Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Fev
    Təhsil Onlar ”Fədai” medalı ilə təltif olunmuşlar üçün şərhlər bağlıdır

    MÜƏLLİM ƏMƏYİNİN BƏHRƏSİ
    Изображение-216“Təbriz müəllim, sabah bir tədbir keçiriləcək, siz hökmən iştirak etməlisiniz, orada sizə mükafat təqdim olunacaq”.  Bu çağırış Təbriz müəllimi həyəcanlandırmış və düşünməyə vadar etmişdir.
    Axı, mən nə iş görmüşəm, kim tərəfindən mükafatlandırılıram? Bir-birini əvəz edən suallar içində səhərin açılmasını səbirsizliklə gözlədi.
    Bilirdi ki, Gənclər Günü münasibəti ilə möhtəşəm bir tədbir keçiriləcək.
    Lakin mükafatlandırılmasından xəbərsiz idi. Bu düşüncələrlə necə yuxuya getdiyni bilmədi. Bir də ayıldı ki, artıq səhər açılıb. Hazırlaşıb tədbirə yollandı… Daha ətraflı »

    Teqlər:

  • 18Fev

    Təhsil üçün şərhlər bağlıdır

     

    Изображение 215Bayram müəllim Kəlbəcər rayonuna təyinatla gəlmişdi. Coğrafiya, biologiya fənnini tədris edirdi. Onun ailəsində ilk övladı da elə Kəlbəcərdə dünyaya gəlmişdi. Adını Səbuhi qoydular.
    Səbuhi Susuzluq kəndində doğulsa da, onun uşaqlığı rayonumuzun Səhlabad kəndində keçdi. Atası Bayram müəllimin işi bura dəyişildiyindən ailəsi ilə birlikdə Səhlabadda yaşayası oldu. Səbuhi böyüdükcə atanın ümidləri daha da artırdı.
    Inanırdı ki, oğlu gələcəkdə valideynlərinə başucalığı gətirə biləcəkdi.
    Artıq ümid dolu illər arxada qalıb. Səbuhi Azərbaycan Dövlət Universitetinin fiziki tərbiyə və çağırışa hazırlıq fakültəsini bitirib. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Digər Nəqliyyat vasitələri və uşaqların təhlükəsizliyi üçün şərhlər bağlıdır

    dAllZFlGPfUNəqliyyat vasitələrinin həyatımızda rolu olduqca önəmlidir. Bu vasitələrdən faydalanmaq üçün onlardan təhlükəsiz şəkildə istifadə etməyi bilmək lazımdır. Bu, təkcə nəqliyyat vasitələrinin idarə edilməsini nəzərdə tutmur, eyni zamanda piyada və sərnişin kimi təhlükəsizlik qaydalarına ciddi riayət edilməsidir. Müəyyən yaşa çatdıqda, təhlükə haqda dünya-görüşümüz formalaşdıqca hər birimiz yol qaydalarına daha ciddi riayət edirik. Lakin məsuliyyətimiz bununla bitmir. Uşaqların bu barədə məlumatlılığı, təhlükəsizliyi də bizim üzərimizə düşür.
    Yollarda böyüklərin qeyri-düzgün davranışı, laqeydliyi az təsadüf etdiyimiz hallardan deyil.
    Sürətlə gələn maşının qarşısından qaçan, işıqforun qadağanedici siqnalında yolu keçən, avtobus hərəkətdəykən ona minməyə və ya ondan düşməyə çalışan insanlar haqda nümunələr çoxdur. Daha ətraflı »

    Teqlər:

  • 11Fev
    Xəbərlər 2 FEVRAL GƏNCLƏR GÜNÜDÜR: “ORDU GƏNCLƏRİ BÖYÜK QÜVVƏDİR” üçün şərhlər bağlıdır

    Изображение 110Изображение 275Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhərindəki Heydər Əliyev adına parkda 2 Fevral – Gənclər Günü münasibətilə “Ordu gəncləri böyük qüvvədir” adlı gənclik və vətənpərvərlik bayramı keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika və silahlarla tanış olublar. Daha ətraflı »

    Teqlər:

  • 11Fev
    Digər GƏLƏCƏK GƏNCLƏRİNDİR üçün şərhlər bağlıdır

     

    Изображение 067Изображение 141Gənclər Gününə həsr olunmuş ümumrayon gənclərinin toplantısı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsini yad etmişlər.Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir.
    Mərasim gənclərin birlikdə oxuduğu Dövlət himni ilə başlamışdır.Toplantını giriş sözü ilə rayon gənclər və idman idarəsinin rəis əvəzi Səadət Hüseynova açaraq gəncləri bayram münasibəti ilə təbrik etmişdir.
    Məruzəsində bildirmişdir ki, müstəqil Azərbaycanın gənclər siyasəti Ümummilli liderin adı ilə bağlıdır. Məhz I Gənclər Forumundan sonra 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-i Gənclər Günü elan edildi. Daha ətraflı »

    Teqlər:

  • 11Fev
    Digər YAP TƏRTƏR RAYON TƏŞKİLATINDA üçün şərhlər bağlıdır

    ŞURA İCLASI KEÇİRİLİB

    Изображение 007YAP Tərtər Rayon Təşkiatının geniş tərkibli Şura iclası keçirildi. İclasda ərazi ilk partiya təşkilatı sədrləri, idarə, müəssisə rəhbərləri , təhsil və səhiyyə sahələrinin təmsilçiləri, Şura üzvləri iştirak edirdi. Şuranın gündəliyində iki məsələ dururdu
    YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov hər iki məsələ barəsində geniş məruzə etdi:
    Sonra məruzə ətrafında çıxışlar oldu.
    Qarağacı ərazi ilk partiya təşkilatının sədri Məhəmmədəli Həmidov, təhsil ərazi ilk partiya təşkilatının sədri Rahil Şəldiyev, şura üzvü, rayon mərkəzi xəstəxanası ərazi ilk partiya təşkilatının sədri Yaşar Hüseynov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov, Hacıqərvənd ərazi ilk partiya təşkilatının sədri Vəli Əliyev və şura üzvü, rayon icra hakimiyyəti başçısının müavini Abbas Cavadov çıxış etdilər. Daha ətraflı »

    Teqlər:

  • 11Fev
    Digər İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə hesabat yığıncaqları üçün şərhlər bağlıdır

    ŞƏHƏRİMİZDƏ GÖRÜLƏN İŞLƏR MÜZAKİRƏ OLUNDU

    Изображение 017Изображение 020Tərtər Rayon İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2015-ci ildə gördüyü işlər barədə Sahib Həsənovun hesabatı dinlənilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Tərtər Bələdiyyəsinin üzvləri, inzibati ərazi dairəsində yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ərazidə məskunlaşmış məcburi köçgünlərin təmsilçiləri iştirak ediblər.
    İcra nümayəndəsi Sahib Həsənov öz məruzəsində yaşadığımız dövrün çətin və məsuliyyətli olduğunu bildirərək göstərib ki, dünyanı bürüyən siyasi və iqtisadi böhrana baxmayaraq, Azərbaycan, əvvəlki illərdə olduğu kimi, iqtisadi uğurlarını artırır, ölkəmizdə müxtəlif sosial layihələr müvəffəqiyyətlə həyata keçirilir. Daha ətraflı »

    Teqlər:

  • 11Fev
    Digər 7 fevral Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür üçün şərhlər bağlıdır

    QƏHRƏMANLAR UNUDULMUR

    be2e5ef24d21d13db9f6ac59494d4809Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə doğulduğu kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta məktəbi bitirib, hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini daxili qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə başlamışdı. O, hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
    Bir müddət başqa sahələrdə çalışsa da 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə qayıdıb.
    Bir müddətdən sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
    18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı 1 km-lik minalanmış sahəni keçərək erməni silahlı qüvvələrinin çox sayda əsgər və zabitlərini məhv edir. Daha ətraflı »

    Teqlər:

  • 11Fev
    Digər QURUR DOĞURAN ÖLÜM üçün şərhlər bağlıdır

    imageMübariz İbrahimovun şəkillərini nənəsinə göstərib, deyib ki, gör necə oğuldur? Vaxt gələcək, mən də şəhid olacağam.
    …Fərid 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 1992-cı ildə N. Gəncəvi adına Cəlilabad rayon 1 saylı orta məktəbinin birinci sinfinə gedib.
    2003-cü ildə məktəbi bitirən Fərid Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub.
    2007-ci ildə oranı əla qiymətlərlə bitirən müdavim Fərid Əhmədov rütbə almaq üçün Təlim-Tədris Mərkəzinə göndərilir. Kursu uğurla başa vuraraq leytenant rütbəsi alır və Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilir. Xidmətə başlayandan sonra Türkiyəyə göndərilir. Daha ətraflı »

  • 09Fev
    Digər Erməni qəddarlığı üçün şərhlər bağlıdır

    XOCALI SOYQIRIMI-XX ƏSRİN FACİƏSİ

    xocalı1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan vardı.
    Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valide-yinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Daha ətraflı »

    Teqlər: