Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq
    Tərtər RİH-də 2017-ci İLİN BİRİNCİ YARISINA YEKUN VURULDU: 6 AYDA TƏRTƏR RAYONU YENİ SOSİAL-İQTİSADİ İNKİŞAF MƏRHƏLƏSİNƏ QƏDƏM QOYDU üçün şərhlər bağlıdır

    DSC_4363 (Копировать)(1)Изображение 052“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Tərtər rayonunda aparılan tikinti-abadlıq və quruculuq işləri 2017-ci ilin birinci yarısında uğurla davam etdirilib. Bu dövrdə 57 milyon 545,5 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 3 milyon 988,1 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Bu barədə Tərtər rayonunda 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Xəbərlər “GƏNCLİK VƏ ZAMAN” MÖVZUSUNDA TƏDBİR üçün şərhlər bağlıdır

    Изображение 105Heydər Əliyev Mərkəzində rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyevin sədrliyi ilə “Gənclik və zaman” mövzusunda tədbir keçirilib. Tədbirə rayonda nümunəvi işləri ilə seçilən, adları daim qabaqcıllar sırasında çəkilən yaşlı nəslin nümayəndələri, bir sıra idarə və müəssisələrin gəncləri dəvət olunmuşdular.
    Görüşü Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev açdı. Qeyd etdi ki, bugünkü tədbiri-mizi “Gənclik və zaman” adlandırmağımız heç də təsadüfi deyil. Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, gənclər bizim gələcəyimizdir. Biz onlara inanır və arxalanırıq.
    Tədbirdə milli-mənəvi dəyərlərimizdən, mentalitetimizdən, vətən və torpaq sevgisindən də söbət getdi. Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Xəbərlər ŞƏXSİ KİTABXANADA GƏNCLƏRİN GÖRÜŞÜ üçün şərhlər bağlıdır

    Изображение 085Qarabağ Regional Bilik Evinin təşəbbüsü ilə Tərtər gənclərinin bir qrupu rayon ağsaqqallar şurasının üzvü, elektromexanika zavodunun keçmiş direktoru Rauf Həsənzadənin qonağı oldu. Məqsəd onun şəxsi kitabxanası ilə tanışlıq idi.
    Rauf Həsənzadə kitabxana haqqında məlumat verərək bildirdi ki, şəxsi kitabxanası ötən əsrin 80-ci illərindən təşkil olunub. O illərdə zavod direktoru işlədiyim üçün Rusiyanın şəhərlərinə tez-tez ezamiyyəyə gedirdim. Həmin şəhərlərdə “Bukinist” mağazalarını gəzib tarixi kitab-ları alırdım.
    Hazırda Rauf Həsənzadənin şəxsi kitabxanasında 12 mindən çox kitab var. Burada 1717-ci ildə Birinci Pyotrun sifarişi ilə çap olunmuş “Məişətdə davranış qaydaları” (rus dilində) kitabından tutmuş keçmiş SSRİ-nin tərkibində xalqların yaşam tərzini, Avropa ölkələrinin mədəniyyətini əks etdirən, ermənilərin Azərbaycan torpaqlarına köçürülmələrinə və bu torpaqlarda törətdikləri vandalizm aktlarına həsr olunan məlumatlarla zəngin kitablar vardır. Rəflərdə yerləşən kitablar içərisində ensiklopediyalar, dünya ədəbiyyatından, xalq təbabətindən bəhs edən kitablar üstünlük təşkil edir. Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Kənd təsərrüfatı MƏNTƏQƏ MƏHSUL GÖZLƏYİR üçün şərhlər bağlıdır

    Изображение 073Məntəqəmiz ötən il 515 hektar sahədə pambığın əkilib becərilməsinə dair fermerlərlə müqavilə bağlamışdırsa, bu il həmin rəqəm 2 dəfədən çox artıraq 1063 hektara çatdırılmışdır.
    Cari ildə Qaynaq, Qazyan, Əksipara, Qaraağacı, Bəyimsarov, Evoğlu, İsmayılbəyli, İrəvanlı və digər kəndlərin fermerləri ilə müqavilələr bağlamışq. Bu sənədlərə əsasən becərmə, dərmanlama, kultivasiya zamanı, bir sözlə, becərmə vaxtı bütün işlərdə həm texnika sarıdan, həm də gübrə və digər pesdisidlərin çatdırılmasında fermerlərə lazımi köməklik göstəririk.
    Tarlalarda beçərmə işlərinin son mərhələsidir. Bir azdan kənd əməkçiləri hasilə gətirdikləri məhsulu toplayıb məntəqəmizə təhvil verəcəklər. Becərmə vaxtı olduğu kimi məhsul toplanışında da yerlərdə lazımi köməklik göstərəcəyik. Məntəqəmiz məhsul qəbuluna tam hazırdır. Pambığı daşımaq üçün 20-dən çox lafet, 11 traktor var.
    Məntəqənin ümumi sahəsi 3 hektara yaxındır. Taya vurmaq üçün 8 meydanca hazırlanıb. Burada 40 nəfər işçi çalışacaq. Hamının məqsədi gərgin zəhmət bahasına hasilə gətirilmiş məhsulu tez və itkisiz tədarük etməkdir.

    Fəqani Babışov,
    “CTS Aqro” MMC Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru

    Teqlər:

  • 10Avq
    Kənd təsərrüfatı SUBARTEZİANIN XEYRİ üçün şərhlər bağlıdır

    artezan 2Ötən il bizim Qapanlı kəndi ərazisində “Toxmaq yeri” adlanan sahədə yeni subartezian quyusu vuruldu. Bundan sonra suvarma zamanı yaranan çətinliklər aradan qalxdı. Hazırda həmin sahədə həmkəndlim Ərşad Ərşadlı ilə birlikdə 5 hektar pambıq, 3 hektar şəkər çuğunduru, 2 hektar sorqo (süpürgə) əkmişik.
    Indiyədək sahələrdə 3 becərmə, 3 suvarma aparmışıq. Pambıq və çuğundur sahələrində ziyanvericilərə qarşı dərmanlama tədbirləri görmüşük. Bitkilərə yemləmə gübrəsi vermişik.
    Işlərimiz yaxşıdır. İnanırıq ki, çəkdiyimiz zəhmət bəhrəsini verəcək

    Surxay Zeynalov,
    Qapanlı kəndində torpaq mülkiyətçisi

    Teqlər:

  • 10Avq
    Kənd təsərrüfatı RAYONUN XURMA BAĞLARINDA VƏZİYYƏT NECƏDİR? üçün şərhlər bağlıdır

    MƏHSUL BOL OLACAQ

    imageXurma bağlarında məhsul yığımına hələ bir neçə ay qalıb. Amma bağların indiki vəziyyəti deməyə əsas verir ki, bu il tərtərli bağbanlar nəinki rayon əhalisini bu qiymətli meyvələrlə təmin edəcək, eləcə də xarici bazarlarda “Made in Azerbaijan” brendi layiqincə təmsil olunacaq.
    Rayon kənd təsərrüfatı idarəsində bitkiçilik sektorunun müdiri Bayram Əliyevdən xurma bağlarının indiki vəziyyəti barədə məlumat verməsini xahiş etdik. O dedi:
    – Rayon üzrə meyvə verən xurma bağları 288,4 hektardır. 27,4 hektar sahədə isə yeni bağlar salınıb. Ötən il rayonda 3237 ton xurma toplanıb. Hər hektarın məhsuldarlığı 112,2 sentner olub.
    Öyrəndik ki, Mamırlıda Zəfər Nəsirov, İrəvanlıda Məhyəddin Abbasov, Xəyyam Əliyev bu sahədə yaxşı təcrübə toplayıblar. Onlar həm ağacların becərilməsi texnologiyasını yaxşı mənimsəyiblər, həm də məhsulun nə zaman yığılmasını, necə qablaşdırılmasını bilirlər. Buna görə də çəkdikləri zəhmət hər zaman bəhrə verir.
    Daha sonra Bayram Əliyev dedi: Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    İqtisadiyyat 2017- ci İLİN YANVAR – İYUN AYLARINDA TƏRTƏR RAYONUNUN ƏSAS SOSİAL-İQTİSADİ GÖSTƏRİCİLƏRİ üçün şərhlər bağlıdır

    f08d1746-188d-433e-bc31-7377aad80865 (1)Tikinti
    2017-ci ilin yanvar-iyun aylarında Tərtər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 66 milyon 158,1 min manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 7,1 dəfə çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 57 milyon 545,5 min manatı və ya 87 faizi tikinti-quraşdırma işlərinə yönəldilmişdir..
    2017-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş bütün vəsaitin 83,87 faizi tikinti işlərinin, 7,9 faizi sənayenin, 7,8 faizi nəqliyyatın, 0,03 faizi rabitənin, 0,4 faizi isə kənd təsərrüfatının inkişafına sərf edilmişdir.
    Əsas kapitala yönəldilmiş investisiyanın 65 miyon 630,1 min manatı və ya 99,2 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr, 528 min manatı və ya 0,8 faizi qeyri-dövlət müəssisə və təşkilatlar tərəfindən yönəldilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Milli-mənəvi dəyərlər MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUYAQ üçün şərhlər bağlıdır

    SABAHIMIZ ÖZ ƏLİMİZDƏDİR

    1401269808_1366305295_milli-toy-bey-gelin-bey-gelin-fotosessiya_2Biz qloballaşan dünyada yaşayırıq. Qloballaşma obyektiv tarixi zərurətdən yaranır. Yəni bəşəriyyət elə bir məqama çatıb ki, qarşısına çıxan nəhəng problemləri bir və ya bir neçə dövlətin gücü ilə həll etməyə qadir deyil. Belə ümumbəşəri problemlər adekvat olaraq məhz ümumbəşəri güclə həll edilməlidir. Onların sırasına ekoloji problemlər, fəlakətlər (antropogen, texnogen və təbii), xəstəliklərlə mübarizə (şəkər, xərçəng, QİÇS), narkomaniya, qlobal istiləşmə, həmçinin kosmosun tədqiqi, nəhəng iqtisadi layihələr və s. daxildir.
    Beynəlxalq (transmilli) təşkilatların (BMT…), beynəlxalq birliklərin (Avropa Birliyi…), şirkətlərin, firmaların yaranması məhz bu qloballaşma amili ilə şərtlənib. Bu baxımdan, yəni «güc (həm də xilas) birlikdədir» mövqeyindən qloballaşma proqressiv bir fenomendir və bəşəriyyətə firəvan gələcək vəd edir. Lakin qloballaşmanın əleyhdarları, yəni medalın əks üzü də vardır. Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Digər YADDAŞ üçün şərhlər bağlıdır

    1813-1828-ci illərə qədər Azərbaycanın sahəsi: təxminən 410 min kv.km.
    1813-1828-ci illərdə işğal edilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Cənubi Azərbaycan – sahəsi təxminən 280 min kv. km.
    Rusiya əsarəti altındakı Şimali Azərbaycan – sahəsi təxminən 130 min kv.km.
    1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan Xanlığı – sahəsi 9 min kv.km.
    Rusiya əsarəti altındakı Dərbənd xanlığı – sahəsi 7 min kv.km.
    1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurulduğu ərazinin sahəsi – təxminən 114 min kv.km.
    1920-ci ildə ADR-i işğal edən rus – Sovet imperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri:
    Ermənistan Sovet Sosialist Respublikasının qismən nəzarətinə verilən Zəngəzur, Göyçə, Dərələyəz, Dilican və gür cülərin qismən nəzarətinə verilən (Gürcüstan Sovet Sosialist Respublikası) Borçalı – birlikdə sahəsi: təxminən 27,4 min kv, km. Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Ədəbiyyat 1 AVQUST AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    DİL XALQIN ADIDIR, XALQIN ÖZÜDÜR

    1368357933_ana_dilimDil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Ana dili! Nə qədər möhtəşəm, nə qədər müqəddəs, əzəmətli bir qüvvə!
    Ana dili! Bir dil ki, mehriban bir vücud öz şəfqət və məhəbbətini o dildə bəyan edir.
    Füzuli zirvəli, Vaqif vüqarlı,
    Mənim Qorqud dilim, Ələsgər dilim.
    Ömrümün naxışı, bəxtimin xalı,
    Dadda, şirinlikdə bal, şəkər dilim!

    Bu dildə şeir də, mahnı da gözəldir. Bu dil zərifdir, incədir, ecazkardır. Nəsimi dözümlü, Füzuli kədərli, Səməd şöhrətli, Bəxtiyar ünvanlı ecazkar dilim. Daha ətraflı »

    Teqlər: