Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq
    Təhsil GƏNCLƏRİN HƏRBİ-VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    BİZİM XALQIN VƏTƏNDAŞI DA VAR, VƏTƏN DAŞI OLAN ÖVLADI DA

    IMG-20170712-WA0005Vətənpərvərlik hissi insana ta uşaqlıqdan aşılanır. Evin içindən–atadan, anadan başlayan sevgi xalqla, vətənlə yaşanır, əbədiləşir. Hər birimiz doğmalarımızın sevgisindən, isti ocağımızdan hərarət alıb doğma evimizdən, həyətimizdən ayrıla bilmirik. Sonra bağçada, məktəbdə müəllimlərimizdən öyrəndiklərimiz–dilimizin əlifbasını, mədəni və milli adətlərimizi mənimsəyərək sevməyə başlayırıq. Daha sonra yaşadığımız torpağın-yurdun sahi binə çevrilərək onu qorumağa çalışırıq. Bu da bizdə vətənpərvərlik hissinə çevrilərək qanımıza, canımıza hopur. Oluruq vətənin vətəndaşı və sonra isə Vətən daşı. Vətən daşı olmaq üçün isə vətənə qəlbən vurğunluq lazımdır. Məlumdur ki, torpaqlarımızın 20%-i işğal altındadır. 25 ildir Vətən torpaqları öz vətəndaşının yo-lunu gözləyir. Daha ətraflı »

    Teqlər:

  • 28İyl

    Digər üçün şərhlər bağlıdır

    2017-05-22-18-11-10BWylTI0FBu ilin 6 ayının yekunları məni sevindirir. Nazirlər Kabinetinin iclası, o cümlədən xalqa verilən hesabatdır. Biz bunu müntəzəm olaraq edirik. Eyni zamanda, verdiyim tapşırıqlar yerinə yetirilməlidir ki, biz müsbət dinamikanı daha da artıraq.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 28İyl
    Digər 2017-ci İL “İSLAM HƏMRƏYLİYİ İLİ”DİR üçün şərhlər bağlıdır

    639057HUMANİZM PRİNSİPLƏRİNİN BƏRQƏRAR EDİLMƏSİNƏ TÖHFƏ VERƏN ÖLKƏ

    Bugünkü dünyamız, indiki həyatımız ötən əsrlərdə olduğuna bənzəmir. Hər şey sürətlə dəyişməkdədir. Bəlkə də XXI əsrin bir günlük kəşfləri bəşəriyyəti ötən bir əsrdə olduğu qədər irəli aparır. Bəli, biz inkişaf edirik. Lakin insanlar nə qədər irəli getsələr də, sanki bəlalar, fəlakətlər bir o qədər də çoxalır. Dünyanı müharibələr, terror, digər xoşagəlməz hadisələr bürüməkdədir. Nədir bunun səbəbi və çıxış yolu nədədir?
    Bu sual indi bütün ölkələri, o cümlədən Azərbaycanı düşündürməkdədir. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan dünyaya multikulturalizmin real həyatdan götürülmüş nümunələrini nümayiş etdirərək, çıxış yolunu ayrı-ayrı dinlərin, xalqların, konfessiyaların, etnosların birgə mehribançılıq və dinc şəraitdə yaşamasında olduğunu sübut edir. Yəni çıxış yolu insanlığın ən uca dəyərlərinin qorunub saxlanılmasında, humanizm prinsiplərinə əməl olunmasındadır. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Kənd təsərrüfatı 6 AYIN YEKUNLARI SEVİNDİRİCİDİR üçün şərhlər bağlıdır

    Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan ic-lasında geniş nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin 2017-ci ilin birinci yarısındakı inkişafını müsbət qiymətləndirib. Qeyd edib ki, dünyada baş verən müharibələr, münaqişələr, qanlı toqquşmalar şəraitində Azərbaycanda sabitlik möhkəmlənir. Prezident deyib: “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq – iqtidar birliyidir”.
    Ölkənin xarici siyasətindən bəhs edən Prezident bildirib ki, bu siyasətin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu ilin birinci yarısında danışıqlar istiqamətində heç bir nəticə əldə edilməsə də, münaqişənin həlli ilə bağlı önəmli hadisələr də baş vermişdir və Azərbaycanın haqlı mövqeyi daha da böyük dəyər qazanmışdır.
    İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verən mövbəti erməni təxribatı barədə danışan ölkə başçısı deyib: “Bu, hərbi cinayətdir. Bu, erməni faşızminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi.”Azərbaycan Ordusu bu cinayəti cavabsız qoymadı. Er-mənilərə layiqli cavab verildi və məhz bundan sonra danışıqlar davam etdirildi. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Kənd təsərrüfatı TAXIL BİÇİNİ BAŞA ÇATDI üçün şərhlər bağlıdır

    photo_58929Rayonda taxıl biçini uğurla başa çatdı. 9506,6 hektar taxıl sahəsindən 34 min 579,6 ton məhsul yığıldı. Hər hektardan orta məhsuldarlıq 36,4 sentner olmuşdur. 6908,9 hektar buğda sahəsindən 26 min 430,2 ton buğda, 2597,7 hektar arpa sahəsindən 8149,4 ton arpa istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 38,3 sentner, arpa üzrə 31,4 nentner olmuşdur. 2016-cı ilə nisbətən buğdanın məhsuldarlığı 1 sentner, arpanın məhsuldarlığı 4,2 sentner artmışdir.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər:

  • 28İyl
    Digər AZƏRBAYCAN MİLLİ MƏTBUATININ 142-ci İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ üçün şərhlər bağlıdır

    TƏBRİKLƏR

    TELEFONOQRAM

    Hörmətli “Yeni Tərtər”çilər! Sizi Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibəti ilə səmimi təbrik edirəm!
    Müstəqil Azərbaycanda mətbuata və mətbuat işçilərinə böyük önəm verilir. Mətbuat cəmiyyətimizi daim irəli aparan bir qüvvə hesab olunur.
    Rayon icra hakimiyyəti aparatının yaxın köməkçisi olan “Yeni Tərtər” qəzeti də hazırda Tərtərdə həyata keçirilən uğurlu iqtisadi islahatların, quruculuq işlərinin, sosial layihələrin işıqlandırılmasında fəallıq göstərir.
    Kollektivinizə çətin və şərəfli işində yeniyeni müvəffəqiyyətlər, hər birinizə cansağlığı arzulayıram.

    Müstəqim Məmmədov,
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı

    TELEQRAM

    “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə.
    Hörmətli Tofiq müəllim! Sizi və yaradıcı kollektivinizi 22 iyul – Azərbaycan milli mətbuatının yaranmasının 142 illiyi münasibətilə təbrik edir, sizə şərəfli peşənizdə, respublikamızın sosial-iqtisadi, mənəvi həyatının işıqlandırılmasında mətbuat işçilərinin rolunun daha da artırılmasında yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qələminiz iti, sözünüz kəsərli olsun!

    Raqub Məmmədov,
    Ağdam Rayon İcra Hakimiyyətinin başçısı
    Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Xəbərlər YAP Tərtər Rayon Təşkilatının 24-cü ildönümü üçün şərhlər bağlıdır

    Изображение 104Изображение 055ÖNCÜL QÜVVƏ

    YAP Tərtər Rayon Təşkilatının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir istirakçıları hörmət əlaməti olaraq Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə güllər qoydular.
    Tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirildi. Ümummilli Lider Heydər Əliyevin və YAP sıralarından dünyasını dəyişənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
    Sonra YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov geniş məruzə etdi. Bildirdi ki, bu gün yaranmasının 24-cü ildönümünü qeyd etdiyimiz YAP Tərtər Rayon Təşkilatının təsis konfransı 1993-cü ilin iyul ayının 25-də keçirilərək rayon təşkilatı yaradıldı. Təşkilatımız yarandığı vaxt onun üzvlərinin sayı cəmi 88 nəfər idisə, indi 83 ərazi ilk təşkilatı özündə 6073 nəfər partiya üzvünü birləşdirir. Partiya üzvlərinin 3312 nəfəri və ya 52%-i qadın, 48%-i isə kişidir. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Xəbərlər QƏRƏZSİZ, SAĞLAM VƏ MARAQLI QƏZET üçün şərhlər bağlıdır

    Изображение 055Изображение 024Mətbuata qayğı və diqqət Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri siyasətin əsas xəttini təşkil edir. Milli Mətbuat Günü ərəfəsində və bayram günündə jurnalistlərimiz ölkə başçısının qayğısını xüsusilə hiss etdilər. Prezidentin sərəncamı ilə media nümayəndələrinə pulsuz mənzillərin paylanması, Azərbaycan Respublikası Prezidenti yanında KİVDF-yə mətbu orqanlara köməklik məqsədi ilə 1 milyon manat pul ayrılması, bir qrup jurnalistin diplom və mükafata layiq gö-rülməsi cəmiyyətimizdə müsbət qarşılandı.
    Bayram günündə bizim redaksiyamızda da yüksək əhval-ruhiyyə hökm sürürdü. Kollektivimizi təbrik etməyə Tərtər Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Ramiz Şabanov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umudov və aparatın işçisi Fəridə Qurbanzadə gəlmişdilər. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Digər ERMƏNİ VANDALİZMİNİN DAHA BİR TƏZAHÜRÜ üçün şərhlər bağlıdır

    zehra_32458575_1499590754İyul ayının 4-də erməni vandallarının Füzuli rayonunun Alxanlı kəndini qəflətən iriçaplı silahlardan atəşə tutması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2 yaşlı Zəhra Elnur qızı Quliyevanın, həlak olması kəndin digər bir sakini, 1965-ci il təvəllüdlü Səlvinaz Quliyevanın yaralanma xəbərini televiziya ekranlarından eşitdik. Bu acı, dözülməz hadisə erməni vandallarının insanlığa sığmayan hərəkətlərinin davamıdır. Mən və ailəmiz bu hadisəni ürək ağrısı ilə qarşıladıq.
    2 yaşlı Zəhranın və onun nənəsinin qətlə yetirilməsi xəbəri hər kəsi hiddətləndirir.

    Əyyam Əliyev,
    Dəmirçilər kəndinin sakini

    Teqlər:

  • 28İyl
    Sosial SAKİNLƏR MİNNƏTDARLIQ EDİRLƏR üçün şərhlər bağlıdır

    Изображение 068Bizim M.F. Axundov küçəsi Tərtər şəhərinin gözəl və böyük küçələrindən biridir. Hər iki tərəfdən arxların əhatəsində olan bu küçənin yolu indiyədək bərbad vəziyyətdəydi. Sakinlər həm piyada, həm də maşınla gedəndə, çox əziyyət çəkirdilər.
    Yolumuzun asfaltlanması burada yaşayan ailələr tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb.
    Bilirik ki, cəbhə bölgəsi olan Tərtər rayonunda insanların həyat şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin daimi diqqət mərkəzindədir. Bizim küçənin asfaltlanması da bu qayğının təzahürüdür. Buna görə ölkə başçısına bütün sakinlər adından minnətdarlığımı bildirirəm.

    Elxan Alıxanov,
    Qarabağ müharibəsi veteranı

    Teqlər: