Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan
    Xəbərlər 700-dən ARTIQ “ELDAR ŞAMI” ƏKİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və sakinlər fəal iştirak ediblər.
    Aksiya zamanı “Tərtər-Şıxarx” avtomobil yolunun kənarında təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Yan
    Təhsil ÖRNƏK OLASI ÖMÜR YOLU üçün şərhlər bağlıdır

    Xalq arasında belə bir deyim var: “Filankəs təpədən-dırnağa ziyalıdır”.
    Həqiqətən də Zabil müəllimin danışığı, oturuşu-duruşu, ailədə, cəmiyyətdə rəftarı, hörməti və izzəti hər kəsdən fərqlidir. Nə yaxşı ki, ətrafımızda belə insanlar var! Onun varlığı səmimiyyətdən yoğrulub sanki. Hərdən kövrək bulağa dönməyi də var. Bu, qibtə olunası ziyalılarımızdan biri–hamının hörmətini qazanmış, necə deyərlər böyüklə böyük, kiçiklə-kiçik olan, bütün vücudu ilə duyğulu bir insan olan Zabil Zeynalovdur.
    Zabil müəllimi rayonumuzda kiməsə tanıtmağa ehtiyac yoxdur. Sadəcə münasibət yaradıb, dünyanın azından-çoxundan, dərdindənsərindən, Vətəndən, yurddan, ellərimizin dağından-daşından söz salasanız bəs edər. Onda görərsən ki, necə təəssübkeş insanlar var. Qarşısındakı həmsöhbəti ilə elə mülayim, elə səmimi danışar ki, fikirlərini elə yana-yana bölüşəcək ki, ayrılanda düşünəcəksən: bu insan yox, ipək kələfidir. Bəlkə də bu xüsusiyyətlər onda Vətən yanğısından, el-obasına, doğma Umudluya həsrətdən irəli gəlir?! Bəlkə də elə qanında, canındadır?! Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Təhsil FƏXRİ AD MƏSULİYYƏT HİSSİMİ ARTIRIR üçün şərhlər bağlıdır

    Müəllim Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Əməkdar müəllim” adına layiq görülənlərdən biri şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Tahirə Quliyevadır. Tahirə müəllim həm də noyabr ayının 28-də keçirilmiş Azərbaycan Müəllimlərinin qurultayının iştirakçısı olub. Qabaqcıl təhsil işçisini redaksiyamıza dəvət edib, ürək sözlərini dinlədik. O dedi:
    –“Əməkdar müəllim” adı möhtərəm Prezidentimiz tərəfindən müəllimlik fəaliyyətimə verilən yüksək qiymətdir. Bu qiymətə, eləcə də ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Eləcə də məni bu təltifə layiq bilən rayon rəhbərliyinə, təhsil şöbəsinə və çalışdığım kollektivə təşəkkür edirəm.
    Tahirə müəllim onu da söylədi ki, əmək fəaliyyətinə rayon komsomol komitəsində statist kimi başlayıb. Sonralar orada uçot və maliyyə bölməsinin müdiri təyin edilib. Gənclərlə işləmək həvəsi də onda bu illərdə yaranıb. 1985-ci ildə Gəncə Dövlət Universitetini bitirib. Tahirə Quliyeva 1994-cü ildən pedaqoji fəaliyyətə başlayıb. Elə o vaxtdan da şəhər 6 saylı tam orta məktəbdə çalışır. Bu müddətdə məktəbdə yüzlərlə vətənpərvər, savadlı gəncin yetişdirilməsində onun da zəhməti var. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

    HEÇ OLMASA HƏRDƏN “DƏLİ KÜR”ü XATIRLAYIN

    Ağlım kəsəndən, ailədən, qohum-qonşudan, təhsil aldığım məktəbdən, çalışdığım iş yerindən anladığım, duyduğum dəyərlərimizi heç bir ölkənin, millətin dəyərlərinə tay tutmamışam. Həm adətlərimiz, mədəniyyətimiz, mətbəximiz, tərbiyəmiz, hətta qanunlarımız belə öz ölçü-biçimində, aliliyində həmişə fərqlənib və fərqlənir. Lakin müasir dövrümüzdə bəzən hardasa yanlışlıq, sarpmalar özünü büruzə verir. Bunu müşahidələrimə əsaslanaraq qələmə alıram. Bu işdə ətraf mühitin təsirinin gücü də əsas rol oynayır. Bəzən gənclərimiz ətraf təsirdən düşünülməmiş səhv istiqamətlərə meyllənir, nəsil-nəcabətinə yaraşmayan, ailələrinə, doğmalarına, hətta özlərinə utandırıcı, töhmət gətirən hərəkətlər edirlər. Öz əməllərini anlayanda isə çox gec olur.
    Yaxın günlərin söhbətidir. İşdən çıxıb evə gedirdim. Hava yağışlı olduğu üçün şəhərarası avtobusa əyləşdim. Növbəti dayanacaqda 13-14 yaşlarında bir yeniyetmə oğlan əlində pryanik və alkoqollu içki gəlib əyləşdi. Bunu görən bir-iki nəfər dilləndi: Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat ZORAKILIQ üçün şərhlər bağlıdır

    (Novella)

    Redaksiyamıza bir şikayət məktubu gəlmişdi. Orada qeyd olunurdu ki, həyat yoldaşı tərəfindən daim zorakılığa məruz qalır–döyülür, söyülür, təhqir olunur. Bu şiddətlərə daha dözə bilmir. Nə qədər fiziki və mənəvi zərbələrə tab gətirsin?! Xəcalətindən evdə iki uşağının və qonşularının üzlərinə baxa bilmir. Qazanıb gətirir, lakin həyat yoldaşı onların yediklərini, içdiklərini zəhər-zəqquma döndərir, haram eləyib burunlarından gətirir. Bəzən isə gözlərinin altı qara, üz-gözü göyərib şişmiş halda işə getməyə məcbur olur. Soruşanlara isə gündə bir yalan uydurur-gah deyir ki, yıxılmışam, gah deyir: “Başım qapıya dəyib”, gah da deyir ki, uşağa hirslənib özümü döymüşəm. Həyat yoldaşı ona ağzını açmağa imkan vermir. Dinən kimi qışqırır ki, sən sus! Səsini eşidəndə dəli oluram. Ay şərəfsiz, ay alçaq, ay qırışmal, ay matışka!!! Mənimki yaşamaq deyil, zülüm çəkməkdir. Belə ömür sürməkdənsə, ölüm fərzdir. İnanın, artıq intihar etmək həddinə çatmışam. Onda da uşaqlarım gəlib durur gözümün qabağında. Qorxumdan boşanmaq üçün məhkəməyə də ərizə yaza bilmirəm, yoxsa məni öldürər. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Milli-mənəvi dəyərlər TELEVİZİYA VƏ İNTERNET MƏKANLARINDA ÖZBAŞINALIQ üçün şərhlər bağlıdır

    XXI əsrin ən mühüm yeniliklərindən biri müasir texnologiya vasitələrinin həyatımıza əsaslı şəkildə daxil olmasıdır. Artıq kompüter, mobil telefonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. İdarə və müəssisələrdə, ailələrdə, orta məktəblərdə və universitetlərdə kompüter sisteminə keçid baş verir.
    XX əsrin 60-cı illərindən ABŞ-da ilk dəfə olaraq internet kompüter informasiya şəbəkəsi yaradılıb.
    Bəziləri kompüter və internetdən istifadənin yalnız əyləncə xarakteri daşıdığını fikirləşir. Ancaq bu, yanlış fikirdir. O baxır internetdən kim necə istifadə edir? Biz həmişəmi internet məkanından intellektimizi inkişaf etdirmək, biliyimizi zənginləşdirmək üçün istifadə edirik? Əlbəttə, yox? Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat TƏNHA AĞAC üçün şərhlər bağlıdır

    İllər öncə möcüzəli bir bağ varıydı. Bir zamanlar bu bağın ağaclarına, güllərinə hər kəs həsəd aparardı, onun meyvələrindən, güllərindən dərmək arzusunda olanlar da çoxuydu. Lakin, bağın sahibinə olan hörmətdən dolayı bir nəfər belə ordakı rəngarəngliyə əl uzatmaz, o gözəlliyə toxunmaq, xələl gətirmək fikrinə düşməzdi. Bəzən bağ sahibinin qayğısını, qulluğunu ilahi qüvvə ilə əlaqələndirirdilər.
    Günlərin birində bağ sahibi qəfləti ağır xəstələndi. Çox təbiblərə müraciət edildi, lakin əncam olmadı ki, olmadı. Bu xəstəlik onun gündən-günə möcüzəli, hamının həsəd apardığı bağdan ayrı düşməsinə səbəb oldu. O, bağın gələcəyini düşünə-düşünə günlərin birində əbədi olaraq, gözlərini yumdu və möcüzəli bağdan bir daha xəbəri olmadı… Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər KEÇMİŞİMİZƏ HÖRMƏT VƏ EHTİRAM, BUGÜNÜMÜZƏ VƏ GƏLƏCƏYİMİZƏ QAYĞI üçün şərhlər bağlıdır

    2018-ci il tariximizdə Azərbaycan Xalq Cümhuriyyəti ili kimi qalacaq. Prezident İlham Əliyevin Sərəncamı ilə AXC-nin 100 illiyi bütün ölkədə təntənəli şəkildə qeyd olundu. Cümhuriyyət fədailərinin həyat yolu, onların fəaliyyəti araşdırıldı və xalqa çatdırıldı. Bütün bunlar tariximizə dərin hörmətin bariz nümunəsidir. Çünki keçmişini unudan xalqın gələcəyi də ola bilməz.
    Ötən il həm də regionların sosial-iqtisadi inkişafının yerinə yetirilməsinə dair III Dövlət Proqramının sonuncu ili oldu. Bu Proqramların reallaşdırılması nəticəsində regionlarımızın həyatının necə dəyişdiyini isə biz Tərtər rayonunun simasında aydın görürük.
    Kiçik köşklərlə eybəcər hala salınmış, infrastrukturu bərbad olan, kənd təsərrüfatında durğunluq yaşanan rayonumuz indi öz görkəmi ilə nəinki respublukamızın, eləcə də xarici ölkələrin şəhərləri ilə rəqabət apara bilər. Çünki burada hər şey gözəldir: son illər çəkilmiş rahat yollar, abadlaşan küçələr, yaraşıqlı ticarət obyektləri, məktəb və uşaq bağçaları. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər Cəbhəyanı kəndin Yeni il ovqatı üçün şərhlər bağlıdır

    QƏLƏBƏ ÜMİDİ İLƏ YAŞAYIRLAR

    Yeniilqabağı günlərdə Qapanlıda hansı həyətə gəlsən, hansı evin qapısını döysən, səni gülərüzlə qarşılayacaqlar. Çünki bu xüsusiyyətlər sakinlərə dədə-babadan miras qalıb: qonağı lazımınca qarşılayıb, çətinliyini, dərd-qəmini ona bildirməmək.
    Amma bu çətinliklər də ki, cəbhəyanı kəndin həyatının ayrılmaz hissəsidir. Elə bir gün olmaz ki, üz-bəüz yaşayan mənfur düşmənlər nəsə bir təxribat yaratmasınlar. Münaqişə davam edən illər ərzində demək olar ki, hər bir ailə şəhid verib, yaxud kimsə yaralanıb, ömürlük şikəst qalıb, atılan mərmilər kiminsə evini darmadağın edib.
    Amma düşmən niyyətinə çata bilməyib. Ən ağır məqamlarda, kənd fasiləsiz olaraq artilleriya atəşinə tutulduğu günlərdə belə, sakinlər doğma ocaqlarını tərk etməyiblər. Bu hərəkətləri ilə də hərbçilərimizi ruhlandırıblar, onlara həm mənəvi, həm də maddi dəstək olublar. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər 2019-cu İLİN XÜSUSİYYƏTLƏRİ üçün şərhlər bağlıdır

    2019-cu ilin simvolu torpaq sarı Donuzu olacaq. Ulduzlar bizə o haqda danışırlar ki, bu il ərzində çox münaqişələr həll ediləcək. İnsanlar bir-birini anlamağı daha yaxşı öyrənəcəklər, axı, ictimai əmin-amanlıq və ünsiyyət sferası fəallaşır.
    Donuz ili ərzində dünyaya gəlmiş körpələr son dərəcə sülhsevər və xeyirxah olacaqlar. Onları sadəlövh adlandırmaq olmaz, amma bəzən sadəlövhlük onlara qoyulmuş hədəflərə çatmağa mane olacaq. Ona görə belə uşaqların tərbiyəsi prosesində yaxşı insanları düşmənlərdən ayırmağa mütləq öyrətmək lazımdır.
    Şərq fəlsəfəsinə əsasən hər il yalnız simvol dəyişmir, həm də rəng və təbii simvol dəyişir. 2019-cu ildə Torpağın təbii simvolu keçəcək və sarı rəngə malik olacaq. Daha ətraflı »

    Teqlər: