Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek
    Tərtər RİH-də BAYANDURLU KƏNDİNDƏ SƏYYAR QƏBUL üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Kəbirli kənd İƏD üzrə nümayəndəliyin Bayandurlu kəndin-də olub.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Təhsil HƏR BİR ŞAGİRD İSTEDADDIR üçün şərhlər bağlıdır

    Şəhər 3 saylı ümumi orta məktəbdə tarix müəllimi Kifayət Kərimovanın təşəbbüsü ilə şagirdlər arasında “Bilik yarışı” keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin nümayəndəsi Gülxar Abbasova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, tarix-diyarşünaslıq muzeyinin direktoru Aybəniz Şahbazi və valideynlər iştirak ediblər.
    “Bilik yarışı”nın açılışında Azərbaycanın himni səslənib. Kifayət Kərimova öz çıxışında bildirib ki, hər bir şagird öz Vətəninin, doğulduğu şəhərin dünənini və bugününü yaxşı bilməli, tariximizi dərindən öyrənməlidir.
    Sonda məktəbin direktoru Dilşad Məmmədova şagirdləri təbrik edərək, qalibləri Fəxri fərmanla mükafatlandırıb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Dek
    Digər XEYRİYYƏ AKSİYASI KEÇİRİLİB üçün şərhlər bağlıdır

    1995-ci ildən BMT-nin təşəbbüsü ilə hər il dekabrın 19-da dünya ictimaiyyəti Kasıblara Beynəlxalq Kömək Gününü qeyd edir. Dünya iqtisadiyyatı çox sürətlə inkişaf etsə də, zəngin və dəbdəbəli həyat sürənlər kifayət qədər çox olsa da, yoxsulluq yenə də bəşəriyyətin əsas problemlərindən biri olaraq qalır. Əksər ölkələrdə kasıblara həm dövlət təşkilatları və beynəlxalq proqramlar vasitəsilə, həm də müxtəlif dini və xeyriyyə təşkilatları, eləcə də ayrı-ayrı adamlar yardım göstərirlər.
    Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondunun Qarabağ Regional “Bilik evi” tərəfindən həmin gün rayonumuzda da xeyriyyə aksiyası keçirilib. Bir neçə yoxsul ailəyə ərzaq yardımı edilib.
    Aksiyanın keçirilməsində məqsəd həmçinin bu ailələrin problemlərinə cəmiyyətin diqqətini yönəltmək olub.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Dek
    Sosial QAÇAY MEHDİYEV KÜÇƏSİ ABADLAŞDIRILIR üçün şərhlər bağlıdır

    Şəhərimizin ən yaraşıqlı küçələrindən biri olan Qaçay Mehdiyev küçəsində abadlıq işlərinə başlanılıb. Burada divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya–işıq, qaz, su və telefon xətləri qaydaya salınır. Ağacların artıq budaqları kəsilir və digər təmizlik işləri görülür. Bu işlər başa çatandan sonra isə küçəyə asfalt örtük salınacaq.
    Küçənin abadlaşdırılması sakinlər tərəfindən böyük razılıqla qarşılanır.
    Valeh İsfəndiyarov:
    -Son illər Tərtər şəhəri çox dəyişib, gözəlləşib. İndi bizim küçədə də görülən işlər ürəyimizdən xəbər verir. Buna görə də rayon rəhbərliyinə öz minnətdarlığımızı bildiririk.
    Namiq Əsədov:
    -Bizim küçə Tərtərin ilk şəhidi olan Qaçay Mehdiyevin adını daşıyır. Amma son vaxtlar buranın görkəmi şəhərimizin ümumi görünüşündən bir az geri qalırdı. Bəzi elektrik və telefon xətləri, qaz və su boruları səliqəsizlik yaradırdı. indi bütün bu nöqsanlar aradan qaldırılır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Dek
    İdman DİPLOMLA TƏLTİF EDİLDİLƏR üçün şərhlər bağlıdır

    Şəhər 1 saylı tam orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş boks idman növü üzrə rayon birinciliyi keçirildi.Yarışda müxtəlif çəki dərəcələri üzrə ümumilikdə 30 idmançı iştirak etdi. Qalib olan boksçular rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla təltif edildilər. Rayonda idmanın inkişafında fəal iştirakına görə boks üzrə məşqçi müəllim Faiq Məmmədov ayrıca olaraq diplomla təltif edildi.

    Tərtər Rayon Gənclər
    və İdman İdarəsi

    Teqlər:

  • 27Dek
    Digər BU, SÜLHƏ ÇAĞIRIŞ DEYİL, İŞĞALÇI ÖLKƏNİ DƏSTƏKLƏMƏKDİR üçün şərhlər bağlıdır

    Məlum olduğu kimi, bu ilin oktyabr ayında bir qrup rusiyalı qadınla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın arvadı Anna Akopyan buradan “Qadınlar sülh uğrunda” təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsdə əsas məqsəd kimi əsgər və günahsız insanların ölümünün qarşısının alınması göstərilib.
    Biz, cəbhə bölgəsində yaşayan, 1988-ci ildən bəri müharibənin bütün dəhşətlərini görən, qadınlar Anna Akopyana və işğal altında olan Azərbaycan torpaqlarına səfər etmiş rusiyalı qadınlara sual vermək istəyirik: “Bu, sülhə çağırışdır, yoxsa işğalçı ölkəni dəstəkləməkdir?”.
    Biz həmçinin rusiyalı qadınların Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ünvanlandırdıqları məktubu və hörmətli Leyla xanımın onlara cavabını çox diqqətlə oxuduq.
    Rusiyalı qadınlar öz məktublarında səmimi etiraf edirlər: “Dağlıq Qarabağ münaqişəsinin çoxəsrlik səbəblərinin necə dərin və mürəkkəb olduğunu başa düşürük. Biz çox şeyi bilmirik, heç kəsi qınamağa haqqımız və hazır qərarlarımız yoxdur”. Bu sözlərə Leyla xanım Əliyevanın tutarlı cavabı, Dağlıq Qarabağın tarixinə, ermənilərin bura köçürülmələrinə aid dəqiq məlumat verməsi hər birimizin ürəyincə olub. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər YENİ İL ƏRƏFƏSİNDƏ QAÇQIN ŞƏHƏRCİYİNDƏ BİR GÜN üçün şərhlər bağlıdır

    Tarixin bir ili də artıq tamamlanaraq xatirəyə çevrilir. İllərin qovuşuğunda gözəl, yaraşıqlı, müasirliyi ilə göz oxşayan yeni qaçqın qəsəbəsindəyik. Mənfur qonşularımızın xəyanəti nəticəsində darmadağın olan bölgələrimizin öz yurdunda qaçqına, məcburi köçkünə çevrilən insanlarını xatırlayıram. Sıralanan bu binalar qoynuna sığınan insanların rifahı üçündür.
    Ölkə Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın Tərtərə sonuncu gəlişində bu qəsəbənin açılışı oldu.
    Yola saldığımız ilin başlanğıcında burada 34 çoxmərtəbəli binada 1176 qaçqın ailəsi yerləşdirildi ki, bu da 4691 nəfərin rahatçılığına, yaşayışının yaxşılaşmasına səbəb olub. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər Bizim azərbaycanlılar üçün şərhlər bağlıdır

    GÜC BİRLİKDƏDİR

    20 ildir ki, Ukraynanın Xarkov şəhərində “Aynur-Xatun” adlı qadınlar cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyətin sədri İsmayıllı rayonunun Basqal kəndindən olan Kifayət Cəfərovadır. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qarşısında Kifayət xanımla əlaqə saxlayıb, cəmiyyətin fəaliyyəti barədə qəzetimizə məlumat verməsini xahiş etdik. O dedi:
    –Harada yaşamağımızdan asılı olmayaraq, hər birimizin bir Vətəni var – Azərbaycan. Dilimiz, dinimiz və adət-ənənələrimiz də dəyişməzdir. Lakin bütün bunları qəriblikdə yaşatmaq, qorumaq, ən başlıcası isə, gənc nəslə aşılamaq o qədər də asan deyil. Ona görə 20 il əvvəl mən qərara aldım ki, yaşadığımız Xarkov şəhərində azərbaycanlı qadınları bir araya gətirərək, bu istiqamətdə işlər aparaq. Yəni cəmiyyətimizin əsas məqsədi övladlarımızı milli ruhda böyütmək, onlara öz ana dilimizi öyrətməkdir. Eyni zamanda, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, qadınlarımızın sosial problemlərinin həllinə kömək edir, Ukraynada xalqımızın qədim mədəniyyətini, adət-ənənələrimizi təbliğ edirik.”Bazar günü” məktəbi yaratmışıq. Övladları ilə bərabər valideynlər də bu məktəbin məşğələlərində həvəslə iştirak edirlər. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər ÖMRÜN NAXIŞLARI üçün şərhlər bağlıdır

    Murad Allahverdiyev, Avropa çempionu:
    –2018-ci ildə Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyində irlandiyalı Patrik Myersi 5:0 hesabı ilə məğlub edib fəxri kürsünün ən yüksək pilləsinə qalxdım.
    Bu döyüşədək isə türkiyəli Əmir Böyükdağa, belaruslu Vladislav Novikova və rusiyalı Andrey Voyvodinə qalib gəlmişdim.
    Bu ili idman karyeramda ən unudulmaz bir tarix kimi daim xatırlayacağam. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər 2018-ci il oxucularımızın gözü ilə üçün şərhlər bağlıdır

    AİLƏMİZİN MİNNƏTDARLIĞINI BİLDİRİRƏM

    İllər bir-birini əvəz edir. Xalqımızın yaddaşına zəfər tarixi kimi yazılan Aprel hadisələri də bizdən uzaqlaşır. Amma həmin günlərdə böyük qəhrəmanlıq və şücaət göstərmiş oğullarımızın adları unudulmur. Bunu ötən il şəhərimizin yaraşıqlı küçələrindən birinə övladımız Nicat İsgəndərovun adının verilməsi də göstərdi. Burada Nicatın barelyefi qoyulub, küçə başdan-başa abadlaşıb.
    Açıılış mərasimində rayon rəhbərinin, ictimaiyyət nümayəndələrinin şəhidlər haqqında, o cümlədən Nicat barədə dedikləri sözlər qəlbimizə məlhəm oldu.
    Rayonumuzda bu istiqamətdə görülən işlər Prezidentimiz, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən qayğının bariz nümunəsidir. Bu qayğı və diqqətə görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə ailəmizin minnətdarlığını bildirirəm.

    Maya İSGƏNDƏROVA,
    şəhid anası

    Teqlər: