Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt
    Təhsil Müəllim Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    ŞƏRƏFLİ VƏ MƏSULİYYƏTLİ PEŞƏ SAHİBİ

    “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”. Heydər ƏLİYEV

    Müəllimi əbəs yerə bağbana bənzətmirlər. Bağbanın yetişdirdiyi cürbəcür dadlı, ətirli meyvələri olduğu kimi, müəllimin də zəhmətinin bəhrəsi savadlı, yüksək mədəniyyətə malik olan insanlardır. Valideynlərimizdən sonra hər birimizdən ötrü ömrünü zərrə-zərrə əridib şama çevirən müəllimlərimizdir. Həyatımızı nurlandıran məhz müəllimin zəhmətidir, onun ziyasıdır.
    Ölkəmizdə, həmçinin rayonumuzda zəhmətkeş, savadlı müəllimlərimiz saysız-hesabsızdır. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Kənd Təsərufatı TORPAQDAN GÜC ALANLAR üçün şərhlər bağlıdır

    Uşaq yaddaşı ağ vərəq kimi olur. Ömür keçdikcə bu ağ vərəqlərə yazılan xatirələr sonralar təkrar-təkrar yada düşür və sanki yenidən yaşanır.
    Suliddin müəllimin ən unudulmaz xatirələri valideynləri ilə bağlıdır. Atası Surxay iş gününün sonunda ailəsi ilə birlikdə olmağı çox sevirdi. O, həm uşaqların dərsləri ilə maraqlanar, həm də böyük hörmət bəslədiyi ömür-gün yoldaşı ilə gün-güzərandan, dolanışıqdan söhbət edər, hərdən də övladlarına tövsiyələr verərdi…
    O vaxtdan bir çox illər keçib, zaman dəyişib. İndi torpaq kəndlinin öz əlindədir. Ona görə insanların torpağa, işinə olan münasibəti bir qədər də dəyişib, məsuliyyət hissi daha da artıb.
    Yuxarı Qapanlı Bələdiyyəsinin sədri Suliddin Ələkbərov özü bu il 34 hektar sahədə pambıq becərir. Onun keçən ilki göstəriciləri də yaxşı oldu. Rayon üzrə pambıqçılıqda orta məhsuldarlıq 27 sentnerə çatdığı halda, o, daha yüksək göstəriciyə–35 sentnerə nail oldu. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Digər Beynəlxalq Ahıllar Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    GƏRƏKLİ İNSAN

    Şahbaz Hüseynov rayonumuzun Ağkənd kəndində yaşayır. Qocaman mədəniyyət işçisidir. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlasa da, 1964-cü ildən mərkəzi kitabxananın müdiri, Dəmirçilər kənd mədəniyyət evinin müdiri, kolxoz komsomol komitəsinin katibi, kənd sovetinin sədri və digər vəzifələrdə çalışıb. İşləyə-işləyə təhsilini artırıb. Hansı sahədə çalışmasından asılı olmayaraq, məsuliyyəti, işinə vicdanlı münasibəti və tükənməz enerjisi ilə seçilib. Müdiriyyətin və yoldaşlarının etibarını və etimadını qazanıb. Buna görə də indi Şahbaz Hüseynovun adı çəkiləndə, hamı onun haqqında xoş sözlər söyləyir.
    Bu günlərdə Şahbaz müəllim redaksiyamızın qonağı oldu. Ömrün ahıllıq zirvəsindən ötən illərə birlikdə nəzər saldıq, onun üçün unudulmaz olan anları xatırladıq.
    Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Digər İŞ ÜÇÜN DARIXIRAM üçün şərhlər bağlıdır

    Yaxın günlərdə bir toy məclisində idim. Üz-gözündən nur tökülən bir kişinin oynamağa dəvət edilməsi və hörmətlə başına toplaşanları gördükdə özümu saxlamayıb soruşdum:
    – Kimdir o kişi?
    Yanımda əyləşənlərdən biri dedi: – Oğlanın dayısıdır.
    Sonra dedilər ki, Qaynaq kəndində yaşayır, iş görən zaman öz traktorunun altında qalıb, xeyli əzilmişdi, gözünü də o vaxt itirib.
    O vaxtdan onun haqqında yazmağı qarşıma məqsəd qoymuşdum. İş planındakı “Ahıllar günü” mövzusu sanki mənə yardımçı oldu. Görüşüb, söhbətləşdik.
    Bu mülayim danışıqlı insan Həmid Hüseynovdur. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Ədəbiyyat BƏZİ SÖZLƏRİN YAZILIŞINDA OLAN DƏYİŞİKLİKLƏR üçün şərhlər bağlıdır

    Müasir Azərbaycan ədəbi dili mükəmməl, sabit normalara malikdir və bu, dilin dəyişməzliyindən irəli gəlir. Həmin normalar müəyyən tarixi təkamülün nəticəsidir. Bu normal dialekt və şivələrdəki, xalq danışıq dilindəki qeyri-mükəmməl və qeyri-sabit normalardan fərqlənir. Dilin daxili quruluşunu onun fonetikası, leksikası və qrammatikası təşkil edir. Buna uyğun olaraq ədəbi dilin aşağıdakı normaları meydana çıxır.
    1. Fonetik norma.
    2. Leksik (leksik-semantik) norma.
    3. Qrammatik (morfoloji və sintaktik) norma.
    Orfoepik və orfoqrafik normalar dilimizin fonetik və qrammatik normaları əsasında yaranır. Ümumxalq dilində söz müxtəlif variantlarda işlənsə də, ədəbi dildə ancaq bir variantda tələffüz olunur və yazılır. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Digər SU HƏYATIN ÖZÜDÜR üçün şərhlər bağlıdır

    Hər fəslin öz gözəlliyi var. Payızın gözəlliyi ondadır ki, əksər məhsullar payız fəslində hasilə gəlir, yığılır. İstər tərəvəz məhsulları olsun, istərsə də bağlardakı mer-meyvə, su olmasa, heç bir bolluqdan danışmağa dəyməz. Elə buna görə də əbəs yerə demirlər ki, su həyatdır. Susuz yaşamaq mümkün deyil.
    İnsanların tələbatını həm də kəndlinin becərib, hasilə gətirdiyi meyvə-tərəvəz, göy-göyərti məhsulları təmin edir. Ancaq bu il bazardakı qiymətlərin baha olmasının səbəblərindən biri də ermənilər tərəfindən Sərsəng Su Anbarından Tərtər rayonunu suvarma suyu ilə təmin edən su kanallarının qarşısının əkin-biçin vaxtı qəsdən kəsilməsidir. Buna görə də suvarma suyu bəzi kəndlərimizdə qıt olur və ya çatışmır. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Səhiyyə BU BƏLA İLƏ HAMILIQLA MÜBARİZƏ APARILMALIDIR üçün şərhlər bağlıdır

    ƏN YAXŞI HƏLL YOLU NARKOTİKƏ TOXUNMAMAQDIR

    Hamı narkotikin necə ziyanlı olduğu barədə bilir. Buna baxmayaraq, onun toruna düşənlərin sayı çox sürətlə artır. Görünür, narkotikin insanı və onun həyatını necə şikəst etməsi barədə məlumat çox az adamlarda var. Mənim məqsədim bir həkim olaraq bu təhlükəni gənclərə çatdırmaqdır. Tibbi təcrübə göstərir ki, narkomaniyadan müalicə olunmaq çox çətindir. Narkotikdən asılılıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə başalyır. Lakin onun caynaqlarından qurtarmaq çox az adama nəsib olur. Narkotikdən can qurtarmaq güclü iradə və uzun vaxt tələb edir. Buna görə ən yaxşı həll yolu narkotikə toxunmamaqdır. Narkotik ilk növbədə insanın sağlamlığına ziyan vurur. Narkomaniya orqaniz-min zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün tükənməsinə gətirib çıxarır. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Digər MARAQLI MƏLUMATLAR üçün şərhlər bağlıdır

    MÜXTƏLİF XALQLARIN AİLƏ BÜDCƏSİNƏ MÜNASİBƏTİ

    Məlumdur ki, azərbaycanlılar digər xalqlara nisbətən daha səxavətli, qonaqpərvər və əliaçıqdırlar. Ancaq bütün bunlar o zaman yaxşıdır ki, israfçılığa çevrilməsin. Bunun üçün hər bir ailədə düzgün planlaşdırma aparılmalıdır. Qənaət etmək xəsislikdən deyil, ağıldan irəli gələn bir xüsusiyyətdir. Bəzi insanlar bəhsəbəhsə girərək bahalı ad günləri, toylar keçirir, bunun üçün hətta borca girir və kredit götürürlər və bu məclislərdə həddən artıq israfçılığa yol verilir. Sonradan borcu qaytara bilmədikdə ciddi problemlər yaranır.
    Bu yaxınlarda Ukraynada olarkən onların mətbəxinin həm sadəliyinə, həm də insan orqanizmi üçün faydalılığına heyran qaldım. Bizdə isə tamamilə əksinədir.
    Fransızlar qonaqlığa öz şərab şüşələri ilə birgə gedirlər. Bu hədiyyə ev sahiblərinin çox xoşuna gəlir. Fransızların digər sevimli hədiyyəsi isə gül və çiçəklərdir. Daha ətraflı »

    Teqlər:

  • 10Okt

    Digər üçün şərhlər bağlıdır

    Son 15 il ərzində iqtisadi baxımdan Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyat 3,2 dəfə artmışdır və bu artım bu gün davam edir. Təsadüfi deyil ki, cəmi 26 yaşı olan ölkəmiz Davos Dünya İqtisadi Forumunun iqtisadiyyatların rəqabətqabiliyyətlilik hesabatına görə, dünya miqyasında 35-ci yerdədir.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının
    Prezidenti

    Teqlər:

  • 10Okt
    Digər “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ” üçün şərhlər bağlıdır

    YÜKSƏLİŞ MƏRHƏLƏSİ

    Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində ta-rixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır.
    Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdı.
    Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi. Daha ətraflı »

    Teqlər: