Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt
    Digər DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ QARŞISINDA üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN GÜCLÜ, MÜASİR DÖVLƏTƏ ÇEVRİLİB

    1991-ci ildə Sovet İttifaqı bir dövlət kimi dünya xəritəsindən silindi. Həmin ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi və Azərbaycan Respublikası suveren dövlət kimi dünya birliyinə üzv oldu. Lakin Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.
    Heydər Əliyev özü ilə bərabər ölkəmizə siyasi müdriklik gətirdi. Məhz bundan sonra vaxtilə Sovet İttifaqının ucqar bir respublikası sayılan Azərbaycanın sürətli inkişafı başladı. Daha ətraflı »

  • 10Okt
    Tərtər RİH-də KƏNDLƏRDƏ NÖVBƏTİ SƏYYAR QƏBUL–GÖRÜŞLƏR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Düyərli kəndində olub.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, həmçinin kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Düyərli kənd İƏD üzrə nümayəndə Ramiz Zeynalov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məş-ğuliyyəti və görülən işlər barədə məlumat verib. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Xəbərlər MÜƏLLİM GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Tərtərdə Müəllim Günü yüksək əhval-ruhiyyə ilə qeyd olundu. Bu münasibətlə keçirilən bayram tədbirinin istirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək, onun şə-hərin Mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzdülər. Sonra tədbir Mədəniy-yət Mərkəzində davam etdirildi.
    Yığıncağı rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev açdı. Təhsilin inkişafına həsr olunmuş məruzə ilə çıxış edən Surxay Mirzəyev bildirdi ki, bu sahədə qazanılan bütün uğurların əsasında Prezident İlham Əliyevin apardığı düşünülmüş xarici və daxili siyasət dayanır. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Xəbərlər PROKURORLUQ ORQANLARININ 100 İLLİYİ VƏ PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır


    Tərtərdə prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirildi.
    Əvvəlcə tədbir iştirakçıları mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
    Tədbir sonra Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatında davam etdirildi.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə təbrik edib, işlərində uğurlar arzuladı. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Xəbərlər SEMİNAR–MÜŞAVİRƏ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Bu günlərdə Fövqəladə Hallar Nazirliyi Baş Əməliyyat İdarəsinin və Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtərdə “Fövqəladə Hallar Nazirliyinin qurumları ilə Tərtər rayon yerli icra və özünü idarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili, qarşıda duran vəzifələr və problemlər” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirədə FHN Qarabağ Regional Mərkəzi ilə regionda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılıb. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin, Qarabağ Regional Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən yerli qurumlarının rəhbərliyi və əməkdaşları, eləcə də Tərtər rayon İcra Hakimiyyətinin məsul şəxsləri, yerli icra və özünü-idarəetmə orqanları, eləcə də rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq idarə və müəssisələrinin nümayəndələri iştirak ediblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Okt
    Xəbərlər ƏMƏK YARMARKASI üçün şərhlər bağlıdır

    Tərtər rayon Məşğulluq Mərkəzi şəhər 1 saylı orta məktəbin akt zalında “Əmək yarmarkası” keçirib. Əmək yarmarkasında idarə, müəssisə, təşkilat rəhbərləri, rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə 250 nəfər iştirak edib.
    “Əmək yarmarkası”na rayon ərazisində fəaliyyət göstərən 29 idarə, müəssisə və təşkilatdan 165 boş iş yeri çıxarılıb. Həmin boş iş yerlərindən 77-si fəhlə, 88-i qulluqçu kateqo-riyasına daxil olan iş yerləri olub. Yarmarkada 54 nəfərə işə göndəriş verilib. İşə göndəriş verilənlərdən 5 nəfərini sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar, yəni kvota yerləri, 20 nəfərini isə müvəqqəti xarakterlilər təşkil edib. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Kənd təsərrüfatı TƏRTƏRDƏ MƏHSUL YIĞIMI DAVAM EDİR üçün şərhlər bağlıdır

    1 oktyabr 2018-ci il tarixə Tərtər rayonunda 44 min 788,3 ton dənli bitkilər, o cümlədən 30 min 991,4 ton buğda, 13 min 259,8 ton arpa, 537,2 ton qarğıdalı, 5,5 ton darı, 110,7 ton paxlalı bitkilər, o cümlədən 70,9 ton noxud, 39,8 ton dən üçün lobya, 3655,8 ton günəbaxan istehsal edilmişdir. Hər hektardan məhsuldarlıq–buğda 41,1 sentner, arpa 32,9 sentner, qargıdalı 51,2 sentner, darı 11 sentner, noxud 22,4 sentner, dən üçün lobya 50,3 sentner, günəbaxan 25,3 sentner olmuşdur.
    Bundan başqa 1 oktyabr 2018-ci il tarixə 13 min ton şəkər çuğunduru, 17 min 697,8 ton tərə-vəz məhsulları, o cümlədən 1717,9 ton yaşıl lobya, 533,8 ton kələm, 861,1 ton bibər, 3742,9 ton xiyar, 890,4 ton badımcan, 2267,9 ton pomidor, 1171 ton baş sarımsaq, 860,2 ton baş soğan, 5463,6 ton kartof, 189 ton sair növ tərəvəz istehsal edilmişdir. Hər hektardan məhsuldarlıq–şəkər çuğunduru 305,2 sentner, tərəvəz məhsulları 118,3 sentner, o cümlədən yaşıl lobya 121,6, kələm 125,6, bibər 125,7, xiyar 134,2, badımcan 129, pomidor 128,9, baş sarımsaq 126,3, baş soğan 130,3, kartof 112,1, sair tərəvəz 25,3 sentner olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Digər UCALIĞIN ZİRVƏSİNDƏ üçün şərhlər bağlıdır

    Yaxın günlərdə Siz də səksən yaşın əlini sıxacaqsınız, əzizim Rasim müəllim!
    Elə, belə götürəndə səksən yaş heç də az yaş deyil. Amma məsələyə məşhur yazıçı Viktor Hüqonun dedikləri baxımından yanaşsaq, bu yaş uzunömürlülər ölkəsi olan Azərbaycan üçün çox da böyük yaş deyil. Əgər Viktor Hüqo altmış yaşı qocalığın gəncliyi sayırsa, onda biz nə üçün səksən yaşı qocalıq hesab etməliyik?
    Özünüzü qoca bilməyə Sizin haqqınız yoxdur, Rasim müəllim! Bu səksən yaş böyük yaradanın Sizə bəxş etdiyi şərəfli ömür payıdı. Təsəllinizi hər şeydən əvvəl, onda tapa bilərsiniz ki, Siz yaşınızın üstünə yaş gəldikcə müdrikləşirsiniz. Hamıda belə olmur, axı! Yaşı artdıqca ağlı azalanlar az deyil. Bu fikri hamı təsdiq eləyə bilər.
    Mənim də az yaşım yoxdur, Rasim müəllim. Sizdən iki yaş böyüyəm. Yaşadığım bu uzun illər ərzində dünyaya insan adı ilə gəlib, insanlıqdan kənar olanları, “dünya beş gündür, beşi də qara” – deyib, ömrünü eyş-işrətlə keçirənləri, təkcə özü üçün yaşayıb nəfsinə və qarnına qul olanları az görməmişəm. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Digər 20 Oktyabr Energetiklər Günüdür üçün şərhlər bağlıdır

    “İŞIQ VÜQAR”

    1981-cı il oktyabrın 20-si ulu öndər Heydər Əliyevin tapşırığı ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bulokunun istifadəyə verildiyi gündür. Həmin gün Azərbaycan energetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. 2004-cü ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə həmin tarix ölkəmizdə Energetiklər Günü kimi təsis edilib. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatlar – o cümlədən elektrik energetikası Azərbaycanın qüdrətlənməsindən xəbər verir. Energetiklərimiz çətin və şərəfli peşələrinin öhdəsindən ləyaqətlə gəlməyə çalışırlar. Bayram günü münasibəti ilə əlaqədar onlardan biri– Vüqar Aslanovdan yazmaq məsləhət görüldü.
    Vüqarla görüşüb söhbət etdik. Peşəsinin çətin və məsuliyyətli olduğunu söylədi. Bildirdi ki, peşəsinin incəliklərini atasından öyrənib. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Kənd təsərrüfatı Rayonumuzda pambıq yığımına başlandı üçün şərhlər bağlıdır

    Bu günlərdə kənd əməkçiləri böyük ruh yüksəkliyi ilə yetişdirdikləri pambığın yığımına başlayıblar.
    2017-ci ildə rayonda 3000 hektar sahədə pambıq əkilmiş və məhsuldarlıq hektardan 27 sentner olmuşdur. Hazırda pambıq plantasiyaları 3300 hektar sahəni əhatə edir.
    Rayon statistika idarəsinin verdiyi məlumata görə, oktyabrın 5-dək rayonda 1899,2 ton məhsul toplanıb təhvil verilib. Yığım davam edir.

    TARLALARDA MƏHSUL BOLDUR

    Əskipara rayonumuzun cəbhəyanı kəndlərindən biridir. 4 km məsafədə düşmənlə təmas xətti var. Kənd əhalisi mənfur düşmənlə qonşuluğun çətinliklərinə baxmayaraq, əlini işdən soyutmur. Əskiparalılar əkinçiliklə, heyvandarlıqla məşğul olur, rayonumuzun iqtisadiyyatının möhkəmləndirilməsində yaxından iştirak edirlər.
    Pambıqçılığın inkişafına dair Prezident İlham Əliyevin verdiyi tapşırıqları həvəslə yerinə yetirən kənd əməkçiləri ötən mövsümdə 141 hektar sahədə pambıq becərmişdilər. Orta məhsuldarlıq hektardan 27 sentner olmuşdur. Cari mövsümdə bu qiymətli bitkinin əkin sahələri bir qədər də artırılaraq 145 hektara çatdırılıb. Ən çox pambıq əkən fermerlər Fəqani Babışov (32 hektar), Pərviz Mustafayev (30 hektar), Babək Sadıqov (10 hektar) və Etibar Əsədovdur (7 hektar). Daha ətraflı »

    Teqlər: