Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt
    Xəbərlər ZONA TOPLANTISI üçün şərhlər bağlıdır

    Tərtər rayonunda keçirilən zona toplantısında gənclər və idman nazirinin müavini İntiqam Babayev, müxtəlif dövlət qurumlarının nümayəndələri, rayon rəhbərliyi, bu zonaya daxil olan Naftalan, Goranboy, Ağcabədi, Ağdam, Bərdə, Xocalı və Laçın rayonlarından 300 nəfər fəal gənc iştirak ediblər.
    Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
    Sonra tədbir iştirakçıları rayon məktəblilərinin hazırladığı əl işlərindən ibarət sərgi ilə tanış olublar və “N” saylı hərbi hissənin əsgərlərinin hazırladığı nümunəvi çıxışlara baxıblar.
    Tədbir rayon mədəniyyət mərkəzinin zalında davam etdirilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində reallaşan zona toplantısının əlamətdar bir zamanda–Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin böyük təntənə ilə qeyd edildiyi bir dövrdə keçirilməsini əlamətdar hadisə adlandırıb. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Xəbərlər TƏRTƏR RAYONUNA SƏFƏR üçün şərhlər bağlıdır

    Ölkəmizdə səfərdə olan Almaniyanın “Nitro” jurnalının muxbirləri Bernd Lammel, Bettina Lammel və Alman-Azərbaycan Gənclər Assosiasiya-sının sədri Raksana Civişova Tərtər rayonuna səfər ediblər.
    Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib.
    Qonaqlar səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
    Sonra nümayəndələr Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Sonra ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa–150” abidəsinin qalıqlarına baxıblar.
    Daha sonra ərazidə məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29Okt
    Mədəniyyət QÜRURVERİCİ GÜN üçün şərhlər bağlıdır

    Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər Rayon Nümayəndəliyinin Tarix-Diyarşünaslıq Muzeyində Dövlət Müstəqilliiyi Günü munasibəti ilə tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Şahbazi açıb. Bildirib ki, müstəqillik baxımından Azərbaycan gənc olsa da, görülən işlər bu günü və gələcəyi əhatə edir. Bu isə o deməkdir ki, müstəqilliyimiz dönməz və əbədidir.
    Muzeyin elmi işçisi Xuraman Məmmədova mövzu ilə bağlı məruzə söyləyib və Müstəqillik Günü haqqında geniş məlumat verib.
    Məruzə ətrafında çıxışlar olub.
    Sonra Umudlu kənd tam orta məktəbinin şagirdləri bədii kompozisya göstəriblər.
    Sonda xatirə şəkli çəkdirilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29Okt
    Sosial 2018-ci İLİN 9 AYINDA TƏRTƏR RAYONUNDA 3240 YENİ İŞ YERİ AÇILIB üçün şərhlər bağlıdır

    Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanyar 2014-cu ildən 1 oktyabr 2018-cü il tarixinə qədər olan dövr ərzində rayonda ümumilikdə 27 min 898 olmaqla 10 min 150 daimi iş yerləri yaradılmışdır. 2018-cı ilin 9 ayı ərzində isə rayonda 3240 yeni, o cümlədən 363 daimi iş yerləri açılmışdır. Bu dövr ərzində açılmış iş yerlərinin 88,8 faizi qeyri-dövlət sektorunda olmuşdur. 2018-cı ilin 9 ayı ərzində açılmış daimi iş yerlərinin 12,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 24,3 faizi mövcud müəssisə və təşkilatlarda, 63,6 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Kənd təsərrüfatı 1 NOYABR KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Azərbaycan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyətini və kənd təsərrüfatı işçilərinin əməyini nəzərə alaraq, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2008-ci ildən hər il noyabırın 1-i ölkədə “Kənd Təsərrüfatı İşciləri Günü” kimi qeyd olunur.
    Rayonumuzun kənd təsərrüfatı işçiləri builki peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Təsərrüfatın bütün sahələri üzrə ilin doqquz ayının göstəriçiləri ürəkacandır. Kənd təsərrüfatı məhsulları istehsalcılarını stimullaşdırmaq məqsədi ilə dövlət büdcəsindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar verilməkdədir.

    ƏHALİNİN HƏYATI YAXŞILAŞIB

    Əskipa kəndində 1184 nəfər yaşayır. 267 təsərrüfat, 184 evdir. Sakinlərin arasında ziyalısı da var, sadə peşə sahibi də. Amma onların hamısını birləşdirən ümumi cəhət vətənə, torpağa bağlılıq hissi və zəhmətsevərlikdir. Kənd sakinlərindən yeddi nəfəri–Nuru Abbasov, Vüqar Cəfərov, Yavər Məmmədov, Dağıstan Əzizov, Vüqar Qasımov, Eldəniz Sadıqov və Tofiq Quliyev bu torpaq uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalıb. Kənddə onların xatirəsi uca tutulur. Şəhidlərin şərəfinə abidə ucaldılıb, ətrafına gül-çiçək əkilib. Kənd sakinləri bu müqəddəs məkanı tez-tez ziyarət edir, qəhrəmanların ömür yolunu öyrənirlər. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Kənd təsərrüfatı HALALLIQ ONLARIN PEŞƏ XÜSUSİYYƏTİDİR üçün şərhlər bağlıdır

    Tərtər Bölgə Təcrübə Stansiyasında yetişdirilən ən yeni “Qırmızı gül-1,” “Fatimə”, “Murov-2”, “Şəfəq-2” taxıl, “Qarabağ-33” arpa növləri nəinki bizim rayonda, respublikada çox məşhurdur və fermerlər tərəfindən həvəslə alınır.
    Bunun arxasında isə BTS-in kollektivinin uzun elmi axtarışları və gərgin zəhmətləri dayanır.
    Kənd Təsərrüfatı İşçiləri Günü munasibəti ilə biz onlardan biri–toxumçuluq şöbəsinin müdiri Ayaz Abdullayev haqqında söhbət acmaq istəyirik.
    BTS-in direktor əvəzi Həqiqət Həşimova onu bizə belə təqdim etdi:
    – Olduqca halal və zəhmətkeş insandır, peşəsinin vurğunudur. Kollektivdə böyük nüfuzu var, həm də ailəcanlıdır.
    Xalqımızın mentalitetində çörək müqəddəs kitabımız olan “Qurani-Kərim”dən irəli gəlib” inancı var. Çörəyə and içmək, “Quran”a and içmək kimidir. Yeni taxıl növlərinin yetişdirilməsi üzərində işləyənlər də bütün gün müqəddəs nemətlə çalışdıqları üçün halallıq onların peşə xüsusiyyətidir. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Digər ZƏNGİLAN RAYONUNUN İŞĞALINDAN 25 İL KEÇİR üçün şərhlər bağlıdır

    O YERLƏR UNUDULMUR

    Zəngilan rayonu 1993-cü il 29 oktyabr tarixində ermənilər tərəfindən işğal edilmişdir.
    1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayonumuz oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
    Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
    ”Bakı-Culfa-Naxçıvan” dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və bir musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu var idi. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Digər ƏTRAF MÜHİTİN İSTİSMARI EKOLOJİ MÜHARİBƏDİR üçün şərhlər bağlıdır

    6 Noyabr Hərbi Münaqişələr zamanı ətraf mühitin istismarının qarşısınıalma günüdür.
    Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə insanlarla yanaşı təbiət də təcavüzə məruz qalıb. Ermənilər müharibənin qadağan olunmuş növlərindən–o cümlədən, bioloji, kimyəvi müharibə aparmaqdan çəkinmirlər.
    İşğal altında olan torpaqlarda “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil olan heyvan, quş və bitki növlərinin vəhşicəsinə məhv edilməsi təbiətə qarşı yönəlmiş ağır cinayətdir.
    Azərbaycanlılar tərəfindən tikilmiş Sərsəng Su Anbarı işğal altında olan ərazidə yerləşdiyindən, uzun illərdir ki, Tərtərdə və bir neçə ətraf rayonda yay aylarında əkinlər və bağlar susuzluqdan əziyyət çəkir. Əgər bu zaman alternativ su mənbələrindən istifadə edilməsə, təbiət daha çox ziyan çəkərdi. Bunlar bəs deyilmiş kimi, sulara zərərli maddələr, hətta partladıcı qurğular atılır. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Digər BMT GÜNÜ üçün şərhlər bağlıdır

    Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı günüdür. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında qanun qüvvəyə minib.
    1971-ci ildə Baş Məclisin tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün ölkələrdə bayram kimi qeyd edilir.
    Azərbaycan BMT-nin fəal üzvlərindən biri kimi bu təşkilatın fəaliyyətində özünəməxsus yeri ilə seçilir. BMT-nin NyuYorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün–Azərbaycanın dövlət bayrağı qaldırılıb. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Ədəbiyyat ŞEİRLƏR TANRININ PIÇILTISIDIR üçün şərhlər bağlıdır
    Tofiq Yusif

    ÖMRÜMÜN  PAYIZI

    Ömrün  payızında qarşıma çıxdın –

    Daha çiçəyim yox, daha gülüm yox.

    Odumla mən səni yandıracaqdım…

    Daha ocağım yox, daha külüm yox.

     

    Qurumuş dəryada mən – sınmış qayıq,

    Sən gülə, mən çürük kötüyə tayıq.

    Ürəyin Füzuli eşqinə layiq,

    Mənim o sevdaya layiq könlüm yox.

     

    Sənə məhəbbətdir, mənə qəmdir yaz,

    Sənə layla, mənə dərd – ələmdir saz.

    Sənə bulaq qıyan mənə şeh qıymaz,

    Daha bundan betər qara günüm yox.

     

    Mən –xəzəl, sən isə yamyaşıl yarpaq,

    Bu dünya sənə eşq, mənə dağdır, dağ.

    Qəlbim –susuzluqdan çatlamış torpaq,

    Daha yağışım yox, daha selim yox.

     

    Dərdimi açası deyim qalmayıb,

    Səni sevməyə də heyim qalmayıb.

    Kəfəndən savayı geyim qalmayıb,

    Bundan ağır sitəm, ağır zülüm yox.

     

    Gedir, yaşamağın həvəsi gedir,

    Gedir, bir şairin nəfəsi gedir.

    Allahın da məndən zəhləsi gedir—

    Mənə əzab verir,  amma ölüm yox.

     

    Ağrılar yüküyəm mən Tofiq adda,

    Halıma göynəyir qohum da, yad da.

    Canlı kölgəymişəm mən bu həyatda—

    Bir izə dönəsi ayım, ilim yox.

    Daha ətraflı »

    Teqlər: