Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek
    Digər ÖMÜRDƏN CİZGİLƏR üçün şərhlər bağlıdır

    “Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar. Alimlərə hörmət edən şəxs elə bil mənə hörmət edir”
    Məhəmməd Peyğəmbər
    50 il əvvəl bir müdrik ağ-saqqaldan eşitmişəm: “Bütün dövrlərdə haqsızlıqlar olub və olacaq, ancaq həmişə yaxşılar pislərdən çox olmuşdur. Bu cür olmasaydı dünya çoxdan alt-üst olardı”. Mən buna inanmışam!
    Məlum həqiqətdir ki, ömür zirvəsini aşan hər bir kamil insan keçdiyi yola nəzər salır, həyatında qisməti olan acı-şirini, sevinc-kədəri, etdikləri yaxşılıq-pislikləri və nəhayət, nə qoyub getdiyini yad edir, ölçüb-biçir, öz ömrünə qiymət veirir.
    Öz həyatımı yada salanda yüzlərlə gözəl, ağıllı, ədalətli, tələbkar, qayğıkeş, təmiz, zəhmətkeş, təmənnasız maddi-mənəvi köməkliklər göstərən əsl insanları görmüşəm. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər TƏRTƏRİN QARABAĞ MÜHARİBƏSİ GÜNLƏRİNDƏN BƏZİ ACI XATİRƏLƏR üçün şərhlər bağlıdır

    Qarabağ müharibəsi illərində düşmən hücumlarına vaxtaşırı məruz qalan bölgələrdən biri də Tərtər rayonu idi. Bu rayonun ermənilər üçün çox böyük strateji əhəmiyyəti vardı. Düşmən Yevlaxdan keçən Kür çayının körpüsünədək olan ərazini məhz Tərtəri işğal etməklə ələ keçirmək niyyətində idi. Amma həm Tərtərin, həm də digər bölgələrdən köməyə gəlmiş igid oğulların qanı, canı bahasına yağılar bu ərazinin bir qarış torpağını belə ala bilmədilər, əksinə, özlərinin yaşadıqları o vaxtkı Mardakert (Ağdərə) rayonunun 17 kəndini tərk etməyə məcbur oldular.
    Tərtərin müdafiəsində 1991-1994-cü illərdə minlərlə Azərbaycan oğlu şəhidlik zirvəsinə ucaldı, əlil oldu, bəziləri itkin düşdü, lakin bu torpağa ermənilərin murdar ayaqlarının dəyməsinə imkan vermədilər. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Milli-mənəvi dəyərlər Məişət zorakılığı üçün şərhlər bağlıdır

    YÜZ ÖLÇÜB, BİR BİÇMƏK LAZIMDIR

    –Xalqımız üçün ailə, sığına biləcəyimiz müqəddəs ocaq, hər bir problemimizi bölüşdüyümüz, göz bəbəyi kimi qoruyacağımız kiçik dövlət hesab olunur.
    Bütün ailələrin çəkə biləcəyi yükü, çətinliyi olduğu kimi, ideal ailənin də yoxluğu məlum məsələdir. Bu problemlər ailə üzvləri arasında öz həllini tapmalıdır. Bəzən həllini tapmayan məsələlər ailə münaqişəsinə, hərdən isə məişət zorakılığına yol açır. Belə hallar qadın və uşağa, hətta övladın valideynə güc tətbiq etməsinə gətirib çıxarır.
    Məişət zorakılığının baş verməsi səbəblərini sosioloqlar “qısqanclıq, valideyn etinasızlığı, sosial-iqtisadi problemlər”, psixoloqlar insanlarda “psixoloji pozuntuların yaşanması”, həkimlər isə “narkotik və alkoqol” kimi vasitələrin insan həyatına daxil olması ilə əlaqələndirirlər.
    Bəzən məişət zorakılığı ilə üzləşən qadınlar hüquq-mühafizə orqanlarına şikayət etməkdən çəkinir və fikirləşirlər ki, camaat məni öz həyat yoldaşımdan şikayət etdiyim üçün qınayar. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər “ZƏHMƏT ÇƏKMƏYƏN RAHATLIĞIN QƏDRİNİ BİLMƏZ” üçün şərhlər bağlıdır

    Həyatımızdakı bütün müvəffəqiyyətlər əməklə bağlıdır. Halal zəhməti ilə çörək qazanan şəxslər cəmiyyət içində üzüağ, alnıaçıq, nüfuzlu olurlar. Hər kəs əməyi ilə bu həyatda mövqe tutur. Lakin zəhmət dedikdə tək fiziki işdən yox, həm də zehni işdən söhbət gedir. Necə deyərlər: “Adam ağır zəhmətlə alim olur”. Hansı sahəni fərqi yoxdur, özünə peşə seçən zaman gərək ona qarşı səndə maraq ola. Bir sözlə, arzuladığın deyil, bacardığın işlə məşğul ol. Valideynlərin təkidi ilə seçim edənlər, bu sənətdə yarımçıq qala bilərlər. Bir məşhur aforizm var: “O xalq xoşbəxt xalqdır ki, hər kəs öz bacardığı işlə məşğuldur”. Dahi şairimiz Nizami Gəncəvinin dediyi kimi: “Kamil bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan”. Əlbəttə, sənətin pisi yoxdur. Belə bir atalar sözü var: “Sənətkar günortaya qədər ac qalar”. Bu sözlərin dərin mənası var. Hər bir müəllimin, valideynin borcu gənc nəsldə əməyə məhəbbət oyatmaqdan, çalışmaqdan, yorulmamağa və mübariz olmağa alışdırmaqdan ibarət olmalıdır. İnsan var ki, özünə əziyyət vermək istəmir. Lakin unutmaq lazım deyil ki, zəhmətlə qazanılan hər bir şey dəyərli, əməksiz başa gələn isə qiymətsiz olur və tez itirilir. Ölkəmiz daim əməksevər, bacarıqlı oğul və qızları ilə tanınıb. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər Qarabağ müharibəsi veteranı üçün şərhlər bağlıdır

    BİR ATANIN ARZUSU

    İltifat Məmmədov Qaradağlı kəndində yaşayır. Qarabağ müharibəsi veteranıdır. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ hadisələri tüğyan edən vaxt İltifat həqiqi hərbi xidmətə çağrılıb. O, “Tərtər Özünümüdafiə Batalonu”nda xidmət edib. Keçdiyi döyüş yolundan danışması üçün onu redaksiyaya dəvət etdik.
    Elə ilk söhbətindən müharibənin ona vurduğu zərbənin təsirini hiss etdim.. Danışarkən xeyli əziyyət çəkirdi. Fikirlərini çətinliklə olsa da mənə çatdırırdı. Bildirdi ki, bu cür vəziyyətə qalmasının səbəbi Madagiz uğrunda gedən döyüşdə yanına mərmi düşməsi olub. O zaman başının arxasından ağır zərbə alıb. Hətta bir neçə gün özünü bilməyib. Sağaldıqdan sonra yenidən batalyona qayıdaraq torpaqlarımızın müdafiəsi uğrunda mübarizəni davam etirib.
    İltifat bildirdi ki, 1992-ci ildən 1996-ci ilə kimi “Tərtər Özünümüdafiə Batalyonu”nun tərkibində Ağdərə ətrafı kəndlər uğrunda gedən döyüşlərdə iştirak edib.
    Ani olaraq fikrə getdi və özünü toplayaraq sözə başladı: Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Səhiyyə MÖVSÜMİ XƏSTƏLİKLƏR üçün şərhlər bağlıdır

    Həkim məsləhəti

    Bildiyimiz kimi ilin 4 fəsli var: Yaz, yay, payız, qış. Mən bu fəsillərdə baş verən mövsümi xəstəliklərdən sizə az da olsa məlumat vermək istərdim.
    Yazın gəlişi ilə müxtəlif xəstəliklər özünü biruzə verməyə başlayır. Xüsusilə immun sistemi zəif olan insanlar üçün fəsil dəyişkənliyi daha ağır keçir. Belə ki, qışda fəaliyyətini dayandıran bir çox viruslar bu dövrdə öz fəallığını daha da artırır. Nəticədə həmin şəxslərdə ilk baxışdan qripə bənzər xəstəliklər baş qaldırır. Xəstəliklərin ümumi əlamətləri temperatur, halsızlıq və bədənin müxtəlif orqanlarında ağrılarla müşahidə olunsa da, əslində diqqətli olmaq lazımdır. Çünkü bu əlamətlər başqa bir xəstəliyin carçısı da ola bilər. Bu kimi önəmli əlamətlər lazımı diqqət yetirilmədiyi hallarda sonradan ciddi problemlər yarada bilər.
    Yay fəslində ən çox yayılan xəstəliklər mədə-bağırsaq infeksiyalarıdır. Bu infeksiyalar yaxşı bişməmiş ət, süd, yumurta və digər heyvan məhsulları, çirkli su vasitəsi ilə keçə bilər. Bunun üçün içdiyimiz suların, habelə yediyimiz qidaların yuyulduğu suların təmiz və filtirlənmiş olması əhəmiyyətlidir. Mədə-bağırsaq xəstəlikləri zamanı ishal, yüksək tempe-ratur, ürək bulanma, qusma, qarında sancılar və s. kimi əlamətlərlə müşayiət olunur. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Səhiyyə GAVALININ XEYRİ üçün şərhlər bağlıdır

    Gavalı qızdırmada, şiddətli titrəmə və baş ağrısında xeyirlidir. 460 qram gavalını 0,7 litr suda qaynadaraq yaxşı işlətmə dərmanı əldə edilir. Gavalı qurdqovucu təsirə malikdir. Ağızı yaxalamaq üçün yemiş həlimi, gavalının yarpaq və kökündən hazırlanan dərman angina və badamcıq şişi zamanı xeyirlidir və damağı möhkəmlədir. Gavalını yaxşı həzm etmək üçün, onu qızıl gül ləcəklərindən bişirilmiş mürəbbə ilə yemək lazımdır. İbn Sina qeyd edir ki, gavalı əzilib, dəri üzərindəki yara və dəmrova çəkilsə, fayda vermiş olar. Gavalı yarpaqlarının həlimi ilə ağızı yaxalasanız, boğazdakı iltihab dilçəyə və badamcığa gəlib çıxa bilməz. Gavalı kitrəsindən hazırlanan məlhəm gözün nurunu möhkəmlədir. Şirin gavalı ödü qovur. Gavalı kitrəsini su ilə qatıb içilsə, sidik kisəsindəki daşları parçalayır.

    Teqlər:

  • 10Dek
    Digər 12 DEKABR–ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
    * * *

    Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.

    Heydər ƏLİYEV

    TARİXİN DAHİ AZƏRBAYCANLISI

    İllər ötür, nəsillər dəyişir, amma Heydər Əliyevin adı Azərbaycanda daim hörmət və ehtiramla çəkilir. O, Azərbaycanın xilaskarı, müstəqil dövlətçiliyimizin memarı, fenomen səxsiyyət, azərbaycançılığın simvoludur.
    Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada bu böyük dühanın müstəsna xidmətləri olmasın. Heydər Əliyev ötən əsrdə Tanrı tərəfindən Azərbaycan xalqına bəxş edilən nadir şəxsiyyətdir. Bu qeyriadi zəka sahibi xalqımıza azadlıq və müstəqil dövlət bəxş edib.
    Xalqımızın ümummilli lideri həm də XX əsrin ən qüdrətli siyasətçilərindən biridir. Daha ətraflı »

    Teqlər:

  • 10Dek
    Xəbərlər BAŞ PROKUROR TƏRTƏR RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
    Baş prokuror Zakir Qaralov bu günlərdə Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, İmişli, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
    Qəbuldan əvvəl Baş prokuror və Tərtər rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş və əziz xatirəsini ehtiramla yad etmişlər. Daha ətraflı »

    Teqlər:

  • 10Dek
    Tərtər RİH-də İCRA BAŞÇISININ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarıcalı kənd İƏD üzrə nümayəndəliyin Zolgəran kəndində olub.
    Əvvəlcə Sarıcalı kənd İƏD üzrə nümayəndə Sərdar Aslanov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, sakinlərə göstərilən sosial xidmətlərin vəziyyətindən danışıb.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Səttar Muxtarov, Ədibə Mustafayeva, Mayıl Məhərrəmov və digərləri müxtəlif məsələlərlə bağlı müraciətlər etdilər.
    Qaldırılan məsələlər barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında kənd sakinlərinə məlumat verib.

    “Yeni Tərtər”

    Teqlər: