Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt

    Digər üçün şərhlər bağlıdır

    Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının
    Prezidenti

    Teqlər:

  • 19Okt
    Xəbərlər TÜRKİYƏNİN BAŞ KONSULU TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Türkiyə Respublikasının Gəncə şəhərindəki Konsulluğuna yeni təyin olunmuş Baş Konsul Zeki Öztürk tanışlıq məqsədilə Tərtər rayonuna səfər edib.
    Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
    Rayon rəhbəri bildirib ki, düşmənlə 48 km təmas xətti olan Tərtər günü-gündən böyüyür, gözəlləşir. Rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir, yaşıllıq zolaqları salınır, yollar çəkilir. Cəbhə bölgəsində yerləşən rayonumuza daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Tərtər RİH-də ALIŞARLI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Alışarlı kəndində olub.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Soyulan kənd İƏD üzrə nümayəndə Mətləb Əsədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Digər 2018-ci İLİN DOQQUZ AYINA YEKUN VURULDU üçün şərhlər bağlıdır

    UĞURLU NƏTİCƏLƏR VƏ MƏSUL HƏDƏFLƏR

    Oktyabrin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı iclasda giriş və yekun nitqi söyləyib.
    Prezident İlham Əliyev bildirib ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub. Qarşıya qoyulan bütün vəzifələr uğurla və vaxtında icra edilib.
    Həmçinin Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir.
    Dövlət başçısı deyib: “Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik”. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Xəbərlər ŞƏHİD BARELYEFİNİN AÇILIŞI üçün şərhlər bağlıdır

    Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, “Azərbaycan bayrağı” ordenli Ədalət Paşayevin adı verilən küçədə əsaslı təmirdən sonra barelyefinin açılışı olub.
    Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, hərbçilər iştirak ediblər. Əvvəlcə torpaqlarımız uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Ədalət Paşayevin qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu diqqətə çatdırıb. Sonra Azərbaycan Ordusunun qüdrətindən, 2016-cı il Aprel döyüşlərindən, Şərur rayonunun Günnüt kəndi istiqamətində aparılan uğurlu hərbi əməliyyatlardan danışıb. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Digər TƏŞƏKKÜR EDİRƏM üçün şərhlər bağlıdır

    Mən Qarabağ müharibəsində şəhid olmuş iki qardaşın–Ədalət və Evarist Paşayevlərin bacısı-yam. El ağsaqqalı, tanınmış və hörmətli ziyalı olan atam Sabir Paşayevin ürəyi bu qanlı müharibənin gətirdiyi fəlakətlərə dözməyib dayandı. Mən özüm isə müharibənin içindən keçmiş, onun ağrısını-acısını yaşamış, gözləri ilə Torpaq, Ana Vətən uğrunda qurban getmiş oğulları görən, çox vaxt ön cəbhədə döyüşçülərin arasında olan, yaralanmış igidlərimizin qanını təmizləyən və bəzən onları ölümün pəncəsindən alan bir səhiyyə işçisiyəm.
    Ölkə rəhbərinin şəhidlərimizin ruhuna və şəhid ailələrinə göstərdiyi diqqət və qayğını hamı kimi mən də çox yüksək qiymətləndirirəm. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Kənd təsərrüfatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    DÖVLƏTİN PAMBIQÇILARIN ƏMƏYİNİ STİMULLAŞDIRMASI
    FERMERLƏRDƏ BÖYÜK RAZILIQ YARADIB

    Tərtərlilər Qarabağ savaşında olduğu kimi əmək meydanında da qəhrəmanlıq nümunəsi göstərir, qanları, canları bahasına qoruduqları torpağı min bir həvəslə əkib-becərir, halal zəhmətləri ilə öz güzəranlarını qururlar. Bu gün Tərtərdə pambıq istehsalına böyük diqqət verilir. Məhz bu diqqət Tərtəri ölkənin pambıqçılıq rayonları arasında ön mövqeyə çıxarmış, pambıqçılıqda qabaqcıl təcrübənin ünvanına çevirmişdir. Keçən il 3127 hektarda pambıq əkib-becərən tərtərlilər hər hektardan 28 sentner pambıq toplamışlar ki, bu da ölkə üzrə yüksək göstərici idi. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Sosial TİKİNTİ-QURUCULUQ VƏ ABADLIQ İŞLƏRİ DAVAM EDİR üçün şərhlər bağlıdır

    2018-ci ildə də Tərtər rayonunda tikinti-quruculuq və abadlıq işləri geniş miqyasda davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binalarının fasad hissələri və giriş blokları əsaslı təmir olunmuş, bina həyətlərinə 48 min kv.m asfalt örtüyü qoyulmuşdur.
    Şəhərin Nicat İsgəndərov, Nəriman Nərimanov, Mehdi Hüseynzadə və Ədalət Paşayev küçələrində abadlıq və yenidənqurma işləri aparılmışdır. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Xəbərlər NƏRD YARIŞI üçün şərhlər bağlıdır

    “Beynəlxalq Ahıllar Günü” münasibətilə Gənclər Mərkəzində ahıllar arasında nərd üzrə rayon birinciliyi keçirilib.
    Yarışdan əvvəl Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək iştirakçıları və onların timsalında rayonumuzun bütün ahıl sakinlərini bayram günü münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizdə bu təbəqədən olan insanlara göstərdikləri qayğıdan danışıb. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Xəbərlər ASFALT SALINIR üçün şərhlər bağlıdır

    Tərtər şəhərinin Nizami küçəsindəki çoxmənzilli yaşayış binalarının həyətlərinə asfalt salınır. Bu işi rayonun 42 saylı Yol İstismarı İdarəsinin kollektivi görür. İdarənin rəhbəri Ramil Bayramov işlərin keyfiyyətlə aparılmasına xüsusi nəzarət edir.

    “Yeni Tərtər”

    Teqlər: