Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 04Noy
    Kənd Təsərufatı Tərtər rayonunda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 11.4 faiz artıb üçün şərhlər bağlıdır

    2023-cü ilin yanvar-sentyabr ayları ərzində Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 96 milyon 275.0 min manat təşkil etmişdir. Məhsul buraxılışının 61 milyon 558.5 min manatı və ya 63.9 faizi bitkiçiliyin, 34 milyon 716.5 min manatı vəya 36.1 faizi heyvandarlığın hesabına formalaşmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 11.4 faiz artmışdır.
    Tərtər Rayon Statistika İdarəsi

     

  • 04Noy
    Kənd Təsərufatı 2023-ci ilin yanvar-sentyabr aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 5.8 faiz artıb   üçün şərhlər bağlıdır

    2023-cü ilin yanvar-sentyabr aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 204 milyon 544.4 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5.8 faiz çoxdur. Məhsul və xidmətlərin 75.8 faizi istehsal sahələrinin, 24.2 faizi xidmət sahələrinin payına düşmüşdür.

    2023-ci ilin yanvar-sentyabr aylarında 20983.5 min manatlıq və ya ümumi məhsulun 10.3 faizi qədər sənaye sektorunda, 96275.0 min manatlıq (47.1%) kənd təsərrüfatı sahəsində, 37739.0 min manatlıq (18.4%) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 47204.6 min manatlıq (23.1%) ticarət və xidmət sahəsində, 1636.3 min manatlıq (0.8%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 706.0 min manatlı (0.3%) informasıya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.

    Kənd təsərrüfatı istehsalı 11.4 faiz, tikinti-quraşdırma işləri 10.7 faiz, informasiya və rabitə xidmətləri 5.1 faiz artmışdır.

                                                                                       

                                                                       Tərtər Rayon Statistika İdarəsi

     

     

     

     

  • 04Noy
    Tərtər RİH-də Tərtərdə Zəfər Gününə həsr olunan sərgi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin  və Tərtər Peşə məktəbinin tələbələrinin  8 Noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgisi təşkil edilib.

    Sərgidə  məqsəd məktəblilərə Şanlı Azərbaycan Ordusunun 44 gündə qazandığı böyük qələbənin mahiyyətini aşılamaq, onların vətənpərvərlik ruhunda tərbiyəsi, istedadlarının üzə çıxarılması və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi işinə töhfə vermək  olub.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Təhsil Sektorunun müdiri Oqtay Sarıkşiyev, ümumtəhsil məktəblərinin şagirdləri, Tərtər Peşə Məktəbinin tələbələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 31Okt
    Digər Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin cari ilin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edib.

    Ölkə başçısı çıxışında bildirib ki, təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir. Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlığımız və dostluğumuz artım dinamika ilə inkişaf edir. Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır və bu, sadəcə, əməkdaşlığın başlanğıcdır. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Daha çox layihələr olacaq. 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir.

    Azərbaycana etibar edən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq “Masdar” şirkəti bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verib. Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Daha ətraflı »

  • 28Okt
    Digər “HEYDƏR ƏLİYEV İLİ”–2023 üçün şərhlər bağlıdır

    SİYASİ VARİSLİK ƏNƏNƏLƏRİNİN TƏNTƏNƏSİ

    Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz  Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu Öndərin fəaliyyətinin  ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şa-hidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallı-ğını heç vaxt  itirməyən qlobal məsələdir.
    Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli ir-si tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Daha ətraflı »

  • 28Okt
    Digər Bayrağımız Xankəndidə ucalır üçün şərhlər bağlıdır

    30 il işğalda olan torpaqların həsrətilə yaşayan, bir milyondan artıq qaçqın və köçkünü olan bir xalq üçün bundan böyük sevinc ola bilməz.
    Bu sevinci isə bizə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bizim igid oğullarımız bəxş etdilər.
    Mən özüm ötən əsrin 70- ci illərində Xankəndi Pedaqoji Universitetində təhsil almışam. Bu şəhəri çox sevirəm. İndi burada Prezident İlham Əliyev tərəfindən qaldırılan Azərbaycan bayrağının dalğalanması qəlbimi qürur hissi ilə doldurur.
    Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası uğrunda şəhid olanları heç zaman unutmayacağıq. Prezidentimizə isə möhkəm cansağlığı, xalqımızın xoşbəxtliyi naminə işində uğurlar arzulayırıq.

    Məlahət Quliyeva,
    təqaüdçü müəllim, şəhərin Famil Qulami küçəsinin sakini

  • 28Okt
    Tərtər RİH-də Tərtərdə mütəmadi olaraq vətəndaşların müraciətləri dinlənilir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Növbəti qəbulda 19 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
    Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması, işğaldan azad olunmuş ərazilərdə evlə təmin olunma, maddi köməklik, ev təmirinə köməklik, təsərüfatlara gedən su arxlarının təmizlənməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
    Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 28Okt
    Şəhidlər Onlar ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar üçün şərhlər bağlıdır

    Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq.

    İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    Ata döyüşdüyü yerləri oğlu qarış-qarış gəzdi

    I Qarabağ müharibəsi veteranı Akif Lalayev danışır ki, oğlum Ruslan kiçik yaşlarında olanda üzümdəki çapıqları görüb soruşurdu: “Bunlar nədir, ata?” Mən də bildirirdim ki, ermənilərlə döyüşlərdə olub, bu, onların mənə vurduqları yaraların izləridir. Onda Ruslanı qəzəb bürüyür və deyirdi: “Mən sənin intiqamını onlardan alacağam, ata! Bütün Lalayevlər nəslinin qisasını alacağam”. Cavabında oğluma başa salırdım ki, düşmən yalnız bizim ailəyə zərbə vurmayıb, milyonlarla azərbaycanlı nankor qonşularımızın zülmünə məruz qalıb və böyüyən nəsil şəhidlərimizin, yaralıların, ev-eşiklərindən didərgin düşənlərin, əsirlikdə saxlanılanların qisasını almalıdır.
    Vaxt yetişdi, Ruslan böyüdü. Gözəl idmançı, “Qara kəmər ustası oldu”. Əvvəlcə müddətli həqiqi xidmətini böyük müvəffəqiyyətlə başa vurdu. Gözəl əl qabiliyyəti, bacarığı vardı, sənətlərin bir çoxuna mükəmməl yiyələnmişdi. Saat-sazlığı, reklam işini, maşın təmirini öyrənmişdi. Halal zəhmətilə ailəsinə kömək edir, gələcəyilə bağlı planlar qururdu.
    Lakin hər zaman atasının üzünə baxanda, körpə vaxtı ol-duğu kimi, yumruqları düyünlənir və qəlbini bürüyən hisslə-ri cilovlaya bilmirdi.
    Beləliklə də Ruslan dinc həyatı kənara qoyub, yenidən hərbiyə qayıtdı. Hazırlıq kurslarını keçdikdən sonra, xüsusi təyinatlı komandonun döyüşçülərindən biri oldu. Özü də necə döyüşçü! Tabeliyində olan 10 nəfərlə kəşfiyyata gedir və heç vaxt oradan əliboş qayıtmırdı. Düşməni məhv edib, lazım olan məlumatları gətirirdi. Deyirlər ki, belə döyüşlərin birindən sonra axırıncı sağ qalan düşmən zabiti onu öldürməməyi xahiş edib. Ruslan isə cavabında deyib:
    –Bəs mənim atamın övladları yox idi, minlərlə azərbaycanlının – körpələrin, qadınların nə günahı vardı ki, siz on-ları sərsəm xülyalarınızın qurbanına çüvirirdiniz? Daha ətraflı »

  • 28Okt
    Şəhidlər Vətəni canından artıq sevirdi üçün şərhlər bağlıdır

    Abbaszadə Emin Faiq oğlu 15 may 1998-ci ildə rayonumuzun Kəngərli kəndində dünyaya gəlib. Kəngərli kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla başa vurub. 2019-cu ilin yanvarında evlərinə dönüb.
    44 günlük Vətən müharibəsi başlayanda Emin də haqq savaşına qoşulub. Müharibədən sağ-salamat, qələbə ilə qayıdıb, bu münasibətlə ailədə qurbanlar kəsilib. “Bircə Eminin toyunu da görsəydim”, – deyib Zərifə nənə.
    Ancaq Emin hələlik toy barədə düşünmürdü. Ordu həyatı onu elə cəlb etmişdi ki, Komando Təməl Kurslarına yazılıb, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirmək istəyirdi.
    Atası Faiq müəllim deyir:
    –2021-ci ilin iyun ayında Emini Komando Təməl Kurslarından keçmək üçün qardaş Türkiyə Respublikasına yola saldıq. İyunun 21-dən həmin ilin avqust ayının 13-dək kursda iştirak etdi. Sanki komando üçün yaranmışdı! Komandirləri ondan o qədər razılıq edirdilər ki!
    Emin özü söyləyirdi ki, heç bir düşmən komando döyüşçülərinin qarşısında tab gətirə bilməz. Bunu 2022-ci ilin 12 sentyabrında Azərbaycan-Ermənistan Dövlət Sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatların qarşısının alınması əməliyyatı da göstərdi. Emin bu döyüşlərdə də Vətənin sadiq əsgəri kimi iştirak etmişdir. Daha ətraflı »

  • 28Okt
    Şəhidlər Ana yol gözləyir… üçün şərhlər bağlıdır

    Qaradağlı kəndində bir ana var. 15 il ona hərbçi anası, komandir anası deyiblər. İndi şəhid anası kimi çox ağır, ağır olduğu qədər də şərəfli adı var Zümrüd xanımın.
    O isə yenə də özünü hərbçi anası bilir. Hər səhər, əvvəllər olduğu kimi saat 5-də oyanıb çay qoyur, süfrə hazırlayır, sonra darvazadan yola çıxıb oğlunu gözləyir.
    – Bu 15 ildə sanki Elnur yox, ailəmizin hər bir üzvü orduda xidmət edib. Neçə-neçə döyüşdən çıxıb Elnur, biz də onunla bərabər yuxu biməmişik, onun telefon zəngləri ilə yaşamışıq, – deyir Zümrüd ana.
    İbrahimov Elnur Səxavət oğlu 1990-cı il 13 noyabr tarixində rayonumuzun Qaradağlı kəndində dünyaya gəlib. Ailədə bir qardaş, bir bacı olublar. Elnur 2008-ci ildə Qaradağlı kənd tam orta məktəbini bitirib. Bibisi, həm də məktəb müəllimi olmuş Bəsti müəllim deyir ki, Elnur orta məktəb illərindən olduqca vətənpərvər idi. Həm də qohumcanlı, mehriban, hamının köməyinə tələsən, xeyirdə-şərdə yaxından iştirak edən bir gənc kimi kənd camaatının hörmətini qazanmışdı.
    Müddətli həqiqi hərbi xidmətini Bakının Xızı rayonunda keçib. Valideynləri deyirlər ki, 2009-cu ildə onu orduya yola salıblar, 2010-cu ilin yayında qayıdıb. Bu müddətdə ailəyə nümunəvi xidməti haqqında yalnız xoş soraqlar gəlib. Atası Səxavət müəllim deyir ki, Elnur heç vaxt bizə əziyyət verməyib. Əksinə həmişə çətin yolu seçib və özü hər bir çətinliyin öhdəsindən layiqincə gələrək, daim irəliləyib. Nigaran qaldığımızı görüb deyirdi ki, mənim amalım yalnız öz ailəmin deyil, Vətənimin, xalqımın rahat yaşamasıdır. Daha ətraflı »