Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl
    Kənd təsərrüfatı TAXILÇILIQDA ÇƏKİLƏN ZƏHMƏT BƏHRƏSİNİ VERDİ üçün şərhlər bağlıdır

    2016-06-20-22-23-19taxilKəndimizin ailə-fermer təsərrüfatlarının üzvləri taxıl biçini kampaniyasını mütəşəkkilliklə başa çatdırmışlar. 168 hektar taxıl zəmilərinə aqrotexniki qaydalar əsasında qulluq edildiyi üçün zəmilərdən 648,5 ton buğda götürülmüşdür. Hər hektarın orta məhsuldarlığı 38,6 sentner olmuşdur. Bu işdə kənd sakinlərindən Maarif Mehdiyev, Güloğlan Kərimov, Elçin Şahbazov, Ramiz Kərimov və başqaları gərgin əmək sərf etmiş, yaxşı nəticələrə nail olmuşlar.
    Arpa sahələrində isə hektarın məhsuldarlığı orta hesabla 29 sentner təşkil edir. Ailə-fermer təsərrüfatlarının üzvlərindən Rəşid Məhərrəmovun, Flora Hüseynovanın və Mətləb Tahirovun əldə etdikləri məhsul orta məhsuldarlıqdan yüksək olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Kənd təsərrüfatı PAMBIĞIN BECƏRİLMƏSİNDƏ HƏLLEDİCİ MƏRHƏLƏ üçün şərhlər bağlıdır

    cotton_291014Kənd təsərrüfatının mühüm aparıcı sahələrindən biri də pambıqçılıqdır. Bu, həm ölkəyə yaxşı gəlir gətirir, həm də bu sahədə çalışanların maddirifah halının yaxşılaşdırılmasında, ailə büdcəsinin möhkəmləndirilməsində mühüm rol oynayır. Elə buna görə də son illər unudulan sahəyə çevrilən pambıqçılığın əvvəlki şöhrətinin yenidən qaytarılması hər bir tərtərlinin başlıca məqsədidir.
    Müdayisə üçün deyək ki, 2016-cı ildə rayonda 1035 hektar sahədə pambıq əkilmişdisə, bu il həmin sahələr 3 dəfədən çox artırılaraq 3123 hektara çatdırılıb.
    Bu sahədəki daha bir yenilik ondan ibarətdir ki, rayon ərazisində olan 3 pambıq qəbulu məntəqəsi ayrı-ayrı kəndlərdə fermerlərlə pambıq əkini barədə əvvəlcədən müqavilə bağlayıb.
    Qarabağ Regional Tərtər Pambıq Qəbulu Məntəqəsinin (Qaraqoyunlu kəndi) fermerlərlə bağladıqları müqaviləyə əsasən 1980 hektar sahədə pambıq əkilib. Belə ki, həmin məntəqənin nəzdində Köçərlidə 199,5, Azadqaraqoyunluda 233,3, Hüsənlidə 130, Qazyan kəndində 206, Qaynaqda 196,8, Yuxarı Qapanlıda 129,9 hektar pambıq əkilib.
    “CTS Aqro” MMC pambıq qəbulu məntəqəsi (Tərtər) isə fermerlərlə bağladıqları müqaviləyə əsasən 1063 hektarda pambıq əkib. Bu məntəqə Qazyan, Əksipara, Qaynaq, Qaraağacı, Bəyimsarov, Evoğlu, İsmayılbəyli, İrəvanlı, Qapanlı kəndlərinin fermerləri ilə müqavilələr bağlayıb. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Digər Rauf Həsənzadə üçün şərhlər bağlıdır

    01SATQINLIĞIN ANATOMİYASI

    Tariximizi nə qədər çox araşdırıb təbliğ edə bilsək, onun bir o qədər böyük tarixə malik olduğunu göstərə bilərik

    ………………………….Unutsaq unudularıq

    Azərbaycan oğulları, bu torpaqlar sizi gözləyir

    Sən yanmasan, mən yanmasam, zülməti kim işıqlandırar?
    ( N. Hikmət)

    Xankəndi        1923-1991        Laçın                 18.05.92
    Əsgəran           1923-1991       Kəlbəcər             02.04.93
    Ağdərə             1923-1993       Ağdam                23.07.93
    Hadrut             1923-1993       Füzuli                 23.08.93
    Xocavənd        1923-1993        Cəbrayıl              23.08.93
    Xocalı              26.02.92           Qubadlı               31.08.93
    Şuşa                 08.05.92            Zəngilan            29.10.93.

    Ləzgilər Şilda kəndinə basqın edərkən kəndin başçısı Dodayevin evinə soxulurlar. Bu adamın Yefrem Sukyazov adlı bir erməni katibi varmış. Döyüşün şiddətli yerində o xilas olmaq arzusu ilə özünü ölülüyə vurub yerə yıxılır. Ləzgilərdən biri təsadüfən ona ilişir və onun sol qolunu kəsir. Erməni qorxusundan cınqırını da cıxarmır. Ləzgi çölə çıxarkən səhvini başa düşür, sol əli kəsdiyi üçün xəcalət çəkir. Qayıdıb erməninin sağ əlini də kəsir.

    Aleksandr Düma
    “Qafqaz səfəri” əsərindən Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat Duyğu yarpaqları hər an yaşıldı… üçün şərhlər bağlıdır

    semsirrEVDƏ

    AŞIQ  ŞƏMŞİR

    Cavanlar oynaşır yalda-yamacda,
    Mən də pəncərədən baxıram evdə.
    Qıçım tutmur qocalığın əlindən,
    Yandırıb qəlbimi, yaxıram evdə.
    ***
    Tərlan könül şikar almış sar kimi,
    Soluxuram şaxta vurmuş bar kimi.
    Xəstə üçün gətirilmiş qar kimi,
    Əriyib ocağa axıram evdə.
    ***
    Yoxuş olub indi mənə dolayım,
    Hanı başımdakı məclis, olayım?
    Elə bil sürtülüb gedib qalayım,
    Köhnə qazan kimi paxıram evdə. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat YATIR üçün şərhlər bağlıdır

    1441777446_a5a5d682389a4214f0a50b7590a8dea3MƏZAHİR DAŞQIN

    Ana, sən yatdığın qara torpaqda,
    Saysız cavan yatır, ixtiyar yatır.
    Qapısız, aynasız zülmət otaqda,
    Minlərlə sən kimi vəfadar yatır.
    ***
    Gör nələr yazılıb hər baş daşına,
    Canlar həsrət qalıb can sirdaşına.
    Düşərək hicrana, eşq atəşinə
    Min arzu, min dilək, min ilqar yatır.
    ***
    Görməyib əsirlər, qərinələr də
    Cahandan köçənlər qayıda bir də.
    Kim bilir bəlkə də yatdığın yerdə,
    Dünyanı bəzəyən min memar yatır. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat VAĞZALI ÇALINIR üçün şərhlər bağlıdır

    1416831624164267737547322882111dTOFİQ BAYRAM

    Bacım Elmiraya ithaf edirəm

    Duvağa bürünüb yola düşürsən,
    Qonşular telinə çiçək bağlayır.
    Ay bacım, sən haldan-hala düşürsən,
    “Vağzalı” çalınır, anam ağlayır.
    ***
    O, nələr etmədi, toyunda nələr,
    Bu həsrətin yeri nə tez bilindi?
    “Vağzalı” çalınır, son dəqiqələr…
    Özgə bir yuvaya köçürsən indi.
    ***
    Köçürsən üzüağ, məğrur, həyalı,
    Gedirsən könlünü verdiyin yerə.
    Buydu anamın da fikri-xəyalı,
    Bəs niyə kövrəlir o, birdən-birə? Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat İLAHİ, SƏN MƏNİ O KƏNDƏ YETİR üçün şərhlər bağlıdır

    aga_lacinli_11AĞA  LAÇINLI

    İlahi, sən məni o kəndə yetir, –
    O kəndin diləyi dildə göyərən.
    O kəndin yığvalı oğuldan yetim,
    O kəndin qızları qarğış əyirən.
    ***
    Qocası bürünüb his çuxasına,
    Qarısı ah çəkib qapıda bitir.
    İlahi, bağışla el duasına,
    İlahi, sən məni o kəndə yetir.
    ***
    Bağışla dəhrənin paslı yasına,
    Bağışla cəhrənin qəm havasına;
    Bağışla köhlənin yatan tısına,
    Bağışla məhlənin tor hanasına; Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat GÜNAH ONUN ÖZÜNDƏDİR üçün şərhlər bağlıdır

    52953_3bynb2j9vnOSMAN SARIVƏLLİ

    Dostum, incə barmaqların
    Sədəflərin üzündədir.
    Mənim meylim bir sazında,
    Bir də şirin sözündədir.

    Qarayazı meşəsində,
    Cavan ovçu həvəsində,
    Qulağın maral səsində,
    Gözün ceyran izindədir.

    Tarixi var hər daşın da,
    Tərlanın on beş yaşında.
    Bəzən qarlı dağ başında,
    Bəzən Muğan düzündədir. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat GİZLƏNƏR üçün şərhlər bağlıdır

    52323HÜSEYN  KÜRDOĞLU

    Kor quyudur qəlbin sənin,
    İçində ilan gizlənər.
    Gülüşündə qara böhtan,
    Gözündə şeytan gizlənər.
    ***
    Gülüş pərdədir üzündə,
    Torpaq qan ağlar izində.
    Sənin bir yaxşı sözündə
    Neçə cür yalan gizlənər.
    ***
    Özünü çox qoyma dəmə,
    Ağzın öyrənməyib kəmə.
    Doğruluqdan şüar demə,
    Səsində yalan gizlənər. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat ÖZ ƏLİNDƏ üçün şərhlər bağlıdır

    1212ŞƏKƏR  ASLAN

    Düzlərdən çəkilib getdi duman ki,
    Böyüdü, gün oldu kiçik bir an ki…
    Qüdrətli sellərin cilovu sanki
    Çıxıb dağ əlindən, düz əlindədir!
    ***
    Qəmlidi bu günüm, şəndi dünənim,
    Canıma o ala gözlərin qənim;
    Nə etmək, dözürəm, taleyim mənim
    İndi göz əlində, göz əlindədir!
    ***
    Bu təzə cığırlar, izlər köhnələr…
    Yer nələr deyəcək, bir vaxt göy nələr!
    Eh mənim əlimdən indi nə gələr,
    Hər şey öz əlində, öz əlindədir!

    Teqlər: