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Xəbərlər TƏRTƏRLİLƏR ORDUMUZUN ZƏFƏRİNİ ALQIŞLAYIRLAR üçün şərhlər bağlıdır

    Изображение 001211Изображение 055Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında Respublika Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bağlı Tərtər rayon fəallarının yığıncağı keçirilmişdir. Yığıncağı rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açmış, Qarabağ döyüşlərində həlak olmuş bütün şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı vermiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
    Rayon rəhbəri bildirmişdir ki, Tərtər rayonu düşmənlə 48 km təmas xəttində yerləşir. Mütəmadi olaraq yaşayış məntəqələrimiz ermənilər tərəfindən atəşə tutulur. Mülki şəxslər yaralanır. Aprelin 1-dən 2-nə keçən gecə yenə də Tərtər rayonu düşmən tərəfindən atəşə tutulmuşdur. Ordumuz düşmənə layiqli cavabını vermişdir.
    Gedən döyüşlərdə aprelin 2-də erməni silahlı qüvvələri tərəfindən rayonun yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 10, Qapanlı kəndində 42, Yuxarı Qaradağlı kəndində 35, Qaraağacı kəndində 17, Seydimli kəndində 1, Şıxarx qəsəbəsində 35, Azadqaraqoyunlu kəndində 5, Dəmirçilər kəndində 2, Çaylı kəndində 8, cəmi 155 yaşayış evinə ziyan dəymişdir. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Xəbərlər TƏRTƏRLİLƏR 31 MART–AZƏRBAYCANLILARIN SOYQIRIMI ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ YAD ETDİLƏR üçün şərhlər bağlıdır

    Изображение 018Изображение 024Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə 31 mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları rayon məktəblilərinin 31mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm işlərindən ibarət sərgiyə baxmışlar. Sonra Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxumuş, onların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı bədnam erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır Daha ətraflı »

    Teqlər: