Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek
    Sosial TAPŞIRIQ 100 FAİZ YERİNƏ YETİRİLDİ üçün şərhlər bağlıdır

    İnsanların məişəti yaxşılaşdıqca, əhval-ruhiyyələri də yüksəlir. Bu baxımdan bizim Rəcəbli kəndinin sakinləri ötən ili sevinclə yola salır, Yeni ili xoş niyyətlərlə qarşılaylırlar.
    Kəndimiz rayonumuzda qazlaşdırılan son yaşayış məntəqəsi oldu. Bununla da möhtərəm Prezidentimiz İlham Əliyevin Tərtər rayonunun qazlaşdırılmasının 100 faiz təmin edilməsi barədə tapşırığı yerinə yetirildi.
    Bu bayramqabağı günlərdə ailə üzvlərimizin, nəvələrimin xoş qayğılarını görəndə, ürəyim fərəhlə döyünür. Sevinirəm ki, onların həyatı rahatdır, məişət problemləri həll olunub.
    Təkcə bizim ailədə deyil, indi Rəcəblidə, həmçinin qonşu kəndlərin hər birində insanların qışın soyuğundan qorxusu yoxdur. İşıqlarımız da fasiləsiz yanır.
    Belə bir şəraiti bizə yaratdıqlarına görə Prezidentimizə, dövlətimizə və tapşırılan işləri məsuliyyətlə icra edən bütün insanlara cansağlığı arzulayıram. Evləriniz həmişə isti və işıqlı, süfrələriniz ruzi-bərəkətli olsun!

    Sadıq TAĞIYEV,
    Rəcəbli kəndinin sakini

    Teqlər:

  • 27Dek
    Digər QONAQLARIN YANINDA ÜZÜMÜZ AĞDIR üçün şərhlər bağlıdır

    Bayram günlərində bizə Bakıdan qonaqlar gələcək. Yadımdadır ki, bundan əvvəlki illərdə qonaqların gəlişinə bir qədər narahat olurduq. Çünki yaşadığımız binanın görkəmi o qədər də ürəkaçan deyildi, küçəmiz də ki, palçıqlı. İndi bütün bunlar keçmişdə qaldı. 2018-ci ildə binamızın dam örtüyü dəyişdirildi, fasad hissəsi rəngləndi. Həmçinin küçəmiz elə abadlaşdı ki, indi şəhər küçələrindən də rahatdır. Eləcə də burada tərtərlilərin fəxri olan, igid döyüşçü Ədalət Paşayevin büstü qoyulub. Gecə işıqlanması var. Qonaqlarımızın yanında üzümüz ağ olacaq.
    Həyatımızdakı bu gözəl dəyişikliklərə görə dövlətimizin başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığımızı bildiririk.

    Çinarə NAĞIYEVA,
    Ədalət PAŞAYEV küçəsinin sakini

    Teqlər:

  • 27Dek
    Digər NÜMUNƏVİ XİDMƏTİMİZLƏ YADDA QALDI üçün şərhlər bağlıdır

    Yeni il yaxınlaşır. Hərbçilərimiz bu bayramı alnıacıq, üzüağ qarşılayırlar. Torpaqlarımızın keşiyində sayı dayanaraq, üzərimizə düşən vəzifələri şərəflə yerinə yetiririk.
    Sakinlər də bizi yaddan çıxarmırlar, gərgin xidmətdən sonra hərbi hissəyə qayıdan əsgərlərimizlə maraqlı görüşlər təşkil olunur, “Açıq qapı” günləri keçirilir.
    Qeyd edim ki, hərbi hissədə nümunəvi şərait yaradılıb. Odur ki, gənc əsgərlərin valideynləri narahat olmasınlar. Biz xidmətimizi də yüksək səviyyədə yerinə yetirəcək, bayramı da lazımınca qeyd edəcəyik.
    Yeni ilə hər birimiz böyük arzu ilə qədəm qoyuruq: o gün olsun, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı düşmən tapdağından azad edək, qalib əsgər adını daşıyaq.

    Vüqar ŞIXLİNSKİ,
    “N” saylı hərbi hissənin komandiri

    Teqlər:

  • 27Dek
    Digər 2019-cu İLDƏ BÜRCLƏRİ NƏ GÖZLƏYİR üçün şərhlər bağlıdır

    Qoç
    2019, həm maddi baxımdan, həm də karyera baxımından qoçlar üçün gözəl bir il olacaq. Xaricə səyahət gözlənilir.
    Buğa
    2019 buğa bürcü üçün dəyişiklik ili olacaq. Maddi məsələlərə diqqət etməsi lazımdır, çünki bu dəyişiklikdə pula ehtiyacı olacaq.
    Əkizlər
    Əkizlər üçün 2019 -cu il münasibətlərini növbəti mərhələyə aparacaqları bir il ola bilər, eyni zamanda maddi mənada qazanclar əldə edəcəklər.
    Xərçəng
    Səhiyyə və iş məsələlərində çox gözəl bir il keçirəcək olan xərçənglər eyni zamanda fərqli bir dost mühitinə də girə bilərlər.
    Şir
    Karyera məsələsində dəyişikliklər və nailiyyətlər gözlənilir. Şirlərin eşq həyatı 2019-ci ildə hərəkətli keçəcək.
    Qız
    Qız bürcü üçün 2019 təhsillə bağlı irəliləyişlərin yaşanacağı bir il ola bilər. Eyni zamanda ailə arasında yaşanan bəzi problemlər varsa, bunların həll edilməsi üçün lazım olan addımlar atılacaq. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər BAYRAM SÜFRƏSİNİN YENİ İL AB-HAVASI üçün şərhlər bağlıdır

    Azərbaycanda Yeni il süfrəsində hansı qidaların olması ilə bağlı inanclar yoxdur. Amma Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir.
    Rusiyada Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Almaniyada isə süfrəyə 12 ədəd soğan qoyurlar, amma yemək üçün yox, gələn ilin hava proqnozlarını müəyyənləşdirmək üçün. Onlar gələcək ilin ayları timsalında on iki ədəd baş soğanı götürüb alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuran kimi soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalanları isə quraqlıq keçəcək.

    Teqlər:

  • 20Dek
    Digər “HAMININ HAMIYA” PRİNSPİ TƏKLİF OLUNDU üçün şərhlər bağlıdır

    Bu günlərdə Rusiya Fedarasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib.
    MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü işgüzar və səmimi şəraitdə keçib.
    Tədbir əsnasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə dair müzakirələr aparılıb. Eyni zamanda, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunub.
    Bildirilib ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Tərtər RİH-də ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ EHTİRAMLA YAD EDİLDİ üçün şərhlər bağlıdır

    Tərtərlilər böyük hüznlə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edərək Mərkəzi Meydanda ucalan abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.
    Əvvəlcə iştirakıçılar ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, fotostendlərlə tanış oldular.
    “Dəyirmi masa” arxasında keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı geniş çıxış etdi. O bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ulu öndəri Heydər Əliyevin vəfatından on beş il keçir. Əbədiyaşar dahinin Fəxri Xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Tərtər RİH-də GÜLABATLI KƏNDİNDƏ SƏYYAR QƏBUL üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Buruc kənd İƏD üzrə nümayəndəliyin Güləbatlı kəndində olub.
    Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Asif Alıkişiyev, Rafiq Sarıyev, Nüşabə Misirova və digərləri müxtəlif məsələlər barədə müraciətlər ediblər.
    Olunan müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara tapşırıqlar verilib.
    İcra başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Xəbərlər ÜMUMMİLLİ LİDERİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır

    Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Yeni Tərtər” qəzeti redaksiyasında da tədbir keçirilib. Qəzetin baş redaktoru Tofiq Yusif bildirib ki, Azərbaycanın 1960-cı illərin sonundan XXI əsrin əvvəllərinədək olan 35 illik tarixi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun misilsiz liderlik qabiliyyəti, yüksək intellekti və siyasi uzaqgörənliyi gənc Azərbaycan dövlətinə öz müstəqilliyini möhkəmləndirmək imkanı yaratmış və ölkəmizi qüdrətli dünya dövlətləri ilə bir sıraya çıxarmışdır. Tofiq Yusif deyib:
    –Mənə ulu öndəri Tərtərdə görmək, onunla yanaşı addımlamaq və canlı, unudulmaz nitqini dinləmək nəsib olub. Bu görüşü həyatım boyu xatırlayıram. Heydər Əliyevlə eyni tarixi zamanda yaşayıb işlədiyimə görə qürur hissi keçirirəm. Ümummilli liderin həyatının hər bir mərhələsini dərindən öyrənmək və gənc nəslə çatdırmaq vacibdir. Rayon qəzetinin əməkdaşları kimi bunu həmişə diqqətimizdə saxlayırıq.
    Baş redaktorun müavini Svetlana Bağırova deyib:
    –İllər bir-birini əvəz edəcək, ancaq xalqımız Heydər Əliyevi heç zaman unutmayacaq. Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıtması nəticəsində respublikada radikal islahatlar keçirildi. Vətəndaş müharibəsi aradan qaldırıldı. Ölkədə sabitlik və əmin-amanlıq yarandı. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər “Azərbaycan Xalq Cümhuriyyəti İli” üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ DÖVLƏT–DİN MÜNASİBƏTLƏRİ

    Müstəqilliyin elan olunması çar hökumətinin milli müstəmləkəçilik əsarətindən yorulmuş və öz milli dövlətini yaratmaq arzusunda olan xalqımızın istəyi idi. Həmin illərdə Azərbaycan gənclərinin imperiyanın və dünyanın müxtəlif təhsil ocaqlarına göndərilməsi öz bəhrəsini verirdi. Bu gənclər təhsillərini başa vurub vətənə qayıtdıqdan sonra milli demokratik hərəkatın yaranmasında və inkişafında böyük rol oynadılar. Qeyd etmək istəyirəm ki, xaricdə təhsil alıb vətəninə, xalqına layiqincə xidmət edən gənclərdən biri də həmyerlimiz, Tərtərin Azadqaraqoyunlu kəndinin sakini Behbudağa Cavanşir olub. Behbudağa Cavanşir müstəqil respublikanı quranlardan biri, ilk Daxili İşlər naziri idi.
    Avropada mütərəqqi ideyalarla tanış olan gənc mütəxəssislər xalqın milli-mənəvi sərvətlərinin, onun qan yaddaşının, adət-ənənələrinin, dininin özünə qaytarılması istiqamətində ardıcıl və yorulmaz fəaliyyət göstərirdilər. Daha ətraflı »

    Teqlər: